Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Декабрь » 25 » Holland Pauvel Nefşatel: “Biz gündə cəmi bir dəfə dadlı yeməklər yeyirik, siz gün boyu”
01:24
Holland Pauvel Nefşatel: “Biz gündə cəmi bir dəfə dadlı yeməklər yeyirik, siz gün boyu”
Hər gün dəfələrlə onların yanından ötüb-keçirik. Danışmadan, sorğu-sual etmədən, söhbətə tutmadan. Bəlkə bizlərdən biri olmadıqlarına, bəlkə də yad dünyalarda öz yad dillərində danışdıqlarına görə. Azərbaycanın qərib vətəndaşlarıdır onlar - yaşamları, ənənələri, yeyib-içdikləri ilə. Amma ayaqları bu torpaqlara dəyəndən bəri ortaq cəhətlərimiz də artıb. Artıq eyni torpaqlarda addımlayır, eyni rejimdə yaşayır, eyni gözəllikləri(çirkinlikləri) paylaşırıq. Bizim Azərbaycanımız onların da Azərbaycanı olub. Amma necə?

"Holland olduğumu bilən kimi ya Holland pendirini soruşurlar, ya da homoseksuallğı”

Rubrikaya başlayandan gözüm hər zaman onları axtarıb. Demişəm, görəsən şəhərdə rastıma nə zamansa bir holland çıxacaqmı? Səyahət verilişlərində, sənədli filmlərdə az qala gözümüzə soxduqları gözəlliklərin vətənindən kimsə çaşıb bizim ellərə təşrif buyuracaq? Yoxsa elə pakistanlı, hindistanlı, nigeriyalının "Bakı çox gözəl, bütün küçələr işıqlı” kimi pafoslu rəyləri ilə kifayətlənməli olacağam? Hollandla müsahibdən təzəcə əlimi üzmüşdüm ki, aylar öncə soraq saldığım bir tanış xəbər yolladı: "Holland tapmışam, yaxın iki gün içində danışdır, yoxsa Milad bayramına görə ölkəsinə qayıdacaq”. Diş ağrısının zülm verdiyi gündə elə canımı dişimə sıxıb, yollandım görüşə. Və nə yaxşı ki, yollandım. Yoxsa bu qədər maraqlı paralel və müşahidələri başqa kimin dilindən eşidə bilərdim ki?
Pauvel Nefşatel Bakıya 2011-ci ilin yayında gəlib. Alman ortaqlarının dəvəti ilə burada bir iş qurublar. Daha doğrusu, bəzi brendlərin Azərbaycandakı təmsilçiliyini öz üzərlərinə götürüblər. Azərbaycan "Eurovision” yarışmasında qalib olandan sonra ölkəmiz onun üçün də maraq kəsb etməyə başlayıb. Gəlib, görüb və... Bəyənib-bəyənmədiyini söhbətdən anlayacaqsız.
Öncə ondan başlayaq ki, Pauvel ölkəsinin adı ilə bağlı həssasdır. Deyir, Azərbaycanda da bəzi başqa ölkələrdə olduğu kimi bir qayda olaraq ölkəsinə Hollandiya desələr də, ona Niderland deyilməsinin tərəfdarıdır. Çünki ölkənin adı Niderland Krallığıdır. 12 inzibati bölgədən ibarət olan ölkənin cəmi iki bölgəsinin adı Hollandiyadır. Şimali və Cənubi Hollandiya. Hələ bu azmış kimi, Azərbaycanda Hollandiya deyən kimi ağla gələn iki məqam Pauveli qıcıqlandırır: "Eşidəndə ki, hollandam, ancaq pendiri və bu ölkədə homoseksualların çox olduğunu deyirlər. Halbuki bizim ölkənin tarixi, mədəniyyəti, paytaxtımız haqqında öyrəniləcək maraqlı məqamlar çoxdur”.

"Bizdə yeniyetmə ali təhsil almaq istəyirsə, buna görə özü pul qazanır”

Biz də elə o ilginc məqamlarla maraqlanırıq. Təbii, ölkəmizlə aparılan paralellərin müşayiəti ilə. Məsələn, Pauvelin ölkəsində bizdəkindən fərqli olaraq sərt qış, qovurucu yay yoxdur. Hər iki fəsil mülayim keçir. Bakıdakı qışı və yayı görəndən sonra müsahibim öz ölkəsinin iqliminə bir daha vurulub. Bundan başqa, güllər, gül plantasiyalarının məskənindən gələn müsahibimi paytaxtımızdakı gül azlığı təəccübləndirib: "Burdakı dostlar dedi ki, sizdə gülləri daha çox bazarlarda satırlar. Gül dükanları çox azdır və bu sahə o qədər inkişaf etməyib. Bundan başqa, bizdə gül çox ucuz olduğu üçün onu gündəlik məişət ehtiyacı kimi alırıq. Sizdə isə ancaq ad günündə, bayramda, ya da konsertə gedəndə insanlar gül alır. Üstəlik, qiymətlər də burada bahadır. Mən maraqlananda xeyli təəccübləndim”.
Bakıda olduğu müddətdə Pauvel azərbaycanlıların həyat tərzi ilə maraqlanmağa imkan tapıb. Dediyinə görə, hollandlar öz uşaqlarına münasibətdə super demokratdılar. Məsələn, bizlər kimi onun rəqsə, musiqiyə, individual məşğələlərə... cəlb etmirlər. Uşaq, yeniyetmə özü öz xobbilərini seçir. Bununla yanaşı, yeniyetmə gələcək təhsili ilə bağlı seçimini də özü edir və təhsil xərclərini də çalışaraq özü ödəyir: "Mən fikir vermişəm, azərbaycanlılar da bəzi digər millətlər kimi öz evi və maddi stabilliyi olmasını istəyir. Amma hollandıyalılar elə deyil. Onlar təqaüdə çıxanda evlərini, maşınlarını sata, onların əvəzinə maşın-ev (karavanı nəzərdə tutur-S.T) alıb, dünya səyahətinə çıxa bilərlər. Tutaq ki, siz də əksər insanlar kimi karyeranızda yüksəlmək, gəlirli bir işdə işləmək istəyirsiz. Amma hollandları narahat edən məqam onların şəxsi həyatlarına ayırdıqları, buna qalan vaxtdır. Məsələn, mən Amsterdamda bir özəl şirkətdə işləyirdim və 8 saatlıq iş saatımdan artıq ofisdə qalmırdım. Çünki sutkanın qalan vaxtı mənim özümə məxsusdur. Əlavə ofisdə qalıb işləməliyəmsə, buna görə mənim hər saatıma görə pul ödəməlidilər. Yoxsa ki, şefin gözünə xoş görünmək, ondan tərif eşitmək mənim heç vecimə də deyil”.

"Hollandlar rəsmi nikaha önəm vermir, illərlə vətəndaş nikahında yaşayır”

Pauvelin ölkəsində nikah, övlad dünyaya gətirmək... kimi məsələlər də fərqli üslubdadır. Holland qonaq deyir, azərbaycanlı qızlar bir müddət kiminləsə dostluq edirsə, mütləq onunla evlənmək istəyir, buna görə tələblər səsləndirir. Ailələr buna qarışır və sair. Amma hollandlar üçün rəsmi nikah olmadan birgə yaşamaq norma sayılır: "Hətta uşağın dünyaya gəlməsi də cütlüyün rəsmi nikahı üçün vacib deyil. Bizdə uşaqlar eyni vaxtda həm anasının, həm də atasının soyadını daşıya bilər. Cütlük ancaq o vaxt nikah müqaviləsi bağlayır ki, ortaq mülk, maşın və sair alsınlar. Amma toylar da baş tutur. Tutaq ki, kiminsə ürəyi bayram, yeyib-içmək istədiyi vaxt. Bir yerdə 10-15 il yaşamış cütlük əgər toy xərclərini təmin edibsə, üstəlik, birgə xoşbəxt olduqlarını düşünürlərsə, bunu bir məclis keçirərək dostları ilə paylaşırlar. Hətta mənim böyük bacım öz toyunda qonaqlara özünün və ərinin kiçik fiqurlarını hədiyyə kimi paylamışdı. Sizin toylarda isə bəylə gəlinə pul hədiyyəsi verilir. Və o qədər məbləğ çox vaxt onların özünə çatmır. Bunu məntiqsiz sayıram”.
Fərqlər bununla yekunlaşmır. Pauvelin vətənində insanların bir-birinin vaxtına hörmət etməsi də ritual səviyyəsindədir. İnsan bu və ya digər informasiyanı özü tapa bilərsə, bunu başqasından soruşub, onun vaxtını oğurlamamalıdır: "Mən Amsterdamda bir ofisdə işləyirdim. İşə yeni gələndə oradakılardan bəzi məlumatlar öyrənmək istədim. Mənə sənədləri verdilər, interneti göstərdilər. Bu, o demək idi ki, əziyyət çək, özün tap, biz sənə borclu deyilik. Hətta yolda gedəndə insanlar nadir hallarda bir-birindən nəyinsə yerini soruşurlar. Çünki əksər mədəni hollandın özü ilə daşıdığı bir şəhər xəritəsi var. Azmısansa, xəritədən həmin yeri tapa bilərsən. Yolüstü mağazaya girib, ünvan soruşanda da mütləq sənə xəritə verirlər. Çünki bunun əksini edərsə, yolu soruşan adam həmin mağaza işçisinin vaxtını oğurlayar və ona borclu qala bilər və bu, heç də etik sayılmır”.


"Eşitmişəm, burda insanlar bir-birinin yol pulunu da ödəyir”

Pauvel deyir ki, bu səbəbdən də Bakıda insanların tanımadıqlarına can-başla yardım etməsi onu təəccübləndirir. Müsahibim Bakıya gəldiyi ilk vaxtlar kirayə qaldığı evin ünvanını tapmaqda əziyyət çəkirmiş: "Elə olub ki, qolumdan tutub, məni evimə qədər gətiriblər. İngilis dilini pis bilsələr də, bəzi sözlərlə məni başa düşüb yardım ediblər. Bakıdakı dostlar deyir, burda hətta iki dost eyni avtobusda gedəndə biri o birinin yol pulunu verir. Bizdə kart sistemidir, amma kimsə bunu etsə, başqasını təhqir etmiş sayılar”.
Holland müsahibim azərbaycanlıların geyimindən də narazıdır. Deyir, burada sərbəst geyim tərzi demək olar ki, yoxdur. Cavan, tələbə oğlanların gündəlik həyatda dəst kostyum geyinməsi ilk vaxtlar onu şoka salıb. Bu qış günlərində azəri qadınların xəz dəri geyinməsi isə Pauveli xüsusilə qıcıqlandırır: "Bizim qadınların əynində xəz dəri görmək mümkün deyil. Hollandiyada bu, heyvan haqlarının ciddi pozulması kimi qəbul edilir. Kimsə təsadüfən belə geyinirsə, ona ictimai qınaq edilir. Çünki bizə görə, xəz dəri, şuba geyinməklə çiynində qanlı heyvan cəsədi daşımaq eyni şeydir. Azərbaycanda qadınlar qanlı heyvan cəsədini daşımağı xoşlayırlar(gülür).”

"Bakıda velosiped sürən niyə yoxdur?”

Pauveli Bakı nəqliyyatında heyrətə salan əsas məqam isə burada velosipedin nəqliyyat vasitəsi kimi yayılmamasıdır. Onun sözlərinə görə, ekoloji baxımdan, habelə insan sağlamlığı üçün önəmli sayılan bu nəqliyyat növünə onun ölkəsində geniş yer verilir: "Bizdə velosiped kirayəyə verən yerlər çoxdur. Hətta turistlər də bu imkandan istifadə edir. İnsanlara azadlıq verilməlidir ki, öz nəqliyyat növünü seçsin. Sizdə isə insanlar daha böyük maşınlara maraq göstərir. Bununla həm yer tuturlar, həm də havanı çirkləndirirlər. Həm də mən müşahidə etmişəm ki, Bakı nəqliyyatı velosiped üçün uyğun deyil”.
Bakı mağazalarında, alış-veriş mərkəzlərində isə holland qonağı təəccübləndirən məqam satıcıların münasibətidir. Müsahibimiz danışır ki, buradakı satıcılar ya həddən artıq səmimidilər, ya da həddən artıq qaraqabaq: "Tutaq ki, hansısa geyimin qiymətini soruşursan və deyirlər. Amma tərəddüd etdiyini görəndə qiyməti az qala iki dəfə azaldırlar. Deməli, onlar xaricini aldatmaq istəyirlər. Ya da xarici olduğum üçün səbəbsiz bir aqressiya ilə qarşılaşıram. Nəyisə bəyənməyəndə deyirlər, xoşun gəlmir, get öz ölkənə. Mən hara gedəcəyimi özüm qərarlaşdırıram axı”.



"Bizdə "qırmızı lampalı” küçələrin olması daha böyük mədəniyyətdir”

Bakının mərkəzindəki təmizlik Pauvellinin xoşuna gəlir. Deyir, onun paytaxtında Afrikadan, Asiyadan gələnlər yolda gedə-gedə şiş-kabab, mayonezli düyü yeyirlər, qalıqlarını isə yola tullayırlar. Ona görə də Amsterdamda yolun qırağı ilə yox, ortası ilə getmək daha məsləhətdir. Çünki hətta evlərin pəncərəsindən də yerə zibil atanlar var və bu, insanın başına düşə bilər: "Qaradərili miqrantlar bizim ölkədə ancaq əyri yollarla pul qazana bilir. Ya oğurluq, ya da narkotik vasitələr satmaqla. Az qala hər tinbaşı sənə belə təklif edənlər tapılır. Polis onları tutanda isə dərhal diskriminasiya, irq ayrı-seçkiliyi ilə bağlı hay-küy salırlar. Bakıda isə belə hallarla qarşılaşmamışam. Sakit şəhərdir, təhlükəsiz gəzmək olur burada”.
Müsahibim polisdən danışmışkən, "qırmızı lampalı” küçələrə də toxunur. Deyir, əxlaqsız qadınların, homoseksualların işlədiyi bu küçədə azad ticarət var. Polis də qədim peşə sahiblərinə mane olmur. Hətta o qədər ki, onlar bu azadlıqdan istifadə edib, turistlərin kamerasını, fotoaparatını da sındıra bilirlər: "Yüngül həyat tərzi keçirənlər hesab edir ki, onların azadlığını heç kim məhdudlaşdıra bilməz. Həmin kamera və fotoaparat isə bu azadlığa təhlükədir. O küçələrdə afrikalı, çinli fahişələrə də rast gəlmək mümkündür. Burada isə həmin işlə çox aşağı səviyyədə, vəhşicəsinə məşğul olurlar. Bakıda qaldığım müddətdə müşahidələrim və eşitdiklərimdən belə nəticəyə gəldim”.

Gündəlik menyu - cəmi bir dəfə dadlı yemək...

Mövzunu dəyişib, bir az da mətbəxə keçirik. Düzü, holland mətbəxi barədə azca da olsa, təsəvvürüm olmadığı üçün bilmirəm nədən danışım. Pauvelli də deyir ki, əslində ölkəsinin çox da zəngin mətbəxi yoxdur. Daha çox uydurma, spantan yeməklər üstünlük təşkil edir. Bir də mal ətindən hazırlanmış hər cür əsas yemək: "Bizim mətbəxdə əsas yeri süd, yağ, pendir və balıq tutur. Ən məşhur yeməyimizin adı Stamppot adlanır. Bu da kartofla müxtəlif tərəvəzlərin və ətin qarışdırılmasından hazırlanır. Məncə, buna oxşar yeməklər sizdə də var. Maraqlıdır ki, Azərbaycan mətbəxi ilə tanış olmaq istəyən heç vaxt Bakının mərkəzində kafe tapa bilməz. Bakı kafelərində daha çox salat, bir də fast-food olur. Bir də ki, sizin şirniyyatların azlığı məni təəccübləndirdi. Holland mətbəxi xüsusilə pendirdən hazırlanmış şirniyyat növləri ilə zəngindir”. 
Siz hollandların gün boyu necə qidalandığını bilirdiniz? Müsahibim danışdı, mən şoka girdim. Pauvellinin dediyinə görə, onların səhər yeməyi yumşaq çörək, cem və bir fincan çaydan ibarətdir. Buna pendir və ya buterbrod da əlavə etmək olar. Günorta isə hollandlar bir dilim çörək və bir stəkan südlə kifayətlənirlər: "Saat 6-da başlanan şam yeməyi isə Niderland naharı sayılır. Bu da ən azı 2 saat davam edir. Bura şorba, quru yemək, dürlü-dürlü şirniyyatlar daxildir. Bizdə daha çox meyvəli, ya da bitki çayından istifadə edilir. Kofe də son illər populyarlaşıb. Amma sizdə insanlar daim yeyir, günün istənilən saatında kafe-restoran açıqdır”. 
Sonda... Çox nadir hallarda bu qədər məlumatlı və diqqətli əcnəbi müsahibə rast gəlirəm. Daha çox danışmaq istəsəm də, "vaxtı oğurlamaqla” bağlı dedikləri, üstəlik amansız diş ağrım imkan vermir. Pauvelli diş ağrısından şişən üzümə baxıb deyir: "Bu şərtlərdə işlədiyiniz üçün Həmkarlar İttifaqına müraciət edin, iş yerindən təzminat versinlər sizə”.
Allah səni güldürsün, Pauvelli... Burası Azərbaycan, hələ də anlamadınmı? (Yeni Musavat)

Sevinc TELMANQIZI




Категория: Dünyada | Просмотров: 1666 | Добавил: admin | Рейтинг: 5.0/6
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus