Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 21 » İcazəli qondarma talış Hadı Rəcəbli yeni yaradılan təşkilata münasibət bildirib
20:51
İcazəli qondarma talış Hadı Rəcəbli yeni yaradılan təşkilata münasibət bildirib
Lənkərandan Milli Məclisə deputat kimi təyin edilən, öz sözlərinə görə əslən Ərdəbil türklərindən olan və Talış zonasında yaşadığına görə özünü talış hesab edən, yəni məntiqlə Əliyev rejimi tərəfindən talış olmağı icazələndirilən Hadı Rəcəbli yeni təsis edilən, adında "talış" sözü olan təşkilatın - Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradılmasına münasibət bildirib.

Sözü gedən təşkilatın ancaq adını eşidən, məqsəd, mahiyyət, vəzifə və funksiyalarından heç bir xəbəri olmayan Hadı yoldaş (O, 1991-ci ilə qədər bərk gedən yoldaşlardan biri idi) təşkilatın adındakı "talış" sözündən o ki var əndişələnib. Hadı bəy (O, 1992-1993-cü illərdə "bəy" olmuşdu) iddia edir ki, bir təşkilatda ki, "talış" sözü tələffüz edilir, o yaxşı ola bilməz. Hadı müəllim (1993-cü ildən bəri Hadı müəllim talışın hər vəclə assimilasiyasına çalışan və bu barədə hətta açıq tekstlə "talışlar asimilə olub qurtarmışlar" bəyanatını verənlərdən biridir) yanakı da olsa etiraf edir ki, "talış" sözü "separatçı" sözü ilə sinonimdir. Heç bir talış talış olaraq Azərbaycan vətəndaşı ola bilməz, belə talışın Azərbaycan dövlətçiliyi üçün çalışması qeyri-mümkündür. Əgər talış bərabərhüquqlu Azərbaycan vətəndaşı olmaq istəyirsə, o, assimilyasiya olunmasını boynuna almalıdır. Əgər hansısa talış Azərbaycan dövlətçiliyi keşiyində dayanmaq istəyirsə, və yaxud belə bir fikrə düşübsə, yalnız Hadı Rəcəbli kimi YAP-çı olmalıdır.

Rəcəbli müəllim qabaqdan gəlmişlik edir, özünü ağsaqqal kimi cəmiyyətə sirimaq istəyir və heç bir mənəvi haqqı olmadan bütün reqion adından danışır. Onun danışdıqlarını olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq:

"Belə bir təşkilatın yaradılması səhv, yanlış addımdır. Bunu edənlər düz mövqedə deyillər”. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradılmasına münasibət bildirən 74 saylı Lənkəran seçki dairəsindən deputat, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Media forum” saytına açıqlamasında belə deyib.

Komitə sədri qeyd edib ki, vahid Azərbaycan xalqı var və ölkəni regionlara, şəhərlərə, kəndlərə, məhəllələrə bölmək doğru deyil: "Dünyada gedən proseslərə, mövcud olan problemlərə baxmaq lazımdır. Cibində Azərbaycan pasportu daşıyan, amma fəaliyyətində etnik amili əsas götürən, bu istiqamətdə çalışan hər kəs bütövlükdə dövlətçiliyə ziyan vurur. Bu gün Azərbaycanda bütün etnik qruplara hörmət, xoş münasibət var. Etnik qrupların hüquqları qorunur, onlara hər cür şərait yaradılıb, nümayəndələri hakimiyyətdə təmsil olunurlar, normal fəaliyyət göstərirlər. Ona görə də etnik amili özünə bayraq edən bir təşkilat heç nəyə nail ola bilməz. Əvvəla, bu o demək deyil ki, onlar xalqı təmsil edir, yaxud xalq onları dəstəkləyir. İkincisi, cənub bölgəsi tam olaraq Azərbaycana inteqrasiya olunub, millətlər, xalqlar bir-birinə qarışıb. Bütün bunlara görə deyirəm ki, həmin adamlar səhv yoldadırlar. Mən bunları pisləyirəm”.

Hadi Rəcəbli hesab edir ki, 1990-cı ilin əvvəllərində cənub bölgəsində baş qaldıran, Ələkrəm Hümbətovun rəhbərlik etdiyi separatçılığın talış camaatına heç bir aidiyyəti olmayıb: "Guya bunu talış camaatı yaratmışdı. Amma bunu edənlər separatçı qruplar, onlara dəstək verənlər idi. Bunların hamısı dövlətçiliyə ziyan vuran, Azərbaycançılıq əleyhinə olan addımlardır və məqsədli formada qızışdırılır. Hazırda dünyada konflikt yaratmaq üçün bir qayda olaraq milli azlıqlardan, dini və təriqət ayrılıqlarından istifadə edilir. Lənkəran və Astara bir bölgədədir. Biri deyir sünniyəm, digəri deyir şiəyəm. Bunlar hamısı gülünc və qarışıqlıq salmaq üçün istifadə edilən vasitələrdir”.

Ölkənin cənub bölgəsində tez-tez olduğunu, insanlarla görüşdüyünü bildirən Hadi Rəcəblinin sözlərinə görə, orada yaşayanların etnik ayrı-seçkiliyə məruz qalmaları haqda heç bir şikayətləri yoxdur: "Mən camaatın içindəyəm. İnsanlar hamısı razıdır. O bölgədə belə bir söz-söhbət yoxdur. Rayonlar, kəndlər tikilib qurulur. Bütün bölgələrdə gedən proseslər orada da var. Gəncədə, Beyləqanda, Sumqayıtda olan nöqsanlardan Lənkəranda, Lerikdə, Astarada da var. Ona görə də bunlar hamısı boş söhbətlərdir və kökündə Azərbaycanı istəməmək durur. Talışlara heç bir təzyiq yoxdur. Mən buna bariz nümunəyəm, Milli Məclisdə oturmuşam. O bölgədən başqa deputatlar da var. Mənim dediklərim ağsaqqal sözüdür, siyasətçi fikridir, bu məsələləri, problemləri bilən insanın mövqeyidir. Azərbaycanda separatçılıq etmək, ölkəni məhəllələrə bölmək mümkün deyil”.

Bu məsələdə xarici qüvvələrin əlinin olmasını istisna etməyən Hadi Rəcəbli qeyd edib ki, bəzi qüvvələr harada qarışıqlıq salmaq istəyirlərsə, etnik və dini amilləri qabardırlar: "Suriyanı sünni-şiə məsələsinə görə bir-birinə qırdırırlar. Bunlar Azərbaycanda sabitlik olmasını istəməyən, Azərbaycanın inkişafını gözü götürməyən adamların cəhdləri ola bilər. Bunlar da uğursuzluğa düçar olacaq. Çünki insanlar İrana gedib-gəlirlər və orada insanların necə yaşadığını, Azərbaycanda isə vəziyyətin necə olduğunu yaxşı bilirlər. Heç cənub bölgəsində təbliğata da ehtiyac yoxdur”.



TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 2334 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 ERAZ  
3
Talışlara heç bir təzyiq yoxdur. Mən buna bariz nümunəyəm, Milli Məclisdə oturmuşam.
Если человек погрузился до своих ушей в грязь, в коррупцию, он правдивого ничего не скажет, Гади в том числе- тем более,он мастер лизоблюд!!! biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus