Главная » 2011 » Январь » 21 » İslam Partiyasının Astara şöbəsinin sədri Ruhulla Axundzadə həbs edilib
21:38
İslam Partiyasının Astara şöbəsinin sədri Ruhulla Axundzadə həbs edilib
Yanvarın 21-də İslam Partiyasının Astara şöbəsinin sədri Ruhulla Axundzadə həbs edilib. Xəbər verdiyimiz ki, 15-dən çox polis və prokurorluq işçisi R.Axundzadənin evində axtarış aparıblar.
Bu haqda R.Axundzadənin oğlu Məhəmmədəli Axundzadənin verdiyi məlumata görə polislər gələrkən R.Axundzadə dəstəmaz alırmış.
Əvvəlcə evdə axtarış aparıblar. Evdən dini kitablardan və disklərdən başqa heç nə tapmayıblar. Sonra evinin qonşuev arasında yarımçıq tikilmişinin divarın himnindən bir torba silah-sursat (tapança, avtomat, qumbara və s.) çıxarıblar.
R.Axundzadə və ailəsi dərhal buna etiraz edərək, silah-sursatın onlara məxsus olmadığını bildiriblər.
Buna baxmayaraq Ruhulla Axundzadə həbs olunaraq Astara rayon prokurorluğuna aparılıb.
Oğlunun dediyinə görə, bir neçə gün bundan qabaq Respublika Prokurorluğundan zəng edərək R.Axundzadəni Bakıya çağırıblarmış. R.Axundzadə yanvarın 21-də Bakıya yola düşməyə hazırlaşırmış.
bir torba silah-sursat (tapança, avtomat, qumbara və s.) -это же целый арсенал, получается аз. мулла вооружен лучше чем аз. аскер. Во истине тупость аз. чиновников не имеет границы.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]