Главная » 2011 » Февраль » 8 » The Washington Post: Azərbaycanın müsəlman diktatoru ABŞ-ı İslam radikalizmi və özünün zəngin neft ehtiyatları ilə şantaj edir
13:32
The Washington Post: Azərbaycanın müsəlman diktatoru ABŞ-ı İslam radikalizmi və özünün zəngin neft ehtiyatları ilə şantaj edir
"Əgər arzuolunmaz Əliyevin anarxiyasına alternativlər formalaşsaydı, indi bu qədər risklər olmazdı”
Dünyanın nüfuzlu "The Washington Post” qəzeti növbəti dəfə Azərbaycan hakimiyyətini və ölkə başçısı İlham Əliyevi hədəfə alıb. Fred Hitt imzasıyla dərc olunan məqalədə Ərəb dünyasını bürüyən etiraz aksiyaları, Misirdə Hüsni Mübarək rejiminə qarşı demokratik dalğanın dünyanın gələcək siyasi həyatında əhəmiyyətli rol oynayacağı vurğulanır.
"The Washington Post”da gedən yazının Azərbaycana aid hissəsində Ilham Əliyev "müsəlman diktator” kimi təqdim olunur: "Azərbaycanın müsəlman diktatoru İlham Əliyev ABŞ-ı İslam radikalizmi və özünün zəngin neft ehtiyatları ilə şantaj edir. Əliyev bu hərəkətlərilə total şəkildə saxtalaşdırılan seçkiləri, jurnalistlərin həbsini sığortalamağa çalışır. Bu isə müsəlman diktatorun ABŞ-la oyun oynaması anlamına gəlir”.
Fred Hitt məqaləsində Azərbaycanın demokratiya sahəsində İran və Çin kimi ölkələrlə eyni sırada dayandığını vurğulayıb. Müəllif yazır ki, Qərb üçün insan haqları və demokratiyanın inkişafı hər zaman prioritet olmalıdır. Hitt əlavə edir ki, Çinin İranla yaxınlığı, Azərbaycanın Rusiya ilə eyni mövqedə durması nəzərdən yayınmamalıdır. Çünki məhz demokratiya strateji maraqların önündə gəlir. Dünyanın daha təhlükəsiz və sabitliyi demokratiyanın möhkəmliyindən, inkişafından çox asılıdır.
"Əgər Çində kommunist partiyası ilə bərabər müstəqil institutlar inkişaf etsəydi və yaxud fəaliyyətilə arzuolunmaz İlham Əliyevin anarxiyasına alternativlər formalaşsaydı, indi bu qədər risklər olmazdı”, - deyə "The Washington Post” qəzetində dərc olunan məqalədə vurğulanır.