Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Январь » 14 » Babək Xürrəmi və yaxud Babək Hürrəmi
21:01
Babək Xürrəmi və yaxud Babək Hürrəmi
Mən "Xürrəm termini haqqında” İlkin Muradovun yazısın oxudum. Təbəridən bəzi sitatlar gətirilib, lakin İlkin balamız Təbərinin Barzənd ərazisi və Bəzz qalası haqqında verdiyi coğrafi kordinatları nədənsə nəzərdən qaçırıb.

Təbəri yazir: "Babək Savalandan 6-7 fərsəng şimal-şərqdə, Biləlband adlı kənddə doğulmuşdur..” Əgər Təbərinin yazdığına istinad etsək (heç istinad etməsək də faktiki nə İran, nə də Azərbaycan ərazisində Biləlbənd, Bilalabad adlarında kənd yoxdur və olmayıb da!) və bir fərsəngin 6-7 km olduğunu nəzərə alsaq görərik ki,  müasir xəritədə Təbərinin dediyi yerdə məhz Bılaband kəndi yerləşir. Təbərinin göstərdiyi Biləlband kəmdinin Lerik rayonunun Bılaband kəndi olduğu heç bir şübhə doğurmur. Sadəcə olaraq Təbəri Bılaband adını Biləlband, ondan sonrakı tarixçilər isə Bilalband, Bilalabad kimi göstərmişlər.

Daha sonra Təbəri yazır: "...xürrəmilərin aşağı istəkamı olan Bəzz qalasi eyni adlı çayın sahilində yerləsirdi,” nəzərə alsaq ki, şərqda Bəzz adında çay yoxdur, onda Təbərini yalançı saymış olarıq. Doğurdanmı Təbəri səhfə yol verib? Təbii ki, yox, sadəcə Tərəri eşitdiyi adları ərəb dilinə uyğunlaşdıraraq yazıb. Heç şübhəsiz ki, Bəzz qalası indiki Bəlləbır qalasıdır ki, Talışlar ona "Boz” (Bozə ğələ) adı vermişlər, Təbərinin göstərdiyi Bəzz adlı çay isə heç şübhəsiz ki, Vaz (indiki Lənkəran) çayıdır ki, Təbəri də "Vaz” çayını "Bəzz” çayı kimi qələmə verib. Babəkin ordugahının harada olduğunu müəyyənləşdirdiyimiz üçün bu mövzunu qapatmaq da olardı. Lakin...

Müəllif bəzi "tarixi” mənbələrə istinad edərək Xürrəmilərin "şad-xürrəm”, daha doğruxu əxlaqsız həyat tərzi keçirtdiklərini qeyd edir. İlk əvvəl onu qeyd edim ki, əxlaqsız həyat tərzi keçirdən istənilən xalq öz azadlığı uğrunda 61 il durmadan mübarizə apara bilməz! Mən əminəm ki, əxlaqsız insan üçün "müqəddəs” adlı heç nə yoxdur. Şüarları "Vətən, Millət, Azadlıq” olan, bu müqəddəs ideyalar uğrunda döyüşənləri "əxlaqsız” adlandıran ərəb tarixçilərinin özlərinin əxlaqi keyfiyyətləri şübhə doğurur. Daha bir sual: 61 ildə öz yaxınlarını, doğmalarını döyüşlərdə itirən, lakin əyilməyən, sınmayan bir xalq əxlaqsız ola bilərmi? İstərdim ki, hər bir şəxs bu sual haqqında özü düşünsün və özü də özünə cavab versin.

Bəs görəsən ərəb tarixçilərinin Xürrəmiləri "əxlaqsız” adlandırmalarının arxasında hansı amillər durur? İlk əvvəl onu deyd etmək yerinə düşər ki, ərəblər Xürrəmilər ilə mübarizədə görünməmiş sayda böyük insan itkisi verdilər və bu itkini "sığortalamaq” üçün ilk olaraq "əxlaqsız kafirlər ilə döyüşdə şəhid olanlar, heç şübhəsiz ki, cənnətdədirlər” şüarını bayraq etdilər, daha sonra irəli gedərək Xürrəmilərin hətta öz ana və bacıları ilə də izdivaca girdiklərini yazdılar. Daha sonra isə Xürrəmi terminini təhrif etdilər, "xürrəmi” terminini öz dillərində alınan variantda tərcümə etdilər "şad-xürrəm yaşayanlar”. Nəzərə aısaq ki, Xürrəmilər ərəb deyildilər, onda onların özlərini ərəbcə "xürrəm” adlandırmaları gülünc və absurd görünür. Burda artıq "Xürrəm termin nədən ibarətdir və hansı mənanı verir?” sualına cavab tapmağın vaxtıdır. Hesab edirəm ki, bu gün bizə "xürrəmi” kimi çatan termin əslində "Hurroni” termininin təhrif edilmiş formasıdır. Bəs "Hurroni” sözü nə məna verirdi ki, Xürrəmilər 61 il bu şüar ilə öz azadlıqları uğrunda mübarizə aparıblar? Bildiyimiz kimi Talışlar Allahı "Hu” və ya "Hur” kimi adlandırmışlar ki, bunu da sübut etmək üçün Talış dilindəki "Huri mələkon” sözünü yada salmaq kifayətdir, yeri gəlmişkən bu söz Azərbaycan türkcəsində "Huri mələklər” kimi işlənir, (burada vurğudan asılı olaraq "Huri mələkon” sözünü həm "Hunun mələkləri”, həm də "Hurun mələkləri” kimi tərcümə etmək olar). Bildiyimiz kimi Talışlar "yol”a "ro” deyirlər ki, "Hu(r)" və "ro” sözlərinin birləşməsindən "Hurronion” sözü alınmışdır ki, həmən söz də tərcümədə məhz "Allahın yolçuları” mənasını verir. Burda daha bir sual meydana çıxır: Əgər "Hurronion”, yəni  Xürrəmilər həqiqətən də "Allahın yolçuları” idilərsə, bəs onda ərəblər niyə onları sakit buraxmırdılar? Bu suala uzun-uzadı cavab vermək istəmirəm, bircə onu deyd etmək istəyirəm ki, ərəb xəlifələri onların "hakimi-mütləq” olmalarına maneə yarada biləcək istənilən təhlükəni aradan qaldrmaqda israrlı idilər. Bunu anlamaq üçün isə heç də baş sındırmaq lazım deyil, bircə onu qeyd etmək kifayətdir ki, ərəb xəlifələri öz xəlifəliklərini qorumaq üçün müqəddəs "Qurani-Kərim”i onlara bəxş edən İslam Peyğəmbərinin bütün nəslini qırmaqdan belə çəkinmədilər (burda xasusi vurğulamaq istəyirəm ki, Xürrəmilər də, təsadüfdənmi və ya zərurətdənmi İmamların, azdlıq simvolu sayılan, qırmızı bayrağına oxşar bayraq qaldırmışdılar)! Demək öz əxlaqları zəif olan ərəblərin, daha doğrusu ərəb xəlifələrinin özlərini "təmizə” çıxartmaq üçün Xürrəmiləri "əxlaqsız” adlandırmaqdan başqa yolları qalmırdı!.. Hesab edirəm ki, "Xürrəmilər”, daha doğrusu "Hurronion” termini haqqında uzun-uzadı yazmağın heç bir mənası yoxdur, Talış dilini bilən istənilən şəxs üçün bu termin anlaşılandır...

Daha sonra müəllif Ziya Bünyadova istinad edərək "Bəzz” qalasının "heç şübhəsiz ki, Ordubadda olduğunu” yazır. Hörmətli müəllif tək Ziya Bünyadovun yazdıqları ilə kifayətlənir, digər vacib arqumentləri isə göstərmir. Nədən ibarətdir bu vacib arqumentlər? İlk olaraq onu xüsusi qeyd etmək yerinə düşər ki, 61 il döyüş gedən bir ərazidə hökmən həmən döyüşlərin nişanələri qalmalı idi. Nədən ibarətdir bu nişanələr? İlk əvvəl deyim ki, bu 61 illik döyüş hökmən həmən ərazidə yaşayan xalqın adında yaşamalıdır! Sübut? Buyurun, bu da sübut: Lerikin Barzəvu deyilən kəndində "Qosovoron” adlı qədim tayfa yaşayır ki, onlara el arasında "neqopyənışton” (öküzəminənlər) deyirlər. Hələ uzaq 1970-ci illərdə bu "neqopyənışton” termini ilə maraqlandım, kənd ağsaqqallarının verdiyi bilgiyə görə həmən bu Qosovorlar Babəkin qoşununda ərəblərə qarşı öküzlərin üstündə vuruşublar, hətta gizlincə qurulmuş təkyə vaxtı (bildiyimiz kimi Sovet vaxtı təkyələr gizlində qurulurdu) onlara gülüb "günahlarınızı yumağa gəlmisiz?” deyərdilər. İkinci bir "nişanə”: 61 il gedən bu döyüşlər hökmən həmən ərazinin toponimlərində yaşamalı idi. Məhz Lerik rayonundakı "Canqəmyon” (cəngin mərkəzi), "Canqinəvu” (cəng yeri) toponimləri həmən ərazilərdə qızğın döyüşlərin getdiyinin göstəriciləridir. Ordubadda və ya hər hansı bir ərazidə belə toponimlər varmı?

Bəzz qalasının Ordubadda olmamasını elə Ziya Bünyadov özü etiraf edir. Təbəriyə istinad edən Z.Bünyadov yazır: "Ərəblər Bəzzdə daşı daş üstə qoymadılar..” Əgər Bəzz qalasının "daşı daş üstə” qalmayıbsa, Əlincə qalası, və ya İrandakı "Babək” qalası necə Bəzz ola bilərdilər ki? Hər iki qala qismən də olsa, mövcuddurlar. Demək Bəzz qalasını, daha doğrusu həmən qalanın torpaq altında qalmış xarabalıqlarını yenə də Bəlləbırda "axtarmaq” gərəkdir. Daha sonra müəllif yazır: "Babək.... Araz çayından keçərək, Arran tərəfə qaçdı.” "Tarixçilərə” istinad edən müəllif Babəkin İrana qaçdığını yazsa idi, yenə də inanmaq olardı, axı Ordubaddan Arazı keçməklə yalnız İrana "qaçmaq” olar. Demək Z.Bünyadov burda da səhfə yol verib ki, (bəlkə də Z. Bünyadovun yazdıqlarını "müasirlər” məqsədli şəkildə, amma uğursuz, təhrif edirlər) az-çox Azərbaycan ərazisinə bələd olan istənilən şəxs Ordubaddan Arazı adlamaqla yalnız İran ərazisinə keçməyin mümkün olduğunu bilir. Nəzərə alsaq ki, Arazın Xürrəmilərin dövründəki təbii mənşəyi Muğandan keçməklə Xəzərə tökülürdü, onda Arazdan Arrana keçmək üçün hökmən Talış ərazisindən şimala üz tutmaq lazımdır ki, Babək də belə etmiş, şimal ərazilərinə çəkilərək, Şəki (Nuxa) hakimi Səhl Sumbatın yanına getmişdir...

İstənilən xalq qəhramanının xalq tərəfindən verilmiş adının olduğunu bilirik. Məsələn İranlılar Səttarxana "Sərdari-Milli” (millətin sərkərdəsi) adını vermişdilər. Bəs əsil adı Həsən olan Babəkə niyə "Babək” adı verilib? Bəzi tarixi hadisələri araşdıranda görürük ki, Həsənin Bəzzə gəlişindən sonra həmən ərazidə bolluq yaranır ki, bunu da Həsənin ayağının yüngül (sayalı) olması ilə əlaqələndirirlər. Daha sonra Həsən uzun illər düşmənçilik edən iki böyük Talış tayfası (Kaspilər və Kadusilər) arasında umu-küsüyə son qoyur və onları özünün vahid rəhbərliyi altında birləşdirir ki, bütün bunlar da ona "Popok” (ayağı sayalı) adının verilməsinə gətirib çıxardır. Alimlərimizdən, ziyalılarımızdan, "Babəkşünaslardan” xahiş edərdim ki, Babək-Popok adının hər hansı bir dildə açmasını bilirlərsə, bizə də desinlər, daha həmən adın üstündən sükutla keçməsinlər.

Daha sonra İlkin balamızın "Xürrəmilərin üst-üstə 60 ildən yuxarı ərəb işğalçılarına qarşı Talış dağlarında mübarizə apardıqlarını” yazması, onun özünün də "müasir tarixçilər” tərəfindən saxtalaşdırılmış və heç bir əsası olmayan "tarixi faktlara” inanmadığını, sadəcə olaraq həmən saxta faktların bizim nəzərimizə çatdırmaq istədiyini anlamış oluruq.

Babək Talışlasrın milli qəhramanı olmaqla yanaşı, Azərbaycanımızın fəxri, azadlıq mübarizəsinin simvoludur!

Tofiq Nicat,
"Tolışon Sədo”, N: 02 (14), 14 yanvar 2012



 

Категория: Talış tarixi | Просмотров: 7965 | Добавил: admin | Теги: Babək Xurrəmi | Рейтинг: 3.5/13
Всего комментариев: 3
3 zohrabemi  
0
Sitat: "Qosovorlar Babəkin qoşununda ərəblərə qarşı öküzlərin üstündə vuruşublar" /Ay kişi, Talış xalqı  qədim və qəhrəman xalqdır. Onu öküzə mindirib müharibəyə qoşmayın.

2 şirvanlı  
0
Qardaş, siz deyirsiz Bezz qalası Lerikdedi. Ancaq Cenubi Azerbaycanda bu qalanın xarabaları var ve her il minlerle insan Babekin ad gününde o qalaya yürüş teşkil edirler. Cenubdakı Bezz deye adlandırılan bu qala haqqında da arşdırıb bilgi verseniz yaxşı olar.
Huri melek sözüne geldikde ise, hedislere göre cennetde huri adında çox gözel qadın cildinde mexluqlar olacaq. Huri melek de onlara deyilir. Ereb ve fars dillerinde 'h' sesi olduğuna göre hurroninin xürremiye çevrilmesi de heç mentiqli gelmir.Yeni bu sözün dediyiniz mena ile heç bir elaqesi yoxdur deye düşünürem.
Bu meqalede en başlıca şeyi siz yazmamısınız. Beleki Azerbaycan xalqının qehremanı olan Babekin adı ereb qaynaqlarında 'Babek', ermeni qaynaqlarında 'bab', irab qaynaqlarında ise 'Papaq' verilib. Nezere alsaq ki, ereb dilinde 'p' sesi yoxdur, farsca da ise 'p' sesi var, onda İran qaynaqlarındaki papaq adı gerçeye daha uyğundur. Çünki böyük ehtimalla ereb tarixçileri papak sözünü erebceleşdirerek ba'beki çıxardıblar. Demeli vurğuladığınız  'popok' kelimesi Babek adının kökünü teşkil etmesi ehtimalı böyükdür ve araşdırılması lazım olan mövzudur.
Xahiş edirem cavab yazasınız.

1 Mogojoba  
1
Salam... Mən sizin tarixi məqalələri (ümumiyyətlə bu saytda dərc olunan) sevə-sevə oxuyuram... Ancaq bir xahişim var... Qrammatik və mexaniki səhvlərə çox yol verilir... Xahiş edirəm bu cür səhvlərə yol verilməsin... Bu qeyri-peşəkar görsənir... Birdə saytın özü bir qədər dağınıq, qarışıq görsənir... Yəni, sanki saytın əvvəli və sonu bilinmir... əslində bu sahədə peşəkar deyiləm, dəqiq iradımıda bildirə bilməyəcəm... Amma rənglər, şriftlər, ssılkalar - biraz yorucu görsənir... Bunu mən e-mail vasitəsi ilə yazmaq istədim, ancaq əlaqə yeri tapa bilmədim... Xahiş edirəm iradlarımı tənqid kimi yox, dost məsləhəti kimi qəbul edəsiniz...
Hörmətlə, Qədirov Seyid.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus