Главная » 2011 » Январь » 25 » İranın Rəşt şəhərində Talış Mədəniyyət Mərkəzinin açılışı olmuşdur (foto sessiya)
18:46
İranın Rəşt şəhərində Talış Mədəniyyət Mərkəzinin açılışı olmuşdur (foto sessiya)
7 yanvar 2011-ci il tarixdə İran İslam Respublikasının Gilan vilayətinin mərkəzi Rəşt şəhərində Talış Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Tədbirdə şəhər ictimaiyyəti, İranın müxtəlif şəhərlərində yaşayan talış mədəniyyət xadimləri, ziyalılar iştirak etmişlər.
Tədbir iştirakçısı, tanınmış talış mədəniyyət xadimi Armin Fərdinin redaksiyamıza verdiyi məlumata görə Talış Mədəniyyət Mərkəzinin açılış mərasimində Mərkəzin məqsəd və məramı, fəaliyyət istiqamətləri haqqında Armin Fəridi və doktor Fərzad Bəxtiyari tədbir iştirakçılarına məlumat vermışlər.
Mərkəzə rəhbərlik etmək üçün tədbir iştirakçıları tərəfindən tanınmış talış şairi Fərəməz Məsrurinin namizədliyi irəli sürülmüş və o, Mərkəzə sədr seçilmişdir.
Mərasim talış şairlərinin şerlərinin oxunması və Kadus ansambılı tərəfindən müxtəlif musiqi nümunələrinin ifası ilə davam etmişdir.
Tədbirdən hazırlanan foto reportajı oxucularımıza təqdim edirik.