Главная » 2014»Январь»14 » Azəri - Talış İctimai Birliyinin qeydiyyatla bağlı iddiası təmin edilmədi
19:06
Azəri - Talış İctimai Birliyinin qeydiyyatla bağlı iddiası təmin edilmədi
Bu gün, yəni 14 yanvar 2014-cü il tarixində Bakı Apellasiya Məhkəməsində Valeh Ağayevin sədrliyi ilə Azəri - Talış İctimai Birliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınmaması ilə bağlı iddiasına baxılmışdır.
Hakim Valeh Ağayev bu dəfə də, "valehedici" bir qərar çıxardaraq, sözün həqiqi mənasında məhkəmə iclası iştırakçılarını "valeh" etmişdir! Belə ki, hakim Valeh Ağayev heç bir əsaslı səbəb göstərmədən 15 aydan çoxdur ki, Birliyin qeyri-qanuni olaraq dövlət qeydiyyatına almayan iddia üzrə üzrə cavabdeh Ədliyyə Nazirliyi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Ən maraqlısı isə, ATİB-nin Dövlət qeydiyyatına alınması ilə bağlı Bakı Apellasiya Məhkəməsinə verilən iddianı təmin etməkdən ədalətsizcəsinə imtina qərarı verən hakimlər briqadasının hər üç üzvünün heç bir əsas, hətta fikr və rəy söyləmədən, vətəndaşın AR Konstitusiyasının müvafiq maddələrində təsbit olunmuş hüquqlarını pozduqlarının heç fərqində də olmayıblar! Onlar iddia ilə bağlı yuxarı instansiyalardan aldıqları "sifarişi" dinməz-söyləməz "quzu kimi" yerinə yetiriblər!