Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Сентябрь » 22 » Jurnalist prezidentə müraciət etdi
17:05
Jurnalist prezidentə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev cənablarına

Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri H.Zərdabi prospekti 39 mənzil 40-da pasport qeydiyyatında olan, Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulu təpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində ailəsi ilə birgə yaşayan, "Ayna”-"Zerkalo” qəzetlərində müxbir vəzifəsində işləyən Abbasov İdrak Telman oğlu tərəfindən

Ərizə

Cənab Prezident!

2011-ci il sentyabrın 9-da saat 10 radələrində "Binəqədi OİL”un 30-50 nəfərlik "xüsusi təyinatlı”sı ağır texnika ilə  Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində  daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə   (həyətdə altı ailə yaşayır və 4 otaqlı olmaqla digərləri balaca  6 ev var) daxil olaraq qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər  qohumlarıma ayaq, əl zərbələri, habelə rezin dəyənəklərlə bədən xəsarətləri yetiriblər.

Belə ki, basqınçılar qardaşım Abbasov Ədalətə məxsus (darvazadan içəri girən kimi birinci ev və ya daxma) ekskavatorla  ev əşyalarının üstünə qismən uçurub. Buna qədər isə  qardaşım Ə.Abbasov dəyənəklərlə ciddi döyülüb,  həkimlərin qoyduqları rəsmi diaqnoza görə o kəllə beyin travması, baş beynin silkələnməsi kimi ağır travmalar alıb (tibbi kartoçkadan çıxarışın surəti ərizəyə əlavə olunur). Buna dözə bilməyəm anam Naimə Quliyeva Ə.Abbasova qahmar çıxanda onun da başına rezin dəyənəklə  vurulub və o yerə sərilərək huşunu itirib(tibbi kartoçkadan çıxarışın surəti ərizəyə əlavə olunur). Bundan sonra dəstənin Azad adlı komandiri həyətdəki su bakını ağbirçək anamın üstünə aşırıb və "Bu fahişə afiristlik edir” deyə onun ayağından tutaraq yerlə sürüdüb. Bu prosesə müdaxilə edən gəlinlərimiz, Turac Cəfərova, Nazimə Abbasova, Brilyant Abbasova, qonşumuz Südabə Seyidova və digər şəxslər  də döyülüb.

Haqqında danışdığım ev (müvafiq mülkiyyət sənədləri yoxdur) köhnə Sulutəpədə (SSRİ dövründən mövcud olan) və kəndin mərkəzindədir. Hay küyə hadisə yerinə xeyli qonşu gəlib. Hətta kənddəki marketlər də bağlanıb və satıcılar da hadisə yerinə qaçıblar. Sulutəpə qəbiristanlığının axundu olan  atam 1952-ci il təvəllüdlü Abbasov Telman Dünyamalı oğlu da hadisəni eşidib və idarə etdiyi VAZ 21 -011 markalı avtomobillə evə gəlib. O avtomobildən düşən kimi, onu Ruslan adında dəstə başçılarından biri başını qoltuğunun dibinə alaraq və əlinin içi ilə başına zərbə endirib. Bundan sonra 10-15 ilin diabet xəstəsi olan atam da huşsuz vəziyyətdə yerə düşüb(Hazırda 4 saylı şəhər xəstəxanasında müalicəsini davam etdirir). Onun idarə etdiyi avtomobili isə (həyət İçəri şəhər kimi labirint yerdə və enişdədir) sürücüsüz buraxıblar və avtomobil təxminən 20 metrə arxdakı işıq dirəyinə dəyərək dayanıb. Qonşuların müqaviməti və yerdə üç hərəkətsiz şəxsin qaldığını görən dəstə ərazidən gedib.

Evimizə olan basqın və qohumlarımın düyülməyi ilə bağlı Binəqədi rayon 40 saylı Polis bölməsində araşdırmalar gedir. Hadisə yerinə baxış keçirilib, ilkin ifadələr alınıb, hadisə yerində foto şəkillər çəkilib. Habelə evimizə basqın edən şəxslərin bir neçəsinin adı, o cümlədən basqına gələnlərin avtomobillərinin nömrələri polisə bəllidir.

Sonuncu dəfə sentyabrın 17-də basqınçıların nümayəndələri qardaşımla görüşərək barışıq təklif edib və dəymiş ziyanı ödəmək istədiklərini təklif edib. Amma biz ata və xüsusilə də anamızı döyənləri bağışlamaq fikridə olmadığımızı bildirmişik.

Bundan sonra isə onlar bizə qarşı təzyiqlərə başlanılıb. Əvvəl qardaşım Raman Abbasov hədələnib. Sentyabrın 20-21-ə keçən gecə saat 22.30 radələrində Sulutəpədəki yaşadığım evə yaxın ərazidə mən hədələndim. Ağ rəngli Niva markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs məni əxlaqsız ifadələrlə təhqir edib və ağıllı olmağa dəvət etdilər.

Bu gün (sentyabrın 21-də) isə 90 AE 764 dövlət nömrə nişanlı "Niva” markalı avtomobillə 4 nəfər idmançı görkəmli şəxs yenidən xəstəxanadan yeni çıxmış qardaşım Ədalət Abbasovu həyətimizdə hədələyib və özlərini bu ölkənin sahibləri kimi təqdim ediblər. Hətta bu basqınçılar utanmadan mənə və ailə üzvlərimə "gəlmisiz dağdan buraları zəbt eləyibsiniz, talışsınız gedin Lənkəranda yaşayın” kimi milli ayrı-seçkilik yaradan ifadələrlə bizi Bakıdan qovmaqla hədələyirlər.

Cənab Prezident,

Biz Lerikin ucqar Soru kəndindənik, millətimiz də talışdır. Biz dövlətimizi sevirik və bunu müharibə dövründə və sonrakı illərdə də sübut etmişik. Biz hesab edirik ki, Konstitusiyamıza uyğun olaraq ölkəmizin hər bir yerində  bizim də yaşamaq hüququmuz var. Kəndimizdə sosial iqtisadi problemlərə görə yaşaya bilməyib 1994-cü ildən Bakıya, Sulutəpəyə köçmüşük. Birtəhər burada yuva qurub yaşayırıq və Azərbaycan Respublikasının bütün qanunlarına da sözsüz tabeyik.  Amma bir qrup basqınçı heç bir hüquqi əsas, öz qanunlarımız və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara zidd olaraq bizi döyürlər, təhqir edirlər, ölümlə hədələyirlər.  Mən qanunsuzluqlara dözmürəm və tənqidçi jurnalist, habelə hüquq müdafiəçisiyəm. Ölkəmiz  isə "Avrovizya-2011”-i   keçirməyə hazırlaşır. Bu mərhələdə hansısa tənqidçinin jurnalistin və ya qohumunu heç bir qayda, qanuna, mental dəyərlərə riayət etməyən, bəlkə də hansısa xarici düşmən qüvvələrdən və kriminal birləşmələrdən sifariş alanlar tərəfindən öldürüləcəyi də istisna deyil. Bu səbəbdən də mən özümün  və ailə üzvlərimin  təhlükəsizliyinin təmin olunmağı üçün tədbirlər görükməsi, ailə üzvlərimi döyən, yaşamaq hüququmuzu qanunsuz yollarla məhdudlaşdıran şəxslərin cəzalandırılması üçün tədbirlərin görülməsini Sizdən xahiş edirəm. Əminəm ki, Siz qanunları ayaq altına alanlara bu ölkənin gerçək sahibinin qüdrətini ən qısa zamanda göstərəcəksiniz.

Öncədən təşəkkür edirəm.

Məktuba mümkün cavabın göndərilməsi üçün

Bakı, Şərifzadə küçəsi 1, "Ayan”-"Zerkalo” qəzetləri redaksiyası
Tel: +994 50 368 46 10
      +994 12 346 23 72


Hörmətlə,   İdrak Abbasov
Tarix: 22.09.2011


 

Категория: Талыш xəbərləri | Просмотров: 1548 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus