Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Май » 14 » Elin gücü
21:14
Elin gücü
"Adil hökmdar xalqına sədaqətlə xidmət göstərən,
zalım isə öz komandası ilə ona zülm edəndir.”

"EL” Hərəkatı Azərbaycanın siyasi arenasına kifayət qədər iddialı və geniş spektrlə daxil oldu. Və bu, özünü əbədi "zalim Ənuşirəvan” obrazında hiss edən Azərbaycan iqtidarı üçün "sürpriz” effekti yaratdı.

Vətəndaşların dünənə kimi öz taleyinin tamaşaçısından onun fəal iştirakçısına çevrilmək istəyən əhəmiyyətli kəsiminin bu HƏRƏKATA üz tutmaları, eləcə də onun siyasi hakimiyyətə iddialı olması, dövləti avtoritar qaydalarla (oxu: kefləri istədiyi kimi, – M.S.) idarə edənlər üçün əlbəttə ki, arzuolunmaz hadisəydi. Hərəkat yarandığı ilk gündən vətəndaşların ictimai-siyasi aktivliyini artırmağı və korrupsiyalaşmış-kriminallaşmış avtoritar üsul-idarədən xilas olaraq, sivil idarəetmə dəyərlərinə əsaslanan ədalətli dövlət quruculuğunu öz fəaliyyətinin Ali məqsədi saydı. Elə bir dövlət quruculuğu ki, orada hər bir vətəndaş hakimiyyətin formalaşması prossesində - yerli özünüidarəçilik institutlarından tutmuş, ən Ali orqanlara kimi, o cümlədən ölkə başçısının seçilməsində, birbaşa iştirak edə bilsin.

Prezident seçkilərinə 4-5 ay qalmış milliyyətindən, dilindən, dinindən, regionundan və s. asılı olmayaraq, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onların hərtərəfli təminatçısı olmağı proqramının əsas prinsiplərindən elan edən "EL” Hərəkatı, əlbəttə ki, çoxlarının canına vəlvələ saldı! Məhz elə bu səbəbdən də, demokratik seçkilərə və sivil yollarla hakimiyyət dəyişiliklərinə hazır olmayan və heç bunu istəməyən mövcud iqtidar, aşkar siyasi cığallıqlar və zorakılıqlara rəvac verdi. Onu da qeyd edim ki, birbaşa və dolayısıyla edilən təzyiqlər, həbslər, hədələr və sairə heç şübhəsiz ki, hakimiyyət təmsilçilərinin xofa düşdüklərindən soraq verir. Təəssüf ki, avtoritarizmdən demokratiyaya keçid istəyi hakim elita tərəfindən heç cür həzm oluna bilmir...

Azərbaycanın siyasi politrasında – istər muxalif, istərsə də iqtidar yönümlü siyasi-ictimai təşkilatlarda, azsaylı xalqların, etnik qrupların və milli azlıqların yetərincə və layiqincə təmsil olunmaması göz qabağındadır. Düzdür, bunun bir səbəbi onların siyasi passivliyindədirsə, digər səbəbi partiyaların korporativ maraqlarına, yəni öz siyasi xəttlərində bəzən birtərəfli olaraq yerliçilik və psevdo-millətçilik meyillərinə üstünlük vermələrindədir. Bu sıraya, vətəndaşlarımızın siyasi maarifləndirməsində mövcud olan ciddi qüsurları və ideoloji boşluqları da əlavə etmək olar.

Bu gün hakimiyyətin apardığı milli siyasətə (əgər buna "milli” və "siyasət” demək olarsa!) nəzər yetirəndə, istər-istəməz nigaranlıq və təlaş hissi keçirirsən. Bu yöndə nəinki hər hansı susqunluq və hərəkətsizlik mövcuddur, hətta çox ciddi geriləmələr, habelə şübhəli və olduqca təhlükəli siyasi düsturlar həyata keçirilir. Maraqlıdır ki, bu sahəyə məsul olan bəsit düşüncəli iqtidar yetkililəri elə zənn edirlər ki, ölkədə azsaylı xalqlların milli mədəniyyətlərilə, eləcə də hüquq və azadlıqları ilə bağlı ağrılı problemlər nə qədər canfəşanlıqla ört-basdır edilsə, problem bir o qədər tez "həll” olar!? Bu, absurd olduğu qədər də, kobud və ziyanlı bir yanaşmadır. Parodoksal hal budur ki, hətta öz ictimai əqidəsi və şəxsi təşəbbüsü ilə milli mədəniyyətlərinin inkişafı naminə, sözün əsl mənasında fədakarlıq göstərən ziyalılar belə, saxta və absurd ittihamlarla, - "37-ci il sayağı”, repressiyaya məruz qalırlar. Avtoritar üsul-idarənin vətəndaşlarımızın demokratiya uğrunda mübarizə əzminə və milli-mənəvi özünüdərk prossesini boğmağa yönəli anti-konstitusion təzyiqlər həyata keçirməsi dediklərimizin subutudur. Kifayətdir ki, "Tolışi sədo” qəzetinin baş redaktorları - 67 yaşlı professor Novruzəli Məmmədov və onun ailəsinin faciəvi taleyinə, eləcə də professor Hilal Məmmədovun uydurma iddialarla həbs olunması faktlarına diqqət yetirəsən. Yaxud, Bakı Dövlət Univerisitetindən "milli və siyasi baxışlarına görə” (?!) xaric edilərək təqib olunan və Avropa ölkələrinin birində sığınacaq tapan "Beynəlxalq hüquq” üzrə tanınmış ekspert-alim Ataxan Əbilova qarşı atılan repressiv addımlar. Quba, İsmayıllı hadisələri, Binə olayı, saf niyyətli gənclərin etiraz piketləri... Bu qəbildən neçə-neçə nümunələr gətirmək olar!

Təəssüf doğuran bu faktlar göstərir ki, dilindən, dinindən, siyasi mənsubiyyətindən və milliyyətindən asılı olmayaraq, hər bir sıravi Azərbaycan vətəndaşının Konstitusiya hüquqlarına cavabdehlik daşıyan iqtidar məmurları, həmin hüquqların pozulmasının qarşısını almaq əvəzinə, çeşidli problemlərin təzahürünə və artmasına şərait yaradırlar. Bu, başadüşülən, qəbulolunan siyasət deyil. Bu, həm də məntiqsiz və özündə xaos ehtiva eləyən xətalı bir siyasətdir!

"EL” Hərəkatı isə demokratik dəyərlərlə yanaşı, müstəqil Azərbaycan Respublikasında Milli məsələni də öz fəaliyyətinin preoritetlərindən sayır. Hərəkatın sədri cənab Eldar Namazov öz çıxışlarında ölkədə qürurlu, ləyaqətli şəxsiyyətin formalaşmasında, bərabərhüquqlu VƏTƏNDAŞ CƏMİYYƏTİ quruculuğunu, habelə dövlətçiliyimizin qüdrətlənməsi naminə, xalqlarımızın milli konsalidasiyasını xüsusi olaraq vurğulayır. Düşüncəmə görə, bu çox doğru və rassional bir yanaşmadır; çünki demokratik dəyərlərə sadiq, vətəndaşlarını ən böyük sərvəti hesab edən dünyanın bir sıra sivil ölkələri milli münasibətlərə olduqca həssaslıqla, başlıcası isə, dövlətin mühüm siyasəti kimi baxırlar.

Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların, etnik qruplar və milli azlıqların dili, ədəbiyyatı, tarixi, mədəiyyəti və özəlliklə bütün milli-mənəvi dəyərlər sistemi daima dövlətin diqqətində olmalı və inkişaf etdirilməlidir. Bunları həyata keçirmək üçün, təbii ki, dövlətin dəstəyi ilə maddi-texniki, o cümlədən demoktatik təsisatlar bazası yaradılmalı və onlar bu təsisatlardan sərbəst çəkildə istifadə etmək hüququna malik olmalıdırlar. İdarəçilik orqanlarının bütün strukturlarında, eləcə də KİV və ictimai rəydə milli ayrıseçkilik niyyətləri ciddi qınaq obyektinə çevirilməli, cəzalandırılmalıdır. Bu belə olmalıdır ki, dövlətçiliyimizə təhlükə yarada bilən hər hansı separatçılıq meyilləri baş qaldırmasın. Məhz bu səbəbdən də, "EL” Hərəkatı insan haqları və azadlıqları ilə bağlı demokratik prinsiplərə ciddi dəyər verərək, vətəndaşların maddi, mənəvi, milli hüquqlarının hərtərəfli qorunmasını vacib strategiya hesab edir.

"EL” Hərəkatı 2013-cü ilin payızında keçiriləcək Prezident seçkilərinə böyük məsuliyyətlə hazırlaşır və bu seçkilərdə müstəqil surətdə, yaxud eyni ideya, əqidə və proqramları bölüşən siyasi təşkilatlarla müştərək şəkildə iştirak etməyi planlaşdırır. Onun demokratik qüvvələri dünya şöhrətli ziyalımız Rüstəm İbrahimbəyovun ideyası olan Milli Şura (MŞ) formatı ətrafında birləşməyə çağırışı da bu istəyin təzahürü kimi dəyərləndirilməlidir. Bu günün reallığında MŞ ideyasının gündəmə gəlməsi (əslində hazırkı iqtidarın demokratik seçki və mütərəqqi təsisat prinsiplərindən yayınaraq, hakimiyyəti hansı vasitə ilə olursa-olsun, əlində saxlamaq cəhdinə alternativ olan) xalqın istəyindən qaynaqlanır. Etiraf etməliyik ki, illərlədir ədalət əvəzinə ətalətə üstünlük verən və heç bir mütərəqqi reforma aparmayan iqtidarın müxtəlif illərdə və müxtəlif seçkilərdə sərgilədiyi ənənvi saxtakarlıq "qabiliyyəti” olduqca yüksəkdir. Məhz bu səbəbdən, zaman-zaman, istər həqiqi muxalifət nümayəndələrinin, istərsə də ölkənin taleyinə biganə qalmayan mütərəqqi ziyalılarımızın "demokratik Prezident seşkiləri”, və "demokratik məmləkət”lə bağlı arzuları puşa çıxır.

Prezident seçkisilə bağlı vəziyyətin (ümumiyyətlə, seçki qanunvericiliyinin) bu dərəcə mürəkkəb və qeyri-qənaətbəxş olması siyasi partiya liderlərinin, tanınmış ziyalıların və digər nüfuzlu ictimai-siyasi xadimlərin MİLLİ ŞURA formatında birləşməsini diktə edir! Belə demək mümkünsə, MŞ ideyası xalqın milli və sosial sifarişinə çevrilir.

Azərbaycan seçicisinin qırılmış inamını özünə qaytarmağın, öz taleyinə, müvafiq olaraq, ölkənin gələcəyinə biganə münasibətə son qoymağın ən düzgün yolu Milli Şuranın yaranmasıdır. Düşünürəm ki, Azərbaycanda nəhayət ki, azad, ədalətli, şəffaf və demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyi istəyən bütün demokratik düşərgənin BÖYÜK BİRLİK ətrafında birləşməsinə alternativ yoxdur.

Deyilənlərlə yanaşı, vacib bir məsələyə də toxunmaq istəyirəm. Son zamanlar hakim elitanın əzələ və nifrət nümayiş etdirməsi, - yəni "EL” Hərəkatının, AXCP və Musavat partiyasının regionlarda konfranslar keçirməsinə polislərin qeyri-qanuni müdaxilələri, siyasi-ictimai liderlərin rayon və şəhərlərdə əhali ilə görüşlərinə mane olaraq, onların qarşısına lopatkalı-yabalı adamlar çıxarmaları, ofis icarədarlarına təzyiqlər və s. bu kimi hərəkətlər ölkədə demokratiyanı yerindəcə boğmağa yönəlmişdir. REAL Hərəkatının liderinin, "Nida”çı gənclərin, inanclı insanların həbsləri, "Azadlıq” və "Yeni Müsavat” qəzetlərinə qarşı qaldırılan gülünc məhkəmə iddiaları, "EL” Hərəkatına qarşı aparılan qara piar kompaniyası bir daha sübut edir ki, iqtidar əslində təlaş və qeyri-müəyyənlik içərisindədir.

Gün kimi aydındır ki, ölkə daxilində ictimai-siyasi təşkilatların, vətəndaşların, eləcə də bütünlüklə ölkənin problemlərini, yalnız güc və təhtidlə, hirs-hikkə, həbs və xof yaratmaqla həll etməyin sonu yoxdur.
Bu, əvvəli olmadığı üçün, sonu da olmayan çox təhlükəli və qorxulu bir yoldur!..

Mehdibəy Səfərov
"EL” Hərəkatının Milli məsələlər üzrə sədr müavini 

Категория: Azərbaycan | Просмотров: 1819 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus