Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 26 » “Juçok” Məhəmməd Ərsoy...
00:33
“Juçok” Məhəmməd Ərsoy...
Yenədə başlanıb... Yenə də bəzi "ovçular” ova çıxıblar. Bu dəfəki ovun unvanı da bəllidir: Talışlar! Bu qənaətə bəzi internet səhifələrini, qəzetləri oxuyandan sonra gəlmişəm. Artıq talışlara qarşı təxribat planı işə düşüb. Yenə də 37-ci illərin ab-havası duyulmaqdadır, yenə də üzəduranlar hərəkətə keçiblər. Və bu üzəduranların içərisindən adı talış, özü isə əhli-şeytan olanlar çıxsa təəcüblənmərəm, zatən almanı qurd içindən yeyər...

Aydının siftəsi...

İlk gülləni bizə Aydın Canıyev atdı. "Gözünə döndüyüm talış balası” Lənkəran Dövlət Universitetinin rektoru ilə mübahisəsində "talış separatçısı” və "separatçı qəzet” kartından yararlanmışdı. Düzdü, sonra bütün ikiüzlü insanlar kimi sözünü dəyişdi, "bu qəzeti demirdim, N.Məmmədovun (ay Allah, gör kimin adını kim çəkir) qəzetini deyirdim” dedi. Sonra bir xeyli sakitlik hökm sürdü, ancaq bu "atəşkəs” çox çəkmədi. Sonra gündəm.info saytı bizi separatçı adlandırdı, saytın rəhbəri, köhnə tanışım Razi Abasbəyli ilə görüşdüm, yenə də öz ampluasında idi, bu insanın mədəniyyətinə, özünü aparma qaydalarına heyran olmamaq olmur, bir saata yaxın səmimi söhbət etdik, Razi bəy qəzetdən tam məlumatsız olduğunu bildirdi və sonda "talışların qəzeti də olmalıdır, teatrı da, televiziyası da, niyə də olmasın ki?” dedi. Bu cür xoş notlarla da ayrıldıq. Sonra talışlar haqqında vətəninfo saytında Ənvər Börüsoy yazdı. Hətta iddia etdi ki, Şuşada keçirilən parad zamanı Xankəndində (???) "Talışıstan Marşı” çalınıb! Bir şeyi dəqiq başa düşə bilmədim ki, Xankəndində çalınan "Talışıstan Marşı”nın səsi Şuşadakı paradda necə eşidilib? Bütün "separatçılarla” əlaqə saxladım, belə bir marşın olmasını Ənvər Börüsoydan başqa bilən yox imiş! Sonra Ənvərçik bir az da dərinə gedib və İrəvanda keçiriləcək konfransın talışlardan ibarət təşkilat komitəsinin uzun siyahısını dərc edib. İndi həmin adamlar "bir dəlinin atdığı daşı yüz ağıllı çıxarda bilmir” məsəlində oduğu kimi, Ənvərçikin yazdıqlarına təkzib verirlər. Elə ara təzəcə sakitləşmişdi ki, üstümüzə "Gündəm xəbər” qəzeti gəldi. Qəzetdə gedən "Tağı Əhmədov separatçıları himayə edir?” üst başlıqlı və "Metroda Azərbaycan əleyhinə olan qəzetlər yayılır” alt başlıqlı iftira dolu cızma-qaradan məlum olur ki, sən demə "nümunəvi türk” Tağı Əhmədovun rəhbəri olduğu metropolitendə "Metro-Servis” mətbuat yayımının rəhbəri, "separatçı Fəxrəddin Aboszadənin tapşırığı ilə oturub-duran” Bakir Cəfərov "separtçılığı ilə ad çıxarmış, nəyi necə gəldi yazan, keçmiş baş redaktoru MTN-in təcridxanasında dünyasını dəyişən” "Tolışi Sədo” qəzetini metroda rahatçılıq ilə yayırmış. Eyni ilə bu yazı həmin gün digər bir qəzetdə də gedib. Nöqtəsində, vergülündə fərq olmayan yazının eyni gündə iki qəzetdə getməsi məni çox narahat etdi və mən "Gündəm xəbər” qəzetinin redaksiyasına getdim...

Köhnə tanışım Məhəmməd...


Qəzetin təsisçisi və baş direktoru Şirin Cəfəri ilə görüşüb, qəzetin nəyə əsasən separatçı adlandırıldığını soruşdum. Şirin bəy "bizdə faktlar var” dedi. "Məsələn” sualıma "qəzetin keçmiş baş redaktoru MTN-nin təcridxanasında dünyasını dəyişib” cavabını aldım. Arqumentlərinin əsassız olduğunu bildirdim və bundan sonra kiminsə haqqında yazanda bu yazıya milli rəng verməmələrini xahiş etdim və elə bu zaman digər masadan Məhəmməd Ərsoyun "yazmışıq əcəb eləmişik, gedin sizdə nə bacarırsız edin” sözlərini eşitdim. "Siz kimsiz ki, bizim qəzeti separatçı adlandırırsız?” sualıma Aydın Canıyev tipili "sizin qəzetin adını çəkmişik? Biz "Tolışi Sədo” yazmışıq, biz N.Məmmədovun qəzetindən danışırıq” cavabını aldım. Nə isə mübahisəmiz uzun çəkdi, bu Ərsoy mənim əlimdən yanıqlı olduğu üçün, mən "Xural” qəzetində onun "juçok yerləşdirmə” məharətindən gen-bol bir yazı vermişdim, mənim Şirin bəylə anlaşmama imkan vermədi. Kimdir bu Ərsoy? Bu həmən Ərsoydur ki, mənə "mənim də anam Astaralıdır” demişdi, bu həmən Ərsoydur ki, Əvəz Zeynallının tutulmasında müstəsna xidmətləri var. Bu həmən Ərsoydur ki, "Xural” qəzetinin redaksiyasına "juçok” yerləşdirmişdi və bu "juçok” məsələsinin üstü açılan kimi onun Ümüd partiyasının qərargahındakı iş yerinə baxış zamanı da bir neçə "juçok” aşkarlanmışdı və İqbal Ağazadə onu Ümüddən qovmuşdu. İndi bu Ərsoy ona verilən növbəti tapşırığın peşindədir, talışlara qarşı piar kompaniyasını aparır. Mən də bəzi araşdırmalar apardım, sən demə Şirin Cəfərinin Bakir Cəfərovla (soy adları necə oxşardır) problemi varmış və bu problemi çözmək üçün onun karına da artıq köhnəlmiş və demək olar ki, istifadədən çıxmış "separatçı” kartı gəldi. Nədir Şirin Cəfəri ilə Bakir Cəvərovun problemi? Bunu dəqiq deyə bilmərəm, çünki Şirin bəy mənə tam açıqlama vermədi, Bakir müəllim ilə isə ildə bir dəfə, müqaviləni təzələyəndə görüşürəm, amma yəqin etdim. Demək Şirin bəy haqqında "vergidən kütləvi yayınma” maddəsi ilə iş açılıb, Şirin bəy RATİ-də keçirtdiyi mətbuat konfransında bildirdi ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır. (Necə ola bilər ki, N.Məmmədova qarşı sürülən ittihamlar elə Şirin Cəfərinin təbiri ilə desək, həqiqət olur, özünə qarşı sürülən ittiham saxta?). Və çox guman ki, bu ittihamlar içərisində boğulan Şirin bəy "günahkarlar” sırasında Bakir müəllimi də görür və çox guman ki, bu ittiham işi ilə əlaqədar Bakir müəllimdən nə isə bir istəyi olub və Bakir müəllim bu istəyə əməl etməyib, olub Şirin bəyin gözündə "düşmən”. Bu düşmənçilikdə isə Şirin bəyin yadına Bakir bəyin milli kimliyi düşüb və yuxarıda qeyd etdiyim kimi Şirin bəy "separadioza” mahnısını çalmağa başlayıb. Amma Şirin bəy unutmasın ki, bu kartdan yarınmaq istəyənlər, daha doğrusu kimi isə bu kart ilə şərləyənlər gec-tez özləri də bir şərin qurbanı olurlar, çünki Allahın xəlq etdiyi bir millətə, oturub-durub "separatçı” demək, elə Allaha, onun hökmünə asilikdir. Bu şərdən "yararlanmaq” istəyən  "talış balası Aydın Canıyev”, Allah qapısın açsın, özü şərləndi, indi içəridədir. İndi Şirin Cəfərinin də başının üstünü "vergidən kütləvi yayınma” maddəsi adlı qara bulud alıb, həmən buludun böyrünə "milli ədavəti qızışdırma” adlı bir bulud da əlavə olsa necə olar? Birdə Şirin bəyə bir tövsiyəm, "juçok” Məhəmməd harda varsa, ora gec-tez viran olur, mənim fikrimcə Şirin bəy bu "juçok”dan nə qədər tez azad olsa, bir o qədər onunçun yaxşıdır, çünki zəhərli ilanı ağuşuna alan insan, ən azı anormaldır.

Mənə TV lazım deyil...

Söz vermişdim ki, hər nömrə "mənə TV verin” yazacam, amma görürəm ki, meydanda təkəm, iş adamları, öndə gedənlərimiz laldılar, sanki TV istəmək, millətin maariflənməsi üçün çalışmaq cinayətdir. Axı biz sivil bir ölkdə yaşayırıq, Razi bəy demişkən, türk çoxluğu bizim TV istəməyimizdən niyə qorxmalıdır ki? Vallah mən əminəm ki, biz bu istəklə dövlət başçısına, H.Əliyev fonduna kollektiv müraciət etsək, bizə TV-də verərlər, radio da, teatr da. Bu gün iş adamlarımız öz əmlaklarının qorunması yönündə çabalayırlar, ta o vaxta kimi ki, birinin ayağını tapdaladılar, dərhal "milli kimlik” yatırılır masanın üstünə, "separatçıların himəyadarı da” olurlar. Nə isə, mənə daha TV lazım deyil, gələn nömrədən qəzetin ilk səhifəsindəki o iki daimi şüarı da çıxardacam, onsuz da nə dövlət, nə də iş adamlarımız bu şüara əhəmiyyət vermirlər, hamının başı qarışıqdır, "separatçı” kartı xaric, talışlar kimin yadına düşür ki...

Ənvər Buyur söy...


Bu Ənvər haqqında keçən yazımda bir az məlumat vermişdim. Özünə bir Börüsoy təxəllüsü də götürüb, amma təxəllüsü götürəndə gərək elə götürəsən ki, sənin təxəllüsivi təhrif etməsinlər. Bu gün mən ona börüsoy deyə bilmərəm, çünki o insan özünü yüz minlərlə talışa söydürüb, yəni "buyur(un) söy(ün)” olub. Buyursun, bu ifadəmə görə ortada olan "şərəf və ləyaqətini” qorumaq üçün məni versin məhkəməyə, o təkzib yazmayınca mən onu hər nömrə "buyur söy” kimi təqdim edəcəm. Çünki o minlərlə, on minlərlə, yüz minlərlə talışı təhqir edib, o bizə özünə layiq olan qiyməti verib, az qala bizi aparıb ermənilərə müttəfiq edib. Cümləyə baxın: "Xankəndində Talışıstan marşı çalındı-Şok!” Yalançının haykanuşdan olan zatına nəhlət. Ə, buyur söy, sən heç olmasa xalan qızı haykanuşdan məlumatı alıb, internetə yerləşdirəndə bir dayaz düşüncən ilə fikirləş də. Ay buyur söy, əgər parad Şuşada olubsa, marş Xankəndində necə çalına bilərdi? Ya sənin Qarabağdan ümumiyyətlə xəbərin yoxdur, yəni ki, Şuşa ilə Xankəndini eyni şəhər bilirsən, ya da sənin o dayaz ağlıvı "materialları internetə qoymaq üçün” aldığın qonorarın- benjaminin şəkilləri o qədər məst edib ki, olmayan, çalınmayan marşı Şuşadakı paradda qeyd edib, daha sonra, material inandırıcı olsun deyə, Şuşanı Xankəndi ilə əvəzləmisən. Hər necə olsa da, bu sifarişi kimin verməyindən asılı olmayaraq biz Talışlara qarşı böyük təxribata start verilib. Artıq bəzi adlar da məlumdur. Adları çəkilən şəxslərdən Talış.org saytının rəhbəri A.Əbilov ilə əlaqə saxladım, xaricdə yaşamasına baxmayaraq olaydan çox narahatdır, buyur söydən fərqli olaraq Ataxan müəllim erməniyə sığına bilməz, buna onun Talış qüruru imkan verməz. Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanov da öz narahatçılığını bildirib, buyur söyün informasiyasını dezinformasiya və təxribat adlandırıb. Bunda əlavə adları siyahıda çəkilməyən Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri Əli Nasir və hüquq müdafiəçisi Hilal Məmmədov da bu informasiyanın Talışlara qarşı növbəti təxribat olduğunu bildirirlər. Adları buyur söyün siyahısında çəkilən və ya çikilməyən digər ziyalılar da yəqin ki, bu məsələyə öz münasibətlərini bildirəcəklər. Bu onların vətəndaşlıq borclarıdır. Amma biz də qəzet olaraq nümayəndəsi olduğumuz millətə atılan çamura cavab verməliyik. Azərbaycanda heç kəsə gizlin deyil ki, Talışlar bu vətən üçün daima canlarını fəda etmişlər, daima düşmənin qarşısına merd kimi çıxmışlar, Qarabağ müharibəsində Talışların göstərdikləri şücaət hamıya məlumdur. Elə bir Talış ailəsi ola bilməz ki, həmin ailədən kim isə bu müharibədə iştirak etməsin, çoxlu şəhid verən bir millət necə ola bilər ki, İrəvana pənah aparsın? Belə fikirlər ancaq buyur söy kimi dayaz düşüncəli insanların ağlına gələ bilər. Bəli, bu gün Azərbaycanda Talış dilində qəzetin dərci ola bilsin ki, kimlərə isə yandım-yandım versin və həmən zatıqırıqlar birbaşa bizə hücum etməyib, üstümüzə dolayısı ilə gəlsinlər. bu işdə onlara ermənilər də yardımçıdılar. Məlumdur ki, ermənilər özlərini məzlum göstərmək üçün Azərbaycan iqtidarını və aparıcı etnos olan türkləri digər millətlərin haqqını tapdalayan qismində göstərməyə cəhd edirlər və deyərdim ki, buna nail də olurlar. Heç kəsə sirr deyil ki, bu gün bəzi səlahiyyət sahibləri qatı ifratçı millətçiliklə məşğuldurlar, Azərbaycanımızın aborigen xalqlarının, o cümlədən Talışların haqqını tapdalayırlar, lakin bütün bu çatışmamazlıqlardan özümüz xilas olmalııq, bu gün iqtidar bir fərd olaraq məni qəbul etməyə bilər, lakin Talışlar tək məndən ibarət deyillər, bu iqtidar Talışlar üçün bir sıra işlər görməlidir, məsələn Talış dili dərsi yüksək səviyyədə tədris olunmalı, Talış dilinə regional status verilməli, ən azı Talış kəndlərinin adları, dövlət dili ilə yanaşı, təhrif olunmadan, Talışcada olduğu kimi yazılmalı, həm İctimai TV-də, həm də regional TV-də Talış dilində veriliş saatları açılmalı, Talışların qədim tarixləri ərəbə və farsa calanmadan tədqiq edilməlidir. Bütün bunlar səlahiyyət sahiblərinin vəzifə borclarıdır, lakin bu gün bu səlahiyyət sahibləri bütün bunların tam əksini edirlər. Bunlarla işim yox, gec-tez biz bu hüquqlarımızı bərpa edəcəyik, öz ana dilini təbliğ edənlər axır ki, bizlərin də analarımızın olduğunu anlayacaqlar, bu işdə bizə ermənilərin köməyi lazım deyil və mən inanmıram ki, millətinisevən, millətini düşünən hər hansı bir Talış bu gün ermənilər ilə işbirliyində olsun! 


Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” nöm: 19 (31), 26 may 2012


Категория: Талыш xəbərləri | Просмотров: 5940 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus