Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Ноябрь » 19 » Hacıbaba Əzimov “S” xəstəliyinə yoluxub
22:04
Hacıbaba Əzimov “S” xəstəliyinə yoluxub
İlahi, şükür Sənin hövsələnə! Nəhayət ki, hörmətli-həşəmətli, ermənisevər saxta bir tarixçimizin kal səsini dübarə eşitmək qismət oldu bizlərə.

Əvvəlcə, biz binəva talışlar elə zənn elədik ki, bəs, bu səsi xatırladan bu "zad” yağışdan-gündən qartımış köhnə bir tövlə qapısının cırıltısıdır. Amma qulaq verib gördük ki, yoox, bu dünyada yaxşı nə varsa ona nifrət eləyən, ağ nə varsa ona qara yaxan hirsli-hikkəli, saxta və qos-qoca professorumuzun səsidir... İlahi, yenə də deyirəm, şükür Sənə! Bu əttökən səsə və bu səsin sahibinə çoxdan bizi "həsrət” qoymağının səbəbi nə imiş, görən?! Necə də tanış mahnıdır – əsil qarğa mahnısı. Elə bil, yoluq qanadlarını çırpa-çırpa, haray-həşir salan qap-qara bir qarğanın qarıltısı eşidilir: - "Qar-qarr!.. Ay haray – qarr, hər yerdə bu qarr... separatçılarr-dır! Yenə də bu Talış separatçılarrı doluşublarrr Azərbaycana, hətta Milli Məclisə, Milli Şurraya belə..! Qar-qarr!.. Ay-haray, hər yerdə onlardırr! Avropanı da ələ alırlar... Qoymayın... Əl-həzərr! Qarr!..”

Şükür Sənə, Xudaya! Üzdəniraq alim, qurama "tarixçi-politoloq” Hacıbaba Əzimovun bu cür başına, dizinə haray-həşir çalıb şivən qoparması görəsən indi nə məqsəd güdür? Allah-Allah, özün qoru, bəlkə talışlardan da prezidentliyə namizəddən-zaddan biri peyda olub?..

Yox əşşi, ola bilməz! Heç talışı (ən əvvəl elə talışların özləri!) qoyarlar ki, özlərindən birisi prezidentliyə namizəd və ya namizədliyə namizəd olsun?! Ay-hay, ölmüşdü Xandadaş! Bu qızıl kərpic yığan iqtidar əjdahaları heç belə "promox” eləyərlər?!

Əlqərəz, mətləbdən uzaqlaşmayaq. Bəli, başa düşürük ki, seçkiqabağı kompaniyada dəridən-qabıqdan çıxan, nə hacı kimi hacı, nə də baba kimi baba olmayan bir "kişi”nin canfəşanlığı heç də təsadüfi deyil. O, yəni "əziz və hörmətli” Hacıbaba "müəllim”, 1993-cü ildə buna bənzər (üzr istəyirəm) "doğuş sancılarını” keçirmişdi. Milli Məclisdə öz xidmətlərini "ulu öndər” Heydər Əliyevin, türkün məsəli, gözünə soxmağa çalışmışdı. Amma, tükü-tükdən seçən Heydər Əliyev bu "şustryak professor-politoloq-vəkil- siyasətçi və daha nəçinin” toruna düşməmişdi: - "Əyləş! Sən heç nə etməmisən, hamısını mən etmişəm, mən!” – deyərək, uzun müddətə bu "doğuş sancılarına” xitam vermişdi.

Həə, indi dönək bu günümüzə. Görünür, bu yoluq qarğada həmin xəstəliklərin xroniki patologiyası yenidən baş qaldırıb! Yenə də meydanda özünü Talışa düşmən elan edən bu məxluqun qarıltısı-qurultusu eşidilir.
O, yenə də "anlayıb”! Anlayıb ki, vaxtdır, yenə də iqtidarı talışların üzərinə qaldırıb- qızışdırıb xal (siyasi və maddi) qazana bilər. Fikirləşir ki, bəlkə onlar öz qəzənçələrinin axır xıltını onun heç vaxt doydum deməyən cılandanəsinə atdılar... Anlayıb-qanıb ki, ikiüzlülük və sürüşkənlik göstərməyin kulminasiya nöqtəsi gəlib çatıb. Daha şalvarının qayışını bərk-bərk çəkmək yetər sabunlanmaq, girmək... (yenə üzr istəyirəm) hadisələrin burulğanına girmək, "malades” qazanmaq vaxtıdır!

Belə bir zamanda hamıdan tez əl-qol atmaq lazımdır ki, iqtidar əjdahalarının sığalına-tumarına nail ola biləsən. Mövzu da ki, həmişə var. Zövqsüz, amma dəbdə olan "klassik”, eyni zamanda estrada mahnısı kimi, hakimiyyət dəllallarının lap ürəyinə yatan bir mövzudur: "Ay harray, qarr-qarr!.. Qoymayın, bu separatçı talışlarr, hər yerə dırmaşdılarr! Ordan keçdilər-qarr, tutun.., burdan keçdilərrr.., vurun! Qovun, onları hər yerdən qovun-qarr, nəfəs almağa qoymayın. Kəsin bu talışların başını-nəslini; çünki, onların hələ doğulmamş embrionları və dölləri də gələcək separatçılarr-dır! Qarr!.. Qoymayın, əzin məhv edin bu xalqı. Nə qədər, qarr-qarr, bu talışlar var, təhlükə də var, fəlakət də var, fırtına da, inqilab da!.. Ayıq olun. İtirməyin sayıqlığı! Yatmayın, amandır, yatmayın..! Cumun, hücum edin, vurun... Hürrey! Qar-qarr!!!

Bəli, belə bir "tarixi şəxsiyyətdir” bizim Hacibobo Əzimov! Hər bir iqtidara xoş gəlməyin mahir sənətkarı, peşəkarı, super ustasıdı!
Belə bir vaxtda H. Əzimov dərisini, üzünün mimikasını, yerişini, duruşunu, oturuşunu, hətta simasını büst-bütün dəyişə bilən buqələmun ola bilir! Bütün elmi əsərləri üçün ən sevimli qəhrəmanını Stepan Şaumyanı seçmiş və onun sayəsində elmlər namizədi, doktor, professor olmuş, müxtəlif yağlı vəzifələr almış, hətta universitet rektoru vəzifəsinə yiyələnmiş bu mindilli yaltaq, bu erməni sevimlisi, bu gün də danışır, üdüləyib tökür. Ağzı köpüklənə-köpüklənə: "Lənkəran şəhərində bir nəfər də olsun talış yaşamır. Ora tər-təmiz türk qalasıdır!” – deyir. (?!)

Həqiqətən, yalançı vətənpərvərlik və saxta türkçülük əsil düşmən və həqiqi düşmənçilikdən daha qorxulu bir zaddır.
Burada icazənizlə kiçik haşiyə çıxaq. Talış torpağının suyu və çörəyi ilə böyüyüb ərsəyə çatmış, nə qədər qəribə də olsa, bütün nəslində talış genini daşıyan Hacıbaba əslində bazar uşağıdır. Özü demişkən, uşaqlığında içərisində bir parça buz olan su vedrəsi ilə Lankon bazarının küçələrini dolaşıb və:
"Ay sərin su, sərvəri,
Ürəyi yanan, gəl bəri” – deyə-deyə, bazaralıq eləyən talışlara su satıb qəpik quruş qazanırmış. İndi bu ərkəsöyün Qavroş-bala o çətin əyyamlarda onu acından ölməyə qoymayan insanlara "separatçısınız!” – damğası vurub, daş-kəsək atır.

İndi "Sərin su, sərvəri...” – oxuyan bu nankora talış balaları da qayıdıb, qədim bir Talış mahnısının məşhur motivləri əsasında həcv qoşublar:
Hoci-bobo, dolan gəl,
Həsiri basma, dolan gəl,
Minməkdən mazol olmuş,
Daluvə qoy palan gəl,
Dolan gəl, ay dolan gəl,
Yalan üstə yalan gəl.
Iqtidara yalmanıb,
Təzə sabun alan gəl.
Mundarlama hər yeri,
Həsiri basma, dolan gəl.

Yaxşı deyiblər ki, belə qazana belə çuğundur, ya da elə bumərişə olsun! Özü də lap yekəsindən! Fışdırığın gəlsin, ay alimciyəz Hocibobo "tovariş”, axber, "mister”, "müəllim”, "cənab”, "bəy” və s. və i. a.
Yaratdığına şükür, Xudaya!.. Deyən Hacıbaba yuxarılarda özünə dayaq axtarıb Əlibabaya, daha doğrusu, "Əlibaba və qırx quldur”-a çevrilmək niyyətindədir.
Burada onun "vaniş” ilə ağartdığı qara ləkələrindən çox, lap çox şeylər yaza bilərdik, çünki gözümüzün qabağında boya-başa... üzr istəyirəm, təkcə boya çatıbdır. Onun lap zatına, cikinə-bikinə bələdik! Ancaq, yenə də yaxınlarına-doğmalarına yazığımız gəldi. Ki, oxuyub xəcalət çəkməsinlər. Necə olsa da, onların damarlarında talış qanı axır! Bir də, biz Hacıbaba Əzimov və ya Əlibabavəqırxquldur deyilik ki, ağına-bozuna baxmadan harada gəldi, nə gəldi deyək, müsahibə verək, qışqıraq, şivən qoparaq və... qarıldayaq. Ondan fərqli olaraq bizlər özümüzə hörmət qoyuruq.

Ona görə də həşəmətli "alimə” ərz eləyirik ki: "Sənsiz də karvan ötüb keçəcək, - özünü yorma! Talışdan tarixən heç vaxt separatçı çıxmayıb, çıxmaz da! Heç kim də, qoy, öz əməlini fırladıb başqalarına sırımasın!!!”
İndi nə deyirsən, nə istəyirsən - açaq sandığı, tökək pambığı?! Dözə bilməzsən! Ay əsli-nəsli İran talışlarının barlı-bəhərli mahalı olan Nəmindən Lankon limanına düyü yükləməyə gəlmiş hambal soy-kökünü danan "insan”! Bəyəm biz bilmirik, sən kimsən, nəçisən!? Biz sənin barəndə sən özün bildiyindən də çox bilirik. Unutma və bil ki, biz bilirik!

Söhbətimizin sonunda isə, bəd bir xəbər də verək: Uzun illər sənin özünüidarə stilistikanı, eləcə də sağlamlığına təhlükə yaradan funksional-patoloji əməllərini müşahidə edən təcrübəli bir psixoterapevt dostumuz, barəndə: - "O, xəstədir! "S” (daltonizm, anosmiya, hipoqeziya və amneziya simptomlarını özündə ehtiva eləyən Sklerodermiya) xəstəsi! Müasir təbabətdə bu nadir xəstəlik sayılır. "S” bir neçə ağır xəstəliyin məcmüu olduğu üçün, demək olar ki, müalicəyə də ram olmur! "S” həm də Stepan Şaumyanın baş hərfidir. Yəqin bunun birbaşa olmasa da, dolayısıyla adıçəkilən xəstəliyə aidiyyatı var. Əslində, "S” hərfiylə başlayan bir sıra sözlər qeyd etmək olardı: Satqın, separatçı, "suka”, "sutinyor”, simasız, sırtıq və s. Mən bu sözlərin heç birisini işlətmirəm və heç kimə də şamil etmirəm. Nə işimə, ağrımayan başıma niyə yaylıq bağlamalıyam...

Biz isə öz növbəmizdə, ömrü boyu talışlara etdiyin pisliklər müqabilində H. Əzimova şəfa diləyirik. Və ona, bu xəstəliyin yeganə əlacı haqqı nahaqa satmamaqdır! – deyirik.

P. S. Sonuncu ifadəni H. Əzimov konkret həkim məsləhəti kimi də qəbul edə bilər... Yəni bu məsləhəti qəbul etsə, bəlkə indiyəcən yüzlərlə ağıllıya verdiyi əziyyətdən – quyuya daş atmaq mərəzindən bilmərrə əl çəkər...

Ulduz Həşimi
 

Категория: Azərbaycan | Просмотров: 5276 | Добавил: admin | Теги: azərbaycan, Hacıbaba Əzimov, talış | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus