Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Tərəfdaşlar

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Новрузали Мамедов
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013

Statistika

Главная » 2014 » Февраль » 9 » Biləcəridən o yana tanınmayan "tarixçilər"
23:26
Biləcəridən o yana tanınmayan "tarixçilər"
Özünü "arxeoloq” hesab edən Tatyan kənd ümumtəhsil məktəbinin tarix müəllimi Tofiq Əzizovun burda yaşayan yerli talış və türk xalqının nümayəndələrinə nəzərən natamamlıq kompleksindən əziyyəti anlaşılandır

Son aylar "Cənub xəbərləri” qəzetində özünü "tarixçi” və "arxeoloq” hesab edən Tofiq Əzizovun sislsilə məqalələri çap olunur. Sovet dövründə bir ara Azərbaycan Dövlət Universitetini bitirən məzunların diplomunda  ixtisas kimi "tarixçi və tarix müəllimi” hətta "kiçik elmi işçi” ixtisası göstərilirdi. O dövrdən orta məktəblərdə müəllimlik edən indiki BDU-nun məzunları həm də özlərini "alim” sanmağa başladılar. Ali təhsilin ikinci dövründə hətta tələbələr ixtisaslara ayrılırdı. Bu səbəbdən də Tatyan kənd ümumtəhsil məktəbinin tarix müəllimi olan Tofiq Əzizov hətta özünü "arxeoloq” da hesab edir. 

Tofiq Əzizovun doğulub, boya-başa çatdığı kənd "tat” etnonimi ilə bağlıdır. Yəni adından da göründüyü kimi bu kəndi Talış bölgəsinə köçən tatlar salıblar. Bu mənada Tofiq Əzizovun burda yaşayan yerli talış və türk xalqının nümayəndələrinə nəzərən natamamlıq kompleksindən əziyyəti anlaşılan idi. Lakin o ciddi-cəhdlə yazılarında talışların bu bölgədə avtoxton olmadığını hətta talışların kökünü dillərini dəyişmiş monqol və ya türk ulusuna bağlayır.

Müstəqilliyimizin ilk illərində bu "arxeoloq”  kiçik həcmli "Azərbaycanın etnik tarixindən” adlı bir kitabça çap edə bilmişdi. Ancaq kitabça Azərbaycana yox, onun Talış bölgəsinə həsr edilmişdi. Kitabçanın girişində müəllifin qeyd etdiyi "Bölgəmizdəki küp qəbirlər mədəniyyəti burda yaşayan xalqa aid deyil, bəs kimə aiddir?”  fikri onun bir tarixçi yox, bir qərəzli millətçi olduğunu göstərirdi. Görəsən o araşdırmadan əvvəl necə və haradan əmin olub ki, "küp qəbirlər mədəniyyəti” burda yaşayan xalqa aid deyil? Görünür müəllifin fikri "bəs kimə aiddir?”  sualına cavab tapmaq, yəni bu maddi mədəniyyət nümünəsinin talışlara yox, türklərə aid olduğunu subut etmək olub.
Tofiq Əzizov republika mətbuatında akademik İqrar Əliyevin əleyhinə geniş bir məqalə ilə də çıxış etmişdi. O məqaləsində İqrar Əliyevi paniranizmdə, antitürklükdə və tarixi faktları saxtalaşdırmaqda ittiham etmişdi. Bu kənd müəllimi fikirlərini doğrultmaq üçün Azərbaycanın qədim tarixi üzrə dünya səviyyəli alim İqrar Əliyevin üçün bir-sıra tarixçilərə istinad edərək "subut”lar gətirməkdən belə çəkinməmişdi. 

İqrar Əliyevin tədqiq etdiyi qədim dövrdə Azərbaycanda irandilli və qafqazdilli xalqlar yaşadığından  onu bir çoxları oxşar böhtanlarla ittiham etmişdir. Belə yerdə adamın yadına mərhum akademik Ziya Bünyadovun "İqrar Əliyev barmaq salıb yerdən türk çıxara bilməzdi” jarqonu gəlir.

Tofiq Əzizov son aylar çap etdirdiyi silsilə məqalələrə "Kadusilər talışların əcdadı deyil” kimi qəribə başlıqlar da seçir. İlk baxışdan insana elə gəlir ki, müəllif  kadusilərin talışların əcdadı olmadığını subut edəcək. Lakin məqaləni oxuyanda məlum olur ki, müəllifin məqsədi kadusiləri türkdilli kimi göstərməkdir. Müəllif məqalənin mövzusuna görə başlıq kimi "Kadisillər türkdillidir” cümləsini seçsəydi onu anlamaq və məqaləyə bir akademik fikir və azadlıq kimi də baxmaq olardı. Lakin göründüyü kimi müəllifin bütün fikirləri talışların tarixini dalan dirəmək, onların əcdadını nəyin bahasına olur-olsun bir türk ya monqol mənşəli xalqa bağlamaq və ya onları dillərini dəyişmiş türkduilli kimi qələmə verməyə  hesablanıb.

Müəllif Qeybullayev, Yusifov, Mahmudov, Məmmədov və sair kimi "Biləcəridən o yana tanınmayan” tarixçi hesab etdiklərinə istinad edir.  Lakin qədim Azərbaycanın tarixi üzrə mütəxəsis olan Əliyev, Məmmədova, Dyakonov, Bertold, Şemidze, Miller, Yarşater, Kəsrəvi və sair kimi  dünya səviyyəli alimlərə etina belə etmir.

Elmdə kadusilərin irandilli olmadığı və arilərin İran yalasına gəldiyi dövrdə kadusilərin burada mövcudluğu və sonradan dillərinin İran dillərinə assimliasiya olunduğu nəzəriyyəsi var. Hər hansısa bir monqol tayfasının adı "Talış” etnoniminə leksik oxşarlığı var imiş.  Heç vəchlə bu cüzi bir leksik oxşarlığa görə monqol tayfasını talışların əcdadı hesab etməyə elmi əsas ola bilməz. Talışların nə antropoloji, nə də genetik monqolllara bağlılıqları yoxdur. Qonşuluqda yaşayan xalq belə deyillər. Ari irqinə mənsub talış xalqını monqoloid irqinə aid olmadığını adi gözlə də bilmək olar, buna görə heç genetik analizlər və dərin tarixi araşdırmalar da lazım deyil. 

Pantürkizmə yuvarlanan tarixçilər adətən "tarixi boşluqdan” yararlanmağı sevirlər. Əgər tarix elmi şumerlərin etnik və dil mənşəyi barədə nəticəyə gəlmirsə, dərhal millətçi "tarixçi”lər şumerlərdən qalan leksik vahidlərin türk dilində oxşarını tapıb "subut” edirlər ki, bəs şümerlər türk olublar. Manna dövlətində yaşayan xalq barədə də tarix elmi sükut etsə də, Manna daşüstü təsvirlərdəki simli musiqi alətini müasir saza bənzədib iddia edirlər ki, saz türklərə məxsus olduğu üçün mannalılar türk əsillidir.

Kadusilər məsləsi də belə məslələrdəndir. Əliyev, Məmmədova, Dyakonov, Bertold, Şemidze, Miller, Yarşater, Kəsrəvi kimi dünyada qəbul edilən tarixçilər, öz dəqiqliyi ilə seçilən İngiltərənin "Britanika” ensiklopediyası, ABŞ-da nəşr olunan "İranika” ensiklopediyası kadusiləri talışların əcdadı hesab edir. Azərbaycan tarixinin akademik nəşri və Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildi də kadusiləri talışların əcdadı hesab edir. 

Tofiq Əzizov fikirlərini subut etmək üçün adətən Heredotdan sitatlar gətirir. Bu sitatların da heç biri onun subut etmək istədiyi məsləyə aid deyil. Heredot öz əsərində Xəzər sahilində yaşayan xalqların adını dəfələrlə çəkir. Bu xalqlar arasında da türklərin adı yoxdur. Heredot öz əsərinin yazılma məqsədini belə izah edir: "Mən bu kitabı ona görə yazdım ki, iran və yunan xalqlarının tarix üçün etdikləri xidmətlər qoy yaddalardan silinməsin”. Heredot özü İranın hakimiyyəti altında olan yunan torpağında doğulmuşdu. O buna görə İrandan razı deyildi. Öz yazdığı əsər haqqında isə Heredot belə deyirdi: "Mən gördüklərimi, eşitdiklərimi və oxuduqlarımı yazmışam və məcbur deyiləm yazdıqlarıma inanam". Göründüyü kimi Heredot özü də öz yazdıqlarına tənqidi yanaşan bir tarixçi idi. Onun yazdıqları sonradan tapılan bir çox kitabələrlə eyniyyət təşkil etdiyindən, ədalətli tarixçi hesab olunur. Bu mənada Tofiq Əzizova məsləhətdir ki, öz vətənini işğal edən İrandan razı olmayan, öz yazdıqlarına belə tənqidi yanaşan Heredot kimi tarixçinin indiki Azərbaycan və Xəzər sahilində yaşayan xalqlar barədə yazılarını təkrar oxusun. 

Miladdan sonrakı dövrdə türkdilli xəzərlər şimaldan indiki Azərbaycana qısamüddətli hücum edərək daxil olur və ölkəni tərk edərək geri qayıdırdılar. Türklərin İran, Anadolu və Azərbaycanda oturaq həyat tərzinə keçidi XI əsrə aididr. Türklərin bu ərazilərə köçü miladi 1000-ci il civarında Səlcuqların İrana hucumu ilə başlandı və Səfəvilərin hakimiyyətinə qədər türkmən tayfalarının gəlişi ilə 1500-il civarına qədər davam etdi. Türklərin təxminən 500 illik kütləvi köçü nəticəsində İran Azərbaycanının və indiki Azərbaycan Respublikasının  yerli irandilli və qazfqazdilli xalqlarının türkləşməsinin əsası qoyuldu və hətta səfəvilər dönəmində bu türkləşmə sürətlə davam etdi. Bu bütün dünya tarixçilərinin gəldiyi elmi nəticədir. Hətta qonşu Türkiyə tarixçiləri o cümlədən D-r. İlber Ortaylı da regionda türklərin tarixi mövcudluğunu XI sərdən oğuzların Orta Asiyadan İrana və Anadoluya yürüşü ilə əlaqələndirirlər. Orta Asiya və Türküstandan əvvəl  türklərin tarixi vətəni kimi, Orxon-Yenisey hövzəsi və Altaylar olmuşdur. Adı çəkilən yerlərdə türklərin maddi və mənəvi mədəniyyətlərinə aid çoxlu abidələr aşkarlanmışdır. Bu elmin və türkologiyanın gəldiyi dəqiq nəticədir. Azərbaycanda türklərin tarixini XI sərdən əvvələ aid etmək cəhdini bir vaxtlar Türkiyə Respublikasının tarixçiləri də etmişlər. Bu yunanların Türkiyə torpaqlarına ərazi iddiaları ilə bağlı olmuşdur. Düşmənin qabağında ideoloji bütövlük yaratmaq üçün tarixi saxtalaşdıran  türk tarixçiləri Türkiyənin ərazi bütövlüyü və müstəqilliyi təhlükəsi aradan qalxan kimi öz əvvəlki iddialarından əl çəkmişlər. Hazırda Türkiyə Respublikası flaqman türk dövləti kimi regionda XI əsrdən etibarən öz tarixi varlıqlarının mövcudluğunu rəsmi nəşrlərdə belə göstərməkdən çəkinmir. Lakin XXI əsrdə ölkəmizdə bu saxtakarlıq cəhdinin nə ilə bağlı olması hələ də sual altındadır.

Azərbaycan qədim tarixinin ilk dəfə akademik cəhətdən öyrənilməsi cəhdi keçən əsrin əvvəllərinə aiddir. Bu iş "Azərbaycanı Öyrənmə Cəmiyyəti”nin xətti ilə həyata keçirilmişdir. Bu barədə ilk araşdırma kimi bu cəmiyyətin üzvü Millerin "Azərbaycanın türkləşməyəqədərki dili” və "Talış dili” əsərini göstərmək olar. Miller bu əsərində Azərbaycanın qədim dilinin "azəri dili” olmasını göstərirdi. Daha sonra  bu iş Kəsrəvinin "Azərbaycanın qədim dili” əsəri ilə davam etdi. Kəsrəvi bu nəzəriyyəni təkmilləşdirdi, lakin dilçi olmadığından, "Azəri dili” barədə dəqiq nəticəyə gələ bilməyərək, onu qədim İran dillərindən biri hesab etdi. Henninq bu barədə bilgiləri sitemləşdirdi. Bu barədə Azərbaycan Trarixinin son akademik nəşrində "Atropatena xalqının dili və etnik mənşəyi”  başlığı altında geniş məlumat verilmişdir. Yəni alimlər qəti nəticəyə gəlmişlər ki, qədim Atropatenanın yəni - İran Azərbaycanının, Kür çayına qədərki indiki Azərbaycan Respublikasının bir hissəsinin qədim dili "azəri dili” olmuşdur. Bu dil fars dilindən fəqli və müasir talış dilinə yaxın olub və Səfəvilər dönəminə qədər regionda hakim dil olmuşdur.

Bütün bu tarixi məlumatlar dünya tarixşünaslığında, iranistika və türkologiyada hakim olan nəzəriyyədir. Çox təssüf ki ölkəmizdə millətçilik azrına tutulan bəzi pantürkist tarixçilərin bu fikirləri inkar etmək cəhdi akademik dəyərlərə deyil, digər xalqın tarix və mədəniyyətinin mənimsənilməsi fonunda gedir. Bu tarixçilərin peşəkarlıqdan uzaq olması onların millətçi və etnik mənşəyi təbliğ edən təxəllüslər götürməkləri ilə də subut olunur. Sözü gedən tarixi nəzəriyyəni Rusiya və İran hətta Ermənistan tarixçiləri, bəzən isə bu ölkələrin kəşfiyyatı ilə əlaqələndirirlər. Lakin Azərbaycandan kənardakı bütün dünyanın tarixşünaslığı bu məsələdə yekdil fikrə malikdir. Bizə ancaq ümüd etmək qalır ki, heç olmazsa ölkəmizdəki türkdilli tarixçilər qardaş ölkə hesab etdikləri Türkiyə tarixşünaslığının gəldiyi nəticəni nə vaxtsa nəzərə alacaqlar. Lakin həmin vaxta qədər nə qədər qeyri-türkün öz tarixi keçmişini dilə gətirdiyi üçün fiziki və mənəvi təqiblərə məruz qalacağını bircə Allah bilir...
 
Rabil ABDİNOV

Категория: Talış tarixi | Просмотров: 2811 | Добавил: admin | Теги: Tofiq Əzizov, azərbaycan, Kadusilər, talış | Рейтинг: 4.0/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Onlayn TV

Xəbər xətti

Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus 
MTN-nin bir ailənin başına gətirdiyi faciə 
Журналист Гилал Мамедов пожаловался на давление со стороны полиции Баку 
Hilal Məmmədov Nizami polisində təzyiqlərə məruz qaldığını bildirib 
Rövşən Canıyevin ölümü və referendum oyunları 
Davam etməkdə olan faciələrimizin sirri nədir? 
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq? 
Masallıda zülüm ərşə dirənib 
Veri kəndi ətrafında minlərlə nadir növlü ağaclar qırılır 
“Xəzər Lənkəran"ı nəyə görə dağıdıblar? 
Respublika Talış Mədəniyyət Mərkəzinin hesabat seçki konfransı keçirilib 
Qədim azəri dilinin yadigarı – Talış dili 
Талышское слово "по" (стопа, ступня, ходьба) в виде морфемы в современных индоевропейских языках 
Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu 
Rabil Abdinovun harayı 
Zaman-zaman suyu bulandıranlara elə əlahəzrət Zamanın özü cavab verəcək 
Hirkan tv növbəti proqramını təqdim edir 
ABŞ Dövlət katibi Con Kerri Hilal Məmmədovdan danışdı 
Hilal Məmmədov: "Haqq-ədalət naminə mübarizəmizi davam etdiririk" 
Bahar bayramı, yoxsa Novruz bayramı? 
Трагедия одной семьи 
Məmmədovların tifaqının dağıdılmasının sifarişini kim verib?