Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Август » 26 » Fitrəni necə verim? (Şəriətin buyruğu)
15:48
Fitrəni necə verim? (Şəriətin buyruğu)
İslam şəriətində fitr zəkatı kimi adlandırılan bu zəkat növü xalqımız arasında fitrə və ya fitrə sədəqəsi kimi adlandırılır

Fitrə zəkatı Ramazan ayına xas ibadət (burada ibadət geniş mənada başa düşülməlidir) növü olub özünə məxsus gözəlliyə və oruc tutanlar üçün yerinə yetirilmə baxımından böyük əhəmiyyətə malikdir.

Fitrə zəkatı nə deməkdir və nə üçün belə adlandırılıb? Fitrə kimi adlandırılmasının səbəbi onun Ramazanın sonuncu günündə orucu açdıqdan sonra "fitr” (hərfən: orucu açma, ondan azad olma) adlandırılan zaman müddəti ərzində verilməsidir. Ona zəkat deyilməsinə gəlincə isə bu, onu verən insanın nəfsini təmizləməsindən (bu, təzkiyə adlanır və zəkat sözü də buradandır), orucunu mükəmməlləşdirməsindən, oruc tutduğu zaman yol vermiş olduğu nöqsanları, çatışmazlıqları onunla aradan qaldırmasından dolayıdır.

Qeyd: Fitrə zəkatı ilə İslamın üçüncü əsası olan zəkatı bir-biri ilə qarışdırmamaq lazımdır.

Fitrə zəkatının verilməsi nə vaxt fərz buyurulub? Fitrə zəkatı hicrətin 2-ci ilində Ramazan orucunun fərz edilməsi ilə vacib edilib. Fitrə zəkatının fərz olması Qurani-Kərim, Sünnə və İcma ilə təsbitlənib. Allah təala buyurur:

"(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır”
(əl-Ə`la, 14). Burada fitrə zəkat verməklə təmizlənmə nəzərdə tutulur. Belə olmasa idi, adil xəlifə Ömər ibn Əbdüləziz fitrə zəkatının verilməsini əmr etdikdən sonra bu ayəni oxumazdı.

Hədislərdə də fitrə zəkatının verilməsinin vacibliyi vurğulanır. Buxari və Müslimin "Səhih” kitablarında Peyğəmbərin (s) fitrə zəkatının verilməsini əmr etdiyi və onun vacib olması bildirilib. Əksər islam alimləri (cumhur) fitrə zəkatının verilməsinin vacibliyi xüsusunda eyni mövqedən çıxış etmişlər. Mədinə əhlinə görə, bu zəkat növündən üstünü yox idi.

Hökmü: Alimlərin əksəriyyəti (cumhur) onun vacib olması xüsusunda razılığa gəlib. İbn Ömər rəvayət edir ki, "Peyğəmbər (s) azad, kölə olan hər bir kəsə, ümmətinə Ramazanda bir saa (4 ovuc miqdarı) xurma və ya arpa fitrə zəkatı verməyi vacib (fərz) etdi”.

Hikməti: Fitrə zəkatının verilməsinin fərz qılınması nəfsi çirkinliklərdən, paxılıq kimi pis əxlaqdan təmizləmək, əgər boş-boş sözlərdən, lağlağıdan, söyüş və bu kimi digər bəyənilməyən əməllərdən dolayı orucumuzda qüsur və çatışmazlıq varsa, onu tamamlamaq, bu qüsurlardan təmizləmək, əcri, saleh əməlləri artırmaq, kasıbların, imkansızların halına şərik olmaq və bayram günü onların ehtiyaclarının ödənilməsi üçündür. Fitrə zəkatının verməklə biz Ramazan orucunu bitirdiyimiz üçün Allaha bu nemətdən, bu ayı ibadətlə, saleh əməllərlə keçirməyimizə imkan verməsindən dolayı şükür etmiş oluruq. Həmçinin, fitrə zəkatı islam cəmiyyətinin fərqli qrupları arasında sevgi, qardaşlıq, birlik yaratma kimi əvəz edilməz rola malikdir.

Kimə verilə bilər? Fitrə zəkatı cinsindən asılı olmayaraq azad, kölə, kəndli, şəhərli olan hər bir müsəlmana verilə bilər. Əksər alimlər (cumhur) belə bir şərtlə çıxış edirlər ki, fitrə zəkatı vermək istəyən şəxs bayram günü və gecəsi üçün özünün və əyalının, himayəsində olanların zəruri ehtiyaclarını ödəyə bilərsə, bundan sonra fitrə zəkatını verə bilər. Kasıblara gəlincə, onlar özlərinə verilmiş fitrə zəkatı ilə bayram günü və gecəsi üçün öz zəruri ehtiyaclarını ödəyə bilirlərsə və verilmiş fitrə zəkatından yerdə nə isə qalarsa, onlar ondan öz adına və ya ailəsindən kiminsə adına fitrə çıxa bilərlər.

Fitrə zəkatını kimin adından vermək olar? Öz adımıza, ehtiyaclarını ödəməyə borclu olduğumuz kəslərin – həyat yoldaşımızın, uşaqlarımızın, maddi imkanları olmayıb himayəmizdə yaşayan valideynlərimizin adına fitrə zəkatı verə bilərik.

Kimlər üçün sərf olunur? Alimlərin yekdil fikrinə görə, fitrə zəkatı kasıb və imkansız müsəlmanlara xərclənməlidir. Əbu Hənifə fitrə zəkatının zimmilərə də xərclənməsinin mümkünlüyünü bildirib. Çünki fitrə zəkatı kasıb və imkansızlar üçün nəzərdə tutulub. Əgər şəriət icazə verərsə, Qurani-Kərimdə verilməsi vacib olan 8 qrup insandan başqasına da fitrə zəkatı vermək olar. Əks təqdirdə olmaz.

Vaxtı: Hədisə görə, fitrə zəkatı bayram namazından qabaq verilməlidir. Belə ki hədisdə deyilir ki, "Peyğəmbər (s) insanların bayram namazını qılmalarından qabaq onun (fitrə zəkatının) verilməsini əmr etdi”. Bunun üçün, fitrə zəkatını bayram namazından sonraya saxlamaq olmaz. Zəruri hallarda Ramazanın birinci günündə ehtiyacı olanlara, kasıblara bu zəkat növünü çatdırmaqla məşğul olan qurumlara fitrə zəkatını vermək olar.

Ərzaq-qida, yoxsa pul?
Alim və məzhəb imamlarının yekdil fikrinə görə, fitrə zəkatı xurmadan, arpadan, kişmişdən, pendirdən, kəsmikdən, buğdadan, qarğıdalıdan, bir sözlə ölkədəki bu tip bütün qidalardan çıxıla bilir. Həmçinin, bu qidaları pulla da əvəz etmək mümkündür. Bu, kasıblar üçün çox əlverişli olub dövrümüz üçün daha münasibdir. Fitrə zəkatının pulla əvəz edilməsi hənəfilərin görüşü olub Ömər ibn Əbdüləziz və Həsən əl-Bəsridən də rəvayət olunub.

Fitrə zəkatı miqdarının hesablanması: Bu, hansı qida növünün verilməsinə uyğun olaraq hesablanır. Məsələn, birisi düyü vermək istəyir. Bunun üçün o, 2 kq 150 qram düyünün bazar qiymətlərinə müvafiq dəyərini ödəyir.

Qida miqdarı cədvəli: Bu cədvəl veriləcək hər bir qidanın adını və onun bir saa çəkisinin kiloqram ilə ifadəsini göstərir. Zəkatını pul şəklində vermək istəyən, adam başına cədvəldə göstərilmiş göstəricini müvafiq bazar qiymətinə vurmalıdır.
Düyü - 2.15 kq
Mərci - 2.0 kq
Paxla - 1.9 kq
Quru lobya - 2.0 kq
Ağ lobya - 2.6 kq
Xurma - 1.5 kq
Kişmiş - 1.5 kq
Buğda - 2.176 kq
Qarğıdalı - 1.9 kq

Bətndəki körpənin adına fitrə zəkat çıxmaq olarmı?
Alimlərdən İbn Həzmə görə, hamiləlikdən 120 gün keçdiyi təqdirdə körpənin adına fitrə zəkatı çıxmaq vacibdir. Alimlərin əksəriyyəti (cumhur) isə bildirir ki, bu, vacib olmayıb müstəhəbdir. Yusif əl-Qərdavi də bunun vacib olmayıb müstəhəb olduğu görüşündədir. Hər iki görüşü qəbul edə bilərsiniz.

Xidmətçilər üçün fitrə zəkatı:
Əvvəllər sahibkar üçün öz xidmətçilərinin adına fitrə zəkatı çıxmaq vacib deyil. Burada xidmətçi deyiləndə kölə və cariyə nəzərdə tutulurdu. İndiki xidmətçilər isə azaddırlar. Müsəlman olan xidmətçilər öz adlarına fitrə çıxmalıdırlar. Əgər sahibi onların əvəzinə verərsə, burada bir problem yoxdur. Qeyd edək ki, əgər xidmətçi kasıbdırsa, ona fitrə zəkatı vermək olar.

Toplanmış fitrə zəkatının ixracı: Şəriətin qoyduğu şərtlərə görə olmaz. İstisna hallarında ( kritik an, hədsiz ehtiyac, fövqəladə aclıq və s.) mümkündür. Həmçinin, ölkə də fitrə zəkatı veriləcək insan qalmayıbsa, toplanmış zəkatı ixrac etməyə icazə verilir.

Fitrə zəkatı və orucun qəbulu: Ramazan orucu və fitrə zəkatı ayrı-ayrılıqda yerinə yetirilməli vacib əməllərdir. Hər ikisi müstəqildir. İmkanı çatan hər bir müsəlmandan onları yerinə yetirmək tələb olunur. Ancaq oruc tutub fitrə zəkatı verməyənin orucunun qəbul olunmamasını iddia etmək doğru deyildir. Eyni zamanda, oruc tutmayanların da fitrə zəkatı verməyə borclu olmadığını da iddia etmək səhvdir.

Biz müsəlmanıq. İslam ritualları bir-biri ilə əlaqəli, bütöv dindir. Onun əmr və fərz məziyyətli buyruqlarını yerinə yetirmək lazımdır.

Kimlərə fitrə zəkatı vermək düşmür? Əgər müsəlman olan kəs Ramazan bayramının səhəri günü günəş çıxanadək özünün və ailəsinin ehtiyaclarını ödəyə bilməzsə və bu xərcləri ödəyəcək puldan artıq vara sahib deyilsə, fitrə zəkatı ona vacib deyildir. Uca Allah buyurur: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər” (Bəqərə 185).

Fitrə zəkatını gecikdirmə: Əgər birisi fitrə zəkatını bilərəkdən bayram namazından sonraya saxlayarsa, günah etmiş olur və ona tövbə etmək, zəkatının qəzasını ödəmək gərəkdir. Unudaraq fitrə zəkatını gecikdirən şəxs günah etmiş sayılmır, ancaq qəzasını ödəməlidir. Qeyd edək ki, ödənilən qəza fitrə zəkatı deyil, adi sədəqə sayılır.



qafqazinfo.az

Категория: Dünyada | Просмотров: 1422 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus