Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Май » 21 » “Bədbaxt!” (və ya kimdir “dılğır”)
21:33
“Bədbaxt!” (və ya kimdir “dılğır”)
"İlahi! Sən özün bizləri şəri-şeytandan, quru böhtandan və Sərdar Cəlaloğlu kimi siyasi şarlatandan qoru!”

Sərdar Cəlaloğlu dahi şairimiz Səməd Vurğunu "dılğır” adlandırdı. "Dılğır” sözü Azərbaycan dilinə talış dilindən transfer olunmuş sözdür və talışca dəqiq məna verir – "ürəyi qırlı”.

Sizə maraqlı, eyni zamanda kədərli bir əhvalat nəql eləyim. Keşən əsrin 37-ci ilinə qədər həm Azərbaycan türkcəsində, həm də talış dilində misilsiz poeziya nümunələri yaratmış Zülfüqar Əhmədzadə adlı maarifpərvər bir şair yaşamışdı. Repressiv Sovet İmperiya rejimi yaradıcılığının çiçəkləndiyi dövründə, – 42 yaşında, heç bir günahı olmadan bu müqtədir ziyalını ölümə məhkum etdi.

İndi eşidəcəklərinizi Zülfüqar Əhmədzadənin qızı Məriyyət xanım öz anasının dilindən söyləmişdir:
- Zülfüqarı həbs edəndən sonra evimizin qapısını heç kim açmadı. Hətta, yaxın qohumlarımız da qorxudan bizlə əlaqə saxlamırdılar. Yeganə adam onun dostu, Azərbaycanın qüdrətli şairi Səməd Vurğun idi ki, halımızdan tez-tez xəbər tutur, bizə ürək-dirək verirdi. Günlərin bir günü Səməd müəllim zəng vurub dedi ki, "Mircəfər Bağırovdan xahiş etmişəm, Zülfüqarla bağlı məni qəbul edəcək. Sən də gəl, bəlkə qəbula bir yerdə girə bildik.” Təyin olunan vaxtda getdim. Çox həyəcanlıydım. Mircəfər Bağırovun qəbuluna Səməd Vurğunu buraxdılar, mənə isə içəri keçməyə izn vermədilər. Səməd dedi ki, "eyib etməz, bacım, sən bağda otur, məni gözlə.”
Təxminən bir saatdan sonra nəhayət ki, Səməd Vurğun binadan çıxıb mənə yaxınlaşdı və: "Daşürəkli məni eşitmədi!” - dedyərək, hönkür-hönkür ağladı.

Hörmətli oxucuların nəzərinə çatdırım ki, istedadlı şair Zülfüqar Əhmədzadə Astara rayonunun Pensər kəndində dünyaya göz açmışdır. 1937-ci ildə talış dilində yazdığı bir şerində "Lenin çəmə rəhbəre. Bə dınyo bərabəre!” (Azərbaycan dilində: "Lenin bizim rəhbərdir. O, dünyaya bərabərdir!”) misrasını Mircəfər Bağırov qəsdən "Lenin o biri dünyaya bərabərdir!” kimi yozaraq, onu güllələnməyə məhkum etmişdir. Yeri gəlmişkən, qeyd edim ki, Zülfüqar Əhmədzadə bu günə kimi, tam reablitasiya olunmamış yeganə şairdir.

Represiyalar tüğyan etdiyi həmin dövrdə barəsində ölüm hökmü çıxarılmış bir insanın müdafiəsinə qalxmaq hər kişinin işi deyildi. Z.Əhmədzadənin talış mənşəli şair olduğunu da bura əlavə etsək, bu işin nə qədər riskli olduğu aşkar görünər.

Səməd Vurğunun müxtəlif etnosların yaşadığı Quba rayonunda işlədiyi qısa müddət ərzində milliyyətindən asılı olmayaraq, çətinliklərlə üzləşən insanlara dayaq durub, qayğı göstərməsi indi də dillər əzbəridir. Bu həqiqətdir və əlahəzrət FAKTI inkar etmək olmaz!

"Arxa olma arxalıya, deyərlər ki, yamaqdır!
Arxa ol ki arxasıza, qoy desinlər, dayaqdır!”

Bu qızıl kəlamların müəllifi Səməd Vurğun deyilmi?! Təkcə onun dahiyanə "Azərbaycan” şeri yetərlidir ki, adı Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılsın. Necə ki, yazıldı da! Sevimli Səməd Vurğunumuzun şəxsiyyəti, mərdliyi və insansevərliyi barədə saysız-hesabsız nümunələr gətirmək, hətta dastanlar qoşmaq olar!

S.Cəlaloğlu kimilərə isə: "Yel qayadan nə aparar?” – deyə, heç cavab verməmək də olar. Çünki çəyirtkə təki "ora-bura tullanan” və bu siyasi hoppanış trayektoriyasında heç bir uğur qazana bilməyən, işi-gücü ölkəmizin qardaş xalqları arasında nifaq toxumu səpmək olan Sərdar Cəlaloğlunun sayıqlamalarına göz yummaq daha yaxşıdır. Onun mətbuat səhifələrində Azərbaycan ədəbiyyatının korifeylərindən olan Səməd Vurğun barəsində ədəbsiz ifadə işlətməsi təəssüf hissi doğurur.

Səməd Vurğun bu gün sağ olsaydı, heş şübhəsiz 37-ci illərin dəhşətli metodları ilə cəzalandırılan talış əsilli Azərbaycan alimləri - Novruzəli Məmmədov və Hilal Məmmədovun hüquqlarını hökmən müdafiə edərdi! Buna mənim zərrə qədər də olsun şübhəm yoxdur.

Sərdar Cəlaloğlu isə, az qala özünün şəxsi mətbu orqanı saydığı "Hürriyyət” qəzetində kimlərəsə "qulp qoymağı”, şər-şəbədə qoşmağı məşğuliyyət seçib. Siyasətçidən daha çox şarlatanlıq edən Cəlaloğlu "Azadlıq” radiosunda çıxış edərək (16 may 2013-cü il, "İşdən sonra”), Azərbaycanda yaranan ictimai-siyasi birliklərə Talış xalqının nümayəndələrindənsə erməni daşnaklarının qəbul edilməsini daha düzgün olduğunu bildirir. Bununla o, canlı efirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda saysız-hesabsız şəhidlər vermiş Talış xalqını aşağılayır. "Azadlıq” radiosunun efirindən dünyaya yayımlanan "İşdən sonra” verilişində, özünü Azərbaycan Demokratik Partiyasının sədri kimi təqdim edən Sərdar Cəlaloğlu Talış xalqını təhqir etməklə, Azərbaycanda yaşayan qardaş xalqlar arasında nifaq toxumu səpmiş olur. Fikrimcə, efir vasitəsilə bu sayaq, açıq-açkar separatçı çağırışlar etmək xalqlar arasında bölücülük və nifrət yaymaq cəhdi kimi dəyərləndirilməlidir.

Sərdar Cəlaloğlu bir şeyi yaddan çıxardır ki, bu gün o, bədniyyət çağırışlar ilə heç bir talışı heç bir türklə qarşı-qarşıya qoya bilməz! Çünki nə xalq həmin xalqdır, nə də zaman həmin zamandır. Yanılırsan, Sərdar Cəlaloğlu. Və yanıldığına görə də yanırsan!

Bu yaxınlarda S.Cəlaloğlunun internet səhifələrində bir neçə növbəti qələtləri yayıldı: "Koroğlu xalq qəhrəmanı deyil, Qaçaq Nəbi düşmən, Həcər isə əxlaqsız qadın olub.” Daha sonra, "Azərbaycanda hər dörd nəfərdən biri "qeydir” – deyir. Bərəkəlah! Görəsən sonuncu uydurmasında o, öz yaxınlarının sayını-hesabını da nəzərə alıbmı?

Elə isə sual olunur, belə olan halda, əsil "dılğır” kimdir?

Talış kökənli şair qardaşının xilası naminə öz həyatını risqə atan Səməd Vurğun, yoxsa erməni-daşnaklarına məhəbbət izhar edib, azəri-türk qardaşları ilə hər zaman çiyin-çiyinə vuruşan talışlara, eləcə də küllü azərbaycanlılara intəhasız nifrətini gizlətməyən ADP sədri Sərdar Cəlaloğlu!?

Cəlaloğlu ömrünü milli-mənəvi dəyərlərin hifz olunmasına sərf etmiş, onlarla kitab, bədii-sənədli filmlər müəllifi olan, eləcə də milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına qardaş həssaslığı ilə yanaşan Eldəniz Qulievə qarşı sərgilədiyi qərəzli, yalançı və böhtanla dolu uydurmaları ağlı başında olan hər kəsdə ikrah hissi doğurur.

S.Cəlaloğlu anlamır ki, o, heç vaxt Eldəniz Quliyevin dayandığı zirvəyə qalxa bilməyəcək; çünki o, özünün zərərli fəaliyyətinlə yuxarı yox,  üzü aşağı hərəkətdədir.

Görəsən, bu adam özü öz uydurduğu hap-göplara inanırmı? Bütün normal insanlar tərəfindən qəbul olunan, oturuşmuş milli dəyərlər sistemilə manipulyasiya edərək, onu baş-ayaq şəkildə təqdim edən S.Cəlaloğlu bu fikirləri "çəkinmədən” KİV səhifələrində, eləcə də böyük əhatə dairəsində yayımlanan "Azadlıq” radiosunda səsləndirir. Bəli, son zamanlar S.Cəlaloğlunun ard-arda demokratik düşərgəyə, mütərəqqi düşüncəli insanlara, ictimai-siyasi xadimlərə və tarixi şəxsiyyətlərə yönəli çamur atəşləri, sözün əsl mənasında naqislik nümunəsidir.

Qoy, dəyərli oxucular özləri qiymət versinlər...

Mən isə, talış kökənli bir azərbaycanlı kimi, üzümü S.Cəlaloğluna tutub deiyrəm: Səni bu rəzalətlərə nə vadar edir, keçmiş sahibin demişkən, "ay bədbaxt?!”

Mehdibəy Səfərov,
Azəri – Talış İctimai Birliyinin sədri
 

Категория: Azərbaycan | Просмотров: 2028 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus