Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Июль » 11 » Hər sözü demək olmur e...
20:01
Hər sözü demək olmur e...

Yaxud, "Allahuəkbər” sözü hər bir müsəlmanın canına, qanına, genefonduna nüfuz etsədə, Adəm övladı bəzən şeytana uyaraq bir-birinə, hətta dilsiz heyvanlara da zülüm və işgəncə verərkən etdiyi zülmün cavabını verəcəyini unudur. Cahillik dövründə ala qarğanı iki gözündən, çaqqalı dişlərindən, külk olan bülbülün yumurtalarını qaynadıb yuvasını dağıdan, pişiyin dərisini diri-diri soyan, necə ALLAHIN qəzəbinə tuş gəldil?

Elimizin dilinin əzbəri olan "hər sözü demək olmur e...” ifadəsi həmişə məni daha çox düşündürüb. Ağlım kəsəndən bəri həmişə qarşılaşdığım, eşitdiyim və gördüyüm ədalətsizliklərə bir çox buqələmunlar kimi biganə qala bilməmişəm. Bu xarakterimə görə həmişə də təhqir, təqib, təhdid, hətta həbsxanalara düşsəm də Allah həmişə məni bütün bəlalardan hifs edib, qoruyub, mükafatımı verib. Mən də Allahın yaratdığı məxluq olaraq, həmişə ona şükür etməkdəyəm. Özüm barədə söz açmaq fikrim yoxdur. Sözümü tək Allahın adı ilə başladığım üçün, çoxlarının gözü qabağında baş verən hadisələri hörmətli öxucuların diqqətinə çatdırmağı, yazının linqindəki həqiqətlərdən hər kəsin nəticə çıxartmasını arzu edərdim. Yaşadığım Sığdaşd kəndində keçmiş zamanlarda Həsənxan və Hüseynxan qardaşları yaşayıb. Bu iki qardaş hələ uşaq ikən çox çevik, cəsur, pəhləvan cüssəli, quşu gözündən vuran, atı çaparaq payanın üstündə yumirtanı güllə ilə sərrast vürmağı bacarıblar. Kənddə əhalinin məşğuliyyəti əkinçilik, maldarlıq olsa da, bu iki qardaş meşəçilik və ovçuluqla ailəsini dolandırıblar. Bu iki qardaşın uşaqlıq dövründə ala qarğa onların həyətindəki cücələri aparanda qarğanı torla tutub, iki gozlərini çıxarıb buraxırlar. Həmin il onların toyuqlarını yoluxucu xəstəlik cənginə alır. Uzun illər həyətlərində toyuq-cücə saxlamaqdan məhrum olurlar. Bu hadisə Siyo Əli xan (qara ƏLİ XAN) Talış mahalının Xanı olan dövürə təsadüf edir. Siyo Əli Xanın zülmü həmin dövrdə talışların səbr kasasını coşdursa da, danışan dilləri kəsdirir, güclü oğlanları zindanlarda işgəncə ilə məhv edir. O dövürdə də Xanın Vəzirləri ağıllı, nisbətən savadlı, xalqın psixologiyasını yaxşı bilən, hadisələri qabaqcadan görməyi bacaran olmuşdur. Bir gün Vəzir Siyo Əli Xana deyir ki, xan sağ olsun, sənin zülmün artıq ərşə dirənib, gün gələr bu xalqın içindən elə zirək oğlan çıxar sənin təxti-tacını darmadağın edib, səni də məhv edəcək, insanlara bu qədər zülüm etmək olmaz. Xan öz cəlladlarına güvənərək deyir ki, bu bölgədə elə özündən deyən oğul saxlamamışam ki, mənə qarşı nəsə edə bilsin. Vəzir öz fikrində israrlı olduğundan Xana təklif edir ki, xan sağ olsun, bildiyiniz kimi bizim talış meşələrində çoxlu pələng var. Camaata elan edin ki, kim meşədən bir pələgi diri tutub hüzuruma gətirsə, ona bir kiloqram qızıl ənam verərəm. Xan Vəzirin bu təklifini camaata elan edir. Çox çəkmir ki, Həsənxanla Hüseynxan qardaşları meşədə odun doğrayarkən qayalıqdan qəflətən bir pələng sıçrayır onların üstünə. Qardaşlar özlərini itirmədən pələnglə tutaşırlar. Həsənxan əynindəki kürkü çıxarıb, əlıinə bükərək soxur pələngin ağzına. Pələngin başını möhkəm sarıyıb bağlayaraq götürüb aparırlar xanın hüzuruna. Vəzir Xana deyir, ki, gördünüzmü, dediklərim doğru çıxdı. Bu gün pələngi diri tutub sizin hüzurunuza gətirən oğul, sabah təxti-tacını çevirdiyinə heç şübhəniz olmasın. Siyo Əli Xan isə "ənam” olaraq, cəlladlarına əmr edir ki, bu iki qardaşın gözlərini çıxartsınlar. Cəlladlar qardaşların gözlərini çıxartdıqdan sonra, Lənkərandan Sığdaşda gələndə Həsənxan Hüseynxana deyir ki, qardaş, bildinmi Allah bizi cəzalandırdı?- Hüseynxan cavabında isə, Allahın buna nə dəxli var, bizim gözlərimizi Xan çıxartdırdı. Həsənxan uşaqlıq dövründə ala qarğanın gözlərinin çıxartması tarixini xatırladıb təkidlə deyir ki, bəli qardaş, bizi Allah cəzalandırdı. Qardaşlar evə çatanda Həsənxan vəfat edir. Hüseynxan isə bir il sonra dünyasını dəyişir. Bu qardaşların nəvələri də oxşar xislətdə oduqlarından onlar da oxşar hadisələrlə yaşamaqdadırlar (nəvələri barədə danışmaq isə ayrı söhbətin mövzusudur). Burda yenə böyüklərin "hər sözü demək olmur e....” ifadəsini xatırlamaq yerinə düşür.

Çaqqalın dişlərini kəlbətinlə çəkən jurnalistin cəzası nə oldu?


SSRİ hakimiyyəti dövründə Masallı rayon partiya komitəsinin mətbu orqanı olan "Çağırış” qəzeti əməkdaşlarının "qılıncının” qabağı və arxası da kəsən vaxtlar mərhum Mühacir Qurbanov tənqidi qələmi ilə hamının gözünün odun almışdı. Saxtakar, rüşvətxor, "pripiska” əməli ilə o dövrün saxta inkişafı, Heydər Əliyev siyasətindən ağızdolusu danışan buqələmunlar "Çağırış” qəzetinin səhifəsinə tənqidi mövzuda düşmələrindən çox ehtiyyatlanırdılar. Kiminsə barəsində Mühacir Qurbanov yazardısa, həmin adamın məsələsi partiyanın bürosuna çıxarıldıqdan sonra, mütləq cəzalandırılırdı. Jaxşı jurnalist qələmi ilə tanınan Mühacir müəllim həm də mehriban, gülərüz, yumorlu söhbətlər edən bir ziyalı kimi xatirələrdə qalsa da, onun bircə amansızlığı hələ də kənd camaatının yaddaşından silinmir.

Mühacir müəllim çox yaxşı təsərrüfatçı olmaqla, həyətində yaxşı bağ salmışdı, çoxlu toyuq-cücə saxlayardı. Evinin ətrafı meşəlik, kol-kos olduğundan bir yandan da tülkü-çaqqal onun toyuqlarını daşıyırmış. Bir gün tələ ilə bir çaqqal tutur, onun ağzındakı dişlərini kəlbətinlə bir-bir çəkir, sonra buraxır. Bu əhvalatı görən dindar əmisi Cabir kişi ona bərk qəzəblənib deyir ki, Allah bu əməlinə görə səni cəzalandıracaq.

Çox keçmədi ki, özü qəflətən vəfat etdi, böyük oğlu həbs edildi, bütün əmlakı tari-mar oldu, digər övladları da bir tikə çörək dalınca rusiyaya tərkivətən oldular. Hal-hazırda əzab-əziyyətlə tikdiyi yaraşıqlı evin qapısından qıfıl asılmışdır. Hazırda o həyətdə nə bağ qalıb, nə də toyuq-cücə.

Bülbülün naləsi, yoxsa Allahın cəzası?


Qonşumuz Şahmar uşaq çağında çox nadinc, "ipə-sapa” yatmayan, uşaq idi. Bu adam, yetənə yetirdi, yetməyənin dalınca da bir daş atardı. Günlərin birində Şahmar evinin arxasındakı tikanlı kolluğun içində yuvasında oturmuş bülbül görür. Əlini tikanlı kolun içinə salıb, bülbülü tütmaq itəyərkən, bülbül yuvasından uçub gedir. Bülbülün yuvasında beş yumurta görən Şahmar, yumurtaları birtəhər götürür. Ovucunun içindəki beş yumurtadan biri sürüşüb düşür tikanlığın içinə. O bir yumurtanı götürmək mümkün olmur. Şahmar dörd yumurtanı gətirir evə. Yumurtaları ocağın üstündə şaqqıltı ilə qaynayan qafadana atıb qaynatdıqdan sonra aparıb yenə qoyur bülbülün yuvasına. Bir neçə gündən sonra gəlib yuvaya baxanda, görür ki, bülbül yuvasından küsüb, onun əlindən tikanlığa düşdüyü yumurtanın üstündə oturub, bala da çıxardıb. Yenə hər ikisini tutmaq istədikdə ana bülbüllə balası tikanlığın içində yoxa çıxır. Heyvanat elmini bilənlər yaxşı bilirlər ki, bülbül beş yumurta qoysa da, balalayanda, dördü "pittikan” adlanan oxumayan quşcığaz olur, bircə dənəsi isə bülbül olur. Həmin o kolluqda itən bülbülün balası da bülbül olur. Balanın da cəh-cəh vurub oxuduğunu özü də eşidir. Sən demə bülbül balaca balası ilə nalə çəkirmiş...

Şahmar həddibuloğa çatanda ailə həyatı qurdu. Ardıcıl olaraq, hər il bir oğlu dünyaya gəldi. Beş oğul atası, kənddə torpaq qalmadı, haq-nahaq, hər yeri zəpt etməyə başladı. Oğlanları özündən də betər tərbiyyəsiz böyüdülər. Uzun-uzadı yazıb, Siz oxucuları yormaq istəməsəm də, bu tarixi həqiqətləri diqqətinizə çatdırmaqla demək istəyirəm ki, Allahın qəzəbindən qorxun!

İllər ötdü, Şahmar beş oğlunu evləndirdi. Dörd oğlu övlad həsrətindədir, kiçik dindar oğlunun isə bir oğlu dünyaya gəlsə də, ikinci uşağın dünyaya gətirməsi mümkünsüzdür. Bu olayları dilə gətirib, Allah qarşısında günahkar olduğunu hər kəsə danışan Şahmar kişi, özünün Allah tərəfindən cəzalanmasını da dərk etməklə, gəncliyində zülm etdiyi bülbülün ona qarğışla ah-naləsi də onun qulaqlarında səslənməsini gizlətmir.

Pişiyin dərisini diri-diri doyan seyidi Allah necə cəzalandırdı?


Deyirlər ki, Allah təalah hər kəsin cəzasını da mükafatını da elə bu dünyada verir. Qiyamət günü isə cəzanın şiddəti daha dözülməz olacağına da inanırıq. Sirr deyil ki, Azərbaycan əhalisi öz yeməyi üçün bir tikə çörək dalınca tərkivətən olmaqla, yurd-yuvasından didərgindir. Əlbəttə ki, söhbət əhalinin mütləq çoxluğundan gedir. Qudurmuş nazir balalarının ayı ürəyinin kababını sifariş edib yeməsindən danışmıram.

Kafe-restoranlardakı it-pişiklərə baxsanız, görəcəksiniz ki, bu heyvanlar üçün bir tikə yemək saxlayan adam az olur. Ona görə də bu dilsiz heyvanlar daraşırlar kəndlədəki toyuq-cücənin canına. Hardan bilsinlər ki, insanlar arasında eləsi ola bilər ki, tutub yedikləri toyuq-cücəyə görə onların dərisini diri-diri soyacaqlar. Söhbət açdığım bu əhvalat, nə qədər acı olsa da həqiqətdir.

Qonşu Kolatan kəndində yaşayan Mirsədi məktəb yaşlarında olanda qəddarlığı ilə digər uşaqlardan çox fərqlənirdi.

Günlərin birində zibilliklərdə bir tikə yemək axtaran pişik heç nə tapmayıb, üz qoyur kəndə tərəf. Pişik gəlib görür ki, Mirsədinin həyətində sürü ilə çücə var. Ac pişik yavaş-yavaş cücələrdən başlayır yeməyə. Mirsədi birtəhər pişiyi tutub, əl ayağın bağlayaraq, başlayır yavaş-yavaş dərisini soymağa. Pişiyin dərisini soyandan sonra yaşıdlarını çağırıb, başlayır gülub, həzz almağa. Mirsədi axşam yatır, ertəsi gün oyananda dünya onunçün qaranlıq olur, gözləri o vaxtdan kordur, gözlərinin açılmasını isə heç bir ali dərəcəli həkim öz öhdəsinə götürmür. Valideynləri onu bütün müqəddəs pirlərin ziyarətinə aparsalar da, Allahdan bağışlanmasını diləsələr də, bu günə kimi Mirsədi dünya işığına həsrətdir.

P.S. Hörmətli oxucular, siz də Allahdan onun əff olunmasını diləyin. Axı Allah xalqın dualarını tez eşidir . Doğrusu bu mövzulara heç toxunmaq istəməzdim. Həqiqətləri görüb, nəticə çıəxartmaq əvəzinə, insanlar arasında belələri də var ki, Allahın qəzəbindən qorxub, cəzalanmalarını heç düşünmürlər. Bu hadisələri qələmə almazdan əvvəl bir çox dost-tanışlarla bu mövzunu müzakirə etmişdim. Hamı deyirdi ki, doğrudur, amma "hər sözü demək olmur e....”

Mətləb Dadaşov
Azırbaycan Jurnalistlər Birliyinin üzvü
metleb.dadasov@mail.ru


Категория: Azərbaycan | Просмотров: 2148 | Добавил: admin | Рейтинг: 5.0/7
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus