Главная » 2011 » Декабрь » 28 » ''Biz görürük ki, xalqımız belə bir faciəyə tərəf gedir''
20:47
''Biz görürük ki, xalqımız belə bir faciəyə tərəf gedir''
Heç olmasa 2009-cu ildə tutulan dindarları əfv etmək olardı
Vəkil Anar Qasımlı dekabrın 27-də Bakı İstintaq Təcridxanasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, eləcə də partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, 6 may "Hicaba azadlıq” aksiyasına görə həbs olunan ilahiyyatçı Taleh Bağırov, dindarlar Araz İsmayılov və Məmməd Əsgərovla görüşüb.
Anar Qasımlının sözlərinə görə, Vaqif Abdullayev və Rufulla Axundzadə təcridxananın tibb məntəqəsindədirlər: "Vaqif bəy müalicəsini orada davam etdirir. Rufulla bəyin də səhhətində problemlər var və həkimlərin nəzarəti altındadır”.
Mövsüm Səmədov dövlət başçısının dekabrın 26-da imzaladığı əfv sərəncamına dindarların adının düşməməsindən təəssüf hissi keçirdiyini deyib. Vəkil Anar Qasımlı ilə söhbətində Mövsüm Səmədov qeyd edib ki, heç olmasa 2009-cu ildə tutulan dindarları əfv etmək olardı.
Tutulmazdan əvvəl, 2010-cu il yanvarın 2-də partiyanın Baş Məclisindəki çıxışında Mövsüm Səmədov 2009-cu ildə həbs olunan dindarların məsələsinə toxunmuşdu: "Bizim 5 nəfər əziz qardaşmız küçələrə çıxıb, "Ya Məhəmməd” deyib peyğəmbərin adını istəyiblər yaşatsınlar. Şəhidlik məqamını istəyiblər yaşatsınlar. Amma görürük ki, həmin günahsız balalarımıza iş veriblər.
Hacı Əli qardaşımız bəlkə 200-dən çox insana "Quran” öyrədib, "Quran” təlimi verib. Müxtəlif ilahi şüarları divarlara yazanda narkotik vasitəni bəhanə edib 2 il 6 ay işi veriblər. Azərbaycan hansı istiqamətə gedir? Hansı tərəfə hərəkət edir? Belə getsə, biz görürük ki, 37-ci illər burada gərək yenidən təzələnsin. Xalqımız belə bir faciəyə tərəf gedir”.