Hilal Məmmədov İsa Qəmbəri 60 illik ybleyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Keçən əsrin 88-89-cu illərində vüsət alan Xalq Hərəkatının öncülləri sırasında Azərbaycan Elmlər Akademiyasının gənc alim və elmi işçiləri xüsusilə fərqlənirdi. İsa Qəmbər və digər fəal həmkarlarımızla ilk tanışlığımız da Akademiyada işlədiyimiz vaxtlara təsadüf edir.
O zaman nizamnamə və məramnamələrındə Türk millətçılıyıni əsas götürən AXC liderləriylə (əsasən milli-etnik problemlərlə bağlı) aramızda yaranmış bəzi müxalif və fərqli mövqelərimizdən, müstəqil bir partiyanın (əvvəlcə, TXP (Talış Xalq Partiyası), sonra isə AXBP (Azərbaycan Xalqlarının Bərabərlik Partiyası) adlanan) yaratmağa qərar verdik...
Bununla belə Vəzirov-Mütəllibov dövrü ilə müqayisədə ən aktiv və uğurlu fəaliyyətimiz də məhz AXC-nin hakimiyyəti dövrünə təsadüf edir. 50 ildən artıq vaxt ərzində dilləri susdurulmuş xalqların nəinki milli-mədəni ocaqları, hətta siyası partiya və cəmiyyətləri də demək olar ki azad və demokratik formada fəaliyyət göstərə bilirdi: 1992-ci ildə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında (16 sentyabr 1992-ci il.№ 212)” prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmış xeyli mühüm bir sənədin-fərmanın təsdiqində o vaxtkı Ali Sovetin sədri İsa Qəmbərin rolu əvəzsiz və danılmaz idi.
Müxtəlif bəhanələrlə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayan partiyamızla bağlı problemlərin həlli də bilavasitə İsa bəyin zəhməti idi: İqtidar-müxalif cəbhələrdə olmağımızdan asılı olmayaraq, o, Ali Sovetin sədri olarkən, onunla görüşümüz zamanı, azad və qanuni fəaliyyətimizə maneçılık göstərən yüksək rütbəli dövlət məmurlarının bir qismini yanına çağırıb, digərləriylə isə telefon danışığında onları ciddi şəkildə danlamasını heç vaxt unuda bilmərik! Bir çox məlum və naməlum səbəblərdən 1988-1993 illərin Ümumxalq (o cümlədən, milli-etnik) Hərəkatı uğursuzluqla nəticələnsə də qətiyyən şübhəmiz yoxdur ki, M.Ə.Rəsulzadə ideyalarının layiqli davamçısı olan İsa Qəmbər və həmkarlarının Milli Strateji Düşüncə Mərkəzi gec-tez xoş bəhrələrini verəcəkdir.
Bu yolda ona və cəmi məsləkdaşlarına uğurlar diləyirik!
60 illik Yubileyiniz Mübarək olsun, İsa bəy!!!