Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Январь » 21 » Bakıda kimə terror olmalı idi?
00:21
Bakıda kimə terror olmalı idi?
"Yalandır, hamısı yalandır, hamısı böhtandır"

"...Terror aktı törədəcəkmiş, yəhudi məktəbinin direktorunu, yəhudi müəllimini öldürtdürəcəkmiş”


«Yalandır, hamısı yalandır, hamısı böhtandır. Elə onlar gələndə, oğlumu tutanda dedim ki, oyundur, torba tikməyə gəlirsiz. Mənim uşaqlarım nə araq içəndilər, nə siqaret çəkən, o ki ola nəşə çəkən, ya da terrorçu. Biz gördük də. Elə bil içkili adam danışar ey, dili dolaşar, sözü deyə bilməz, o cür danışırdı. Heç o danışmırdı. Başqasıydı. Görmürdüz gözü hara baxırdı? Ona oxutdururdular. Yalandır... 12 ildir kürəkənim Balaqardaşa görə, bu işlər başımıza gəlir».

Şukufə Əliyeva belə deyir, terrora cəhddə ittiham olunaraq həbs olunmuş Rasim Əliyevin anası.

Yanvarın 19-da MTN məlumat yaydı ki, «əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıb». Həmin ictimai xadimlərin kimliyi açıqlanmadı.

Məlumatda sadəcə deyilir ki, terror aktını Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov və hazırda İranda yaşayan Balaqardaş Dadaşov planlaşdırıblar.

Məqsəd Bakıda işləyən əcnəbi vətəndaşların xidməti fəaliyyətinə son qoymaq olub. MTN-ə görə, bundan ötrü dəstə üzvləri odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İrandan Azərbaycana keçiriblər.

Nazirliyin məlumatında həmçinin deyilir ki, Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilmədən yaxalanıblar.

Şükufə Əliyeva isə deyir ki, yanvarın 10-da həbs olunan oğluna vəkil tuta bilməyib. Bir neçə vəkilə müraciət ediblər. Amma onlar Rasim Əliyevi müdafiə etməkdən boyun qaçırıblar.

Şükufə Əliyeva israrla təkrar edir ki, oğlu günahsızdır, sadəcə ittihamı boynuna qoyublar. «Oğlunuza işgəncə və ya hər hansı təzyiq göstərilməsi haqda məlumatınız varmı» sualına belə cavab verdi:

«Onu görməmişik. Amma 100 faiz bilirik ki, boynuna qoyublar. Düzdür, İrana gedib-gəlmişik. Amma gömrükdən keçmişik. Yoxlayıb buraxıblar... Gəlib evdə bizi tərpənməyə qoymadılar. Özləri yorğan-döşəyin arasından bükülü tiryək çıxartdılar, qarajdan snayper güllələri çıxartdılar. Narkotiklə boyunlarına qoyub apardılar».

Şükufə Əliyevanın sözlərinə görə, az sonra onları Səbail Rayon Məhkəməsinə çağırıblar:«Cavan qız idi vəkil, zəng elədi ki, məhkəmə olacaq, gəlin görüşün. Heç yaxın da buraxmadılar. Vəkil gəldi ki, onu da buraxmayıblar. Qərarı göstərdi ki, guya terror aktı törədəcəkmiş, yəhudi məktəbinin direktorunu, yəhudi müəllimini öldürtdürəcəkmiş. Buna görə guya Balaqardaşdan pul da alıb. Adam da tapıb. O da (MTN-nin məlumatında adı keçən Əli Hüseynovu nəzərdə tutur- Ş.B.) bədbəxtin, yazığın biridir, qalmağa yeri yoxdur. Tanışdır, heyvan üçün «opilka» gətirir, hərdən də elə-belə 5 manat, 3 manat verirdik. Onu qoyublar üzünə, guya o vuracaqmış. Qarabağ müharibəsinin də iştirakçısıdır o oğlan. Tapıb, düzüb-qoşublar da torba tikməyə».

Anasının dediyinə görə, 34 yaşlı Rasim Əliyevin 2 az yaşlı uşağı var. Biri 2 yaşında, o biri 8 aylıqdır.

Adı MTN-nin məlumatında hallanan, indi İranda yaşayan Balaqardaş Dadaşov adam oğurluğu, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə təqsirləndirilir. Barəsində beynəlxalq axtarış elan olunub.

Balaqardaş Dadaşov həm də Rasim Əliyevin yeznəsidir. Şükufə Əliyeva kürəkəniylə bağlı deyilənləri də təkzib edir: «Bütün oyunlar onun üçündür əslində. Deyirlər, ayı min bir oyun eylər, bir armud üçün. Balaqardaş kürəkənimi də böhtanla çıxartdılar. Uşaqları bir il məktəbə apara bilmirdik. Düşürdülər dalımızca, gecə-gündüz axtarış-yoxlama. Uşaqları qorxudan sarılıq tutdu. Axırı qızım başını götürdü getdi. Bunun boynuna qoyulan cinayətlər vardı, adam öldürmələr-filan, 2004-cü ildə Hacı Məmmədov tutulandan sonra aşkara çıxdı ki, bu eləməyib, Hacı Məmmədovun dəstəsi eləyib. Bununla da polisin ayağı evimizdən kəsildi. Nə biz terrorçuyuq, nə hökumətə qarşı çıxanıq. Allaha şükür bir parça çörəyimiz var, dolanırıq».

Dövlət televiziyasında yayımlanan süjetdə Rasim Əliyev dəfələrlə deyir ki, tapşırığı onlara İranın xüsusi xidmət orqanları verib. Bu işdə vasitəçi də Balaqardaş Dadaşov olub.

Yanvarın 20-də iş günü olmadığından İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənə bilmədik.

MTN-in sabiq əməkdaşı İlham İsmayılın qənaətincə, əgər doğrudan da rəsmi məlumatda deyildiyi kimidirsə və terrorun qarşısı alınıbsa, bu çox yaxşıdır. Bunu uğurlu əməliyyat adlandırmaq olar.

Amma o düşünür ki, bu məlumatla bağlı istintaq başa çatdıqdan sonra və ya məhkəmə zamanı danışmaq daha doğru olar. O əməliyyatla bağlı dövlət televiziyasında yayımlanan məlumatda açıqlanmayan məqamların olduğunu da deyir.

Amma İlham İsmayıl bu işin qurama olması haqda fikirləri də qəbul etmir. Çünki qarşı tərəf İran dövlətidir və hər hansı dövlət deyil. İlham İsmayıla görə, bu addım görünür hansısa gərgin münasibətlər fonunda cavabdır:

«Bir də Rafiq Tağının ölümündən sonra ikinci belə hadisə, özü də yəhudi əsilli əcnəbinin öldürülməsi şok yaradardı. Bu addımın atılması təhlükəsizlik sisteminin işlədiyinə təminat kimi də başa düşmək olar».

İlham İsmayıl hesab edir ki, Azərbaycan yalnız əməliyyatla kifayətlənməməlidir. Həm də Xarici İşlər Nazirliyi hərəkətə keçməli, İranla danışıqlar aparmalı və ya bəyanat verməlidir.

MTN-nin yanvarın 19-da yaydığı məlumatda deyilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 28.277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işi açılıb.

AzadliqRadiosu

 

Категория: Azərbaycan | Просмотров: 1487 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus