Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Апрель » 20 » Elin Dənizi
17:44
Elin Dənizi

“Sadəliyi alçaldılmaya qədər endirmək olmaz”
A.A.Bakıxanov

 
Sadə adamlar hansısa bir səhvə yol verəndə, heç vaxt  onları qınamıram. Çünki, onlar adi adamlardır və bu qəbildən olan insanlardan  başqa bir şey gözləmək əbəsdir. Mən də sadə insanlarla sadə davranır, onlara  ədəb ərkanla salam verib keçirəm. Elə başa düşməyin ki, təkcə sadə adamlara  salam verib keçirəm. Əsla. Mən hamıya salam verirəm, hətta,  axmaqlara da. İnanmırsınız ? Nəyə desəniz and içərəm ki, mən onlarla  daha səmimi görüşürəm, hətta, ikiəlli görüşürəm. Allah onların canını sağ eləsin, onlara dünya durduqca uzun ömür versin.Səbəbi də odur ki, əgər, onlar olmasaydı, onda gərək biz özümüz axmaq olaydıq.                                                                                                            

Ciddi adamlar, tanınmış adamlar səhvə yol verəndə isə, açığı, onlarla heç görüşmürəm, onları qınayıram, özü də bərk qınayıram. Götürək çar rusiyası ordusunda vaxtilə qulluq etmiş,hamıya göz dağı olmuş Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi  iştirak etmiş, polkovnik ağamız Bakıxanovu. Əzizim bakılı balası, sizin sadəliklə nə işiniz var, niyə sadəliyi alçaqlıqla müqayisə edirsiniz? Məgər, başqa işiniz-gücünüz olmayıb ki? Axı, sizin bu mövzulara  toxunmağıniz, onları hallandırmağınız  başqaları kimi,mənə də toxunur, pis gəlir. İstər istəməz fikirləşirəm ki, siz  bu barədə yazanda mənim mənsub olduğum və gecə gündüz fəxr etdiyim  (hətta, yuxuda da!)  xalqı nəzərdə tutmusunuz , onu lağa qoymusunuz. Mən də buna heç cürə imkan verə, yol verə bilmərəm,qətiyyən razı ola,dözə bilmərəm. Doğrudur, sizdən sonra da bu mövzuya toxunan, fikir bildirənlər olub, amma, sizə  çatan olmayıb. Əlbəttə, düşmən qulluğunda olduğunuz üçün  peşəkar zabit kimi nə yazmısınızsa  gizli, üstüörtülü yazmısınız, o biriləri isə açıq, aydın yazıblar.                                                                                                                  

Elə də uzağa getməyək, götürək  istedadlı dramaturq, bu gün  doğum  gününü qeyd edən Eldəniz  Quliyevi. Qardaş, başına dönüm, mən başa düşürəm ki, siz  siyasətə  heç də kefdən gəlmədiniz, baxıb gördünüz  ki, meydandakı siyasətçilər ortaya bir şey çıxara  bilmir, əllərindən fərli başlı bir şey gəlmir, iş gücləri bir birləri ilə didişməkdir, dartışmaqdır, boğuşmaqdır rejissorluğu tollayıb  bir kənara, qollarını çırmalayıb, “bismillah” deyib, girdiniz meydana. Lap yaxşı, çox gözəl, çox pakizə, xoş gəldiniz, səfa gətirdiniz. Amma, bu o demək deyil ki, oturub- oturub ortaya bir çəltik atasınız, aləmi vurasınız bir birinə. Əvvəlcə durub bizim keşiyimizdən başqa hər şeyin keşiyində dayanan  möhtərəm və möhtəşəm polisimizin ünvanına bir iki  söz işlətdiniz və bu da nə az, nə çox, 9 gündən sonra düz 21 il nazir kürsüsündə oturmaqla dünyada rekord qıran(Ginnesin rekord kitabı hara baxır!) nazirimiz R.Usubovun xətrinə  bərk dəydi. Onun bir  işarəsi bəs elədi ki, o saat işin verildi  ədalətdən əsər əlamət qalmayan ədalət məhkəməsinə. Yenə allah üzünə baxdı,necə deyərlər,anan namaz üstə imiş,hakimlər  bu dəfə də nazirimizin sözünə baxdı,onun sözündən çıxmadı,sizi bağışladı,yüngülvarı cəzalandırdı,yoxsa,indi o biri heç nədən yatanlar kimi siz də oturmuşdun qazamatda. Bu sizə bəs etmədi, bu günlərdə  yenə sosial şəbəkədə, Facebookda yazdığınız bəs nədir? Yazırsınız ki, ” Oyan  şirin  yuxudan, ey millət, nə vaxta qədər yatacaqsan?! ”   Vallahi billahi mən bir şeyi başa düşmürəm, bu millət ona görə sizi oxudub, boya başa çatdırıb, ziyalılar təşkilatının sədri, Milli Şuranın üzvü edib ki, indi  də durub onu div yuxusundan oyadasan?                                                                                                                                            

Milli Şuranın sədri, hörmətli professor Cəmil Həsənlinin sözü olmasın, bu uca, ucadan da lap uca millətim nə vaxt  lazım  bilsə ( ax,torpaqları işğaldan azad edəcək lazım!),onda gərnəşib,öskürüb, asqırıb gözlərini açacaq.Gəlin ,siz böyüyün sözünə qulaq asın,xeyir görərsiniz,  hələ ki, xalqı  yuxudan kal oyatmayın.Yuxudan kal oyanmağın düşər düşməzi olar. Birdən, allah eləməsin, kal oyanar, başına gətirilən müsibətlərdən, oyunlardan,məzələnmələrdən, yalançı təriflərdən, doğruçu təhqirlərdən xəbər tutar,əlindən xata çıxar.Oyansa, işdir şayətdir gözünü açsa ,millət görər ki: 

- torpağı əldən verib ,YAP-çılar isə hapa-gopa basmaqla,cibişdanlarını doldurmaqla  məşğuldur;

 - ona məxsus sərvətlər çapılıb talanıb,qamarladıqlarını özləri qamarlayıb, yerdə qalanlarını da qohum əqrəbalarına, yadellilərə pay-püşk ediblər;   

- düşmən münasibət nəticəsində namus əldən gedib,qızları,gəlinləri Dubayda qəbristanlıq yaradıblar;        
- sayma seçmə oğulları şərlənərək zindanlara doldurulub-əzablara düçar edilib , oğrular,  banditlər isə  fironluq edir, atamanlıq eşqinə düşüblər;

- digər qism  ləyaqətli, şərafətli  oğuııarı ,  qızları isti dədə baba  yuvasından didərgin salınmış, vaxtilə babalarımızın adı gələndə papağını çıxarıb mil dayanan Conlara , İvanlara sığınmışlar;           

- ədalətin keşiyində durmağa borclu olan məhkəmələr auksiona ,hüquq mühafizə orqanları  isə əsl bazara çevrilmişlər;                          

- bələdiyyə,parlament,prezident seçkiləri  kütləvi surətdə saxtalaşdırılmış,layiq olmayan məxluqlar əldəqayırma mandatlara sahib çıxmış, millətdən xəbərsiz  “ millət vəkilləri” onun adından  bazarlıq ,öz gödənləri üçünsə nökərçilik edirlər;                                        

- torpaqlarımızı rusun əli ilə zəbt etmiş  ermənilər nəinki, layiqli yerlərində oturulmamış , əksinə, dığalarla qohumlar daha yüksək, yağlı  vəzifələrə sahib çıxmış, millətin şərəfini heçə endirmişlər.                                                                                                                                                                                   
Odur ki, əzizim  Eldəniz bəy, atalar ” məsləhətli don gen olar” deyiblər. Mənim də,əgər, qulaq asarsınızsa, sizə bir dost məsləhətim var. Özünüz  bilərsiniz, əməl etsəniz də sağ olun, etməsən də. Gəlin, imkan daxilində, bu millətə ağıl öyrətməyin,bu işi boş buraxın,onu  kal yuxudan oyadıb cin atına mindirməyin.Ondansa, millətin dərin yuxuya getməyindən,sadəliyindən sui-istifadə edərək onun belinə minmiş, bununla da millətlər arasında onu alçaltmış   YAP hakimiyyətinin şəninə şerlər yazın, nağıllar qoşun , dastanlar  bəzəyin, nəğmələr bəstələyin. Qoyun ,adınız tez-tez radiolardan, televiziyalardan, qəzetlərdən gəlsin, başına  bir yekə daş düçmüş, qara kürünü tıxmağa girişmiş beynəlxalq təşkilatların satılmış tribunalarından  da səsiniz  gəlsin. Unutmyın  ki,bu analoqsuz kampaniyanın həm sizə, həm də bizə  çox böyük xeyri olacaqdır.                                                                                                                                                                  
Sizə xeyri o olacaqdır ki, bu müdrik  yaşınızda şərlənərək zindana atılmayacaq, ABŞ və Avropa ölkələrini   çox ciddi  “narahat” etməyəcək, sonra da qondarma əflə “ əf”  olunmayacaqsınız.                                                                                                                                  
Bizim də qazancımız o olacaq ki,  sizin adındakı “dəniz” sözünü  hər dəfə eşidib sevinəcəyik, fərəhlənəcəyik .Onunla təsəlli tapacağıq ki,bu hakimiyyət Xəzər dənizinin neftini içsə də,qazını  öz qazı bilib yolsa da,balığını,kürüsünü millətindən gizlədib Conlara satsa da, elimizin heç vaxt satılmayan, dəniz  kimi  vüqarlı  və qürurlu bir dənizi  də var, o da:  E L D Ə N I Z!                                          
 
    
Mətləb MÜTƏLLİMLİ,

istiqlalçı millət vəkili     

20.04.2015                                               

 

 

Категория: Azərbaycan | Просмотров: 1958 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus