Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Декабрь » 10 » Leyla Yunus: 2011-ci ildə Azərbaycanda 26 nəfər yeni siyasi məhbus olub
00:54
Leyla Yunus: 2011-ci ildə Azərbaycanda 26 nəfər yeni siyasi məhbus olub
2011-ci ildə Azərbaycanda siyasi repressiyalar güclənib və 2003-cü ildən sonrakı dövrdə siyasi məhbusların sayının ən kəskin şəkildə artımı qeydə alınıb. Bu barədə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus bildirib. 

"Bu il 26 yeni siyasi məhbus olub. Siyasi məhbusların ümumi sayı isə 70-dən çoxdur”, deyə Yunus bu gün dekabrın 10-da qeyd olunan Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş mətbuat konfransında bildirib.

Yunus yeni siyasi məhbuslara 2 aprel mitinqi ilə əlaqədar həbs olunmuş 13 nəfəri, gənc fəal Bəxtiyar Hacıyev və Cabbar Savalanı, hüquq müdafiəçisi Vidadi İsgəndərlini və AXCP fəalı Şahin Həsənlini aid edib. Bu 17 nəfəri Amnesty İnternational vicdan məhbusu kimi tanıyıb. Heç bir cinayət əməli törətməyən, yalnız siyasi əqidəsinə və ifadə azadlığına görə həbs olunan şəxslər vicdan məhbusu sayılır. Bundan əvvəl Amnesty İnternational heç vaxt Azərbaycanda bir il ərzində bu qədər çox şəxsi vicdan məhbusu kimi tanımamışdı.

Yunus bu il həbs edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının lideri Nemət Pənahlını da siyasi məhbus sayır. Bundan başqa, SDİ-nin fikrincə, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və bu partiyanın daha 5 fəalı və dindarlar da siyasi məhbuslardır. 

Bu zaman o, sözügedən şəxslərə qarşı irəli sürülmüş ittihamların "hakimiyyəti ələ keçirmək cəhdi” olduğuna diqqət çəkib.

Yunus qeyd edib ki, müntəzəm olaraq bir qrup bu ittihamla həbs olunur. Bu, 1994-95-ci, 2000-ci, 2005-ci, 2007-ci illərdə baş verib və hazırda islamçılar bu ittihamla həbs olunub. Yunusun fikrincə, islamçıların həbsinin əsas səbəbi Səmədovun ilin əvvəlində Azərbaycan rəhbərliyinin siyasətini kəskin tənqidə məruz qoyması olub.

SDİ daha iki din xadimi – bu il Gəncədə xuliqanlıq ittihamı ilə həbs olunmuş Fəxri İlyasov və Azər Cəbiyevi də siyasi məhbus kimi tanıyıb. 

26 yeni siyasi məhbusdan başqa, SDİ-nin ümumi siyahısında Azərbaycanın AŞ-a qəbul edildiyi zaman və bundan sonra tərtib olunmuş əvvəlki siyahılarından 25 siyasi məhbusun adı qalmaqdadır.

SDİ 2007-ci ildə "Səid Dadaşbəylinin qrupunun” işi üzrə İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq və konstitusiya dövlət quruluşunu devirmək ittihamı ilə həbs olunmuş 10 nəfəri də siyasi məhbus hesab edir. 

Bu təhsilli gənclərin siyasi məhbus kimi tanınması üçün əsas cinayət işinin saxtalaşdırılmasının və ittihamların cəfəngiyat olmasının göz önündə olmasıdır. Belə ki, ittiham materiallarında məhkumların bir-birinə düşmən olan radikal dini təşkilatlar və xüsusi xidmət orqanları ilə əlaqələri olduğu qeyd edilir. Xüsusən, "Hizbullah”, "Həmas”, "Fəth”, "Əl-Qaidə”, xristian qruplaşmalarının, İran və hətta İsrailin xüsusi xidmət orqanlarının adları çəkilir. Məhkumların çoxu həbs edilənədək bir-birini tanımırdılar. Doğmalarının sözlərinə görə, gənclər dindarlar arasında humanitar aksiyaları ilə əlaqədar xüsusi xidmət orqanlarının diqqətini çəkiblər və bu, təhsilli insanların arasında onların məşhurlaşacağı ilə bağlı narahatlıq doğurub.

SDİ-nin siyasi məhbuslar siyahısında gənc fəal Ruslan Bəşirli, keçmiş OMON komandiri Nizami Şahmuradov (1995-ci ilə hadisələri ilə əlaqədar ittiham olunurdu, 2007-ci ildə özü təslim olub), Mehman Məmmədov (keçmiş Bakı prokuroru Məmməd Quliyevin sürücüsü, "dövlət çevrilişi haqqında iş”, 2000-ci il), keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov və 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmiş, sonradan isə iqtisadi cinayətlərə görə məhkum edilmiş bir sıra digər şəxslərin və s. adları var. 

Yunus SDİ-nin siyahısındakı bütün şəxslərin təkcə Amnesty İnternationalın meyarlarına görə deyil, 2001-ci ildə AŞ baş katibinin təyin etdiyi ekspertlərin Azərbaycan üçün müəyyən etdiyi 5 meyar üzrə də siyasi məhbus olduqlarını qeyd edib.

2011-ci ildə vəziyyətin ciddi şəkildə pisləşdiyi sahələrdən biri kimi Yunus söz və ifadə azadlığını qeyd edib. "Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsini bunun göstəricisi sayıb. Amma ən təhlükəli fakt kimi publisist Rafiq Tağının qətlini göstərib.

Bu terror aktı jurnalistlər və digər yaradıcı peşə sahibləri arasında özünüsenzuranın güclənməsinə səbəb olur. "Bu cinayət göstərir ki, azad düşünən insanların Azərbaycanda yaşaması təhlükəli hal alır”, deyə Yunus bildirib. 

2011-ci ildə vəziyyətin kəskin pisləşdiyi sahələrdən üçüncüsü mülkiyyət hüquqlarıdır. Yunusun sözlərinə görə, bu il 60 min vətəndaş abadlıq işləri bəhanəsi ilə adekvat kompensasiya almadan evlərindən məcburi köçürülərək, əmlakından məhrum olub. Yunusun məlumatına görə, daha 50 min nəfəri bu tale gözləyir. Vətəndaşlar buna yalnız birləşərək, səylərini birləşdirərək  qarşı dura bilirlər. SDİ əmlak hüquqlarının pozulması faktlarını birləşdirərək, beynəlxalq təşkilatlara təqdim etmək niyyətindədir. 

Yunus həmçinin qeyd edib ki, 2011-ci ildə digər demokratik azadlıqlar sahəsində də vəziyyət pisləşib (turan).

TALISH.ORG

Категория: İnsan hüquqları | Просмотров: 1884 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus