Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 4 » Bakı Biznes Universitetini tərk etməyimlə bağlı olaraq tələbə və gənclər qarşısında bəzi açıqlamalar və tövsiyyələr...
22:28
Bakı Biznes Universitetini tərk etməyimlə bağlı olaraq tələbə və gənclər qarşısında bəzi açıqlamalar və tövsiyyələr...
(Bu yazını - 180 il öncə, 31 may 1832-ci ildə, 20 yaşında ikən, Haqq və Ədalət naminə mübarizədə şəhid olmuş dünyanın görkəmli riyaziyyatçısı və fransız inqilabçısı Evarist Qaluanın əziz xatirəsinə ithaf edirəm)

Əziz tələbə dostlar! İlk öncə Sizə, 150-dən artıq İİ kurs tələbələrinə dərs dediyim bu qısa vaxt (16 -25  fevral 2012-ci il) ərzində aramızda yaranmış qarşılıqlı hörmət və səmimi anlaşmaya  görə hər birinizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm... Universitetinizi tərk edərkən mənim müdafiəmlə bağlı göstərdiyiniz şücaətinizdən, geri qaytarılmağımdan ötrü dekanlığa və rektorata kollektiv şəkildə müraciətinizdən  də xeyli məmnun olub  bir daha hamınıza təşəkkür edirəm... Bir neçə dəqiqəlik kiçik bir açıqlamamdan sonra mühazirə zalını tərk etdiyim an  qəhərlənən bütün tələbələrə və məxsusən də  hönkür-hönkür ağlayaraq arxamca qaçıb bir doğma insanı kimi bağrıma basılan və  biixtiyar olaraq mənim də göz yaşlarıma səbəb olmuş  o mübarək tələbəyə də  Allahdan səadət arzulayıram...

Əziz dostlar! Bu 10 günlük  qısa vaxt ərzində Sizə əsasən "Ekonometrika” fənnini tədris edib bu elmə böyük maraq yaratmaqla yanaşı, hər birinizin azad mövge və fikirlərinə də  böyük hörmətlə yanaşmağı özümə borc bildim. Digər Ali Məktəblərdəki tədris metodlarım kimi, Sizə də bu fənnin mahiyyətini, ölkəmizin  iqtisadiyyatının inkişafında nə qədər böyük rolu ola biləcəyini konkret misallarlarla izah etməyə çalışdım... 80 il öncə əsasları qoyulan və dünya iqtisadiyyatının inkişafında hədsiz rolu olan bu elmin nə üçün keçmiş SSRİ məkanında  tədris edilmədiyini və niyə bu gün vacibliyini ən sadə misallarla Sizə izah etməyə çalışdım... Nəinki seminarlarda, hətta mühazirələrimdə  belə hər birinizi yazı taxtası arxasında işlətməyə çalışdım... Bu fənnə tədricən yiyələnməkdən ötrü ən sadə xətti-proqramlaşdıma məsələlərinin izahından başladım... Hər qrupda müxtəlif və orijinal məsələləri tətbiq etdim... Mühazirələrimi sərbəst şəkildə yazı taxtasında izah edə-edə Sizə yazdırmağa çalışdım. Yəqin ki  mühazirə vaxtı bir tələbənin yazı taxtasına yaxınlaşaraq asta səslə mənə dediyi  - "müəllim, bəlkə hər mühazirənizin konspektini bizə verəsiniz və biz də gedib surətini çıxardaq”,  fikrinə  verdiyim o zarafatlı cavabımı da unutmamısınız... Mən o vaxt Sizə  uca səslə müraciət edib soruşdum: "Tələbə həmkarınız təklif edir ki hər mühazirənin konspektininin surətini  Sizə verim, buna etiraz etmirsiniz ki?!”.

Güman ki bəzi digər müəllimlərinizin bu xaişinizi yerinə yetirdiyini görüb mənə də xorla cavab verdiniz: "Yaxşı olardı!”. Bu cavabınızdan sonra mən də gülümsənərək Sizə dedim: "Yaxşı, mən də razı!”. Həmin tələbədən xaiş etdim ki,  yerində otursun və yazı taxtasındakı son riyazi formulaları yekunlaşdırdıqdan sonra surətini çıxartmaqdan ötrü ilkin materialı ona verərəm... Doğrudan da fikrimi bitirdikdən sonra onu çağırdım və bu materialın surətini çıxartmağı  tapşırdım. O, stolumun üstündəki 1-2 cızma qaralı vərəqi görüb təəccüblə  soruşanda ki - "bəs material hanı?”, ona bildirdim:  "bəs, bu böyüklüyündə yazı taxtasını görmürsən? Yerindən qopart, apar surətini çıxart və sonra da tələbələrə payla”.  Bu sözlərimdən sonra, zalda qopan qəhqəhəli gülüşlərinizin sədası  az qala rektorata çatmışdı... Əlbəttə, bununla  Sizə bildirmək istədim ki yazdırdıqlarım sərbəst mühakimələrimin - fəhmimin nəticəsidir... Seminarlarınızda da təkrari olunmayan, sadə məsələlərə yer verməyə çalışdım... Sizin üçün hazırladığım referat mövzuları isə birbaşa ölkəmizin müxtəlif iqtisadi problemlərinin həllində praktik olaraq  tətbiq edilə biləcək orijinal məsələlər idi...

Əziz dostlar! Sizə dərs dediyim ilk günlərin birində prorektorunuzun mühazirə zalına  daxil olaraq, "imtahanlardan kəsrləri olanlar kimlərdir?” soruşanda  və az qala hamınızın ayağa qalxdiğını görüb dəhşətə gəldim... "Bu nə deməkdir, yəni, 150 tələbədən 10-15 nəfəri  "kafi” qiymət belə  ala bilməyib?! Bəs onlara necə dərs keçirilib, seminarlarda müəllimləri nə ilə məşğul olub?!”. Sonralar özlərinizdən bəzi xoşagəlməz qizli məqamları öyrənəndə lap sarsıldım... Hətta bəzilərinizin – "müəllim, sabah fənninizdən semestr imtahanında da Sizi  də məcbur edəcəklər ki bizim hamımızı kəsəsiniz!”, fikrinizi eşidəndə lap diksindim... "Nə danışırsınız, əgər bütüm imtahan suallarını və məsələ-misalları seminarda hər birinizə təkrar-təkrar və mükəmməl öyrədəcəyəmsə və hamınız buna hazır olacaqsınızsa, kim Sizi imtahandan kəsə bilər?! Axı, lap komissiya də təşkil edə bilərsiniz?!”... Mənim bütün bu kimi optimist təkliflərimə baxmayaraq, gözlərinizdən bir ümüdsizlik oxuyurdum... Elə bil ki bu Universitetdə o gələcəyə inam, savadlı bir mütəxxəsis kimi yetişmək ümüdləriniz puça çıxmışdı... Ən xoşagəlməz hallardan biri  də Sizi "qaiblərlə qorxutmaq”  idi... Universitetinizə  gələnədək, burada "bir qaibə ğörə 20 manat ödəmək” eşitmişdim, amma buna inanmırdım, axı, bu açıq-aşkar haqqlarınızın pozulması idi. Ən ədalətsizlik isə dərs zamanı səsiniz çıxdığı halda, Sizə qaib yazılaraq auditoriyadan bayıra qovulmağınız  olurdu. Əlbəttə ki, məni də bu barədə xəbərdarlıq etdilər. Amma Sizə dərs dediyim bu vaxt ərzində heç biminizə  belə "haqsız qaib” yazmadım və  birinizi də auditoriyadan xaric etmədim... Hətta bəzi tələbələrin vacib tələbatlarını ödəməkdən ötrü dərsdən icazə almalarına belə qəti şəkildə izn verilmədiyini bilib  lap təəcübləndim. Belə axmaq doqmalara baxmayaraq, hər  birinizə bu imkanı yaratdım... Bəzən yorğunluğunuzu görüb, Sizə ədəbiyyatdan, musiqidən, tarixdən,  dindən, fəlsəfədən, görkəmli riyaziyyatçıların və digər dahi şəxsiyyətlərin  həyatından maraqlı məqamları danışdım...Fikirlərinizi öyrəndim... Hətta bir dəfə bir qrupda ateist baxışlı bir tələbənin ölkəmizin müasir gənc-ateist yazarlarından  birinin romanını dərs vaxtı oxuduğunu görüb ondan soruşdum: "Səndəmi ateistsən?”. O da cavabında mənə belə dedi:  "kainat və canlılar özü-özünə, təsadüflər nəticəsində yaranmışdır."Allah” məfhumu da bəşərin yaratdığı bir xülyadır, əks təqdirdə, "onu kim yaratdı?” sualına bir kimsə cavab verməmış...”. Həmin tələbənin 1-2 tərəfdarı tapılsa da, əksəri az qala xorla o tələbəni qınadı. Bu  kollektiv qınaq məni qətiyyən qane etməyib  dedim:  "İnternet axtarışı ilə  tapa biləcəyiniz - "Yaşasın Vicdan Azadlığı!”  adlı kiçik həcmli yazımdan bir parçanı nəzərinizə çatdırım: "Zahirdə ateist baxışlı olan bir vicdan mücahidinin   zahirdə dindar, batində isə digər vicdan əzabkeş(lər)inin qulu olan bir kimsədən daha şərəfli olub və  bir Gün qurtulacağına da ümid  daha çoxdur!”. Sonra o tələbədən həndəsənin ilk anlayışlarını soruşdum. O dedi: "nöqtə, düz xətt, müstəvi”. Ondan nöqtənin tərifini soruşdum. Dedi ki, "ilk anlayışa tərif verilməz, bu abstrakt məfhumdur”. Üzümü ona və bütün digər tələbə yoldaşlarına da tutub dedim: "Əcəba, bir nöqtəyə tərif verə bilməyib onu ilk anlayış hesab edən  bir tələbə 150 milyon km. bizdən uzaqda olan o günəş sistemi kimi 100 milyonlarla digər nəhəng qalaktikaları da gözə görünməz mikroskopik dəqiqlik və  nizamlı  bir ardıcıllıqla idarə edən  o mütləq  XALİQəmi "tərif” verə biləcək?! Kiçik bir zərrəni belə nə göz, nə ağlı ilə  dərk edə bilməyən  bəndə bu kainatın XALİQinimi dərk edəcək?!  Bax, O da ilk anlayışdır, sənin-mənim tərifimə sığışmaz, heç yaranan da  YARADANa tərif verə bilərmi?!”

Əziz dostlar! Digər dərs dediyim qruplarda da  Sizi nəinki Ekonometrika fənninə, o cümlədən digər fənnlərə və elmi problemlərə də diqqət  oyatmaq istədim... Bəzilərinizin – "müəllim, biz artıq məhkumuq, sağlam gələcəyə heç bir ümüdimiz qalmayıb”, fikriylə qətiyyən razılaşmayıb bildirdim:  "Əksinə, Azərbaycanın o sağlam gələcəyi bilavasitə Sizin çyinlərinizdə həyata keçiriləcəkdir. Əgər bu gün Sizə dərs dediyim bu fənnin ya digər müasir elmlərin əsaslarını məhz ilk dəfə olaraq Sizin kimi  gənclər qoymuşlarsa, axı niyə Siz də elmi yeniliklərə doğru cəhd etməyəsiniz?!”.

Dərs vaxtı bəzi tələbələrin yuxuya daldıqlarını görüb onları oyatmadım, çünki təhsil haqqlarını ödəyə bilməyən tələbələr valideyinlərinə  bir yardımçı olaraq,  dərsdən sonra ta gecə yarısınacən müxtəlif  yerlərdə işlədiyini öyrəndim...Onlardan   birinin  - "eh, müəllim, təhsil haqqı nədir, hələm bunun "qaib pulunu”, "bal pulunu”, "imtahan pulunu” və i.a. pulları da qazanmağa məcburuq”, - sözlərini eşidəndə xeyli   mütəəssir oldum...

Əziz dostlar! Universitetinizdə  məni narahat edən bir xoşagəlməz hal da - tələbələrin bir qisminin müəyyən şirin vədlər çərçivəsində aldadılaraq YAPa ya onun gənclər komitəsinə üzv yazdırması idi... Bir dəfə bir qrup tələbəsinin "müəllim, biz "İrəli” gənclər təşkilatındanıq, tədbirimiz var, dekanlıq bilir, bizə qaib yazmayasınız”, xaişi müqabilində ondan soruşdum: "bəs, niyə digər tələbə yoldaşlarınız  öz  vacib tələbatlarını belə ödəməkdən ötrü 1-2 dəqiqəlik icazə istəyəndə biz onlara mütləq "qaib” yazmalıyıq?!”.   O, bəzi digər tələbə yoldaşlarının yanındaca    yarı ciddi-yarı zarafatla belə cavab verdi: "biz onlardan fərqli olaraq, "ilhamla İrəli” gedirik”... Digərlərinin də gülüşünə səbəb olmuş bu replikanın müqabilində mən də dedim: "yəqin o məlum müxalifət liderinə qarşı  xoruzu da qoltuğunuza o ilham  vermiş!” (təbii ki, bu replikamda bu kimi gənclərin texniki vasitəçiliyi ilə  Əli Kərimliyə qarşı təşkil edilmiş məlum xoşagəlməz aksiyanı nəzərdə tuturdum).

Daha sonra tələbələrə - "bu gün Sizin əsas məramınız ilk növbədə yüksək təhsil almaqla yanaşı, həm də azad fikirli, ədalətli bir şəxsiyyət kimi yetişməyinizdir!  Qiymət və ya digər  müəyyən güzəştlər müqabilində haqqlarınızı mənimsəmiş  bir  kimsənin  çirkin oyunlarına alət olmayın! Əksinə,  istər universitetinizdə, istərsə də ondan kənarda  haqq-ədalət  naminə birləşin və haqqlarınızı tələb etməyi bacarın!”.

Əziz tələbə dostlar! Sizdən ayrıldığım gün- 25 fevralda  bir qrupda dərsə başlayarkən, Xocalı faciəsi ilə bağlı yazılmış bir vərəqənı rəhbərliyiniz tərəfindən  bizə təqdim edilərək bu barədə Sizə müəyyən məlumatları verməyim  tövsiyyə olundu. O vərəqədə yazılanları bir qırağa atib Sizdən soruşdum:  "Xocalı faciəsi barədə kim nə bilir? Aranızda əsli  Xocalıdan ya ətraf rayonlardan olan tələbə varmı?”. Xocalıdan olan bir qızı yazı taxtasının qarşısına çıxardıb valideyinlərinin ona nəql etdiklərini digər tələbələrə də danışmağı xaiş etdim...Ən  təəccüblüsü  o idi ki, nə o qızı dinləmək istəyən tapıldı, nə də ki  bu  mövzuya  diqqət yetirən...Elə bil ki, növbəti görüntü xarakterli bir tədbirdə  nəyisə zorla dinləmək məcburiyyətində idiniz, odur ki bəziləriniz bunu da öz zarafat və gülüşlərinizə çevirdiniz... Bir anlıq Universitetiniz ətrafında tikilmiş o möhtəşəm şəxsi saraylara baxıb fikrə daldım... Bircə anlıq bu mövzunu ADNAdakı 30 aprel faciəsi ilə əvəz edərək soruşdum: "yaxşı, tutaq ki, 20 il öncə heç biriniz bu həyatda yox idiniz,odur ki o faciə barədə məlumatınız azdır, bəs, 2009-cu il 30 apreldə ADNAda baş verən faciə haqda nə bilirsiniz?”.   1-2 nəfər  "hə, bilirik, Fərda adli bir şəxs ermənilərin sifarişiylə AZİdə tələbə və müəllimləri öldürüb”, dedi... Soruşdum: "Sizcə o faciə Sizin də Ali Məktəbdə ola bilərdimi?” Dediniz: "bəli!”  Soruşdum: "bəs, o şəhid olmuş tələbə həmkarlarınızın AN MƏRASİNdə kimlər iştirak edib?” Dillənən olmadı...Həmin gün  bu qrupda "iqtisadi kibernetikadan”  dərs deyirdim... Fürsətdən istifadə edərək,  bu elmin rəsmi əsaslarını qoymuş böyük amerikan riyaziyyatçısı və filosofu Norbert Vinerin "Kibernetika və ya canlılarda və maşınlarda əlaqə və idarəetmə” kitabından bəzi sitatlar gətirdim...Viner yazırdı: "Hakimyyət və hakimiyyət ehtirasları cəmiyyətin real ünsürləri olub müxtəlif  formalarda təzahür edir: rəhbər bir kimsə bu və ya digər məqsədləri naminə öz ətrafında elə müti insanları toplayır ki, onlar "Ələddinin sehrili çırağındakı” cindən mahiyyətcə fərqlənmirlər – ağasının  hər bir əmrini mexaniki bir vasitə kimi dərhal yerinə yetirirlər. Bu insanlarda heç bir ədəb-əxlaq-davranış qaydaları olmur, onlar yalnız ağalarının əmrinə tabedirlər...”.  Norbert Viner hələ 60-70 il öncə yazdığı bu  və digər əsərlərində  bügünki dünyamızın real çirkinliklərini dahi uzaqğörənliklə təsvir etmişdi. O, Kibernetikanın bir tərəfdən cəmiyyətin  xeyrli inkişafına  xidmət edəcəyini arzulasa da, digər tətəfdən, müəyyən inhisarçı dairələrin bu elmin nəticələrindən   texnikada, tibbdə, sosioloqiyada, iqtisadiyyatda və i.a. sahələrdə  öz cirkin niyyətləri naminə istifadə  edəcəklərini də bildirmişdi... Mən sonra bizim həmyerlimiz, qeyri-səlist məntiq nəzəriyyəsinin banisi prof.  Lütfizadənin də N.Vinerlə birgə elmi fəaliyyətindən, onun Bakıdakı tələbəsi, ADNA-nın professoru  Rafiq Əliyevin bu nəzəriyyəyyəyə əsaslanan "ictimai-siyasi  proqnozlaşdırma” barədə bəzi məlumatları da verdim...Daha sonra bildirdim: "Əfsuslar olsun ki bu görkəmli alimlərin  riyazi-fəlsəfi elmi əsərlərinə respublikamızda kifayət qədər nəzəri və praktik  dəyərlər verilmədiyindən  bu günki bəlalarımızın da real sirrlərini araşdıra bilməmişik...  Halbuki, istər Xocalı, istər ADNA-kı, istərsə də digər faciələr yuxarıda N.Vinerin qeyd etdiyi kimi, hakimiyyət ehtiraslarının bir təzahürü olub, yüzlərlə və minlələ günahsız insanların qurbanları ilə nəticələnib... Bu çirkin oyunlarını ört-basdır etməkdən ötrü  minlərlə digər insanlar, o cümlədən Siz -  tələbələrin bir qismi zombiləşdirilərək həmin ehtirasların mənəvi qurbanlarına çevrilmisiniz...”.  Daha sonra əlavə etdim: "dostlar, ən böyük faciə Xocalı ya ADNA qətli yox, bilavasitə Siz gənclərin öz milli faciələrinizə  bu qədər soyuqqanlı yanaşmağınızdır, Sizin və digər bir qisim gənclərin  müəyyən  rüşvətxor və korrupsioner qüvvələrin oyuncaq vasitələrinə çevrilməyinizdir... Bilin və agah olun ki, nə vaxtacən ki öz HAQQınıza, AZAD fikirlənizə sahib çıxmamısınız, onda Sizi qarşıda hələ  daha böyük faciələr  gözləyir...”. Bu iki-üç dəqiqəlik söhbətimdən sonra dərsimə davam etdim...

Dərsi bitirdikdən sonra kafedramıza qayıtdıqda məni prorektorun otağına çağırdılar. Düzi elə bildim ki, bu dərs saatlarının bölgüsüylə bağlıdır. Amma,   prorektorun diplomatik söhbətindən anladım ki, bilavasitə rektoratınızın  mənimlə işləmək niyyətləri yoxdur. Odur ki,  söhbəti heç uzatmadan, dərhal – "mən növbəti dərsimə-mühazirərə gedə bilərəmmi?” sualıma, "buyurun!” cavabını aldım...

Əziz dostlarım!  Fürsətdən istifadə edərək, Sizinlə xudahafizləşmək qərarına gəldim... 3 qrupun – təminən 70-80 tələbənin iştirak etdiyi mühazirə zalına  daxil olub jurnalları qeyd etdikdən sonra mühazirəmin "xətti-proqramlaşdırma məsələlərinin iqtisadiyyata tətbiqi” mövzusunu  yazı taxtasına yazıb Sizə müraciət etdim: "Bu gün Sizə son dərsimi deyirəm, odur ki bu vacib mövzunu  hamınızın diqqətlə dinləməyini və yazmağını tövsiyyə edirəm...”.  Bu kəlmələrimi eşidən kimi, mühazirə zalında bir izdiham  yaşandı, az qala xorla, böyük təəccüb içərisində məndən  soruşdunuz ki, "axı,nə baş verdi, niyə birdən-birə  belə bir addımı atdınız?!”. Əvvəlcə Sizə heçnə demək istəmədim,  amma  təkid etdiyinizi görüb universitetinizlə bağlı yuxarıda qeyd etdiklərim bəzi xoşagəlməz hallarlı xatırlatmaqla yanaşı, əlavə etdim  ki,  "ölkənin digər əksər ali-təhsil müəəsisələrində, elm ocaqlarında və i.a. yerlərdə olduğu kimi, Universitetinizdə də baş alıb gedən bu haqsızlıqların əsas məramı -  Sizi nəinki təhsildən, həm də sağlam təlim-tərbiyə  proseslərindən və vicdanlı-azad vətəndaş kimi yetişməkdən   məhrum edərək, hamınızı manqurt bir kütləyə çevirməkdir... Halbuki, ölkəmizin gələcək səadəti – azad, demokratik, hüquqi, iqtisadi cəhətdən yüksək bir dövlət kimi  formalaşdırılması məsuliyyəti  bilavasitə Sizin çiyinlərinizin üzərinə düşür. Odur ki, mütilikdən qaçın,  AZADlığınızı və  HAQQınızı qorumağa çalışın,  hər bir işinizdə HAQQ-ƏDALƏT prinsipini əsas tutun və bunula da həm özünüzü, həm də ölkəinizi  bu çirkab rüşvət və korrupsiya bataqlığından  çıxatmağa   cəhd edin...”. Bu sözlərimdən sonra və aranızda yaranmış bu gərgin yaşamla bağlı olaraq, artıq  mühazirəmi dinləmək arzusunda olmadığınızı görüb, Sizinlə xudahafizləşərək  zalı tərk etmək məcburiyyətində qaldım...O an hamınızın, hətta dərsimdə ipə-sapa yatmayan o bəzi tələbələrin belə  hansı acı hissləri  keçirtiyini  mən də dərk edirdim...Bir daha bu xoşagəlməz  hal ilə əlaqədar olaraq, o gün  kütləvi şəkildə rektorata və dekanlığa etdiyiniz etirazlara görə hamınıza dərin minnətdarlığımı bildirməyi özümə borc hesab bilirəm...

Əziz tələbələr! Sizdən ayrıldığım bu bir ay ərzində bəzilərinizdən müdafiəmlə yanaşı, suallar dolu məyyən məktublar da  aldım...Ümumi formada bu suallarınızı cavablandırmaqla yanaşı, fürsət ikən, digər ali məktəb tələbələri və gənclər, kolleqalarım, alim və ziyalılarla da müəyyən fikirlərimi bölüşdürmək  istəyərdim... Əvvala, Biznes Universitetində dərs dediyim ilk günlərdən dərk etdim ki, burada mənə işləməyə imkan verilməyəcəkdir, səbəbi isə aşkar idi:  bu özəl təhsil ocağında çox  qapalı-özünəməxsus təlim-təhsil-tərbiyə-əxlaq kodeksi formalaşıbmış, - demək olar ki, hər tələbəyə, müəllimə, valideyinə, universitetə gəlib-gedən təsadüfi şəxslərə  belə "ciddi nəzarət” var imiş...  Zahirən bu qeyri-sağlam "nəzarət” elə də tez nəzərə çarpmırdı. Belə ki,  universitetinizdə ciddi dərs sistemi mövcud idi: Təhsil Nazirliyi tərəfindən  Ali Məktəblər üçün nəzərdə tutulan bütün tələblərə müvafiq olaraq  müəllimlərdən  vaxtlı-vaxtında, müvafiq sənədlərin qovluğu ilə   birlikdə dərsdə iştirakları tələb olunur, açıq dərslər keçirilir, rəhbərlik tərəfindən mütəmadi olaraq yoxlamalar aparılırdı... Dərs  dediyim bu on gün ərzində nəinki Siz-tələbələrin, həm də müəllimi olduğum Riyaziyyat kafedrasının müdiri və bütün kollektivi və universitetinizin  prorektorluğu tərəfindən də yüksək hörmətlə qarşılanırdım... Amma son günlər hiss edirdim ki, az qala həm Siz tələbələrin  arasından, həm də kənardan izlənilir və diqqətlə öyrənilirəm... Təbii ki rektoratda  ölkəmizdə mövcud ictimai-siyasi rejimə  müxalif  mövgedə durduğumu dərk etmişdilər, amma inanmıram ki, universitetinizdən "mədəni formada” kənarlaşdırılmağımda  bu səbəb əsas rol olmışdır. Belə ki, burada da həm müəllim kollektivi, həm də tələbələr arasında müxalif mövgeli   şəxslər də az deyildi... 

Bəs, görəsən, universitetdən kənar edilməyimin  əsas səbəbləri nə idi?

Mən bu sualın cavabını Sizə dərs dediyim və az qala hər birinizlə ünsiyyətdə olduğum zaman artıq dərk etmişdim: ilk öncə, bir yandan Universitetininzin büdcəsinə kifayət qədər "tədris haqqını” (təxminən ildə 2 min manat)  ödəməli olduğunuz halda, kütləvi formada imtahanlardan kəsilməyinizi qətiyyən anlaya bilmirdim. Axı müəllimləriniz bilavasitə bu pullarınızın hesabına  maaşlarını alır və təbii ki, hər birinizi də yüksək səviyyədə imtahanlara hazırlamağa borclu idilər... Şəxsən mən özüm Sizə dərs dediyim  bütün qruplarda demək olar ki  hər birinizi yazı taxtasına çıxardıb ciddi şəkildə  işlətməyi özümə borc bilirdim, hamınıza zəmanət verirdim ki, əgər heç olmasa son iki məsələnin dürüst həllini edə bilsəniz, imtahanı da müvəffəqiyyətlə verəcəksiniz... Bəzən yorğunluğunuzu görüb, Sizə bu və ya digər dünyəvi mövzulardan da danışardım... Məqsədim - Sizi nəinki savadlı bir mütəxxəsis kimi yetişdirmək, həm də sağlam  dünyagörüşlü bir vətəndaş kimi formalaşmağınızda əlimdən gələni əsirgəməmək idi... Bu qısa vaxtda müəllim-tələbə münasibətlərimiz  möhkəm dosluq ünsiyyətinə  çevrilmişdi... Allaha min şükür edirdim ki, bu 3 semestr ərzində qəlblərinizdə  yer almış gələcəyə ümidsizlik, qorxu və kifayət  qədər digər xoşagəlməz halları az da olsa dəf edə bilmişəm... Bunula belə, bəzilərinizin  - "müəllim, qorxuruq ki axırda Sizi də məcbur edəcəklər ki bizi kəsəsiniz” kimi şübhələriniz məni də yaman narahat etmişdi... Universitetinizin yuxarı kurslarında oxuyan və bir neçə il öncə  onlara Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialında dərs dediyim tələbələrim də bu və digər xoşagəlməz hallar barədə məni xəbərdar etmişdilər... Doğrusu, bu keçmiş tələbələrim hər dəfə məni karidorlarda görəndə, - "nə yaxşı ki  Sizi burada gördük, kaş bizə yenə də Siz dərs deyəydiniz, müəllim!”  deyə  məndən əl çəkmək istəmirdilər... Mən də onları görəndə çox sevinirdim.   Yeri gəlmişkən, bildirim ki, hakimiyyətdəki müəyyən siyasi qüvvələrin  və rejim sahiblərinin Təhsil Sisteminində də özlərinə açıq-aşkar şəkildə  yuva  qurduqları  bazar oyunlarının qurbanı olaraq bağlanmış MDAU və  Azərbaycan Beynəlxalq Universitetinin (ABU) minlərlə tələbələrinin bir hissəsi  də məhz bu universitetdə yerləşdirilmişdi... Məni az-çox tanıyan ABU tələbələrinin də "ahu-zarının” sərhədi yox idi. Təhsil aldıqları əvvəlki universitetlərlə müqayisədə, Bakı Biznes Universitetini  az qala cəhənnəm bazarına bənzədən bu tələbələrin  nastolji hissləri bəzən məni də xeyli kövrəldərdi... Beləliklə, elə ilk günlərdən  dərk etdim ki, Bakı Biznes Universitetində işləməyim heç də uzun çəkmiyəcək. Təbii ki, ən azı 150 tələbənin sabah tədris edəcəyim fənndən rüşvətsiz-filansız, müvəffəqiyyətli  qiymət ala bilmələri və onlara qarşı hər hansı bir haqsızlıq müşahidə edildikdə isə dərhal onların  hüquqlaını müdafiə edə biləcəyim "təhlükəsi”  artıq rektorata da çatmışdı... Güman ki mühazirə və seminarlarda  tələbələrə öz haqqlarını qorumaq barədə bəzi tövsiyyələrim də "yazılı” şəkildə "mərkəzə”  təqdim olunmuşdu... Bu "xəbərçilikdə”  "fəal” olan o bəzi tələbə və ya müəllimlərin isə heç birindən incimək haqqım yoxdur, çünki onlar yuxarıda Norbert Vinerdən gətirdiyim sitatlarda bildirildiyim  kimi, "Ələddinin sehrili çırağındakı” cindən mahiyyətcə fərqlənmirlər  – ağalarının  hər bir əmrini zərrə qədər düşünmədən, mexaniki bir vasitə kimi dərhal yerinə yetirən mütilər idi...

Əziz tələbə dostlar! Bütün yuxarıda qeyd etdiklərim reallıqları bir daha nəzərinizə çatdırmaqla, Sizi və digər Ali Məktəb tələbələrini  heç də ruhdan salmaq yox, əksinə,   daha əzmlə HAQQlarınızın  bərpası naminə mübarizəyə  çağırıram... Elə düşünməyin ki bu kimi haqsızlıqlar yalnız Sizin və bəzi digər özəl Universitetlərdə  baş alıb gedir,  bir sıra dövlət universitetlərində də rüşvət və korrupsiyanın az qala sərhədi bilinmir... Ali Məktəbə daxil oduğunuz ilk gün Sizin və valideyinlərininizin həddi-hüdudu bilinməyən sevincinin və gələcəyə ümidlərinin    elə ilk semestr imtahanlarından sonra da puça çıxması -  hər biriniz üçün  necə böyük mənəvi sarsıntı olduğunu da təsəvvür edirəm...

Əziz dostlar! Ölkəmizdə təhsil sisteminin bu kimi bataqlığa məruz qalmasının nəticəsidir ki, nəinki o az-çox imkanlı valideyinlər, lap elə o rüşvətxor və korrupsioner zümrənin nümayəndələri də övladlarını öz ölkələrinin ali məktəblərinə deyil, Avropa,Amerika ya digər demokratik məmləkətlərin təhsil ocaqlarına göndərirlər... Görün, ölkəmizdəki təhsil və ümumi ictimai-sosial vəziyyət nə dərəcədə ağırdır ki, hətta o rüşvətxor və korrupsionerlər belə  övladlarının bu ölkədiki gələcəyinə   inanmırlar... Əfsuslar olsun ki, SSRİ dağıldıqdan və ölkəmiz müəyyən müstəqilliq qazandıqdan sonra, yüksək Sovet təhsili almış savadlı gənc alimlərimizin böyük bir qismi də həm maddi çətinliklərə, həm də yuxarıda qeyd edilən haqsızlıqlara tablaşmayaraq, vətənlərini tərk etmiş, Türkiyə,İran, Rusiya, Avropa və d. ölkələrin  müxtəlif elm və tədris müəssələrində iş qurmuşlar. Görəsən, bir gün onların  vətənə qayıdıb yenə də  öz xalqına və övladlarına xidmət edəcəklərinə ümüd varmı?   Bir neçə il bundan əvvəl (2005-ci il) barəsində aşağıda qeyd edəcyim sevimli müəllimim, akademik S.M.Nikolskinin yüz illik yubileyi  münasibətilə Moskvada keçirilən beynəlxalq elmi konfransda xaricdə yaşayıb-yaradan bir həmyerli  gənc professor dostumla görüşüb bu sualı ona verdim. O, dərindən ah çəkərək dedi: "Dostum, mən böyük bir universitetin professoru və kafedra müdiri olub ayda 7-8 min dollar maaş alir, evim-eşiyim, bağım-baxçam, yaxşı maşınım da var. Amerika və Avropada nəşr edilən elmi əsərlərimdən də yaxşı qanorarlar alıram. Onlarla alim kadrlarını da yetişdirmişəm. Bunula belə,  bir gün eşitsəm ki öz vətənimdə, dərs dediyim ali məktəbdə rüşvətin kökü kəsilib və orada  rahat şəkildə öz  elmi və tədris  fəaliyyətimi davam etdirə biləcək  və yüksək səviyyəli tələbələrimin yetişdirilməsində heç  bir maneçilik  görməyəcəyəm, inan ki, lap "300-400 dollarlıq”  professor maaşına da razılaşıb Bakıya uçaram...”.

Əziz dostlarım!  Şəxsən mən özüm də bu və digər səbəblərdən uzun müddət Rusiyada yaşamaq məcburiyyətində qalmışdım. Əfuslar olsun ki, SSRİ dağıldıqdan sonra, Azərbaycan və bəzi digər SNQ ölkələri kimi, bu ölkədə də alimlərin maddi vəziyyəti könül açan olmadığından, buranı da çox gənc alimlər tərk etmişdir. Yeri gəlmişkən, elə həmin o konfrans ərəfəsində müəllimim akademik S.M.Nikolskinin  Rusiya Federasiyasının prezidenti V.V.Putin tərəfindən "Vətənə xidmət” ordeni ilə təltif  edildiyi məqamda, onun - o 100 yaşlı alimin (əli ilə həmin ordenə işarə edərək)  ölkəsinin prezidentinə dedikləri bu kəlmələri də xatırlamaq yerinə düşərdi: "Əlbəttə ki bu ordenə görə Sizə təşəkkür edirəm. Amma fürsət ikən, Rusiya Elm və Təhsilinin bu günki acınacaqlı vəziyyətini də Sizə xatırlatmaq istərdim: əvvəla, orta təhsil məktəblərində nə təhsilin, nə də ki dərsliklərin səviyyəsini qənaətbəxş  saymaq olmaz. Rusiya dövlətinin büdcəsi  hesabına təhsil almış kifayət qədər savadlı və görkəmli gənc alim və  müəllimlərimiz isə maddi ehtiyac üzündən vətənlərini tərk etməyə məcbur olmuşlar. Ölkənin prezidenti kimi bu gün Sizin qarşınızda duran əsas vəzifələrdən biri də məhz Rusiya  Elm və Təhsilinə  diqqət və qayğını artirmaqla yanaşı, həm də o istedadlı gənclərimizin geri qaytarılmasına nail olmaqdır ki, qoy vətənləri qarşısındakı borclarını layiqincə davam etdirə bilsinlər!”. Fürsət ikən, soruşmaq istərdik: görəsən, bizdə -   Azərbaycanda necə, belə bir akademik nə vaxtsa peyda ola bilərmi?

Əziz dostlarım! Şübhəsiz ki, dünyanın ən nüfuzlu bir elmi mərkəzinin – keçmiş SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun (akademik A.Kolmoqorov-S.M. Nikolskiy   məktəbinin) bir yetişdirməsi və "Steklovka” alimlik  diplomunun sahibi kimi mən də Avropanın istənilən nüfuzlu elmi ya təhsil ocağında  işləyə bilər və maddi cəhətdən kifayət qədər şanlı həyatımı da qura bilərdim... Amma yüksək elmi təhsil aldığım Sovet (SSRİ) məktəbinə  və vətənim –Azərbaycana nastolji və patriotik bağlılıq məni xaricə köçmək arzusundan daşındırdı...Bunula belə,  hər dəfə dünyada (o cümlədən, son dövrdə qonşumuz Gürcüstanda)  sürətlə davam etməkdə olan demokratik islahatları və  elmi-texniki tərəqqini gördükcə, təbii sərvətlərinin hesabına kifayət qədər maddi gəlirinə baxmayaraq  ölkəmizdə baş alıb gedən  yoxsulluq, müəllim,həkim, gənclərimizin və digərlərinin dilənçi əmək haqqları, Universitetləti bitirən məzunların min bir zülm və rüşvətlə işə düzəlmələri və özlərinin də bu çirkin yollara təhrik olunmaları və i.a. qüsurlar bir vətəndaş kimi  məni  də həmişə narahat etmişdir...

Əfsuslar olsun ki, bu gün ölkəmizdə (o cümlədən oxuduğunuz Universitetdə) Norbert Vinerin "Ələddinin sehrili çırağı” modelinə əsaslanan elə bir  xəstə ideoloji-siyasi sistem bərqərar olmuşdur ki, müəyyən istisna hallardan başqa, cəmiyyət  ağalara və mütilərə bölünmüşdür. Müstəqil,azadfikirli insanlar az qala barmaqla sayılır...Ən dəhşətlisi isə ölkədəki alim və ziyalıların da böyük bir qisminin mütiyə çevrilməsi və hətta bir vaxtlar fəxrlə işlətdiyimiz "professor”,"akademik” məfhumlarının öz əvvəlki ənənəvi nüfuz  və dəyərini itirməsidir. Halbuki, ta qədim zamanlardan o ölkə ya cəmiyyət yüksək səviyyədə tərəqqi etmişdir ki, orada xalqın elitası nəzərə çarpmışdır. Bəs, hanı bizim Azərbaycanın elitası?!   Axı, heç olmasa Sovet dövrlərində onlar az-çox nəzərə çarpırdı...Bəs, nə baş verdi??? Təbii ki, əgər bu gün ölkəmizdə vicdanlı ziyalı ya alimlər  yuxarıda qeyd etdiyim kimi, az qala barmaqla sayılırsa, onun hansı elitasından söhbət gedə bilər? Yəqin ki, bir müddət öncə, ölkəmizin mətbuat səhifələrindən düşməyən, görkəmli ziyalımız Rüstəm İbrahimbəyovun təşəbbüsi ilə başlanılan  "Elita”  mövzusunun məlum  "ağalarımızı” hiddətə gətirərək "müti ziyalılarımızı” növbəti dəfə  "Ələddinin çırağı”ndan necə çıxartmağa məcbur edildiyinin şahidi oldunuz...Və ya yuxarıda adını xatırlatdığım görkəmli alimimiz Rafiq Əliyevin bu yaxınlarda cəmiyyətin tərəqqisi naminə ictimai forumlardakı bəzi tənqidi fikrlərinin  o yazıq- müti cinlərimizin necə narahat edilməsi ilə  də nəticələndiyini  unutmamısınız: onda ölkəmizin az qala bütün alim-professor, akademik və müəllim heyətini belə hərəkətə gətirmiyə çalışmışdılar...

Əziz dostlar! Bu gün ölkəmizin məhz ən dəhşətlisi səhnələrindən biri  də   ali-təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərliklərinin hakimiyyətin bu və ya diğər siyasi oyunlarına alət edilməsidir. Təbii ki bu rəhbərlər də öz səlahiyyətləri müqabilində bir sıra tələbələri və müəllim-alim kollektivini də  özlərinin  alətinə çevrilməkdən  çəkinməmişlər...Məsələn, Sizin universitetinizdə təhsil alan bir qrup tələbələrin müəyyən şirnikləndirici vədlər altında YAPa üzv edilməsi və ya  "İrəli” adlı gənclər təşkilatında  cəmləşdirərək müxalifət liderlərinə və ya digər azadfikirli gənclərə qarşı istifadə edilməsi barədə məlumatlar  məni xeyli mütəəssir etmişdi... Hətta fürsət ikən bəzi dərslərimdə  Siz tələbələri kiminsə ideoloji oyunlarına alət olmamağa çağırdım...

Əziz tələbə və gənc doslar! Bir qədər təvazökarlıqdan uzaq görünsə də, lakin bilavasitə yuxarıdakı fikirlərimlə bağlı olduğundan, tələbəlik illərimdəki bir məqamı xatırlatmaq istərdim: Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin (1976-1981) 3-cü kursunda oxuyarkən, bir neçə min tələbədən bir nəfərə - mənə Kommunist Partiyasına üzv yazılmaq təklifi  ediləndə, bəzi digərlərindən fərqli olaraq, xeyli məyus olmuşdum... Əvvəla, qeyd edim ki o vaxtlar (1970-80-cı illərdə) yalnız fəhlə-kolxuzçuları rüşvətsiz partiyaya daxil edir, bu "şərəfin” arzusunda olan digər ziyalı ya qulluqçu  şəxslərin əksəriyyətindən  isə böyük miqdarda rüşvət tələb olunudu. Mən həm əlaçı tələbə, həm Tələbə Elmi Cəmiyyətinin sədri və fakültə elmi şurasının üzvi və həm də bir ictimai aktivist olduğumdan, rüşvətsiz-filansız belə bir "səadətə” nail olmaq təklifindən nəinki sevinmədim, əksinə, xeyli mütəəssir oldum: axı, xaraktercə yaltaq olmayıb, sabah bir vəzifə tutmaq arzusunda da deyildim. Digər tərəfdən, (məxsusən o illərdə) bu marksizm-leninizm ideyalarının saxtakar təbliğı bir qrup insanların əlində hakimiyyət və pul  qazanmaq naminə olduğuna da şəkk etmirdim. Elə həmin il (1978) Bakıda Stepan Şaumyanın 100 illik yubileyinə həsr edilmiş təntənəli məclisdə Heydər Əliyevin "Azərbaycan zəhmətkeşlərinin bütün gələcək nəsillərinə də nümunəvi örnək olacaq Şaumyan obrazına” həsr etdiyi çıxışında Şaumyanın  və bolşevizmin  şəninə deyilmiş bir neçə saatlıq saysız-hesabsız tərifləri ayaq üstündə, sürəkli alqışlarla qarşılayan o kommunist mütilərinin sabah bu partiya biletlərini necə yandırıb digər bir partiyanın mütilərinə çevriləcəyinə də qətiyyən şübhəm yox idi. Onlar öz ağalarıyla  birgə yeni dövrlərə və  yeni ictimai-siyasi rejimlərə dərhal uyğunlaşan xamelyonlar  idi. Şübhə  yoxdur ki, SSRİ kimi nəhəng bir imperiya elə bu kimi xamelyonların texniki vasitəçiliyi ilə də devrilərək müstəqil ya qismən müstəqil bir neçə məmləkətə  parçalandı... Əfsuslar olsun ki, SSRİ-dən qopmuş elə də böyük maddi və təbii sərvətlərə malik olmayan Pribaltika ölkələrinin xalqları  və yaxın zamanda Gütcüstan xalqı da öz dövlətlərinin   demokratik tərəqqisi naminə müəyyən addımları ata bildisə də, neft-qaz kimi tükənməz təbii sərvətləri hesabına kifayət qədər  varlanan ölkəmizdə bu istiqamətdə  demək olar ki heç bir müsbət addım atılmadı: orta və ali təhsil məktəblərindən tutmuş ta yüksək dövlət instansiyalarına qədər rüşvət və korrupsiya cəmiyyətimizi iflic vəziyyətinə salmışdır. Haram pullar  hesabına həm ölkələrində, həm də ondan xaricdə özlərinə  milyon-milyon manatlıq saraylar tikdirən, kef məclislərini və digər əyləncələr quran, hakimiyyətlərini  və mal-dövlətləri qorumaq naminə ən iyrənc metodlarından belə çəkinməyən bu acıgöz ünsürlər nə tarixdən, nə  də ki dünyada baş verən bu son siyasi hadisələrdən zərrə qədər bir dərs belə götürmək istəmirlər... Elə bilirlər ki, ağalarının növbəti fitiylə yenə də paqonlarını dəyişməyə macal tapacaq və bu dəfə də yeni zamana və rejiminə uyğunlaşa biləcəklər. Xeyr, bu daha baş verməyəcəkdir!  Bu gün bütün dünya dəyişməkdədir: "Ələddinin çırağı”  çatlamış, mütilər bu çatlaqlardan dünyaya seyr etməyə başlamış, dünya ağaları isə  ağlını çaşdırmışlar – artıq XEYİRlə  ŞƏRin mübarizəsi açıq müstəviyə çıxmışdır!!! 

Əziz gənclər! Bu gün dünyada baş verən son  tərəqqi proseslərindən Sizi də bəhrələnməyə çağırıram. Bunun üçünsə, ilk öncə hər birinizdən öz HAQQlarınıza sahib çıxmaq  cəsarəti tələb olunur!  Təbii ki bu yolda qarşınıza çıxacaq süni maneələr, həbslər və ya digər siyasi təqib ya təzyiqlər də istisna deyildir. Məsələn, Azərbaycanın azadfikirli və   mübariz oğlu, yüksək savad və təhsilə malik olan Bəxtiyar Hacıyevin və digər aktiv gənclərin müxtəlif qondarma bəhanələrlə zindanlara atılması bilavasitə Sizləri və valideyinlərinizi qorxutmaq, sındırmaq niyyəti ilə  təşkil edilmiş bir çirkin addım olsa da, çox davam edə bilməyəcəkdir, çünki, hər  zülmət günün nurlu bir sabahının da olacağına qətiyyən şəkk yoxdur... 

Əziz dostlarım! Bilavasitə yuxarıdakı açıqlamalarım və tövsiyyələrimlə bağlı olaraq,  bu gün də bütün tələbə və gənclərə, alimlərə, professor və müəllimlərə və digər insanlara da vacib bir örnək - ibrət məktəbi sayıla bilən,  düz 200 il öncə Fransada doğulmuş və cəmi 20 il yaşamış dünyanın görkəmli riyaziyyatçısı və haqqsevər mücahidi  Evarist Qalua (1811-1832) şəxsiyyəti barədə bir neçə  kəlmə demək istəyirəm: O, hələ 12 yaşında Fransanın ən nüfuzlu  Lui-le-Qran Kral kollecində təhsil aldığı zaman Fransa Kralının haqsız mövgeyini müdafiə edən kollecin rəhbərliyinə qarşı mübarizəyə qalxan ilk etiraz aksiyaçılarından biri olmuşdu. 16 yaşında isə dünya  riyaziyyatınının inkişafında yeni kəşfləri  ilə  tanınmağa başlanmışdı. Bunula belə, bu dahi gənc riyaziyyatçı iki il (1928 -1929) ardıcıl olaraq   sənədlərini Politexnik İnstituna qəbuldan ötrü versə də oraya daxil ola bilmir, səbəbi isə  riyaziyyatdan şifahi imtahan götürən  müəllimlərin bu unikal istedadlı gənci dərk edə  biməmələri  idi. Nəhayət, 1930-cu ilin əvvəlində Normal Ali Məktəbə daxil olan E.Qalua orada da cəmi 1 il oxuya bildi. Kral-monarxiya rejiminin sadiq qullarına çevrilmiş  bu Ali Məktəb rəhbərliyininin müti siyasi mövgeyi və tələbələrə qarşı haqsızlıqları  E.Qaluanın respublikaçılar partiyası ilə yanaşı, həm də "Xalqın dostları” siyasi cəmiyyətinə də üzv  yazılmasına  stimul verir. O Kral-monarxiya rejiminə qarşı qətiyyətli mübarizəsinə başlayır. 19 yaşlı bu tələbənin fəxrlə özünü  "Fransa patriotu” adlandırması və ölkəsində monarxiyanın ləğv edilərək ədalət və demokratiya  prinsiplərinə əsaslanan ümumxalq   hakimiyyətinin  bərqərar olması yolunda inadkar mübarizəsi  onu oxuduğu ali məktəbdən xaric ediməsiylə nəticələnsə də  o qətiyyən ruhdan düşmür.Bir müddət ruzi qazanmaqdan ötrü  Ali riyaziyyatdan repetitorluq   etmək məcburiyyətində qalır. Lakin növbəti siyasi aksiyaların birində öndə getdiyinə görə 9 ay müddətinə həbs edilir (o əvvəl də bu kimi qurma motivlərlə mühakimə olunmuşdu). E.Qalua  həbsxanada  da dinc oturmur, həm riyaziyyat, həm də ictimai-siyasi mövzularda sanballı əsərlərini yazır. Məhz bü günəcən riyaziyyat elmini tədris və tədqiq edən   dünyanın  bütün ali və elmi-tədqiqat müəssisələrində milyonlarla tələbələr, aspirantlar, müəllimlər, alim və professorlar  bəlkə də hər gün   "Qalua meydanı”nı, "Qalua qrupu”nu,  "Qalua nəzəriyyəsi”ni  öyrənir və öyrədirlər... E. Qalua həbsxanadan çıxdıqdan 1 ay sonra ölkəsinin xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş hiyləgər bir oyun nəticəsində  dueldə qətlə yetirilir... Ölümündən bir neçə gün öncə o dostu O.Şevalyeyə yazmışdı: "Taleyin hökmü ilə elə seçilmiş insanlar vardır ki, heç bir şəxsi mənafe güdmədən, daim  xeyirxahlıqla  məşgul olarlar. Güman edirəm ki mən də onlardan biriyəm...”. Ölümünə bir neçə saat qalmış isə respublikaçı məsləkdaşlarına ünvanladığı  vida məktubunda bildirmişdi: "Boynuma alıram ki, çoxuna  xeyli acı gəlsə də,  insanlara yalnız və yalnız həqiqəti demişəm. Yalanla ləkələnməmiş vicdanım və ləkələnməmiş patriot qanım ilə  Qəbir evimə gedirəm! Həyatımın heç də az hissəsini bəşərin  ümümi rifahına sərf etmədim. Əlvida!”. O, 31 mart 1932-ci il səhər həyatının son dəqiqələrində çarpayısının önündə göz yaşlarını axıdan qardaşına da belə təsəlli verdi:  "Ağlama qardaşım, ağlama, axı, bu 20 yaşımda ikən bir mərd kimi  ölmək üçün bütün  kişi cəsarətimi toplamalıyam...”. 

Əziz tələbə və gənc dostlarım! Yəqin ki bu mücahid və dahi riyaziyyatçı  Evarist Qalua barədə söylədiyim məlum faktlarla Sizə nə demək istədiyimi anladınız... O, cəmi 20 il yaşadı, iki il ardıcıl uğursuzluqdan sonra   ali məktəbə daxil olsa da, orada cəmi bircə il oxuya bildi və siyasi fəaliyyətinə görə həbs edilərək sonra da qətlə yetirildi. Amma dövrünün o  monarxist krallarından,  o krallara yarıklanan  müti məktəb müəllim və direktorlarından, universitet rektorlarından, özlərini cəmiyyətdən təcrid etmiş görkəmli alim və ziyalılardan, fikri-zikri  yalnız ali məktəb diplomunu alıb  sabahını  ətraflı şəkildə düşünməyən tələbə və gənclərdən və  onların valideyinlərindən fərqli olaraq,  E.Qalua ictimai-siyasi və elmi fəaliyyətində  yalnız və yalnız  HAQQ və ƏDALƏT prinsipinə əsaslanaraq, bəşərin  ümumi  tərəqqisi naminə yaşadı və bu yolda da bir MƏRD  kimi də şəhid oldu...

Əziz dostlar!  Bir qrupda dərs dediyim zaman xatırlatdığım aşağıdakı misalı da hamınıza bir ibrət olsun deyə, bir daha təkrarlamaq  istəyirəm: bir vaxtlar beynəlxalq riyaziyyat olimpiadalarından   və  V.A.Steklov adına İnstitututun  Leninqrad filialından yaxşı tanıdığım Qriqoriy Perelmanın bir neçə il bundan öncə  "Puankare hipotezi”ni həll etdiyi üçün  üst-üstə bir neçə milyon dollarlıq mükafatdan imtina etməsini bu gün də çoxları dərk etmir... Həmin qrup tələbələrimin də əksəriyyəti, bəzi digərləri kimi,  onu az qala "ruhi xəstə” də  adlandırdı. Halbuki, Qriqoriy bu problemi heç də pul qazanmaq naminə həll etmədiyini, digər tərəfdən isə bu kəşfin əslində ideyaca  Kolumbiya Universitetinin professoru  R.Qamiltona məxsus olduğunu bildirdi. Baxın, elə də böyük maddi imkanları olmayan, darısqal  bir ev şərainidə  ruzi qazanmaq naminə bəzən  repetitorluqla məşğul olmağa məcbur olan bu alim üçun  Haqq və Ədalət prinsipi dünya malından nə qədər  üstündür?!

Əziz dostlar! Yuxarıda qeyd etdiyim kifayət qədər ibrətamiz misallara istinad edərək, tam qətiyyətlə deyə bilərəm ki, bu və ya digər azad və demokratik məmləkətlər kimi, bizim ölkəmiz də  bütün mövcud bəlalardan yalnız və yalnız o zaman xilas olub səadət tapa biləcəkdir ki, orada  xalqının və vətəninin   ümumi rifahı  naminə öz şəxsi mənafeyini  qurban verməyə hər an hazır olan, fəaliyyətlərində  yalnız və yalnız  HAQQ və ƏDALƏT prinsipini əsas tutan, hakimiyyətə birbaşa təsir etmək qüdrətinə malik olan siyasi elitası, azadfikirli alim və ziyalıları,  tələbə və gəncləri  mövcuddur! 

Əziz dostlar! Şəkk yoxdur, o gələcək səadətli   günlər  bilavasitə Sizin - bu günki tələbə və gənclərimizin çiyninlərində meydana gələcəkdir! Uşaqlıq və tələbə-gənclik illərindən Qalua ideallarının kiçik bir damlasını yaşayan bir ictimai-siyasi fəal  və riyaziyyatçı  kimi,  bu yolda hamınıza müəllimim akademik S.M.Nikolskininin uzunömrlüyünü və (şükür Allaha ki, ağlı başında ikən!) müdrikliyini,   o  20 yaşlı gənc şəhid və elm fədaisi  Evarist  Qalua haqqsevərliyini və mübarizliyini  arzu edirəm!

Allah amanında!!!

Hamınıza dərin hörmətlə:
Hilal Məmmədov,
fizika-riyaziyyat elmləri namizədi, dosent ,
contact.az


 

Категория: Azərbaycan | Просмотров: 1983 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus