Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 22 » Miyanku kəndinin ətraf toponimləri haqqında
16:51
Miyanku kəndinin ətraf toponimləri haqqında
Adəm övladı tarix boyu gördüyü hər bir şeyə ad qoymağa çalışıb. Bu minvalla insan adları, yer adları, əşya adları yaranıb. Məsələn, adam bir ağacın dibində məskən salıbsa, göz açıb gördüklərinə öz dilində ad verəcəkdir. "Ağac dibi” talış dilində "doy bın” adlanacaq, amma başqa dillərdə başqa cür deyiləcək. "Doy bın” zaman keçdikcə oba, kənd, tayfa, böyük ərazi, hətta ölkə adı da ola bilər. Məsələn, Lerikdə (Lik) kiçik bir əraziyə verilən Azərbaycan adı sonradan Şirvan, Muğan, Qarabağ, Talış... mahallarını birləşdirən bir dövlətin adına çevrilib. Eyni zamanda hər bir yer adı həmin adı daşıdığı yerin hansı millətə aidliyini də təsdiq edir...

Bu yazını yazmaqda əsas məqsədim doğulduğum Miyanku kəndinin yer-məkan adlarını oxuculara tanıtdırmaqdır. Elə yer adlarımız var ki, tarixi min illərə gedib çıxır, digər bir qismi isə yaxın keçmişimizi özündə canlandırır. Kəndimiz və onun ətrafının hər qarışı babalarımız tərəfində adlandırılaraq müqəddəsləşdirilib. Onların bir qismini başa düşdüyüm yozum ilə oxuculara təqdim etmək istərdim.


***
 
ĞƏNDƏRO - XX əsrin əvvəllərində İrandan Talış dasğlarından keçməklə üzü şimala ərzaq, xüsusən qənd daşınırdı. Fikrimcə "Ğəndəro” toponimi belə yaranıb (Bu toponimi "atılmış, düzəldilmiş, hamarlanmış yol” mənasında yozanlar da var, yəni "ğandə bıə ro” ("Ğandəro”);

QAMOV (QAMO) – Kendimizin yuxarı tərəfində dağdan axıb gələn, suyu isti olan bir bulaq (çeşmə) var idi. Suyunun isti olmağına görə ona Qamov (isti su) deyilirdi;

KULƏT - Bir yeri kol-kosdan, tikanlıqdan təmizləməkdən ötrü od vurub yandırırdılar, aratlayıb əkinə yararlı hala salırdılar. Belə yerə Kulət (yandırılan, abadlaşdırılan yer) deyərdilər. "Kulət”i yaylaq, istirahət yeri də hesab edənlər var. Kulətlər onu abad edən adamların adları ilə bu gün de el arasında tanınır: İbi kulət, Məliki kulət, Rəhmoni kulət...

MƏDOKUT - 50-ci illərdə bizim kənddə çay bitkisi əkilməyə başlanıb. Hansı ildə hansı ərazidə çay əkilirdisə, o əraziyə həmin ilin adı verilirdi. Ona görə də kənddə belə qəribə yer adları var: Penco i (51),  Penco dı (52), Penco se (53); Penco ço (54) (bu əraziye həm də "Mədo kut” də deyilir);

SUYƏHONİ - Suyu duzlu olan bulağın olduğu yer bele adlanır;

SİYOHONİ - Suyu ağır olan bulağın olduğu ərazi belə adlandırılıb;

MƏMİKƏYVƏ - Məmi kişinin evinin qabağındakı əraziyə deyilir;

MƏMİDƏVƏ -  Məmi kişinin abadlaşdırdığı yer. Yeri gelmişken "DƏVƏ” toponomi toponimşünaslar üçün maraqlı ola bilər;

BABAKİŞİKƏCO – Vaxtilə Babakişi kişinin evinin yerləşdiyi ərazini insanlarımız bu gün də belə adlandırır;

SİYƏHİ -  Sarımsaq əkilən sahə;

MƏNDƏRNƏHİ – Mandarin (naringi) sitrus bitkisi əkilən sahə. Kənddə iki mandarin sahəsi var idi. Hər biri qarovulçunun adı ilə tanınırdı: HEYBƏTİ MƏNDƏRNƏ Hİ, ƏZİZİ MƏNDƏRNƏ Hİ. Sonralar qarovul çəkənlər dəyişsə də, adlar dəyişməz qaldı;

NIĞILƏDƏ – Vaxtilə Miyonku ilə Nəzəroba kəndlərini kiçik bir cığır birləşdirirdi. Bu dar cığır dərin bir dərədən keçdiyi üçün bu dərəyə "Nığılədə” deyilirdi. Sonralar Sovet hökuməti dövründə bu dərənin qarşısına bənd çəkildi və burada böyük bir su anbarı yarandı. Lakin onun adı böyüklüyünə görə "Yolədə” yox, dərinliyinə görə "Nığılə də” (dərin dərə) olaraq qaldı;

ZARDƏHİ
– Sarı çiçəkli alaq otları çox olan yerə deyilirdi. Həqiqətən də, uzaqdan baxanda bu yer sapsarı görünürdü;

MƏKƏHİ
– qarğıdalı əkilən yerə verilən adder;

YOLAÇAYON
– çay kolları bu yerdə çox inkişaf etmişdi, iri hündür çay kolları cərgələr boyu uzanırdı, ona görə bu yerə "Yolə çayon” deyirdilər;

SUTƏKULON
- bir vaxt burada da çay kolları əkilmişdi, inkişaf etməyib quruduğuna, gündən yanıb qaraldığına görə bu yerə "Sutəkulon” deyilib;

YOLƏĞƏLƏ, QƏDƏĞƏLƏ
– Miyanku kəndi Talış dağlarının ətəyində yerləşir. Kəndimizə yaxın dağ yamacında iki qala var (Bu qalalar haqqında Xudaqulu Tahirov "Miyanku dünən və bu gün” adlı kitabında ətraflı məlumat verib). Biri böyük, o biri kiçik təpədə yerləşən bu qalalar elə belə də adlanır: "Yoləğələ”, "Qədəğələ” (Böyük qala, Kiçik qala mənalarını verir);

MİYON ĞƏLON - Bu iki qalanın arasındakı ərazinin adıdır;

HƏNİFƏ ÇAYƏHİ - Hənifə kişinin qarovulçu olduğu çay sahəsi onun adıyla belə adlanırdı;

HƏNİFƏ İMİNƏ SƏVON, HƏNİFƏ DIMİNƏ SƏVON
– Çay kollarının suvarılması üçün yaradılan iki su bəndi də Hənifə kişinin adı ilə bağlı idi;

VƏLİMMƏDİ ÇAYƏHİ, VƏLİMMƏDİ SƏVON
– yer adları da yuxarıda deyildiyi kimi bu minvalla əmələ gələn toponimlərdir.

TAHİRONTIBƏ
– Tahirovlar nəsli kəndimizin ilk sakinlərindəndirlər. Allah rəhmətinə gedənləri bu yerdə dəfn edərdilər. "Tıbə” qəbiristanlıq, türbət mənası verən bir sözdür. "Tahirlərin türbəsi”ndə sonralar başqa tayfalar da öz ölülərini dəfn ediblər;

ÇILQƏRZƏĞƏB
- Adı müəmmalı olan yer adlarımızdan biridir. Mənası "qırx arşın qəbir” deməkdir. Başqa fərziyə də deyilir: "Çılkəsğəb” - yəni qırx adamlıq qəbr. Kənddə bu yerə əsasən "Çılqərzəğəb” deyirlər. Lakin bu yeri niyə belə adlandırırlar? Sirrini naməlumdur;
SIĞƏBAND - Talış dağları başdan-başa yaşıllıqlarla örtülüdür. Yalnız bir neçə yerdə talalar görünür, qayalıqlar üzə çıxıbdır. Kəndimizin ətrafında bunlardan ən böyüyünə  "Sığəband” (daş dağ) deyirlər;
SIƏSIĞON - Yaşıllığı olmayan belə qayalıqlardan birində daşlar qırmızı olduğu üçün həmin yerə "Sıəsığon” adı veriblər, yəni qırmızı daşlar;

BUSUNQONÇOL, BUSUNQONTƏPƏ
– "Busunqların quyusu (çalası) və Busunqların təpəsi (zirvəsi”) mənəsaını verən bu yer adları talış dilində cəm halda işlənir, güman edilir ki, tayfa adı ilə bağlıdır.

XANİOBA
- bu yer isə Xani kişinin adı ilə bağlıdır. Bu yerdə məskunlaşanlar sovet höküməti vaxtə məcburən köçürülmüş, bu yer sovxozun (dövlət təsərrüfatının) hörüş yerinə verilmişdir. Hazırda bir hissəsi kəndimizdə digər hissəsi isə qonşu KUBIN (yəni "dağdibi”) kəndində məşkunlaşan Kərəmovlar  və Əbilovlar oradan köçənlərdir;

POLİQON
- Sovetlər dövründə, 1957-ci ildə Miyanku ilə Rüdəkənar (Ruyəkəno - Amburon) kəndləri arasılnda Talış dağlarının ətəkləri boyunca tankodrom (tank hərbi birləşmələrinin təlim meydanı) düzəldilib istifadəyə verildi. Həmin ərazi xalq arasında "Poliqon” adlandırıldı;

HONİLINQƏ
– Nəzərobanın qarşısında dağ dibindən dadlı, sərin suyu olan bir çeşmə (bulaq) axıb gedirdi, indi yoxdursa da, yerin adı durur: həmin yerin aşağı hissəsindəki yerə "Honilınqə”, yəni bulağın ayaq tərəfi deyilir;

ZEMLİYƏ
– Sovetlər vaxtında kəndimizin ərazisində olan dağların ən hündür zirvəsinə uzun bir dəmir basdırdılar. Onun ucuna qırmızı bir bayraq asan ruslar öz aralarında danışarkən "zemlya” sözünü tez-tez işlədirdilər. Ona görə də kəndlilər bu zirvənin adını "Zemliyə” qoydular. O vaxt bəlkə də zemlya sözünün mənasını heç kim bilmirdi. Lakin yerli caamat bunun yaxşı söz olduğunu təxmin etmişdilər, ona görə buranı belə adlandırmışdılar.

PƏLƏNQƏRO
- Əvvəllər Talış dağlarında pələng, aslan, ayı olurmuş. Pələnglərin dərəyə su içmək üçün gedib-gəldiyi cığır varmış. Həmin yerə yerli camaat "Pələnqəro” deyir.

QƏDƏRANDƏMU, YOLƏRANDƏMU
– adları ilə iki yer adı var: hərfən tərcüməsi "kiçik kül”, "böyük kül” ("randəmu” – ocaqda soyumamış, hələ isti olan külə deyərlər) deməkdir. Bəziləri "randəmu”” sözünün "ranqəmu” olduğunu iddia edir: Yəni "kiçik rəngli saç”, ”böyük rəngli saç”. Digərləri belə hesab edir ki, bu sözü "randə mu” yəni "daranmış saç” kimi götürmək lazımdır. Hər halda bu adlar dəmirağacın sıx bitdiyi yerlərə verilib. Məlumdur ki, dəmirağac mezazoy dövrünün yadigarıdır, vətəni Talış meşələridir. Bu ağac ildə üç dəfə yarpaqlarının rəngini dəyişir, göy, sarı, qırmızı rəng alır. Digər ağaclara nisbətən gec yarpaq tökür, uzaqdan baxanda qara saçlarına rəng-həna yaxan gözəllərə bənzəyir. Doğrudur, bu mənzərəyə Talış dağlarının çox yerində rast gəlmək olar, amma Qədərandəmu, Yolərandəmu deyilən yerlərdə daha bariz görünür;

BİLALİSƏVON
–"Quni dıminə səvon”, "Tənuyəxıl” tərəfdə yerləşir. Bu su bəndi digərlərindən onunla fərqlənir ki, onu dövlət, təsərrüfat qurumları deyil, Bilal adında bir adam inşa etmishdi. Əl əməyi ilə ərsəyə gələn bu su bəndinin adı indinin özündə belə hörmət əlaməti olaraq "Bilalisəvon”( Bilalın su bəndi) adlanır;
 
ŞARİZƏHONİ
-  Bilali səvonun aşağı hissəsində yerləşir. "Şahrzanın bulağı” mənasındadır. Şahrza adlı bir kişinin abadlaşdırıb çeşməsini açdığı, sonralar da nəzarət etdiyi bu bulağın çox dadlı, sərin suyu var. Sovet hökuməti dağıldıqdan sonra bu yer də baxımsızlıqdan bərbad hala düşdü. Amma indi son vaxtlarda Şücaət kişinin əməyi sayəsində bu yer yenidən əvvəlki əzəmətini qaytarmışdır;

DIROZƏROMƏ
- Bir az qabaqda qeyd etdiyim kimi, kəndimizdə çay bitkisi 2-3 hektarlıq ərazilərdə əkilərdi. Ona görə də "PENCOİ” (51), "PENCODI” (52); "PENCOSE” (53); "PENCOÇO” (54) adlanan ərazilər məhz bir neçə hektarlıq yeri əhatə edirdi. Lakin birdən-birə sovxoz direktorunun əmrilə 10-15 hektarlıq yer çay əkini üçün sürülüb aratlandı, bu, kəndlilərdə təəccübə səbəb oldu. Odur ki, bu yeri "DIROZƏ ROMƏ” (uzun (çox) sürülən yer) adlandırdılar;

QUNİ İMİNƏ SƏBON, QUNİ DIMİNƏ SƏBON
– Quni adlanan yerin ərazisində yerləşən iki su bəndinə verilən adlardır;

ĞOÇƏSIĞ
– Kəndimizin dağ tərəfdən çıxışında yerləşir. Burada vaxtilə daşdan yonulmuş QOÇ fiquru varmış (Hazırda o fiqur Hişkədərə Tarix Diyarşünaslıq Muzeyinin qarşısında, həyətdə qoyulub). Lakin QOÇ fiqurunun oradan uzaqlaşdırılması, əvvəlki yerinin boş qalması ərazinin adını dəyişmədi. Həmin yer elə köhnə adı ilə tanınır: ĞOÇƏSIĞ ( yəni daş qoç);

ĞAZİ TORBƏ SƏVON, PASANİ SƏVON
– SSRİ vaxtında İrandan qaz çəkilib. Həmin qaz kəməri bizim kəndin ərazisindən, iki sututarın üstündən keçib gedir. Birinci sututarın bəndinə "Ğazi torbə səvon” (qaz kəmərinin sututarı), amma ikincisinə "Pasani səvon” (Pasan adlı kişinin sututarı) deyirlər;

MƏKTƏBİ SƏVON
deyilən bir sututar da var. Bu su bəndi köhnə məktəbin ərazisində yerləşdiyi üçün belə adlanır;

MİYONƏZUMƏ
adlanan yer əslində MİYONƏ SİNƏ şəklində deyilməli və anlaşılmalıdır. ZUMƏ bir məna vermir, ancaq SİNƏ- döş, sinə, sipər mənalarını verir. İki kəndin (Miyanku və Nəzəroba) arasında yerləşən bu yer dağ döşüdür, ona görə "ara dağ döşü” kimi başa düşülməlidir;

TIBƏRƏĞ
– Bu qədim qəbiristanlıq "Tahiron tıbə” və "Çılğəzon” deyilən yerlərin arasında yerləşir, "köklü türbə (məzarıstan)” mənasında anlaşılır;

PANƏ SİNƏ
- adlı bir dağ döşü də var, "enli sinə” deməkdir;

TƏNUYƏXIL
- "Quni” deyilən yerlə kənd arasında, "Şarizə honi”nin altında yerləşir. Mənası "təndirə oxşar dərinlik”, "təndirə oxşayan dərin yer” deməkdir. Həqiqətən, dağdan axan su hündürdən axıb oraya tökülür, yerdə dərin bir oyuq açıb, həmin oyuq da yekə bir təndirə oxşayır;

QUNİ
- Talış dağın döşündə yerləşir. Solunda SİYOHONİ, sağında SUTƏKULON. Bu yerin ön hissəsi ta Xəzər dənizindən görünür. Görünür, dədə-babalarımız buranı nahaq yerə məskən eləməyiblər. Quni Talış dağlarının elə yerində yerləşir ki, həm hərbi, həm müdafiə, həm də digər strateji cəhətdən hərtərəfli əhəmiyyətə malikdir. Müasir Miyankunun ilk sakinləri Tahirovlar olsa da, Qunidə məskən salan Baxışovlar, Aslanovov, Həsənovov, Hüseynovlar da... kəndimizin qədim sakinləridir. Qonidə yaşayan talışların nümayəndələri arasında bölgədə, Azərbaycanda və hətta SSRİ tarixində dərin izlər buraxan insanlar var. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun babaları burada yaşayıblar. Bu yerlərin sakinlərinin bir hissəsi köçüb qonşu Mololon kəndində sonralar məskunlaşıblar...


YUSİFİ İlqar (MİYONKUJ),
22.11.2011


Категория: Talış tarixi | Просмотров: 3030 | Добавил: admin | Теги: Miyanku | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus