Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Февраль » 19 » General-mayor Xəlil bəy Talışxanov
16:16
General-mayor Xəlil bəy Talışxanov
Talış generalları

Azərbaycanın görkəmli hərb xadimlərindən biri də Talışxanovlar  nəslindən olan, Talışın cəsur, qorxmaz, faxr edə biləcəyimiz oğlu general Xəlil bəy Əli bəy oğlu Talışxanovdur.

Xəlil bəy 1859-cu ildə Tiflis şəhərində dünyaya göz acıb. (Xəlil bəyin atası Əli bəy Talışxanov 1859-cu ildə Gürcüstanın Tiflis şəhərində shtabs-kapitan vəzifəsində işləyirdi).

Xəlil bəy Talış Xanı Mir Mustafa Xanın nəticəsi idi. Xəlil bəyin babasi Mir Mustafa Xanın 3-cü oğlu Mir Hüseyn Xan idi. Xəlil bəyin qardaşları Kazım bəy və Əsəd bəy də general-mayor idiler. Çox maraqlı və fexr edici bir faktdır ki, bir atanın 3 general-mayor oğlu olur. Bu bir daha sübut edir ki, Talışxanovlar nəsli Qafqazda, bəlkə də DÜNYADA ən böyük bir HƏRB NƏSLİDİR. Mən düşünürəm ki, bu təbii sayılmalıdır, çünki o generallar Talış idilər və Azərbaycanı təmsil edirdilər.

Xəlil bəy 16-17 yaşlarında Tiflisdə hərbi məktəbə daxil olur və oranı əla qiymətlərlə bitirir. Xəlil bəy 1890-1917-ci illərdə poruççik, kapitan, mayor, podpolkovnik, polkovnik rütbələrini daşımış və müxtəlif medallarla təltif olunmuşdu. 1917-ci ildə isə general-mayor hərbi rütbəsinə yüksəlir.

Xəlil bəy Birinci Dünya müharibəsində (1914-1918) iştirak etmişdir. Müharibədəki amansız döyüşlərdə göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunur. Xəlil bəyin, çar Rusiyası dağılandan sonra keçdiyi şücaətli döyüş yolunu öyrənmək üçün Azərbaycanın tanınmış qocaman jurnalisti Hacı Hacıyevin çapdan çıxan "İstiqlalın əzablı yolu" kitabını oxumaq lazımdır. Həmən kitabda generalın rus və ermənilərə qarşı vuruş səhnələrindən bəhs edilir.

Xəlil bəy Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı ilk günlərdən Azərbaycan hökuməti tərəfindən hərbi işə cəlb edilmiş İLK diviziya komandiri idi və hərbi hissələrin yaradılması ona həvalə olunmuşdu.

1917-ci il Oktyabr inqılabından sonra Rusiyada çar üsul-idarəsi devrildi və bundan yararlanan demokratik qüvvələr 1918-ci ilin mayında Azərbaycanda hakimiyyətə yiyələndilər. Həmən ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikası (ADR) elan edildi.

Birinci dünya müharibəsində Qafqazlılardan ibarət bir süvari diviziya iştirak edirdi ki, həmən diviziyaya xristianlar həqarətlə "Dikaya diviziya" deyirdilər. Oktyabr inqilabından sonra həmin diviziya ləğv olundu. 1917-ci ildə Qafqaza qayıtmış həmən diviziyanın azərbaycanlılardan ibarət "Tatar süvari polku"nun zabitləri Azərbaycanda ADR dönəmində Xəlil bəyin təşəbbüsü ilə polku yenidən bərpa etdilər. 600 nəfərlik polk ADR hökumətinin hərbi qüvvələrinin özəyi hesab olunurdu.

Onun əsasən azərbaycanlılardan ibarət olduğunu nəzərə alıb əvvəlki adını saxladılar. Diviziyanin komandiri vəzifəsinə general-mayor Xəlil bəy Talışxanov təyin olundu. Diviziya Gəncə şəhərində yerləşirdi. Öz müstəqilliyini yenicə elan etmiş ADR hökuməti Azərbaycan torpaqlarının ərazi bütövlüyünü, respublikanın suverenliyini qorumali idi. Bəllidir ki, bu az vaxtda 600 nəfərlik qüvvə ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək mümkün deyildi. Ona görə də milli hökumət ordu quruculuğu məsələlərinə mühüm əhəmiyyət verməyə başladı. Buna görə də sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir Fətəli xan Xoyski həm də müdafie naziri, Lənkəranlı general Səməd bəy Mehmandarov isə onun müavini təyin olundu.

Həmən ərəfədə Bakıda daşnaklardan və rus millətçilərindən ibarət qoşun hissəsi təşkil olunmuşdu. Onları Bakıdan çıxartmaq üçün 1918-ci ilin əvvəllərində "Dikaya diviziya" Xəlil bəyin rəhbərliyi altında Gencədən Bakıya gəldi, qərargahını da Bakıya köçürtdü. S. Şaumyanın tabeçiliyində olan kommunistlər və daşnaklar bərk qorxuya düşdülər. Xəfiyyələr vasitəsi ilə general Xəlil bəyin Bakıdan hara gedəcəyini öyrəndilər.

General Xəlil bəy Bakıya çatan kimi S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti və daşnak qüvvələri tərəfindən vağzalda həbs olundu.

General Xəlil bəyin həbs olunduğunu eşidən xalq Əbu Bəkr Məhəmmədin adını daşıyan Sınıqqala məscidinə toplaşmağa başladı və ağsaqqallar xalqı Bakı Sovetinə qarşı silahlı müqavimət göstərməyə çağırdılar. Şəhərin ayağa qalxması Sovetləri və daşnakları bərk qorxuya salır, onlar danışıq yolu ilə münaqişəni həll etməyə səy göstərirlər. Xəlil bəyin azad edilməsi münaqişənin aradan qaldırılması demək idi. Bir necə saatdan sonra Xəlil bəy azad edildi.

Xəlil bəyin azad edilməsindən sonra Sovetçilər xalqa qarşı hiyləgər siyasət apardılar. Bu işdə onlara ermənilər də kömək etdilər. Rusların və ermənilərin başçılığı altında tarixə düşən Azərbaycan xalqının SOYQIRIMI baş verdi. Xəlil bəy öz ordusu ilə Bakıda düşmənlərə qarşı vuruşurdu. Xəlil bəy rus və ermənilərə qarşı döyüş meydanında öz ulu əmisi, Talış Xanı Mir Həsən Xan kimi çox cəsarətlə vuruşur, hər bir hərəkətində Mir Həsən Xanı xatırladırdı. Xəlil bəyin rəhbərlik etdiyi ordu bu silahlı vuruşmada çoxlu rus və erməni əsgər və zabitlərini məhv etdi.

Artıq düşmənə qarşı mübarize aparmağın çətin olduğunu başa düşən Xəlil bəy "Dikaya diviziya"nı Lənkərana çəkdi. Çünki Xəlil bəyin rəhbərliyi altında olan "Dikaya diviziya" Bakıdakı erməni milli daşnak qvardiyasının 7 min piyada və suvari, "Qızıl qvardiya" təşkil etmiş komunistlərin 3500-ə qədər əsgəri və rus-slavyan tayfalarının silahlı dəstələrindən qat-qat az idi. Ona görə də Xəlil bəy öz ordusunu Lənkərana çəkir, Xəlil bəy istəyirdi ki, Lənkərana gəlib, talışlardan ibarət əsgər dəstəsi yığıb, öz diviziyasina qatsın və təzədən mübarizəyə qoşulsun. Lakin Xəlil bəyin bu planı alınmadı. Martın 29-da qızıl qvardiyaçılar dəstəsi və daşnak qüvvələri Bakı Soveti İcraiyyə Komitəsinin əmrinə əsasən Lənkərana yola düşməli olan "Dikaya diviziya"nı tərksilah etməyə cəhd göstərdilər. Başlanmış atışma amansız döyüş üçün qığılcım rolunu oynadi. Ruslarla ermənilər Bakıdan sonra Lənkəranda da soyqırım törətdilər. Günahsız insanları öldürdülür.
Bəli, bu Azərbaycan xalqının soyqırımı idi.

Xəlil bəyin diviziyasında xidmət edən rus millətindən bir neçə zabitin xəyanətləri aşkara çıxdı. Onlar həırbi sirləri daşnaklara və sovetlərə satırmışlar. Həmin zabitlər xidmətdən qovuldular.

1918-ci ilin sentyabrın 15-də Azərbaycan Milli Ordusu Bakı şəhərinə daxil oldu. Azərbaycan Xalq Cumhuriyyəti hökuməti Bakıdan idarə etməyə başladı...

Sonradan yaradılan milis batalyonları ilə "Dikaya diviziya"nı Azərbaycan Milli Ordusunun birinci piyada diviziyasına qatıldılar. Xəlil bəy həmən diviziyanın komandiri təyin edildi.

...1920-ci ildə Azərbaycanda Sovet hökuməti quruldu. Bu dəfə daşnaklar bolşevik cildində canavar dişlərini Azərbaycan xalqına qarşı qıcıtdılar. Qızıl Ordu Siyasi Idarəsinin xüsusi şöbəsi Azərbaycanın görkəmli xadimlərinə, ziyalılarına amansız divan tutdu. 12 general, 27 polkovnik, 6 podpolkovnik, 46 kapitan, onlarla ştabs-kapitan, poruççik, ümumiyyətlə isə 266 nəfər müxtəlif çinli hərbici məhkəməsiz, istintaqsız 1920-ci il iyulun 16-da gecə Nargin adasına aparılıb, güllələndilər. Bu qara ölümdən N. Nərimanovun səyi nəticəsində iki general, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski sağ qaldılar. General-mayor Xəlil bəy Talışxanov da güllələnənlərin sırasında idi.

Xəlil bəyin evli olması haqqında arxivlərdə məlumat yoxdur və onun övladları haqqında da məlumat verilmir. Ehtimal etmək olar ki, general sonsuz olub.

Mən düşünürəm ki, Qızıl Ordu tərəfindən güllələnən Azərbaycanın hərbi xadimlərinin haqqında ayrıca televiziya verilişləri çəkilməli, hər biri haqqında mətbuatda məqalələr dərc olunmalıdır. Xəlil bəyin və digər generalların güllələndiyi yerdə onların xatirə abidələri qoyulmalı və adları əbədiləşdirilməlidir.

Mənbələr:
1. "Dikaya diviziya" ASE 3-cü cild.
2. H. Hacıyev "İstiqlalın əzablı yolu"
3. G. Məmmədzadə "Xəlil bəy Talışxanlı" "Söz" jurnalı 1996.
4. V. Çıraqzadə "İstiqlal yollarında"
5. Azərbaycan Mərkəzi Arxivi
6. Gürcüstan Mərkəzi Arxivi
7. G. Məmmədzadə "Lənkəran mahalının sərkərdələri".


Razzaq Xansuvarov Talışxanov
"Tolışon Sədo” nöm: 05 (17), 18 fevral 2012



Категория: Şəxsiyyətlər | Просмотров: 2296 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus