Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 21 » Komitet 300: Dünya hökümətinin sirləri (II yazı)
21:52
Komitet 300: Dünya hökümətinin sirləri (II yazı)
Ağ bayraqlı hərbi maşınlarda Bağdada qayıdan 150 000 İraq əsgərini vəhşicəsinə qətlə yetirdilər, cəbhənin başqa hissəsində isə 12 000 İraq əsgərini tutduqları səngərlərdə diri-diri basdırdılar

 Beləliklə, Con Kelman 1981-ci ildə "Roma Klubu"nun mövcud olduğunu göstərən monoqrafiya yazır və onun Komitet 300-ün təxribat fəaliyyəti ilə məşğul olan orqanı olduğunu bildirir. Bu, Birləşmiş Ştatlarda həmin təşkilatların hər ikisi haqqında ilk nəşr idi. 1981-ci ildə yazılan həmin məqalədəki proqnozların çoxu artıq həyata keçmişdir: məsələn, tanınmayan siyasətçi Felipe Qonsalesin İspaniyanın Baş naziri postuna təyin olunması, Mitteranın Fransada hakimiyyətə qayıtması, Jiskar D'Esten və Helmut Şmidtin süqutu, İsveç aristokratı və Komitet 300-ün üzvü Olaf Palmenin hakimiyyətə qayıdışı, Reyqanın prezidentliyinin nəticələrinin məhv edilməsi, eləcə də Komitet 300-ün göstərişi ilə həyata keçirilən postindustrial mərhələdə sıfır həddində inkişaf siyasəti çərçivəsində Birləşmiş Ştatlar industriyasının poladəritmə, avtomobil və ev tikintisi kimi sahələrinin iflasa uğradılması.

Palmenin mühüm rolu ondan ibarət idi ki, "Roma Klubu” onu ABŞ-ın Kömrük İdarəsinin SSRİ-yə ixracına qadağa qoyduğu texnologiyaların Sovet İttifaqına göndərilməsi üçün istifadə etmişdi. Eləcə də onun ümumdünya əlaqələri şəbəkəsi də mühüm idi. Belə ki, Palme Vaşinqtonla Tehran arasında gedib-gələn vaxt ümumi diqqəti İranda girovlarla bağlı psevdoböhran üzərində cəmləşdirmək üçün onun əlaqələrindən istifadə olunmuşdu. Axı o, ABŞ-ın suveren birliyini pozmağa və psevdoböhranı Komitet 300-ün təşkilatlarından birinin, daha konkret olsaq, Hollandiyada, Haaqada yerləşən Beynəlxalq Məhkəmənin yurisdiksiyası altına verməyə səy göstərirdi.

Müharibələr, bəlalar və kütləvi qətllərdən sonra yer üzündə qalan insanların əksəriyyətinin əsarət altına alınmasını nəzərdə tutan Allaha və İnsana qarşı sui-qəsd fəaliyyətdədir, gizlin qalmaq üçün xüsusi səy də göstərilmir. Kəşfiyyatçılarda belə bir qayda var: nəyi isə gizlətməyin ən yaxşı üsulu– onu görünən yerə qoymaqdır. Məsələn, 1938-ci ildə Almaniya "Messerşmidt” superqırıcı təyyarəsi haqda informasiyanı gizlətmək istəyəndə, həmin təyyarə Paris Aviasiya Sərgisində nümayiş etdirilmişdi. Məxfi agentlər və cəsuslar məlumat toplamaq, onu ağac koxuşu və kərpic hörgüdəki gizlin yerlər vasitəsilə ötürməklə məşğul olduqları vaxt, onların arxasınca qaçdıqları informasiya düz gözləri qarşısında durmuşdu.

Ali səviyyəli paralel gizlin hökümət qaranlıq zirzəmilərdən və yeraltı gizlinlərdən fəaliyyət göstərmir. Bu hökümət Ağ Evdə, Konqresdə, Dauninq Strit 10 ünvanda və Böyük Britaniyanın Parlamentində göz önündə yerləşmişdir. O, eybəcər cizgiləri, uzun saçları və ondan da uzun dişləri olan bədheybətin nərə çəkib və tüpürcəyini hər tərəfə çiləyərək peyda olduğu "monstrlar” haqda dəhşətli, qəsdən vahimə yaradan filmlər kimidir. Bu filmlər yalniz diqqəti yayındırır, əsl bədheybətlər isə işgüzar kostyumlar geyinir və Kapitolidəki iş yerlərinə limuzinlərdə gedirlər.

Bu insanlar– göz önündədəirlər. Bu insanlar– Dünya Hökümətinin və Yeni Dünya Nizamının nökərləridir. Maşını saxlayan və zorlamaq istədiyi qurbanına onu getdiyi yerə aparmağı təklif edən cani kimi, o da əslində olduğundan fərqli olaraq, zahirən bədheybət təsiri bağışlamır. Əgər o, belə təsir bağışlasaydı, onun gözaltı etdiyi qurban dəhşətdən çığıra-çığıra qaçıb gedərdi. Eyni şey bütün səviyyələrdə hökumətlər üçün də ədalətlidir. Prezident Buş ali səviyyəli paralel hökümətin sadiq nökəri təsiri bağışlamırdı; ancaq onun barəsində yanlış fikrə düşməyin– o, dəhşət filmlərindən olan qorxunc kimi bir bədheybətdir.
 Bir anlıq dayanaq və orduların razılaşdırılmış qaydada bir-birindən uzaqlaşdırılması və döyüşdən çıxarılması haqda Cenevrə Konvensiyasına uyğun olaraq ağ bayraqlı hərbi maşınlarda Bağdada qayıdan 150 000 İraq əsgərini vəhşicəsinə qətlə yetirmək barədə prezident Buşun əmrini nəzərdən keçirək. İndi isə ağ bayraq yellətmələrinə baxmayaraq, Amerika təyyarələrinin gülləbaran etdiyi iraqlı əsgərlərin yaşadıqları dəhşəti təsəvvür edin. Cəbhənin başqa bir hissəsində 12 000 İraq əsgəri tutduqları səngərlərdə diri-diri basdırıldılar. Bu, sözün əsl mənasında dəhşətli deyilmi? Prezident Buş belə dəhşətli şəkildə hərəkət etmək barədə əmrləri haradan almışdır? O, bu əmrləri, öz mandatını Komitet 300-dən, eləcə də "Olimpiyaçılar” kimi tanınan təşkilatdan alan "Xarici İşlər üzrə Kral İnstitutundan” (RIIA) almışdır.

İrəlidə biz görəcəyik ki, heç "Olimpiyaçılar” da öz simalarını gizlətmirlər. Onlar tez-tez, yuxarıda haqqında danışılan Paris sərgisi ilə müqayisə edilə biləcək tamaşalar oynayırlar, lakin sui-qəsd axtarışlarından başı xarab olan çudaklar həmin vaxt sui-qəsdləri lazım olan yerdə və lazım olan istiqamətdə axtarmamaqla yalnız vaxt itirirlər. Kraliça II Yelizavetanın Böyük Britaniya Parlamentinin açılışı mərasimini necə yerinə yetirdiyinə diqqət verdinizmi? Orada, hamının gözü önündə, Komitet 300-ün başçısı əyləşir. Siz nə vaxtsa Birləşmiş Ştatların prezidentinin andiçmə mərasimini izləmisinizmi? Orada, haminin gözü önündə, Komitet 300-ün başqa bir üzvü iştirak edir. Bütün problem yalnız insanın nəyi və necə qavramasından ibarətdir.

Hər şeyə qadir olan Komitet 300-ə xidmət edən sui-qəsdçilər axı kimdir? Cəmiyyətimizin ən məlumatlı hissəsi dərk edir ki, sui-qəsd mövcuddur və bu sui-qəsd müxtəlif, məsələn, "İllüminatlar”, "masonluq”, "Dəyirmi Masa”, "Milner Qrupu” kimi adların arxasında gizlənir. "Beynəlxalq Münasibətlər üzrə Şura” və "Üçtərəfli Komissiya” onlarda daxili və xarici siyasətdə xoşlarına gəlməyən bütün hər şeylə assosiasiya yaradır. Bəziləri hətta bunu da bilir ki, "Dəyirmi Masa” Böyük Britaniyanın Vaşinqtondakı səfiri vasitəsilə Birləşmiş Ştatların işlərinə böyük töhvə vermişdir. Problem ondan ibarətdir ki, gözəgörünməz hökümətin üzvlərinin xəyanətkar fəaliyyəti barədə real informasiya əldə etmək çox çətindir.
 Xristian İncilindən /4.6./ Osii peyğəmbərin dərin fikrini sitat gətirirmək istəyirəm: "Xalqım Mənim qırılacaq məlumatı az olduğuna görə”. Ola bilsin ki, oxucuların bəzisi Con Kelmanın xarici dövlətlərə yardım qalmaqalını ifşa etdiyi yazısını artıq oxuyub; həmin publikasiyada o, sayı bir legiona bərabər olan sui-qəsdçi təşkilatların bir neçəsinin adını çəkib. Onların son məqsədi ABŞ Konstitusiyasını ləğv etməkdir. "Onların məqsədi Allah tərəfindən onun ölkəsi kimi seçilmiş olan bu ölkəni Qaranlıq Əsrlərdə mövcud olandan da qat-qat ağır vəziyyətə qaytaracaq Dünya Hökümətinin idarə etdiyi allahsız Yeni Dünya Nizamına daxil etməkdir”.

Konkret tarixi misalları, məsələn, İtaliyanın kommunalaşdırılması və deindustriyalaşdırılması cəhdini nəzərdən keçirək. Komitet 300 artıq çoxdan qərar verib ki, dünya gələcəkdə daha yaxşı və daha yığcam olmalıdır– indikindən lap çox yığcam. Onların daha yaxşı dünya ilə bağlı ideyaları bax bundan ibarətdir. Faydasız milyardlarla yeyən– məhdud təbii resursların istehlakçıları– saf-çürük olunmalı və məhv edilməlidir. Sənaye inkişafı isə əhali artımına şərait yaradır, deməli, nəsli artırmaq və torpağı əkmək barədə Həyat Kitabının vəsiyyəti dəyişdirilməlidir.

Bunun mütləq nəticəsi olaraq xristianlığın əsasları dağıdılmalıdır; industrial milli dövlətlər tədricən, lakin dönməz olaraq yox edilməlidir; Komitet 300-ün "artıq əhali” kimi nəzərdən keçirdiyi yüz milyonlarla insan məhv edilməli, eləcə də yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün Komitet 300-ün qlobal planlaşdırması yolunda durmağa cürət edən istənilən lider aradan qaldırılmalıdır.

Komitetin ilk zərbələrindən biri İtaliyaya və Pakistana endirilmişdi. İtaliyanın mərhum Baş naziri Aldo Moro öz ölkəsi üçün müəyyən edilmiş "sıfır inkişafı” və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. O, bununla "Roma Klubunu” hiddətləndirmiş oldu, çünki "Olimpiyaçılar” bu siyasətin həyata keçirilməsini məhz "Roma Klubuna” tapşırmışdılar. 1982-ci il noyabrın 10-da Romada keçirilən məhkəmədə Moronun yaxın dostu bildirdi ki, Baş nazirə "Xarici İşlər üzrə Kral İnstitutunun” (RIIA) agenti hədə-qorxu gəlirdi və həmin şəxs eyni zamanda həm də ABŞ-ın dövlət katibi, eləcə də Komitet 300-ün üzvü idi. Şahidin adını çəkdiyi adam Henri Kissincer idi və onun sürətli yüksəlişi aşağıda təfərrüatı ilə nəzərdən keçiriləcək.

Xatırladaq ki, baş nazir Aldo Moro 1978-ci ildə "Qırmızı briqadanın” terrorçuları tərəfindən oğurlanmış və sonra vəhşicəsinə qətlə yetirilmişdi. "Qırmızı briqadanın” üzvlərinə qarşı keçirilən məhkəmədə onlardan bəziləri bildirmişdilər ki, onlar Moronun məhv edilməsi məqsədilə həyata keçirilən sui-qəsddə ABŞ-ın yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiklərindən xəbərdar idilər. Moroya hədə-qorxu gələn Kissincer, əlbəttə, ABŞ-ın xarici siyasətini həyata keçirməkdən çox, zənn etmək olar ki, Komitet 300-ün xarici siyasət şöbəsi olan "Roma Klubunun” təlimatlarına uyğun hərəkət edirdi.

Açıq məhkəmə iclaslarında partlayan bomba effektli ifadələr verən şahid, Moronun yaxın məsləkdaşı Qorrado Gersoni idi. Onun inanılmaz şahidlik ifadələri 1982-ci il noyabrın 10-da İtaliya televiziyası və radiosu ilə verilmiş, eləcə də İtaliyanın bir neçə qəzetində dərc edilmişdi, lakin bu çox vacib informasiya ABŞ-da sadəcə sükuta qərq edilmişdi. Azadlığın qalaları kimi məşhur olan, həmişə hər şey haqda hər şeyi bilən "Vaşinqton Post” və "Nyu-York Tayms” buna kiçicik də olsa əhəmiyyət vermədilər və Gersoninin şahidlik ifadələrindən bircə sətir belə dərc etdirmədilər.

Bu rəzil cinayət haqda Con Kelmanın 1982-ci ildə dərc olunan ifşaedici məqaləsində göstərilirdi ki, Xristian-Demokrat partiyasının loyal üzvü olan Aldo Moro "P-2” mason lojası ilə bağlı olan muzdlu qatillər tərəfindən öldürülmüşdü. Qətlin məqsədi İtaliyanı, ölkənin deindustriyalaşdırılması və əhalisinin əhəmiyyətli surətdə ixtisarı üzrə "Roma Klubunun” təlimatlarına tabe olmağa məcbur etmək idi. Moronun ölkədə tam məşğulluğun təmin olunması, siyasətdə və iqtisadiyyatda gərginliyin aradan qaldırılması yolu ilə İtaliyanın sabitləşdirilməsi üzrə planları kommunistlərə qarşı katolik müxalifəti gücləndirər və Komitet 300-ün əsas məqsədini– Yaxın Şərqdə sabitliyin pozulmasını xeyli çətinləşdirərdi.

Göstəriləndən sui-qəsdçilərin planlarının nə qədər uzaqmənzilli olduğu aydın olur. Onlar heç də beşillik planlar miqyasında düşünmürlər. Aldo Moronun qətlinə hansı qüvvələrin qarışdığını anlamaq üçün Veysqauptun Katolik kilsəsinə münasibətdə etdiyi bəyanatı xatırlamaq lazımdır. Moronun ölümü ilə İtaliyada sabitliyin pozulması üzrə planların qarşısından maneə götürülmüş oldu və indi bildiyimiz kimi, Fars körfəzində başlanan müharibədə sui-qəsdçilərin Yaxın Şərq planlarının həyata keçməsinə imkan yarandı.

(ardı var)

 

Категория: Dünyada | Просмотров: 1555 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus