Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Декабрь » 9 » Korrupsiya və rüşvət məngənəsində əzilənlərin fəryadı
15:40
Korrupsiya və rüşvət məngənəsində əzilənlərin fəryadı
yaxud ya köklü dəyişikliklər, ya da meydanlarda, küçələrdə inqilab

Bəhreyndə ölkənin Alimlər Şurasının sədri Məcid Meşal əl-Aləm televiziya kanallarından birinə verdiyi müsahibəsində ölkədə hökumət binası qarşısında oturaq aksiyanın başlanmasına münasibət bildirərək deyib «...hakim rejim günbəgün öz sonuna yaxınlaşmaqdadır və bu rejimin devrilməsinə lap az qalıb».  

Xalq bu gün Bahreyn hökumətinin istefasında israrlıdır. Yəməndə, Liviyada, İordaniyada, Suriya və İranda da, Səudiyyə Ərəbistanı və Sudanda da, bir sözlə diktatura və avtoritar rejimlərin hakim kəsildiyi bütün ölkələrdə xalqlar rejimlərinin dəyişməsində israrlıdırlar. Rejimlər də dəyişə-dəyişə gedir. 

Çox təəssüf ki, bu rejin sahibləri o qədər sırtıq, o qədər həyasızlıq göstərirlər ki, onları tarixin arxivlərinə göndərmək qansız, fəəakətsiz başa gəlmir. Ümumiyyətlə hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi mümkün olmayan bütün ölkələrdə rejimlərə nifrət qan düşməninə nifrət qədərdir. Kütlələr küçələrə tökülür, xalq silahlanır, inqilabi hərəkat başlanır, günahsızların qanı tökülür, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bütün hallarda avtoritarizm ölkələri dalana dirədiyi kimi, xalqlar da  sonda onları dalana dirəyir. Sovet İttifaqından çıxmış Respublikaların təcrübəsi də bunu sübut etməkdədir. Bu ölkələr içərisində avtoritarizmin ən dəhşətli forması özünü Azərbaycanda göstərməkdədir. Burada hakimiyyət ustalıqla, (ən pisi də dünyanın super güclərinin açıq dəstəyi ilə) atadan oğula ötürüldü, kütləvi informasiya vasitələri hakimiyyətin manapoliyasına keçirildi,  onsuz da demokratik təchizatlardan uzaq olan ölkə Konstitusiyası dəyişdirildi, müxalif güclər daxili düşmən yarağında təqdim edildi, əhalinin milli və dini mentaliteti - əxlaqı deqradasiyalara məruz qoyuldu, xarici düşmənlə barışıq siyasəti itirilmiş əraziləri labüdlüyə bağladı, süni işsizlik mühiti yaradılaraq əhalinin aktiv hissəsi ölkədən mədəni sürgünlərə təhrik edildi və  insan haqları ayaqlar altına atıldı...

Parlayan ərəb inqilablarısanki birdən-birə, inləyən kütlələrdə ümid qığılcımları əmələ gətirdi. Hakimiyyət sanki ayılıbmış kimi əcaib ölkə durumuna son qoymaq fikrinə düşdü. Sanki uzun müddət evindən ayrı düşmüş birisi qayıdanda bağçasında susuzluqdan qurumuş ağaclara yeni bir həyat vermək istədi. Prezident ənənəvi müşavirəsində "İqtisadi inkişafa görə dünyada birinci yeri tuturuq” demək əvəzinə, gözlənilmədən  ”Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq", –dedi.  Belə çıxdı  ki, ölkəsi ondan xəbərsiz yaralarla dolub və indi bu yaraları - konkret rüşvəti, onun nazirliklərinə, aparatına, yerli icra hakimiyyətlərinə vətəndaşların zəngləri əsasında həll edəcək. Görəsən Prezident bilmir ki, (bunu bilməyən vətəndaş yoxdur) rüşvət də korrupsiya da məhz onun nazirləri, aparatı, komitələri,  icra hakimləri tərəfindən törədilir? Əcnəbilər gəlib burada rüşvət almirlar ki... Rüşvəti həyat normasına çevirənlər Prezidentin ya komandasında, ya da yaxın ətrafında olanlardır. Özü də bu məmurlar təkcə rüşvətlə yaşayanlar deyil, həm də ölkə qanunvericiliyini, beynəlxalq hüququ və vətəndaş haqlarını açıq-aşkar pozurlar. Onlar nə iman, nə haqq, nə halal, nə də haram bilirlər. Fikir-zikirləri fürsər düşdükcə mal, mülk və sərvət toplamaqdır.

Məsələn, götürək, əhalinin sosial yardımlar paylayan Nazirliyini. Bu Nazirliyin rayon şöbə müdirləri kasıb vətəndaşlarin illik yardımının altı aylıq miqdarını özünə, digər altı aylığını isə vətəndaşa verir. Özünə götürüləninsə beş aylıq miqdarını "torbaya” doldurub nazirinə aparır, bir ayını da halal zəhmət haqqı kimi cibinə qoyur. Bu unikal forma nazirliyin fəaliyyət strukturunu təşkil edir. Heç kim də heç kimə gözün üstə qaşın var deyə bilmir. İndi vətəndaşlar əlləri telefonda qaynar xətlə Fizuli Ələkbərova zəng edib nə desinlər, desinlər ki,”3-4 ildir zarıyıb sızlayırıq məhəl qoyan olmayıb, indi kimi cəzalandıracaqsan”.  

Digər bütün nazirlik və komitələrdə də oxşar vəziyyət hökm sürür. Hətta, "paketlə maaş” termini də bugünkü Acərbaycan məxsusdur. Mənası da budur ki, yığılan rüşvətlər mütəşəkkil formada bir yerə cəmlənir və hər ayın sonunda müəyyən hissəsi onu yığanlara paketə qoyularaq paylanır, rüşvətdə nizam-intizam olsun deyə.

Ölkəmizdə 12 futbol və bir neçə voleybol komandası var, oyunçularının da, məşqşilərinin də hamısı xaricdən gətirilmişlərdir. Futbolumuzsa hələ biznes deyil və qazancla işləmir. Bəs onda bu əcnəbilər kimlər tərəfindən, hansı pullarla gətirilir? Yoxsa qorxursunuz ki, kimsə soruşa bilər: "Xeyr ola bu qədər pul maaşla dolanan nazirlərdə hardandır. Onsuz da cavab hamıya bəllidir: "Oğurlanan neft pullarından”.

Neft demişkən. "Neft Azərbaycan xalqının milli sərvətidir” ifadəsi Sovet dönəmində populyarlıq qazanmış ifadəydi. İndi bi ifadə daha çox populist ifadə kimi səsləndirilir. Baxmayaraq ki, Sovet dönömindən fərqli olaraq onun hesabına dolanırıq, hasilatını da 12 milyin tondan, 52-55 milyon tona qaldırmışıq. Müəllimə, həkimə, təqaüdçülərə əmək haqları bu sərvətdən verilir. Elə monopolistlərin qeyri istehsala xərclədikləri dövriyyə vəsaitləri də neftdən gəlir. Neft indi milli sərvətdən daha çox  milli istismar alətinə çevrilib. Çıxarılmasından satılmasına qədər bütün məqamları gizlədilən bu sərvət dollarlara çevrilərək şəxsi fondlara, xarici banklara və xarici ölkələrdə daşınmaz əmlaklara, seçki saxtalakarlıqlarına, polis dubinkalarına, holdinqlərə axır. Bu sərvət bizi normal insani həyatdan belə məhrum edib, dinimiz, mənəviyyatımız, əxlaqi dəyərlərimizi deqradasiyalara məruz qoyub, həmişə qürur duyduğumuz təsərrüfat sistemlərimizi - pambıqçılıq, üzümçülük, çayçılıq təsərrüfatlarımızı məhv edib, zavodlarımızı, fabriklərimizi bağlayıb, millətimizi bir ailənin milli sərvətinə çevirib, özü kimi bizi də qara günlərə qoyub. Gəlirləri sürətlə artırır. Elə sürətlə artır ki, bizi "Dünya İqtisadi Böhranından” da yan keçirib. Çünki iqtisadiyyatımızı neçə illər əvvəl özünə qurban kəsib. Olmayan sistem necə böhrana məruz qala bilər ki?!

