Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 31 » Əli Həsənov ya Bjezinski, ya da Nostradamus rolunda
18:56
Əli Həsənov ya Bjezinski, ya da Nostradamus rolunda
Ə.Həsənov İranın "dinini də, ruhaniyyətin də saxta" hesab edir

QHT-lərə Dövlət Dəstəyi Şurası (DDŞ) cümə axşamı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” adlı konfrans keçirib.

Amma Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun konfransdakı çıxışı mövzudan çox kənara çıxaraq, Azərbaycan iqtidarına tənqidi mövqe tutan bütün şərq və qərb istiqamətindəki beynəlxalq qurumlara, dövlətlərə qarşı yönəlib.

Bu da son 3-4 ayda beynəlxalq qurumların və bir sıra Qərb dövlətlərinin Azərbaycanı kəskin tənqidə məruz qoyması ilə bağlıdır. Bu tənqidlərin kökündə rəsmi Bakının beynəlxalq təşkilatlar önündə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələbi durur.

Ə.Həsənov Azərbaycanda QHT-lərin inkişafı, iqtidar-QHT münasibətlərindən danışıb. QHT-lərə DDŞ-nin yaradılması ölkə QHT-lərinin xarici donorlardan asılılığının aradan qaldırılması adlandırılıb. Beynəlxalq donorlar ölkə QHT-lərini Azərbaycanın maraqlarına cavab verməyən layihələrə yönləndirməkdə ittiham ediliblər.

Ə.Həsənov ilk tənqid hədəfi kimi "Amnesty İnternational”, "Fredoom House”, "Human Rights Watch” kimi təşkilatları seçib. "Bu təşkilatlar elə bilir ki, Azərbaycana gələn kimi onların qulluğunda durmalıyıq, onlar bizi Afrika dövləti sayırlar”, - deyə bu qurumları Azərbaycanı aşağılamaq istəyində ittiham edib. Bu tənqidin arxasınca Azərbaycanda mədəniyyət olanda Avropada mədəniyyət olmaması kimi "dahiyanə tezis” səsləndirib.

Qərb mətbuatının, transmilli teleşirkətlərin rəsmi Bakını kəskin tənqidə məruz qoymasını ağrılı qarşılayan Ə.Həsənov bu telekanallara 20 il ərzində Qarabağ problemi haqqında danışmamaları iradı tutub. Böyük Britaniyanın "The İndependent” qəzetini xüsusi tənqidə məruz qoyan Ə.Həsənov qəzeti Azərbaycanın Qarabağ problemindən yox, jurnalistin döyülməsindən, müxalifətin sıxışdırılmasından yazmaqda ittiham edib. "Dünyanın heç bir yerində müxalifət bu qədər azad deyil”, - deyə Ə.Həsənov ən azı sensasiya sayıla biləcək bəyanat səsləndirib.

Ə.Həsənova görə, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzdən doğub. "Biz onlara sərf edəndə tərəfdaş oluruq, sərf etməyəndə düşmən”, - deyə Ə.Həsənov Azərbaycan-Avropa münasibətləri haqda rəy verib. "Baxın, görün Avropa özü nə gündədir, Şərqi Avropa böhran içindədir”, -deyə şöbə müdiri Avropadan nümunə götürəcək bir şey olmadığına inandırmağa çalışıb.

Ərəb ölkələrində baş verən inqilabları transmilli teleşirkətlərin fəaliyyəti sayan Ə.Həsənov onları pisləyib. "50 il idi Hüsnü Mübarək sizə sərf edirdi, indi pis oldu, Misir dövlətçiliyi nə günə qaldı?”, - deyə Ə.Həsənov ərəb ölkələrindəki proseslərdə Avropanın roluna dəyər verib.

Azərbaycanın müxalifət qüvvələri də tənqiddən kənarda qalmayıb. "Radikal müxalifət” antiazərbaycançılıq, rəzillik, düşmənçilik, antimilli olmaq ittihamına məruz qoyulub. "Eurovision” müsabiqəsi çərçivəsində ölkəyə gələn xarici jurnalistlərə paytaxtın təmtəraqdan uzaq kənar yerlərinin göstərilməsi Ə.Həsənovun qəzəbinə səbəb olub. Onun fikrincə, xalq belə müxalifətə səs verməz və belə müxalifət hakimiyyətə gələ bilməz, xalqın etimadını qazana bilməz. "Bu necə xalq gəzintisidir, dəstə ilə gəlib xarici jurnalistlərə açıqlama verirlər”, - deyə şöbə müdiri müxalifətin 25 may xalq gəzintisi aksiyasını tənqid edib. Ə.Həsənov İctimai televiziya önündəki aksiyada iştirak edən xanımları aşağılamaqdan da çəkinməyib. "Dilim də gəlmir onlara xanım deyim, özlərini bilə-bilə yerə çırpırlar ki, polis "ora-buralarından” tutsun və televiziyalar çəksin”, - deyə Ə.Həsənov aksiyadakı xanımlara təhqiramiz münasibət ifadə edib. Ə.Həsənov "Eurovision” müsabiqəsi günlərində müxalifətin keçirdiyi aksiyaları ölkənin mənfi imicini formalaşdırmaq kimi dəyərləndirib.

Ölkənin dinin fundamentalizmə qarşı mübarizə aparmasına toxunan Ə.Həsənov bu müstəvidə İran-Azərbaycan münasibətləri haqda danışıb. "Sənin dinin də saxtadır, ruhaniyyətin də saxtadır”, - deyə Ə.Həsənov İranın Azərbaycana mənfi mövqeyinə münasibət bildirib.

Müzakirələr zamanı natiqlər Ə.Həsənovun "tezisləri”ni inkişaf etdiriblər. Yekun olaraq, Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidi qətnaməsi əleyhinə bəyanat qəbul edilib. Bəyanatda Avropa Parlamentinin qətnaməsi əsassız sayılır. Avropa Parlamentinin Azərbaycanda nüfuzunu bərpa etmək üçün bundan sonra "düşünülmüş siyasət” yürüdəcəyinə ümid ifadə olunur.



TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1497 | Добавил: admin | Рейтинг: 4.5/2
Всего комментариев: 1
1 ERAZ  
0
Человек бесчестивший свой народ, тем более женщин-настоящий ограш!!! biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus