Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Июнь » 24 » Ədalətin fəziləti (II yazı)
15:26
Ədalətin fəziləti (II yazı)
Haqq – Ədalət naminə yaradılan kainat və bəşəriyyət 

Müqəddəs Qurani-Kərimdə bildirildiyi kimi, "...Allah göyləri, yeri və aralarındakı hər şeyi Haqq-Ədalətlə, müəyyən bir müddət üçün yaratmışdır” (30:8;29;44;64:3). Digər bir ayəyə istinadən, "...Rəbbiniz hər şeyə öz xilqətini (özəlliyindən nişanə) verən, sonra da Hidayət edəndir (yəni ona müvafiq Haqq yolunu göstərəndir” (20:50;64:3).
 
Bu ayələrdən belə nəticə çıxır ki, kainatın ən nəhəng göy cisimlərindən tutmuş ta gözəgörünməz ən kiçik atom hissəciklərinədək, hər şeyi Ədalət(!) və Hikmətlə(!) xəlq edən Xaliq onlara öz mübarək özəlliyindən ("ƏSMAÜL-HÜSNA”sından) bir nişanə (imza, dəlil) bəxş etməklə yanaşı, hər biri üçün müəyyən HAQQ-ƏDALƏT yolunu da müəyyənləşdirmişdir. Başqa sözlə desək, kainatda heç nə xaotik (özbaşına) deyildir...
 
Min illərdən bəri, dillərimizdən düşməyən "HAQQ” və "ƏDALƏT” kəlmələri də YARADANın mübarək isimlərindən yaranıb, HAQQ – aşkar şəkildə görünən mütləq həqiqət: ƏDL (Adil) – hər şeyə yaratdığı məqsədinə görə haqqını vermək deməkdir. Mütləq HAQQ – ƏDALƏT sahibi olan Allah yer-göy üzündəki bütün məxluqatından ən üstün, kamil və gözəl yaratdığı insanlara bu mübarək isimlərindən pay verərək, onlardan da haqlarına sahib çıxmaq və ədalətli olmağı əmr etdi... Əfsus ki, elə ilk günlərdən, Allahın HAQQ vədini unudaraq, iblisin yalan vədinə uyan Adəm və Həvva baba-nənəmiz onlara həvalə edilən Haqqlarına sadiq və sahib çıxmayıb nəfslərinə zülm etdiklərindən, yəni,  Xaliqlərinin Ədalət əmrini pozduqlarından , o əbədi səadətli vətənlərindən qovularaq bu min bir məşəqqətli fani dünyaya atıldılar. Amma Rəhim isminə sadiq Rəbbimiz onlara və nəslinə rəhm edərək, yuxarıdakı ilk ayədə göstərildiyi kimi, islah olunmaları üçün "müəyyən bir müddət” – "düşünəcək kimsənin düşünə biləcəyi vaxt qədər ömür” (35:37) bəxş etdi.
 
Bununla belə, bir daha insanlara xatırlandı ki, "Allah göyləri (ruhlar məskənini - H.M.) və yeri (cisimlərin məskənini - H.M.) Haqq – Ədalət olaraq və hər kəsin qazandığı nə isənin əvəzini (mükafatını ya cəzasını - H.M.) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməz” (45:22). Lakin bu unutqan məxluqların əksəriyyəti yenə də azaraq, düşünmək(!) istəmədilər ki, Allah "göyləri, yeri və aralarında olanları oyun-oyuncaq olaraq yaratmadı” (44:38), "onları HAQQ olaraq yaratdı” (44:39). Və "...Allahın vədi HAQQdır, O, insanları yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ƏDALƏTLƏ mükafatlandırmaq üçün yenidən dirildir” (10:4).
 
Ədalətin əksi (antonomi) zülmdür. Mütləq ƏDALƏT sahibi olan cənabi HAQQ ƏDL isminə müvafiq olaraq, zərrə qədər haqsızlıq – zülm etməkdən münəzəh olduğundan, xəlq etdiyi bəşərdən də əsas tələbi – istənilən halda "...ədalətdən möhkəm yapışan şahid olun! (Yəni əzmlə ədalətin müdafiəsində durun)... Nəfsinizə uyub o ƏDALƏTDƏN üz döndərməyin” (4:135); "Ədalətli olun!” (5:8;16:90,7:29); "ədalətlə hökm et” (5:42; 4:58); "Haqqı (bilə-bilə) batilə qarışdırmayın və Haqqı gizlətməyin” (2:42) kimi əmrlərini yerinə yetirməkdir.
 
Xaliqimiz Onun bu əmrlərinə məhəl qoymayan azğın insanları da o HAQQ – Hesab günü ƏDALƏTLƏ mühakimə edəcəyini vəd edir: "Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fəda verərdi. Onlar əzabı gördükləri zaman için-için peşiman olarlar. (İnsanlar) arasında ədalətlə hökm olunar, onlara zülm edilməz (Birinin günahı digərinin boynuna qoyulmaz və heç kəsə günahından artıq verilməz)” (10:54).
 
Beləliklə HAQQ – ƏDALƏT naminə kainatı, bəşəriyyəti, fani və əbədi dünyanı xəlq edən Xaliqin Hikmət dəryasının bütün fəzilətlərindən ən üstünü və ən kamili ƏDALƏTdir! Demək, həm bu fani, həm də o əbədi vətənimizdəki xoşbəxtlik qapısının açarı da məhz Haqq-Ədalətə necə və nə dərəcədə sadiq və sahib olub-olmamağımıza bağlıdır.
 
Bəs, Ədalətin meyarı, yəni, bu və ya digər mövqeyimizdə, söz, fikir və əməlimizdə HAQlı olub-olmamağımızı necə müəyyənləşdirməli?
 
(Ardı var)
 
Hilal Məmmədov
Siyasi məhbus
Kürdəxanı
 

Категория: İnsan hüquqları | Просмотров: 1653 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus