Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Июнь » 17 » Borclu borclunun sağlığını istər
14:30
Borclu borclunun sağlığını istər
və yaxud Masallı rayonunun Kolatan kənd həkim məntəqəsinin əsaslı təmiri kolatanlıların Rusiyadan qaz çəkilişi üçün göndərdikləri 280 min ABŞ-dolları pulun sabiq icra başçısı Qəzənfər Ağayevin özünün həzm borusundan keçirtməyinə kompensasiyadırmı?

Demişdim axı, Talış zonasının Masallı rayonu "arıq eşşəyin yaylağıdır”. Bu ifadəm bir qədər təhqiramiz qəbul edilərsə, hörmətli oxuculardan qabaqcadan üzr istəyirəm. Dəfələrlə yazmışdım ki, Masallıya təzə gələn bütün icra hakimiyyəti başçıları zəmanələrinə uyğun olaraq, özlərinin qazanc məmbəyini bazarda gördüklərindən, bazar iqtisadiyyatı ilə ayaqlaşmağa başlayırlar. Rayona arıq gəlsələr də kreslolarına "kleylənəndən” sonra yavaş-yavaş başlayırlar rayonu çapıb-talamağa.

Məlumdur ki, Masallı icra hakimiyyətinin cabiq başçısı Qəzənfər Ağayev Masallıya maddi və mənəvi divan tutandan sonra mükafatlandırıldı. Cənab İlham Əliyevin "Nağının papağı Tağının başına” qoymanı ehtiva edən bir fərmanıla Talış rayonları başçıları "şahmatvari” gedişlə dəyişdirildi.

Bir qədər təkrarçılıq kimi səslənən bu mövzu Kolatan əhalisi üçün heç vaxt aktuallığını itirməyəcəyinə öz varlığım kimi inanıram. Bu kənddə hamı  Rusiyadan qaz çəkilişi üçün
kolatanlıların göndərdikləri 280 min ABŞ dollarının sabiq rəhbərlər tərəfindən necə mənimsənilməsindən danışır. Əvəzində isə kəndə nəinki təbii qaz qaz kəməri çıkildi, bu azmış kimi hətta SSRİ dövründə çəkilmiş köhnə qaz boruları yerli rəhbərlər tərəfindən yerin altından çıxardılaraq satıldı. Bu olayları kənd əhalisi hər gün müzakirə etsə də, bu böyük cinayəti araşdıran ünvanı tapmaqda acizlik edirlər.

Bəle, ölkə başçısının Masallı rayonunun sabiq icra başçısı Qəzənfər Ağayevi Astara rayonuna, Astara rayon İHB-nı da Lənkəran rayonuna təyin etməsi cinayətkarları etdikləri cinayətdən yayındırmaq kimi anlaşıldı...
 
Masallı rayonuna yeni təyin olunan başçı Rafil Hüseynovu anlatmışdılar ki, Kolatan kənd əhalisi digər kəndlərdən fərqli olaraq, haqqlarını tələb etməyi, siyasi fikirləri ilə seçilirlər. Bu səbəbdən Rafil müəllim ilk görüşünü də Kolatandan başladı. Kolatan ictimaiyyəti ilə görüşü barədə "TALİS.ORG”, "Masallı xəbər-44” xəbər saytları və digər sosial şəbəkələrdə ətraflı yazmışdım.

Həmin görüşdən sonra bələdiyyə binasını qeyri-rəsmi olaraq kənd həkim məntəqəsinin istifadəsinə verib, kosmetik təmir edilsə də, yeni inşa edilmiş bina kimi açılışını da utanmadan təşkil etdilər. Hələ bu həkim məntəqəsinin təmiri ilə əlaqədar hansı məbləğdə korrupsiyaya yollar açılması sirr olaraq qalmaqdadır. Bu həmən bələdiyyədir ki, iki il öncə qaz balonundan "şlanqla” məşəl düzənləyib Az.tv-dən Kolatana qaz verilməsini yayımlamağa nail olmuşdu.

Bir sözlə, hakimiyyət mənsubları Kolatan əhalisinə nəğd pul borcu var. O ki, qaldı sosial infrastrukturun inkişaf etdirilməsinə, belə fəaliyyət bütün normal ölkələrdə dövlət orqanlarının vəzifəsi hesab edilir. Hakimiyyət mənsubları çalışır ki, bu sayaq iaşə obyeklərin kosmetik təmirləri ilə camaatın 280 min ABŞ- dollar borcunu qaytarmaqdan vaz keçsinlər. beləliklə Kolatan kənd həkim məntəqəsinin açılışı zamanı tükürpədici və maraqlı məqamları hörmətli oxucuların nəzərinə çatdırmağı vacib sayıram.

Məlum olub ki, İHB-sı Rafil Hüseynovun gözü Talış sıra dağlarının füsünkar guşəsi olan Sığdaş kəndinin torpaq ərazilərində qalıb. Buraları Qəzənfər Ağayev özəlləşdidib zəpt edə bilmədi. Görünür Rafil müəllim istəyinə nail ola bilər. Çünki bu adam keçmiş komsomol namenklaturasındandır və əli lap yuxarıya çatır. Bəli, 16 iyun 2012-ci il tarixdə Kolatan həkim məntəqəsinin açılışına gələn başçı, yolüstü olaraq Sığdaş kəndinə baş çəkir. Başçını müşaiyyət edən, rayon hüquq-mühafizə orqnlarının başqanları yolda insidentsiz ötüşmürlər. Belə ki, Sığdaş kənd bələdiyyə sədri Fəxrəddin Əliyevin oğlunun RF-nın dövlət nömrə nişanı ilə idarə etdiyi maşın polis rəisinin maşınını ötüb keçdiyinə görə saxlanılır, maşın polis şöbəsinə aparılır. Bələdiyyə sədrinin oğlu "xırda xuliqanlıq” maddəsi ilə ittiham olunur (bu ayrı söhbətin mövzusu olduğundan, geniş şərh vermirəm). Fəxrəddin Əliyevdən böyük məbləğdə Rus rublu rüşvət istədiklərini eşitdikdə bircə bunu dedim ki, çox əcəb edirlər. F. Əliyev bəlıdiyyə sədri təyin olunmaq üçün on beş min dollar Ğəzi müəllimə verəndə bilmirdi ki, əzablı günlərini qabağa salır. İş o yerə çatıb ki, artıq Fəxrəddin bu hakimiyyətin ədalətsizliyini dilə gətirir (?).

Digər məqamlardan biri də budur ki, Kolatan bələdiyyə sədrinin müavini Ail Məmmədov kənd mağazasından iki butulka suyu nisiyə alıb, qonaqların stoluna qoydu. Digər tükürpədici məqamlardan biri də kənd ərazi nümayəndəsinin icra başçısı Rafil Hüseynovun ayaqları altında qurbanlıq kəsmək üçün nisyə qoyun alıb kəsdirməsi oldu. Bu tükürpədici məqamlardan sonra ərazi nümayəndəsi Səyavuş Ağayev dövlət başçısı İlham Əliyevin Kolatan kəndinə böyük qayğısından, ölkədə gedən quruculuq işlərindən, əhalinin firəvan yaşayışından və bu gerçəklikləri bəzi nadanların görək istəməməsindən ağız dolusu danışdı. Söz verdi ölkəmizdə məddahlıqda "analoqu” olmayan, seçkilərdə xüsusi saxtakarlıqların "memarı” kimi tanınan Hacı Oğlan Cəbiyevə (bu Hacı adını daşıyan adamın dediklərini xalqa çatdırmağı həqiqi Hacıların adına xələl gətirəcəyini nəzərə alıb yazmıram. Üzürlü hesab etməyinizi xahiş edirəm). Bir neçə çıxışdan sonra millət vəkili Elmira Axundovaya söz verildi.

Elmira xanım bütün saxtakarlıqları, yəni qeyd etdiyim süni "məşəlyandırma” əməliyyatının Az.tv-dən nümayiş edilməsi, yolların çəkilişi, qaz çəkilişi üçün yığılan pulların mənimsənilməsi, bir sözlə əsil reallıqları dilə gətirib, yaltaqların dediklərinin yalnız kağız üzərində olduğunu deməkdən çəkinmədi. Millət vəkilinin bu çıxışı doğrusu məni təəccübləndirdi. Fikirləşdim ki, yəni bu YAP-çılar dönüb müsəlman olurlar (?).

Mənə elə gəlir ki, Elmira xanım növbəti deputat seçkiləri üçün əhalinin düşüncəsində özünə qarşı müsbət rəy formalaşdırmaq istədi. Belə olmasaydı, deputat olduğu dövrlərdə heç bir seçicisinin hüquqlarını müdafiə etmədi. Hətta Dəmirçi kənd orta məktəbinin aparıcı müəllimi Asif Abbasovu KİV-dəki çıxışlarına görə rayon rəhbərliyi tərəfindən "xüsusi üzəduran hacı və kərbəlayiləri” üzə saxlamaqla şərlənərək, bir il yarım müddətinə həbs ediləndə belə səsini çıxartmadı, susmağa üstünlük verdi.

Növbəti söz icra başçısı Rafil Hüseynova verildi. Rafil müəllim də "analoqu” olmayan inkişafdan danışandan sonra kənd orta məktəbin əsaslı təmiri və kənddə uşaq bağçasının təmir edilməsinə soz vedi. Birinci görüşündə camaata söz verib demişdi ki, camaatın aldadılaraq əlindən alınan 280 min dollar pulun geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müvafiq sərəncam verəcək. Bu dəfə isə, həmin pulun mənimsənilməsi bir yanlışlıq olduğunu, ipin ucunun qeyri müəyyən tərəflərə çıxmasını da dilə gətirdi. Yəni demək istədi ki, biz Kolatan camaatına borclu olsaq da, o borcu dilə gətirib istəməyin heç bir əhəmiyyəti yoxdur. Bir işdi olub da, eyb etməz, necə deyərlər "borclu borclunun sağlığın istər”.

Həkim məntəqəsinin daxilini görmək bizə də qismət oldu. Əsl Heydər Əliyev muzeyinə bənzəyir. Bu binaya daxil olan adam qətiyyən hiss etmir ki, bura tibb ocağıdır.

Daha çox yadda qalan məqamlardan ən əsası bu oldu ki, qonaqpərvərliyi, siyasi aktivliyi, yumor, ədəb-ərkanı, böyük ziyalı potensialı ilə ölkə miqyasında tanınan Kolatan camaatı hakimiyyətin korrupsiya üzərində düzənlədiyi həkim məntəqəsinin əsaslı-təmir açılışında iştirak etmədikləri oldu. Açılışda iştirak edənlərin çoxu kənardan gəlmişdi. Ortada meymun kimi atılıb-düşənlər isə bəzi məddah və yaltaqlar idi. Onların hərəkətləri isə Kolatan kəndi üçün utanc gətirən hərəkət olsa da, dəryaya bir damcı neftin düşməsi kimi dəyərləndirilə bilər. Kolatan camaatını əmin edirəm ki, səbirli olun, imkan vermərəm ki, balalarınızın min cür əzablarla qazanıb, kəndin abadlaşmasına göndərdikləri 280 min ABŞ- dollar pulu hansısa "danabaş”, yaxud "taxtabaş” mənimsəyib asanlıqla aradan çıxsın. Bu cinayətin səbəbkarları cəzasını almayıb, pulları geri qaytarmayana kimi tələbimiz aktuallığını itirməyəcək. Narahat olmağa da dəyməz, atalar demişkən "borclu-borclunun sağlığın istər”.


Mətləb Dadaşov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Категория: Талыш xəbərləri | Просмотров: 2426 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 1
1 ERAZ  
1
280.000 БАКСОВ !!! wacko
Давно кошка умылась, а гостей нет. biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus