Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 1 » Novella Cəfəroğludan sərsəm ittiham
14:34
Novella Cəfəroğludan sərsəm ittiham
Leyla Yunus: "Novella Cəfəroğlu mənim Hilal Məmmədovdan pul aldığımı dedi»

Dünən Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, SDİ direktoru Leyla Yunus AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşüblər. Görüş Monitorinq Qrupunun üzvləri ilə Leyla Yunus arasında yaranmış fikir ayrılığına görə gərgin keçib.

Bu barədə "Bizim Yol”a açıqlama verən hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, Qabriela Battaini-Draqonini bir gün əvvəl ombudsmanla, Ədliyyə Nazirliyinin rəsmiləri və Milli Məclisin rəhbərliyi ilə görüşüb: "O, bu gün bizi dinləmək və əsasən də problemləri eşitmək istədiyini söylədi. Birinci mən danışdım və iki məsələni önə çıxartdım. Birincisi, Avropa Şurasının zəifliyi səbəbindən həmməruzəçi Ştrasserin Bakıya gəlməsi üçün Azərbaycan hakimiyyətindən viza ala bilmədiyini bəyan etdim. Sual etdim ki, Siz buna necə qiymət verirsiniz və hadisənin özü beynəlxalq standartlara cavab verirmi? İkincisi, Ştrasserdən siyasi məhbusların kim olması barədə xüsusi hesabat istənilməsinə narazılığımı ifadə edərək dedim ki, Azərbaycan AŞ üzvü olanda bu məsələ Şvimmerin rəhbərliyiylə ekspertlər tərəfindən həll olunmuşdu. Ancaq yenə də hesabatı hazırladığı üçün Ştrasserə təşəkkür edirik. Mən siyasi məhbusların üç meyar əsasında qruplaşdığını bildirdim, jurnalistlər, hüquq müdafiəçiləri, partiyaların üzvləri, onları 1 ildən 5 ilə qədər azadlıqdan məhrum edirlər. Əsasən Hilal Məmmədovun üzərində dayanıb ona işgəncə verildiyini dedim. İkinci qrupa islamçılar daxildir ki, bu insanları 8 ildən 10 ilə qədər azadlıqdan məhrum edirlər. Üçüncü qrupda girovlardır, bunlar Nigar Yaqublu və AXCP sədri Əli Kərimlinin həyat yoldaşının qardaşı Elnur Seyidovdur. Mən Qabriela Battaini-Draqoniyə və Aleksandr Qusselə onu da dedim ki, AŞ PA-nın İspaniyadan olan məruzəçisi Moran və Maltadan de Bone Qrex hər dəfə Bakıya gələndə onları "yaxşı yola salırlar”. Konkret olaraq, həmin məruzəçilərin hesabatlarının Prezident Administrasiyasında hazırlandığını xatırladaraq əlavə etdim ki, AŞ PA baş katibi "kürü diplomatiyası”nı sıradan bir olay kimi açıqlamamışdı”.

İslamçılara qarşı ağır ittihamlar


L.Yunusun sözlərinə görə, ondan sonra Novella Cəfəroğlu və Səidə Qocamanlı çıxış ediblər: "Mən onların çıxışı zamanı bəzi məqamlarla razılaşmadığından özünü saxlaya bilməyib etirazını səsləndirdim. Hər iki xanım Ştrasserin siyahısı ilə razılaşmadığını vurğuladı, Qocamanlı bildirdi ki, siyahıda olan bəzi adamlar artıq azadlıqdadır, o cümlədən islamçılar və Səid Dadaşbəylinin dəstəsindən olanların məhkəməsini yenidən keçirilməlidir, çünki sonuncuların prosesi qapalı olub. Bu məqamda mən onların 2007-ci ildə həbs edildiyini deyib yenidən məhkəməyə ehtiyac yaranıbmı sualını qoydum. S.Qocamanlı sözünə davam edərək qonaqlara "Siz islamçıların kim olduğunu bilirsinizmi, onlar İrandan pul alıb islam respublikası qurmaq istəyirlər və aksiyalarında ABŞ-ın bayrağını yandırırlar” fikirlərini deyəndə mən Konstitusiyaya və qanunvericiliyə əsaslanmağın vacibliyini xatırladaraq sual etdim ki, onlara qarşı hansı cinayət işi açılıb? Amma Qocamanlı bir daha həmin məhbusları siyasi məhbus kimi tanımayacaqlarını bildirib yenə İran məsələsinə qayıtdı. Novella Cəfəroğlu hökumətlə birgə yaxşı işlədiklərini xatırladaraq bildirdi ki, Ştrasserin həmməruzəçi olması prosesin inkişafına mane oldu. O, yalnız Azərbaycandan siyasi məhbus problemini tələb etməməyi xahiş etdi və Gürcüstan, Ermənistan, Ukrayna qarşısına bu sualları qoyub qoymadığını soruşdu. Onlar israrla Ştrasserin siyahısını düz olmadığını və özlərinin hazırladığı siyahını təqdim etdiklərini bildirdi. Hər dəfə Səid Dadaşbəylinin dəstəsinin və islamçıların siyasi məhbus olmadığını vurğuladılar. Səadət Bənənyarlı Hilal Məmmədovun Talış Partiyasının üzvü və separatçı olduğunu deyərək bu barədə mətbuatdan oxuduğunu söylədi. Bu məqamda mən özümü saxlaya bilməyib dedim ki, niyə yalan deyirsiniz, Hilal Məmmədov bizim institutun məsləhətçisidir. Bunu eşidəndə, Bənənyarlı "biz nə deyirik ki, azad etsinlər, amma o Talış Partiyasının üzvüdür və bu barədə internetdə oxuyublar”. Həmin partiya barədə soruşanda Eldar Zeynalov 1992-ci ildə belə bir təşkilatın olduğunu xatırlatdı. Mən onlara "1992-ci ilin bu günə nə aidiyyatı var” sualını verəndə Novella Cəfəroğlu düz 6 dəfə "sən Azərbaycanı sevmirsən, dediklərin də qara rəngdədir” sözlərini təkrarlardı. Eldar Zeynalov isə onlardan fərqli olaraq məsələyə kompromis yanaşırdı, yəni Ştrasser də qalsın, amma İşçi Qrupun da fəaliyyəti bərpa edilsin. Bütün bunlardan sonra Qabriela Battaini-Draqonini məndən Hilal Məmmədovun necə həbs edildiyini və Novruzəli Məmmədov barəsində soruşdu. Mən Hilal Məmmədovun həbsi zamanı qanunsuzluqları və onun işgəncəyə məruz qaldığını bir daha onların diqqətinə çatdırdım. Eyni zamanda, «Azərbaycanın AŞ PA qarşısında götürdüyü 21 öhdəlikdən 4-ü yerinə yetirilib, 7 öhdəlik isə ümumiyyətlə yerinə yetirilməyib, 10 öhdəlik isə kağız üzərində həyata keçirilib” dedim. Hüquq müdafiəçisinin sözlərinə görə, həbsxanalarla bağlı məsələdə də onlar arasında mübahisə yaranıb: "Səidə Qocamanlı bir neçə cəzaçəkmə müəssisəsi istisna olmaqla bütün həbsxanalarda vəziyyətin yaxşı olduğunu istədikləri zaman monitorinq apara bildiklərini söyləyəndə, Qabriela Battaini-Draqonini "bütün hüquq müdafiəçiləri monitorinqdə iştirak edə bilirlərmi” sualını verdi. Mən indiyə qədər həbsxanalara buraxılmadığını bildirdim, bu anda Qocamanlı mənim bunun üçün müvafiq orqanlara ərizə ilə müraciət etmədiyimi dedi. Mən ona "niyə yalan söyləyirsiniz” deyərək əlavə etdim ki, Adnan Hacızadə həbsdə olanda rəhmətlik vəkil İsaxan Aşurovun təklifi ilə Ədliyyə Nazirliyinə bir neçə dəfə ərzi ilə müraciət göndərsəm də, görüşə icazə verilmədi. Halbuki, İsaxan Aşurova vəd etmişdilər ki, ərizə yazsın, Adnan Hacızadə ilə görüşə imkan yaradarlar. Təsəvvür edirsinizmi ki, Novella Cəfəroğlu beynəlxalq təşkilatın rəsmiləri qarşısında mənim üzümə dedi ki, mən Hilal Məmmədovdan pul aldığım üçün onu müdafiə edirəm. Hələ üstəlik əlavə etdi ki, artıq vəziyyət yaxşılaşıb, çünki Milli Məclisdə vəziyyətin dəyişməsini istəyənlər var və hakimiyyətdə işləməkdə maraqlı olanlar az deyil. Bu, heç bir mənəviyyata, orta səviyyəli dünyagörüşə belə sığmır. Oxşar mövqedən çıxış edən Əliməmməd Nuriyev də Hilal Məmmədovla görüşdüyünü deyərək ona işgəncə verilməyini deyəndə mən etirazımı bildirdim. Mən qonaqlara Hilal Məmmədovu həbs edərkən işgəncəyə məruz qaldığını və bununla bağlı vəkilin iddia qaldırdığını söylədim. Belə olanda, Nuriyev dedi ki, sən danışmağa imkan vermirsən, halbuki, o, da həmin məsələni deyəcəkdi, ancaq həbsxanada hər şey yaxşıdır. Mən bir daha Hilal Məmmədovun astma xəstəliyindən əziyyət çəkdiyini xatırladaraq onun qanunsuz şəkildə həbsxanada saxlamağın özünün işgəncə olduğunu bildirdim. Bax, bunların qarşılığında onlar razılaşırdı, amma Novella Cəfəroğlu "o, Azərbaycanı sevmir” deyə təkrar edirdi”.
L.Yunus görüşdən aldığı ümumi təəssüratı belə ifadə etdi: "Mən görüş boyu ittihamları eşidərkən indi həbsdə olan Nemət Pənahlının 1989-cu ildə AXC-nin tədbirlərində məni göstərib "onun qanın yoxlatmaq lazımdır, o, azərbaycanlı deyil” fikirlərini xatırlayırdım. Hilal Məmmədovdan pul almaqda ittihamı səslənəndə isə Əli Həsənovun oxşar ittihamları yadıma düşdü. Təəssüf ki, AŞ PA rəsmiləri ilə görüşdən bu təəssüratla ayrıldım, gərək belə olmayaydı” (Bizim Yol).


TALISH.ORG

Категория: İnsan hüquqları | Просмотров: 1707 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 Сабарз  
1
Каждый мыслит по мере своей испорченности. Госпожа Джафароглы настолько аморальна, даже не может представить, как можно бескорыстно служить справедливости, защитить невинного человека. Воистину благо ограниченно, а бесстыжие не имеет предела.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus