Главная » 2011»Ноябрь»11 » Yerli xalqlara qarşı etinasızlıq Qafqazda situasiyanı gərginləşdirə bilər (yenilənib - video)
17:24
Yerli xalqlara qarşı etinasızlıq Qafqazda situasiyanı gərginləşdirə bilər (yenilənib - video)
Bu gün (10.11.2011) Moskva şəhərin "Rosbalt” mətbuat mərkəzində "Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusunda keçirilən dəyirmi masada çıxış etmiş ekspertlər bu fikirdədir
Tədbirdə çıxış edən Strateji inkişafın modelləşdirmə Mərkəzinin birinci vitse-prezidenti Qriqoriy Trofimçuk bildirmişdir ki, hazırkı şəraitdə İranla bağlı başlanıla biləcək əməliyyatlar çərçivəsində Azərbaycanda milli azlıqların vəziyyətilə bağlı faktor aktuallıq kəsb edəcək. Ekspertin rəyinə görə bu situasiyada talışların vəziyyəti mövzusu daha kəskin özünü birüzə verəcəkdir. Bununla yanaşı politoloq qeyd etmişdir ki, əgər Azərbaycan hakimiyyəti talış xalqının hüquq və azadlıqlarına hörmətetmənin zəruriliyinə ciddi diqqət yetirməsə, bu nəinki Azərbaycanın daxilindəki siyasi vəziyyətə, habelə regionda geopolitik situasiyaya neqativ təsir edəcəkdir.
Tədbirdə çıxış edən Rusiya Talış Diasporu Təşkilatının prezidenti İsmail Şabanov bildirmişdir ki, Azərbaycan hakimiyyəti talışları separatçı adlandırmaqla onları təqib edir, hətta talış fəallarının qohumları onların əmlakının əlindən alinması kimi hallar da daxil olmaqla müxtəlif təziqlərə məruz qalir. Buna baxmayaraq talışlar radikal addımlara indiyə kimi əl atmayıblar, onlar sadəcə olaraq milli mənsubiyyətə görə diskriminasiyanın aradan qalxmasını istəyirlər. İsmail Şabanov həmçinin qeyd etmişdir ki, Azərbaycan hakimiyyəti Azərbaycanda talışşünaslıqla bağlı konfransların keçirilməsinə şərait yaratmalıdır. "Biz yaxşı xatırlayırıq birinci talışşünaslıq konfransından sonra nələr baş verdi. Konfransdan sonra talış dili uzrə bizim dahi alimimiz həbs edildi və həbsxanada öldürüldü. Biz ikinci talışşünaslıq konfransının Yerevanda keçirilməsinin əleyhinə bəyanat yaymışıq. Buna baxmayaraq Azərbaycan mətbuatı bir ağızdan konfransın təşkilatçısının Talış Diasporası olmasıla bağlı məlumatlar yayır. Bu nə məqsədlə edilir? Niyə talışşünaslıq konfransı Yerevanda keçirilməlidir? Niyə belə konfransın Bakıda, mənim doğma şəhərim Lənkəranda keçirilməsi mümkün olmasın? Kim buna mane olur? Niyə Azərbaycan hakimiyyəti buna imkan vermir? 50 minlik əhalisi olan Qaqauz Yerinin başqanını Azərbaycan Respublikasının prezidenti qəbul edir, ona hər cür dəstək verir, bizi, bizim təşkilatımızı separatçı adlandırır. Bəlkə bu ikili standart deyil? Təəccüblü odur ki, burda hakimiyyətə yaxın olan insanlar mənə sözü gedən konfransın müdafiəsilə bağlı bir-neçə dəfə müracət etdilər. Mən başa düşdüm ki, bu provokasiyadır. Bunula bağlı mən Rusiya Azərbaycanlıların Konqresinə müracət etdim. Məsələləri araşdırmaq əvəzinə Konqresin bütün rəhbərliyini işdən azad etdilər... Bəli, biz istətirik ki, Azərbaycanda bütün xalqlara eyni cür şərait yaradılsın... Şantaj, qadağa kimi metodlar indi keçmir, biz XXI əsrdə yaşayırıq..."
Dəyirmi Masanın digər iştirakçısı – Rusiya şiə müsəlmanların dini Təşkilatının rəhbəri Famil Cəfərov Azərbaycanda vicdan azadlığının vəziyyətinə istinad edərək bildirmişdir ki, 2007-ci ildən başlayaraq Azərbaycanda ənənəvi islama qarşı təqiblər davam edir. Famil Cəfərovun sözlərinə görə Azərbaycan azanın verilməsinə qadağalar qoyur, hicabın daşınmasını isə faktiki olaraq yasaqlayıb. Bakı şəhərində bir neçə məscidi dağıtdılar. Növbə Fatiməyi Zəhra (ə.s.) məscidinə çatanda insanların etirazına qulaq asmadılar. Məsələ müctəhidlərdən birinin Azərbaycan prezidentinə məktub yazmasına səbəb oldu. Yalnız bundan sonra Azərbaycan hakimiyyəti dayandı. Keçən ildən konkret olaraq məktəblərdə hicabın qadağan edilməsinə başladılar. Bu da inanclı insanların etirazına gətirib çıxardı. Problemi həll etmək əvəzinə hakimiyyət hər cür etirazı boğmaq yolunu tutub. Kütləvi tədbirlərin keçirilməsinə faktiki qadağa qoyulub. Etirazçılar heç bir əsas olmadan, təhqiredici formada həbs edilirlər. Hətta sovet hakimiyyəti inanclı insanlarla belə davranmamışdır. "Siz təsəvvür edin ki, dini xadimini ramazan ayinda onun evundə narkotika tapilir deyə həbs edirlər. Quranın mahir bilicisi Zülfuqar Mikayılzada xuliqanlıq maddəsilə həbs edilir. Azərbaycan hakimiyyətinin belə hərəkət etməsinin səbəbi nə ola bilər? Onlar böyük dilçi alim Novruzəli Məmmədovu həbsxanada öldürdülər. İslam dininin xadimlərinə xüsusi amansızlıq nümayiş etdirirlər. Bütün bunlar anti-iran kontekstində baş verir. Bununla onlar Qərbə göstərmək istəyirlər ki, onlar İrana qarşıdırlar və bildirmək istəyirlər: "Biz İran məsələsində sizinlə həmrəyik, baxın, biz irandilli xalqın ziyalısını öldürürük, islam xadimlərinə hər cür böhtan atırıq, onları istənilən vaxt həbs edirik, biz heç nədən qorxmuruq". Digər tərəfdən hökümət vəhabiliyə yaşıl işıq yandırmışdır. Vahabizim isə ilk növbədə Rusiyaya qarşı yönəlmişdir" - deyə natiq qeyd etmişdir.
Rusiya ləzgi mədəni-muxtariyyatları federasiyasının prezidenti Arif Kərimov Azərbaycanda keçirilən siyahıyaalmanın rəsmi nəticələrinin ləzgilərə münasibətdə total şəkildə saxtalaşdırılmasına toxunmuşdur.
Əhli-Beyt Təşkilatının sədri Musa Qurbanov Azərbaycanda parlamentin səlahiyyətinə daxil olan məsələlərin nazirlərin əmrlərilə həll edilməsinə toxunaraq bildirmişdir ki, təhsil naziri Misir Mərdanovun hicabın daşınmasını qadağan etməsilə bağlı verdiyi əmr indiyə qədər qüvvədədir.
İslamşünas, sivilizasiyaların dialoqu üzrə ekspert Cənnət Serqey Markus qeyd etmişdir ki, milli mədəniyyətlərin rəndələnməsi xalqların depopulyasiyasına gətirib çıxarır.
Tədbirdən hazırlanmış video-materialı nəzərinizə çatdırırıq.