Azərbaycanlılar AŞPA-nın üzvlərini qara kürü ilə ələ alıblar
"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbuledilməzdir”. "Turan” agentliyinin məlumatına görə, bu sözləri oktyabrın 4-də keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalistlərin suallarını cavablandırarkən deyib.
Torbyorn Yaqland vurğulayıb ki, parlament də, onun üzvləri də müstəqil, muxtar olmalı, təşkilatın adından fəaliyyət göstərməli, onun standartlarını, dəyərlərini müdafiə etməlidir.
Azərbaycan nümayəndələrinin AŞPA-dakı digər deputatları qara kürü ilə ələ alması hallarının olub-olmadığını araşdırmaq imkanları barədə danışan baş katib qeyd edib ki, AŞPA-nın işinə müdaxilə edə bilməz: "Bu, müstəqil orqandır”.
Bu ilin yayında bir qrup AŞPA deputatı həmkarlarını Azərbaycan nümayəndə heyəti üzvlərinin ələ alması barədə xüsusi məruzə hazırlayıb. "Media forum"