Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Сентябрь » 25 » Dilimizi, millətimizi və varlığımızı qoruyaq
22:30
Dilimizi, millətimizi və varlığımızı qoruyaq
Talışlar Azərbaycanın Xəzəryanı cənub sahillərində, Astara, Lənkəran, Lerik, Masallı rayonlarında, eləcə də İranın şimalında Gilan Vilayətinin Həştpər bölgəsində kompakt halda, Sumqayıt və Bakı şəhərlərində, Ərdəbil vilayətinin Xalxal bölgəsində, Şərqi Azərbaycan vilayətinin bir neçə kəndində yaşayan xalqdır.

Talış dili, Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talışların çoxu şiə müsəlmanlarıdır. Astara şəhəri (AR) və İranda yaşayan talışlardan bir qismi sünnüdür. Dünyanın azsaylı xalqlarından biridir. Milli dövlətləri olmamışdır, Vahid ədəbi milli ədəbiyyata sahib olmadıqlarından, çox fərqli dialekt və şivələrdə danışırlar. Tarixin şox ağır sınaqlarından çıxaraq varlıqlarını bu günlərə qədər qoruyub saxlamışlar. Dünyada sayları 2 milyona yaxındır. Azərbaycanda yaşayan hissəsi dada yüsək intellektə (20 il əvvələ qədər) malikdir.

Azərbaucan Respublikasında yaşayan müasir talışlar dilbilmə qabiliyyətlərinə görə 3 qismə ayrılırlar (nisbi bölüm):

I. Talış və azərbaycan dillərini mükəmməl bilənlər (evdə talış, məktəbdə azərbaycanca danışanlar). Belələri təxminən ölkədə yaşayan talışların 50-55%-ə qədərini təşkil edir və əsasən talış kəndlərində yaşayan hissəsini əhatə edir. Aşağı yaş qrupuna və yaşlı nəslə mənsub olanlar, gənc, orta və yaşlı nəsil.

II. Talış dilini bilməyən, lakin, özlərini talış adlandıranlar. Belələri əhalinin təxminən 30-35%ni təşkil edir və əsasən şəhər yerlərində yaşayanlar, xarici ölkələrdə doğulub boya-başa çatanlardan ibarətdirlər. Düşdükləri mühitin talışlardan ibarət olmadığı şəraitdə ana dillərini öyrənə bilməmişlər və ya məktəbə gedərkən tədris proseslərində problemlər yaşanmasın deyə valideynləri onlara ana dillərini öyrətməmişlər. Hətta xüsusi ləhcəyə də malik deyillər. Azərbaycan dilində danışdıqları zaman talış olduqları heç vəchlə hiss olunmayanlar.

III. Talış olmalarına baxmayaraq özlərini talış adlandırmayanlar. Belələri talışların 10-15%-ni təşkil edir ki, onlar nə talış dilində danışır, nə də bu dili uşaqlarına öyrədirlər.

Bütün bunlardan savayı müasir talışların əksəriyyəti (30 yaşa qədəri) artıq rus dilindən də xəbərsizdirlər. Sovet yaşam tərzində orta məktəblərdə rus dili geniş tədris olunurdu, Azərbaycanda rus dilində qəzetlət, jurnallar çap olunurdu, hərbi xidmət rus dilində idi, rus telekanallarına baxmaq məcburiyyəti yaranırdı. Rus dilini öyrənmək sanki məcburi xarakter daşıyırdı. İndi artıq bunlar arxada qalıb . Qəzet və jurnallar da, telekanallar da, hərbi əsgərlik təlimləri də artıq Azərbaycan dilindədir.

Mənim təxmini hesablamalarıma görə təkcə Rusiya Federasiyasında 200-250 minə qədər talış yaşayır ki, onlar demək olar ki, talış dilini öyrənmək imkanlarından məhrumdurlar. Hətta heç olmasa Azərbaycandakı soydaşları ilə ünsiyyət qurmaq üçün yeganə vasitə olan Azərbaycan türkcəsini də yaxşı bilmirlər (oralarda təhsil rus dilindədir, ətraf mühit də rus cəmiyyətidir) və yəqin ki, 5-6 onillikdən sonra, vasitəçi dil kimi azərbaycan dilindən də məhrum olacaqlar.

Sovet dövründə ölkə vətəndaşlarının başqa ölkələrə səpələnmək imkanları məhdudlaşdırıldığından və talışların yaşadıqları yerlərdə iş problemi ilə qarşılaşmadıqlarından, dil problemləri də yaranmırdı. İndi isə ya iş, ya da hər hansı bir həyati problemdən talışlar da dünyaya səpələnmək məcburiyyətində qalıb və getdiyi yerlərdə 40-50 il yaşamalı olduqda talış dilini unudurlar. Əlbəttə, milli dövlətləri olan xalqlar belə problemlə qarşılaşmırlar. Belə vəziyyətlərdə talış dilində ədəbi-bədii ədəbiyyar, ardıcıl fəaliyyət göstərən KİV, kompakt disglər, maqnitofon yazıları, tele proqramlar, efir yayımları olsaydı, onların dil məsələləri ilə bağlı problemləri, məsələn, deyək ki, Almaniyada yaşayan türklər, yaxud ABŞ-da yaşayan farslar kimi ödənilmiş olardı. Talışlar hələ ki, bu vasitələrdən məhrum olduqlarından onları ağır şərtlər gözləməkdədir. Vaxtilə qismən oxşar problemləri avarlar, adıgeylər, indi isə onlarla Şimali Qafqaz millətləri yaşamaqdadırlar. Deməli artıq talışlar üçün də həyəcan təbili çalınıb və söhbət ana dilini itirməkdən gedir.

Mərhum tədqiqatçı alim, repressiya qurbanı Novruzəli Məmmədovun Azərbaycanda yaşayan talışların sayı haqqındakı məlumatlarını oxumuşam və əsasən qəbul edirəm. Ona görə əsasən deyirəm ki, hamımız yaxşı bilirik, belə məlumatlar nisbi xarakter daşıyır. Ölkədə siyahıyaalmalar obyektiv və qərəzsiz aparılmadığından, aparılanlarda isə azsaylı xalqlarının sayının az göatərilməsi ucbatından dəqiq rəqəmləri müəyyənləşdirmək mümkün deyil. Bu təcrübə sovetlərin hakimiyyət dövründən mövcuddur və İndiki ailə-klan hökumətimiz də bu ənənəyə sadiqdən də sadiqdir (təhriflər bir qədər də artırılıb). Lakin görməkdəyik ki, (bu mənim hesablamalarımdır, nisbidir, təxmini xarakter daşıyır) Lənkəranda 120-130 minə qədər (ümumi əhali (ü.ə) 200 min), Astarada 70-75 minə qədər (ü.ə 90 min), Lerikdə 50 minə qədər (ü.ə 60 min), Masallıda 80 min (ü.ə. 170 min) Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında 40-45 min, Sumqayıtda 80-90 min civarında, Bakı şəhəri və onun ətraf kəndlərində 150-200 minə qədər talışlar yaşayır. Rusiyada yaşayan talışların sayı isə aldığım təxmini məlumatlara görə 200 mindən artıq olsa da, onların əksəriyyətinin daimi qeydiyyatı Azərbaycanda olduğundan say artımına təsir göstərmirlər. Bütün bu faktları nəzərə almaqla təxmini də olsa fikir yürüdüb demək olar ki, Azərbaycanda yaşayan talışların sayı 600-700 min civarındadır. Bu kifayət qədər böyük rəqəmdir və əsas verir ki, ölkənin siyasi, iqtisadi, sosial, təhsil, səhiyyə, mədəniyyət, mətbuat və s. sahələrində özünü qabarıq şəkildə göstərsin. Və nəzərə alanda ki, Azərbaycan Respublikasının ümuni əhalisi 9 milyona qədərdir, onda talışların sayı ümumi əhalinin az qala 10% həddindədir. Bu rəqəm talışlara ən azından özlərini tanımaq və tanıtmaq, milli dəyərlərini ortaya qoymağa tutarlı əsaslar verir. Nəzərə alsaq ki 70 milyon əhalisi olan İRAN İslam Respublikasında ermənilərin sayı 300 min həddində olsa da öz dillərində məktəbləri, mədəni-məişət obyektləri, 50-60- min tirajla buraxılan bir neçə adda qəzet və jurnalları var. Özlərinə aid mətbəələrində kitab və jurnallarını çap edə bilirlər. Hətta bütün ölkədə spirtli içkilərə qoyulmuş qadağaların belə onlara aidiyyəti yoxdur (Guya dinlərində buna icazə verilir).

Hökumətimiz nə qədər mürtəce olsa da, avtoritarizmin tuğyan etdiyi belə bir şəraitdə talış dilində qəzet, jurnal və kitab çapına maneçilik törətmir. Bəs nədən talışlar əhalisinin 10%-ə qədərini təşkil etdikləri vətənlərində belə hüquqlardan yararlanmırlar? Bu suala yüzlərlə fərqli cavablar verilə bilər, bəlkə heç biri də şübhə doğurmaz. Mənsə bu suallara özünü tənqid prinsiplərini önə çəkməklə cavab axtarmağa çalışmışam.

Yuxarıda qeyd etdiyim kimi dilimizə münasibəti üç kateqoriyaya ayırmışam. Çoxlu sayda soydaşlarımız var ki, hətta ölkəmizdə obyektiv, qərəzsiz siyahıyaalmalar keçirilsə belə, milli mənsubiyyətlərini "talış” yazdırmayacaqlar (səbəblərini özləri bilər). Elələri də vardır ki, talış dili və ya talış olmaq artıq onlaq üçün müsbət əhəmiyyət kəsb etmir. Ya bu dili bilmirlər, ya artıq başqalaşıblar, ya da "türk-türk” deyərək məmur postlarına yilələniblər, (əvvəllər "rus-rus” deyib vəzifə pillələrinə dırmaşanları hamınız görmüsünüz), əlavə problemlər yaşamaq və törəmələrinə yaşatmaq istəmirlər. Talış olmaqda artıq heç bir perspektiv görmürlər.

Burada 1993-cü il hadisələrinin faciəli sonluğu da xüsusi önəm kəsb edir (Nəzərə alsaq ki, XX əsrin əvvəllərində də oxşar problemlər yaşanmışdı). Talışların vəzifələrdən uzaqlaşdırılması, məmur postlarına yaxın buraxılmaması, cənub bölgəsini problemlər içərisində saxlamaq Lənkəranı regional mərkəz ststusundan məhrum etmək, zavod və fabrikləri bağlamaq, çayçılığın kökünü kəsmək və s. bu olaylardan sonra başlayıb. Nəticədə əhalinin miqrasiyasına sakit bir şərait yaradılıb.

Qeyd: 1992-ci ildə Lənkəran şəhərinin əhalisi 53 min olduğu halda 2010-cu ildə 48 minə düşüb. Halbuki ötən 18 ildə bu rəqəm Respublikadakı artım sürəti ilə uzlaşdırıldıqda 70-90 min arasında olmali idi. Elə rayonun ümumi əhalisində də azalma müşahidə olunub (1992-ci ildə 195 min, 2010-cu ildə 200,5 min. - 250 min olmalı idi) İndi cənub bölgəsində bütin rəhbər vəzifələrə (İcra başçısı, hərbi və mülki prokuror, hakimlər, polis rəisləri, təhlükəsizlik orqanı rəhbərləri, idarə müdirləri və s.) yerlilərdən təyin edilmir. Talışlar şirkətlər açmaq, siyasi partiyalar yaratmaq, hətta deputat seçilmək hüquqlarından da məhrumdurlar ("yeraz” Ziyafət Əsgərov Lənkəranın deputatı "seçilib”).

Son dövrlərin mətbuat və internet saytlarında verilən aqressiv xarakterli, türklərə nifrət ruhunda yazılmış yazılar, verilmiş bəyanatlar da xüsusi önəm kəsb etməkdədir. Mən demişəm, yenə də vurğulamaq istəyirəm ki, türklərlə talışlar bir-birlərinə doğma millətlərdir, onlar arasında qırılmaz qardaşlıq telləri mövcuddur. Bu vətən təkcə türklərin deyil, həm də talışlarındır, onun taleyinə hər iki xalq eyni dərəcədə məsuldur. Müasir Azərbaycan hakimiyyətinin apardığı antitalış siyasəti əslində anti milli siyasətdir və bu talışlara qarşı deyil bütün Azərbaycan xalqlarına, (bir az daha artıq cənub bölgəsinə) qarşı eyni səviyyədədir, "parçala hökm sür” siyasıtidir. Kimlərsə polemikalar açıb hökumətin siyasətini "Pantürkizm”, "Panazərizm” (bu artıq yeni termindir) adı ilə azəri türklərinə bağlayırsa, bağışlanmaz səhvlərə yol verir.

Bəzi müəlliflər isə son vaxtlar möhkəm girişiblər sübut etsinlər ki, cənub bölgəsinin ilk sakinləri kadusilər (talışlar) olub və yaxud, digərləri əksinə bu bölgənin ilk sakinlərinin xəzərlər, azərlər (türklər) olduqlarını sübut etməyə çalışırlar. Mən qəbul edirəm ki, atalarımızın dediyi "Keçmişini bilməyən xalqın gələcəyi də yoxdur” kəlamı həqiqət elmentlərindən yoğrulub, kimsənin buna şübhəsi olmasın. Ancaq gələcəyini qurmaq istəməyən, onun uğrunda mübarizə aparmayan millət də ölümə məhkumdur. Gələcək uğrunda mübarizəni buraxıb ata-babalarımızın dahiliyindən danışmaq, lakin vətəndə yaşaya bilməyib Rusiya bazarlarına səpələnməkdə də perspektiv yoxdur. Çingiz Bektaşi demişdi: "Sən babalarınla fəxr edirsən, görəsən baban da səninlə fəxr edərdimi.” Tarixin gedişi tam əksinə göstərir. Babalarımızın bizimlə fəxrinə artıq yer qoymamışıq. Bəlkə səhvlərimizi düzəltməyə girişib sələflərimizə bizlərlə qürur duymalarına zəmin yaradaq.

Mən talış dilində hələlik yeganə (ürəyim ağrıyır "yegenə” deyəndə) informasiya mənbəyi sayılan "Tolışi sədo” qəzetini, internitdə yayımlanan talış saytlarını və nadir hallarda da olsa çap olunan məqalə və yazıları oxuyuram. Tam əksəriyyəti məzmunca talışların dünyanın ən qədim xalqlarından biri olduğunu sübut etməyə və "Azərbaycanda talışları əzirlər” deməyə köklənib.

"Biz nə etməliyik, tarixin bizə qarşı yönəlmiş bu amansız mübarizəsindən necə qurtulmalıyıq,” "Necə etməliyik ki, Stalinin hərb maşınının azsaylı xalqların, bizlər də daxil, başına gətirdiyi yaraları sağaldaq”, "Millətimizi tarixin gedər gəlməz arxivinin qapısı ağzından necə uzaqlaşdıraq” - Mən çox istərdim ki, belə mövzularda diskusiyalar açılsın, müzakirələr keçirilsin, təklif və dəyərli fikirlər toplansın, intellekt potensiallarımızın dəyərləri müəyyənləşdirilsin, onlardan istifadə edilməklə yarallara məlhəmlər hazırlansın və sonda qoy ata-babalarımızın ruhları da bizlərlə qürur duysun. Allaha şükir ki, internet şəbəkələri var və onlardan istifadə hələ ki yasaq deyil.

Sonda yenə əvvəlki fikirlərimə qayıtmaq istəyirəm. 5-6 ildir ki, talış xalqının milli mənafeləri ilə bağlı səsləndirilən fikirlər, verilən bəyanatlar, yazılan məqalələr (hətta çap olunan kitablar da) rus dilində yayımlanır. Bir daha bildirirəm li, müasir talış gəncliyi yuxarıda əsaslandırdığım səbəblər ucbatından rus dilini bilmək şəraitindən məhrumdur. Söhbət talış gəncliyindən, onun milli mənafelərə cəlb olunmasından gedirsə, yayılan bütün material və məlumatlar Azərbaycan və talış dillərində yayımlanmalı, saytlara bu dillərdə yerləşdirilməlidir. Hətta "Talışi sədo” qəzetində də rus dilindəki yazılar tərcümədən keçməklə çap olunmalidır. Burada hardasa talış dilini bilməyən talışlar da nəzərə alınmalıdır. Bu artıq redaksiyanın işidir.

Yazdıqlarıma hələlik son qoyaraq təkliflərimlə milli mənafeyi həyatlarından üstün tutanları hərəkətə gətirmək istədim. Hamının təmsil olunduğu hərəkat (hərəkət) başlayarsa, mən də onun bir elementiyəm. Yenə hərə bir tərəfə çəkərsə, mən də onlardan biri kimi babalarımızın ruhlarının nifrətində qəraqlaşacağam.

Hüseynqulu Məmmədli,
Lənkəran ş.


Redaksiyadan:

Yazı müəllifinin imzasını əsas götürüb biz prinsiplərimizdən geri cəkilərək bu yazını nöqtəsinə və vergülünə toxunmadan oxucuların mühakiməsinə buraxdıq. Bir daha bildiririk ki, TALISH.ORG olaraq yazı ətrafında ola biləcək hər bir mülahizə və diskusiya üçün açığıq.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

 

Категория: Талыш xəbərləri | Просмотров: 2799 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Ибрагими  
1
Большое спасибо автору за объективный анализ положении вещей на сегодняшний день, даже не смотря на некоторые неточности, которые могут вызывать бесполезные, никому не нужные дебаты. Талыши сами виноваты в таком положении в которым они оказались. Перефразируя известного афоризма "каждый народ достоин того правителя которого он имеет" можно сказать так: "каждый народ достоин того положения на котором он находится"

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus