Rusiya Prezidenti yanında Millətlərarası Şurasının üzvü, Rusiyada Talış Diasporu təşkilatının Prezidenti İsmail Şabanov Nardaran hadisələrilə bağlı özünün facebook səhifəsində sərt bəyanatla çıxış edib. Sözü gedən bəyanatın mətnini tam şəkildə oxucularımızla bölüşürük:
"Nardaranda səhid olan cəmi ölənlərə Allah rəhmət eləsin! Bu faciə ilə əlaqədar bütün ordakı ölənlərin yaxin və uzaq qohumlarına dərin hüznlə baş sağliği verirəm!
Hadisə ilə bağlı xalqın nəzərinə catdirmaq istəyirəm: Bizdə olan məlumata əsaslanaraq, tam məsuliyyətlə deyə bilərəm ki, Nardaranda bas verən, iki polis işçisinin və beş nəfər dindarın ölümü ilə nəticələnmis hadisə nardaranlilar və yaxud dindarlar tərəfindən törədilməyib və onların bu cinayətdə hec bir günahi və rolu yoxdur!
Bu cinayət hakimiyyətin güc orqanları tərəfindən qabaqcadan hazırlanmış xüsusi bir əməliyyat idi. Xüsusi qeyd etmək istəyirəm ki, bu hadisədə polislər tərəfindən qətlə yetirilmis iki talisin, - biri Lənkəranli və Astarali, - olması da təsadüfi deyil və bu məqsədyönlü hazırlanmış cinayətkar planin bir tərkib hissəsidir. Bu planin digər tərkib hissəsi də Lənkəran və Gəncə şəhərlərində eyni vaxtda eyni cinayəti torətmək görüntüsü yaratmaq idi.
Bizim bu cinayətkar və insaniyyətdən tam uzaq olan əməliyyatin kimlər tərəfindən və məhz harada hazırlandığı, kimlər tərəfindən həyata kecirildiyi haqda tam məlumatimiz var. Tam əminəm ki, yaxin vaxtlarda vəhşicəsinə hazırlanmış və o cür də vəhşiliklə icra olunmuş bu xususi əməliyyatin ssenari müəllifləri və icracıları tam ifsa olunaraq, məğlubiyyətə dücar olacaqlar. Bununla bağlı həm də onu demək istəyirəm ki, baş vermiş faciə ilə əlaqədar yerli mətbuatda nardaranlılara qarşı başlanmış biabırcı kampaniya da birbaşa Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən təşkil edilmişdir. Onun məqsədi, bir tərəfdən, əhalinin gözünü qorxutmaq, digər tərəfdən isə törətdikləri cinayəti ort-basdir etməkdir. Bununla bagli, nardaranlilarn, Talış zonasının və cəmi ənənəvi dindarlarımızın dərdinə şərikəm və onlara dəstək olmağı hammıza vacib olduğunu bildirirəm!"