Ölkəmizdə nə ailə sığortaları, nə tibbi sığorta, nə də ölkəyə gətirilən dərmanlara datasiyalar verilmir. Heç banklarda Sovet dönəmindən yatan əmanətlər də "acından ölən Ermənistandan” fərqli olaraq qaytarılmır. Xəstəxanalarda rüşvət ayaq tutub yeriyir, xəstələr nicatlarını xarici ölkələrdə - konkret olaraq hakimiyyətimizi tənqid etdiyinə görə "düşmən ölkə” adlandırılan İRANda tapırlar. Çörəyin qiymətindənsə söhbət gedə bilməz, onun dəyəri elə bu İrandakından 20-25 dəfə bahadır.  

Bütün binlara baxmayaraq Prezidentimiz, onun xanımı "ilin adamları” elan olunurlar (anlaşılmaz söz, nə deməkdir görəsən "ilin adamı”), beynəlxalq təşkilatların mükafat, orden və medallarını çox böyük sürətlə almaqdadırlar.  Prezidentin arvadının bu silsilədən aldıqlarının az bir hissəsini təqdim edirik: YUNESKOnun və İSESKOnun "xoşməramlı səfiri”, Rusiyanın "Yaqut Xaç” ordenini alıb, "Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb, "Gənclərin dostu" elan edilib,  Polşanın xidmətlərə görə  "Böyük Komandor Xaçı” ordeninə layiq görülüb, Fransanın "Şərəf Legionu" ordeni ("Fəxri legionun böyük xaç komandoru”) ilə təltif edilib. Milli məclisin deputatıdır. Bütün bunlar azmış kimi müalicə həkimi olan bu üç uşaq anası birdən-birə 2005-ci ildə elmi işlə də məşğul olub və "fəlsəfə elmləri namizədi” alimlik dərəcəsinə layiq görülüb. Lap elə Hüsni Bübarəkin xanımı və Qəddafinin qızı kimi. Ölkəmizin əhalisi də elə Misirin və Liviyanın əhalisi kimi insani haqları ayaqlar altında, Rusiya bazarlarında alverdə, özlərinin və ailələrinin qarınlarını doydurmaq üçün mücadilə etməkdə davam edirlər.

"JEK"lərə gedirsən rüşvət, uşağını həkimə və məktəbə aparırsan rüşvət, attestat alanda, ali məktəbə qəbulda, semestr imtahanlarında, diplon alanda rüşvət, müəllim, həkim, mühəndis, müdir-sədr-rəis işləmək istədikdə rüşvət, maşınına nömrə almaq istəyirsən  rüşvət, hərbi xidmətə gedirsən rüşvət... Bir sözlə bütün həyatımız rüşvət. Bu zəhrimarı artıq  həyat normamıza çevriblər. İndi bu həyat normamızın memarları televiziyalarının ekranlarından məmurlarına deyirlər ki, daha rüşvət almayın. Bəs aldıqları necə olsun?   

Televiziya demişkən... Bu ölkədə hakimiyyətin kiçik bir nöqsanını deyən kimsə hər hansı bir kanalında görünə də bilməz. Sanki, bunlar peyğənbərdirlər və peyğənbərlər də nöqsansız olur. Prezidentin "Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir”.  "...rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır”, - deməsi görəsən doğrudanmı yolun yarısından qayıtmaqdır?  Təki həqiqiqət olsun. Təki bu bir kampaniya, imitasiya yox, davamlı və ardıcıl prosesə çevrilsin. Təəssüf ki, olmadı, çevrilmədi. Elə iki ay keçməmiş köhnə hamamın köhnə tası göründü. Korrupsiya dövlət ideologiyasında qalaraq onu məhv etməkdə, ictimai mənəviyyatı, əxlaqın böhranını davam etdirməkdə yeni sürət qazandı. Əgər bir ölkədə mənəviyyat, əxlaq ölürsə, milləti, hökuməti ayaq üstə saxlamaq çətin olur. Tarixə nəzər salsaq, aydın görərik ki, millətin intiharı mənəviyyatın məhvi ilə başlayır. Mənəviyyatına və əxlaqına zərbə vurulmuş millət vətəninin ərazi bütövlüyünü nə qoruya, nə də bərpa edə bilər.                                                                                 

Gör nə günə qalmışıq ki, türmələrimiz siyasi dustaqlarla dolub boşalmaqda davam edir,  20 ildir desək də, biz əsl bazar iqtisadiyyatını qura bilmədik, əvəzində bazar dəyərlərini, bazar münasibətlərini siyasətə, elmə, təhsilə, səhiyyəyə aşıladıq. "Hər şey alınır və satılır” prinsipi bazardan başqa hər yerdə - siyasətdə, elmdə, təhsildə, mədəniyyətdə, inzibati orqanlarda, kömrük orqanlarında, bir sözlə bütün sahələrdə hakimdir. Bu gün icra hakimiyyətinin müfəttişindən tutmuş,  yüksək eşelonuna qədər vəzifəyə pul qazanmaq mənbəyi kimi baxılır, talançılıq həyat tərzinə çevrilib. Müəllimdən tutmuş deputata qədər, bütün vəzifələrə yalnız rüşvət verməklə təyinat almaq olar. Belə bir vəziyyətdə əmrlə, müşavirələrlə, tapşırıqlarla korrupsiya bəlasının kökünü kəsmək mümkün deyil. Sərt mesajlara və fərmanlara, ən əsası isə prezidentin ürəkdən istəyinə ehtiyac duyulur. Hələ neçə il əvvəllərdə "Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib, bu qanuna uyğun müvafiq qurumlar da yaradılıb. Qurumlarda təmsil olunanlar ya iqtisadiyyat monopolistləri, ya da korrupsiyayla məşğul olan məmurlardır. İndi korrupsiya və rüşvət məngənəsində insanlığını itirənlərdən (əhlinin 90-95%-i bu gündədir) "Kimə şikayət edək, bunların hamısı rüşvətlə yaşayırlar, Moskva da yoxdur ki, Leninin qəbrinə yazaq” sözlərini tez-tez eşitmək olar.

Vəziyyət o yerə çatıb ki, dövlət başçısı müşavirə keçirib yumurtanın bahalaşmasından danışır və növbəti gündə yumurta bütün ölkə ərazisində ən azından iki dəfə ucuzlaşır. Anlamaq olmur ki, toyuqlar  prezidentə hörmət etdiklərindənmi gündə ikisini qoymağa başladılar, yoxsa yumurta manapoliyasının sahibinə sadəcə tapşırıq verilib ki, bir az qazancından (qazancımızdan) keçsin. Elə bu da ölkəmizin monopolistlər ölkəsi olduğuna sübut və prezidentin bunu təsdiqləməsidir. Deməli, sabah prezident istəsə kartofun da, soğanın da, bananın da, bir sözlə ölkəyə xaricdən gətirilən bütün məhsulların qiymətlərini rahatca endirib-qaldıra bilər. Bu artıq bazar iqtisadiyyatı yox, monopoliya iqtisadiyyatıdır. Bəs görəsən bütün dünyanın yaşam tərzini tənzimləyən bazar iqtisadiyyatına nə vaxt keçəcəyik? İqtisadiyyatın bu formasını mənimsəmiş ölkələrdə Ptezidentin nəinki tapşırığı, heç fərmanı da nəyisə ucuzlaşdıra, yaxud bahalaşdıra bilməz. Artıq bazar münasibətləri rəqabətlə tənzimlənən qonşu ölkələrin təcrübəsindən də görünür ki, istehsal sürətlə artır, məhsulların qiyməti maya dəyərə söykənir. Belə ölkələrdə insanların çörək, yumurta, kartof, soğan, banan və s. dərdləri də olmur.

Monopoliyalara son qoyulmalı, iqtisadiyyatda rəqabət şəraiti yaradılmalı, kənd əhalisinə ilkin kapital verilməlidir, özü də rüşvətsiz verilməlidir ki, inkişaf və istehsal təmin edilsin. Bu ölkədə məmur həm də  monopolistdir, ondan başqa heç kim, hətta xarici şirkət də idxalla məşğul ola bilməz. Bu bir tragikomediyadır. İndi ölkədə bütün  nazirlərin maraqlı kliçkaları da var: "Banklar kralı”, "Restoranlar kralı”, "Şadlıq evləri kralı”, "Banan kralı”, "Soğan və kartof  kralı” "Yumurta kralı”, "Tikinti kralı”, "Neft kralı” "İdman kralları” "Broylerlər kralı” "Voleybol kralı” və s. adlarla tanınan nazirlərimiz var. Onların monopoliyalarına son qoyulacaqmı? Rüşvəti və korrupsiyanı yaradan onlar deyilmi? Korrupsiya təkcə  hakim oliqarxların talançılıq vasitəsi deyil, həm də hakimiyyətin istismar alətidir, dövlət səviyyəli cinayətkarlıqdır. Hec kim də deyə bilməz ki, bu cinayətkarlıqda dövlətin başçısı iştirak etmir. Gürcüstanı bu cinayətkarlıqdan yeni hakimiyyət – Saakaşvili hakimiyyəti xilas etdi. Beynəlxalq Amnistiya Təşkilatının hesabatında Gürcüstan polis sistemindəki rüşvət və korrupsiyanın azlığına görə dünya üzrə ilk beşlikdə qərarlaşıb. Onu da bilirik ki, Gürcüstan  sovet dönəmində və müstəqilliyin Şevernadze hakimiyyətinin sonuna qədər Cənubi Qafqazın ən kriminal dövləti sayılırdı. Saakaşvilinin  iki il öncə bakılı jurnalistin uygun sualına cavabı indi Azərbaycanda dillər əzbəridir. "Əgər mən almıramsa, başqaları necə ala bilər?”

2003-cü ilin andiçmə mərasimində İ.Əliyev  atası H.Əliyevin hakimiyyətinə sadiq qalacağına and içməklə bu tipli cinayətlərin miqyasını bir qədər də genişləndirdi. Beş-altı ay öncə İ.Əliyevin "Korrupsiya və rüşvətxorluq ən böyük bəlamızdır. Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha ciddi aparılmalıdır” – deməsi, buludsuz havada ildırım çaxmasına bənzədi. Əhalidə "Deyəsən Prezidentimiz strateji xəttini dəyişib, bu bəlalardan xilas olaçağıq” ajotajı yarandı.  Lakin iki-üç aydan sonra prezident sanki başa düşdü ki, manapoliyali hakimiyyətdən xilas olmağın yeğanə yolu onu tamamilə dəyişməkdən keçir ki, bunun üçün də yeni – seçkili, demokratik hakimiyyət forması yaratmaq gərəkdir. Bu da ona müyəssər olası bir şey deyil. Artıq gecdir, hər şey arxada qalıb. Bununla da dedikləri bir anda unutduruldu, əvvəli mexanizmlər tam gücü ilə işə salındı, eyni zamanda polis rejimi gücləndirildi.  

Yuxarı eşalon bir komandadır, böyük bir komanda. Orada yolunu azmış bir-iki nəfəri dəyiçmək çətin də deyil. Lakin bütün komanda korrupsiyalaşıbsa, kimisə dəyişmək müşkülə dönür, ən azından gözlənilən effekti vermir. "İctimai nəzarət”, "Qaynar xətt” "Şikayət ərizəsi” "Prezidentə teleqramlar” "...Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır”,  kimi ifadələrlə vəziyyəti düzəltmək mümkün deyil. Bu bir az da Qarabağ məsələsinin həlli ilə bağlı verilmiş bəyanatlara bənzəyir. "Qarabağ bizimdir! Onu geri qaytaracağıq, təslim olmayacağıq, heç bir sənədə imza atmayacağıq, hərbi büccəmizi artırırıq, silah istehsal edirik, erməni dığalarını torpaqlarımızdan qovacağıq, ermənilər aclıq və səfalətdə yaşayırlar, Ermənistan boşalır” və s. bu kimi populist ifadələr və eyni zamanda televiziyalarda ŞOU proqramlar, Braziliya serialları, vətəmpərvərlik tərbiyəsinə və təbliğatına isə qadağalar qoyulması acınacaqlı duruma imitasiya elementləri yapışdırmaq deməkdir.  Adamın lap ağlamağı gəlir. Kimi, nə üçün aldadırsınız görəsən? Sizlərin ümummilli maraqlarınızın kökündə nələrin durduğunu körpədən qocaya qədər bilməyən varmı?   

Korrupsiya əleyhinə qanunvericilik sənədlərinə diqqət yetirək: "Korrupsiyaya qarşı mübarizə” haqqında AR  Qanunu,  "AR-nın İnzibati hüquq və cinayət məcəllələri”, "Milli Strategiya və 2007-2011-ci illər üçün Fəaliyyət Planı”, "Məlumat azadlığı” haqqında AR Qanunu, "İnformasiya əldə etmək” haqqında AR Qanunu, "Inzibati icraat” haqqında AR Qanunu, "Dövlət satınalmaları” haqqında AR Qanunu, "Dövlət rüsumu” haqqında AR Qanunu, "Dövlət qulluğu” haqqında AR Qanunu. Onların sırasına Prezident sərəncamlarını, fərmanlarını, əmr və göstərişlərini, tapşırıqlarını da əlavə etsək görün nə qədər qanun sənədləri yığınına sahibik. Saakaşvilinin 7 sözdən ibarət bir cümləsi bütün bu kitabxanadan daha              dəyərlidir: "Əgər mən almıramsa, başqaları necə ala bilər?” İndi bütün Azərbaycan xalqı belə böyük bir kitabxanadansa bu yeddi sözdən ibarət cümləni deyən Prezidentə möhtacdır. Yəqin ki, onun axtarışına 2013-cü ildə möhkəm girişəcək.

İnsanlar korrupsiyadan, ədalətsizlikdən, yerlıbazlıqdan, səfalətdən, məmur özbaşınalığından, seçkilərin total saxtalaşdırılmasından, repressiyalardan, işsizlikdən, şoulardan, şəxsiyyətə pərəstişdən, gələcəyə ümidsizlikdən beziblər. Artıq belə yaşamaq mümkün deyil və əksəriyyəti narazı olan əhali bu gün dəyişikliklər istəyərək etirazlara və müqavimətə hazırdır. Ya tezliklə köklü dəyişikliklər olmalıdır, ya da meydanlarda, küçələrdə inqilab.  Zorla, saxtalaşdırmalarla,  polis gücünə hakimiyyətdə qalmaq niyyətində olan iqtidarların aqibəti bəşəriyyət tarixində eyni olub, tezi-geci var. Görünür biz də nə vaxtsa bu aqibəti yaşamalı olacağıq, bu çox ağrılı, əzablı, dağıdıcı bir yol olsa da. Mahiyyətindən, məna və formasından, məqsədindən asılı olmayaraq bütün inqilablar qanla, ölkənin siyasi, iqtisadi, sosial imicinə xələl gətirməklə sonuclanır.  Biz artıq seçkiləri saxtalaşdırmaqla hakimiyyəti mənimsəmək yoluna  sürüklənmişik, hətta Konstitusiyamızı da saxta "referendum” yolu ilə dəyişmişik.  İndi artıq hamı  ”...bu hakimiyyət sənin atanın malıdırmı ki, sən orada ömürlük oturub mənsub olduğun millətin genofonunu dağıdasan?” - deyir.  

Tunisdə, Misirdə, Liviyada, Yəməndə, Suriyada və Bəhreyndə etiraz aksiyaları "korrupsiyaya və rüşvətə son” şüarı ilə başlayıb. Amma "Transparency International" təşkilatının 2010-cu il hesabatında korrupsiyanın səviyyəsinə görə Tunis 59-cu, Ermənistan 61-ci, Misir 98-ci yerdə, Azərbaycan isə  134-cü yerdə - Uqanda və Nigeriya ilə eyni səviyyədə qərarlaşıb. Deməli bizlərdə bu artıq vaxtı keçmiş məsələdir.

Ərəb dünyasında baş verən olaylar sübut etdi ki, diktatura rejimləri ilk öncə ölkələrin özləri və dünya üçün təhlükə mənbəyidir. İndi totalitar, avtoritar rejim sahibləri qəti şəkildə düşünməlidirlər və yəqin ki, düşünürlər də. Müasir dünyanın isə bu istiqamətdə alternativi olmayan bir məqbul yolu var: "Azad, demokratik, insan və vətəndaş haqlarını qoruyan cəmiyyət və dövlət yaratmaq, qanunların aliliyini təmin etmək, hakimiyyəti şəxsi mülk hesab etməyib seçkidən-seçkiyə ötürmək”.  Bu, həm də dünyanın təhlükəsizlik sisteminə dəyəcək böyük zərbədən qorunma vasitəsidir.

Avtoritar liderlər ayaqda ikən, onların Avropa və Qərb banklarındakı hesablarına həbs qoyulması da təqdirəlayiqdir. Bu avtoritar liderlərə qarşı öldürücü silahdır və dünya buna çoxdan başlamalı idi. Özünü sivil demokratik hesab edən ölkələr millətlərin qanı hesabına yığılmış çirkin pulları, diktatorların milyardlarını öz banklarında nəyə görə qoruyub saxlayırlar. Adi bir insan banklara pul köçürəndə ondan  pulunun mənbəyini tələb edirlər, necə olur ki, bilə-bilə ki, diktatorların pulları millətin qanı hesabına, korrupsiya, talançılıq yolu ilə yığılan milyardlardır, onların mənşəyi nə səbəbdən soruşulmur? Korrupsiya bu gün dünyada millətlərin səfalətinin, ədalətsizliyin, miqrasiyanın, üsyanların, inqilabların, hətta terrorizmin əsas səbəbidir, bu, heç bir ölkənin daxili işi ola bilməz. Diktatorlara öz millətlərinin passiv genosidi hesabına milyardlar əldə etmək imkanını vermək olmaz, diktatura rejimləri dünya üçün böyük təhlükə mənbəyidir.

Hakimiyyəti zor-güclə, 30-40 il saxlamaq  təcrübələrini dünyada müşahidə etmişik. Ömürlük Prezident elan olunmuş Hüsnü Mübarəkin heykəlləri təkcə Misirin deyil, başqa ölkələrin də parklarını bəzəməkdəydi. Bakıda da heykəli ucaldılmışdı. Ancaq rejimdən usanmış xalq etiraz mitinqlərinin ilk günlərində heykəllərinin boynyna zəncir keçirdi. Belə bir təcrübəyə bizlər də sahibik. Əllinci illərdə Stalinin, doxsanıncı illərdə isə Leninin boynuna salınmış zəncirlərin şahidi omuşuq. Azərbaycan indi artıq yeni heykəllərin əsirindədir. Ölkədə də iqtisadi-siyasi durum eybəcər vəziyyətdə. Cəmiyyətə yalan və riyakarlıq hakimdir, prezidentə, atasına və arvadına məddahlıq etməyənlər işsizliyə və repressiyalara məruz qoyulur, işğal olunmuş torpaqların bir qarışı belə geri alınmayıb. Az TV-lərsə şəxsiyyətə pərəstiş püskürməkdə davam edirlər. Müxalifətə aqressiv münasibət xarici düşmənə münasibətdən də sərtdir, hakimiyyəti tənqid edən jurnalistlər təhqirə, şantaja, türmə əzablarına, güllələnməyə məhkum edilir.

Bütün bunların nəticəsidir ki, ölkənin prezidenti son bir neçə aydır ki, dünya mətbuatlarında təkcə tənqid edilmir, həm də tez-tez alçaldılır. Dünyanın aparıcı mətbuat orqanlarında  "İlham Əliyev insan haqlarını məhdudlaşdıran, vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozan, müxalifət təmsilçilərinə qarşı repressiv addımlar atan despot lider” adlandırılıb. "Bu gün Azərbaycan Orta əsrlərin Avropasını xatırladır: Bir-birilə sıx bağlı olan bir ovuc ailə ölkənin bütün regionlarını və iqtisadiyyatını idarə edir. Burada neft və qaz ticarəti dominant təşkil edir. Atası Heydər Əliyevdən təhvil aldığı və özünün rəhbərlik etdiyi ”SOCAR" şirkətinin "qara qızıl”ın satışından əldə etdiyi milyardlarla vəsait rəsmi və eləcə də qeyri-rəsmi hesablara axır".  Bakıda "Don Karleone” ayaması qazanan Ilham Əliev hələ bir müddət öncə 11 yaşlı oğlunun adına Dubayda mas-mavi dəniz sahilindən 44 milyon ABŞ dolları dəyərində villa alıb, onun prezident kimi illik məvacibi isə sadəcə 22 min 800 dollar təşkil edir.” Axı bu haram, gec-tez burnundan töküləcək paralar nəyinə gərəkdir. 30-40 il iş stajı olan pensioner 100-150 manat təqaüd aldığı halda sən onlara məxsus sərvəti hansı əqidə ilə şəxsi malına, özü də gizlin formalarla  çevirirsən?

BMT baş katibi:  "Bundan sonra xalqların azadlıq və demokratiya tələbləri daha diqqətlə dinləməlidir", -deyir. O bildirib ki, bundan sonra xalqlar azadlıq və demokratiya istədikdə liderlər onları daha diqqətlə dinləmək məcburiyyətində qalacaqlar.”  

II Yelizaveta nəvəsi Endryunun Ilham Əliyev və digər despot rəhbərlərlə sıcaq əlaqələrinin Ingiltərə cəmiyyətində pis qarşılanacağını bildirib. O, bu tip xəbərlərin yayılmasının şahzadə Vilyamın toy mərasimi ərəfəsində kral ailəsində dərin üzüntü yaratdığını əlavə edib.

Amerikanın nüfuzlu «Vaşinqton Post» qəzeti dərc etdiyi redaktor məqaləsində yazır: "Bakı Misirdə olduğu kimi radikal islam təhlükəsini şişirdərək Vaşinqtonla oyun oynayır. Bu oyuna son verilməlidir. Bu oyuna "Misir modeli” də deyirlər.  Bu modelin mahiyyəti ondan ibarətdir ki, bir tərəfdən dünyəvi dövlətsən, digər tərəfdən ABŞ-la enerji, təhlükəsizlik, iri layihələrdə iştirakla bağlı ciddi əməkdaşlıq qurursan. Ancaq ölkənin daxilində hökumətə əsas rəqib olaraq siyasi islamı təqdim edib sərt avtoritar rejim qura bilirsən. Belə görüntü yaranır ki, ya ABŞ-ın müttəfiqi, onunla bir sıra proqramlarda əməkdaşlıq edən iqtidar hakimiyyətdə qalmalıdır, ya da siyasi islam iqtidarı ələ keçirəcək. Bu model ərəb ölkələrində tətbiq edilirdi və yaxın 30 ildə  ABŞ və Avropada ciddi şəkildə dəstəklənirdi, azad seçkilərin olmamasına, demokratiyanın imitasiyasına və korrupsiyanın tüğyan etməsinə göz yumulurdu. Bu model Azərbaycan hakimiyyətinə də cəlbedici görünüb. Nəticədə bir tərəfdən siyasi müxalifəti səhnədən silirsən, seçkini istədiyin kimi keçirirsən, insan haqlarını ayaq altına atırsan və bunun müqabilində ABŞ-dan təzyiq görmürsən, əksinə, ABŞ səni dəstəkləməkdə davam edir, "..bir addım irəlidir” deyir. Qərbyönlü müxalifət səhnədən kənarlaşdırılır, azad mətbuatın sıraları daraldılır. Bununla da hakimiyyət hesab edir ki, ölkədə Misir modelini tam tətbiq edə bilir.” Yəqin ki, aqibətləri elə Hüsni Mübarəkin aqibətinə bənzəyəcək. Yenə də gec-tezi var.

"Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Amma kimlərinsə bizim müstəqil siyasət aparmağımızdan xoşu gəlmir, bu onları qıcıqlandırır və istər-istəməz müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri də olur. Biz bilməliyik ki, bunun səbəbi nədir? Səbəb də məhz odur ki, biz müstəqil siyasət aparırıq və Azərbacan xalqının maraqlarını qoruyuruq. Bu bizim üçün hər şeydən üstündür. Bu tarixi məqamdır və bunu yadda saxlamalıyıq”, -  bu sözlər də prezident İlham Əliyevə məxsusdur. Deyəsən yenə də daxili düşmən formalaşdırmaq və H.Əliyev kimi onların ovuna çıxmaq fikrinə düşüb. Axı dünya tarixində elə bir xalq olmayıb ki, ölkəsinin inkişafından, dirçəlişindən, möhkəmlənməsindən qürur duymasın, fərəhlənməsin. Lakin, doğurdan da  bu tarixi məqamdır, ya müstəqil dövlət kimi güclənib, möhkəmlənməli, dünya xalqlarına və dövlətlərinə özümüzü estonlar, latışlar, litvalılar kimi təqdim etməliyik, ya da bu 20 illik hakimiyyətin istila və avtorotarizmində əriyib getməliyik.

Hüseynqulu Məmmədli


 


Категория: Azərbaycan | Просмотров: 2378 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus