"Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycan hakimiyyətini vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasına son qoyulmasına, həmçinin siyasi və digər azadlıqların təmin olunmasına çağırıb. Bu barədə bəyanat təşkilatçılarının saytında yerləşdirilib: www.eurovision.de/index.html.
31 avqust tarixli məlumatda deyilir ki, Avropa Yayım Şurası (EBU) Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, Avropa konvensiyalarına uyğun olaraq Bakıya müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır.
"Sözügedən fundamental hüquqlara əməl olunması 1956-cı ildən bu yana "Eurovision” müsabiqəsinin uğurunun əsasını təşkil edir və 2012-ci il də istisna deyil”, - müsabiqənin məşvərət qrupunun sədri Frank-Diter Freylinq bildirib.
Müsabiqənin hansı zalda keçiriləcəyi indiyədək müəyyən deyil. Ən böyük stadion 14000 yerlikdir və çox güman ki, müsabiqə üçün yeni zal tikiləcək.
Bu yaxınlarda federal hökumətin insan haqları müvəkkili Markus Leninq vətəndaşların hüquqlarının pozulmasına görə Azərbaycan hökumətini tənqid edib.
Sənəddə deyilir ki, 2012-ci ilin müsabiqəsinə gəlincə, o deyib ki, Avropa hökumətləri və parlamentləri yaxın bir neçə ayda Bakıya ciddi təsir göstərməlidir.
Həmin saytın 17 avqust tarixli materialında da Azərbaycanda siyasi rejim kəskin tənqid olunur.
Məqalədə deyilir ki, növbəti müsabiqə avtoritar prezident İlham Əliyevin idarə etdiyi ölkədə keçiriləcək. Bu mənada hüquq müdafiəçisi Leyla Yunusun evinin sökülməsini "dövlət vandalizmi aktı” adlandırmaq olar.
Markus Leninq onun siyasi məhbuslarla görüşünə icazə verməyən ölkə hakimiyyətinin onu aldatmasından şoka düşmüşdü.