Главная » 2014»Январь»25 » Bədəlan kəndinin mədəniyyət evi və kitabxanası həm yox imiş, həm var imiş
02:35
Bədəlan kəndinin mədəniyyət evi və kitabxanası həm yox imiş, həm var imiş
Sosial Şəbəkələrdən gələn səslər
Bu günkü Bədəlan ərazi dairəsi nümayəndəliyinin hesabat yığıncağında iki dəhşətli fakt ortaya çıxdı:
1. İllər öncə Bədəlan Mədəniyyət Evinin yerləşdiyi bina vətəndaşlara fərdi yaşayış evinin tikilməsi üçün satılıbmış... Biz də elə bilirdik ki, bu Mədəniyyət ocağı ləğv edilib... Sən demə heç də belə deyilmiş... Mədəniyyət Evi ərazi nümayəndəliyinin inzibati binasında yerləşdirilibmiş... Onun da ştatında 3 nəfər işçi var imiş... Bundan da 20 il heç kimin xəbəri yox imiş...
2. İllər öncə Bədəlan kənd kitabxanasının inzibati binası sökülmüş və orda olan kitablar pərakəndə halda ərazi nümayəndəliyinin inzibati binasındakı otaqlardan birinə yığılıbmış... Ondan sonra kitabxananın bağlanması görünütüsü yaradılıbmış... Sən demə belə deyilmiş... Bu kitabxanda 2 nəfər rəsmən işləyirmiş...