Главная »
2011 »
Февраль »
9 » Bakıda İran səfirliyi qarşısında aksiya: Fars, rus, erməni, bunlar türkün düşməni!
13:26 Bakıda İran səfirliyi qarşısında aksiya: Fars, rus, erməni, bunlar türkün düşməni! |
Bu gün İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.
Piketçilər "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!", "Fars, rus, erməni, bunlar türkün düşməni!”, "İrəvan bizimdir, bizim olacaq!”, "Ya Qarabağ, ya ölüm!”, "Haray, haray mən türkəm!”, "İran siyasətinə ar olsun!”, "İşğalçı Ermənistanla dostluq edən İran rejiminə ar olsun!” şüarları səsləndiriblər. İranda yaşayan azərbaycanlıların dil, mədəniyyət hüquqlarının bərpa edilməsi, İran-Ermənistan əməkdaşlığının əleyhinə, Ermənistan və İran prezidentlərinin əleyhinə plakatlar qaldırılıb. Aksiyaçılar polis xəbər tutanadək İran səfirliyinin qarşısına kimi irəliləyib və şüarları səfirliyin qapıları qarşısında səsləndirib. Çıxışlarda da İranda yaşayan azərbaycanlıların mədəni və dil hüquqlarının İran rejimi tərəfindən pozulduğu, özünü müsəlmanların lider dövləti kimi aparan İran rejiminin Azərbaycan ərazilərini işğal edən xristian Ermənistana yardım etməsi pislənilib. Nəhayət, polis piketdən xəbər tutub və etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bir neçə nəfər saxlanılıb.
TALISH.ORG
|
Категория: Azərbaycan |
Просмотров: 1436 |
Добавил: admin
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[
Регистрация |
Вход ]