Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 4 » Əliyevlər ölkənin qızıl mədənlərinə necə yiyələnib?
14:16
Əliyevlər ölkənin qızıl mədənlərinə necə yiyələnib?
Daşkəsəndəki yataqların güzəştlə verildiyi şirkətlər də prezidentin qızlarına məxsus imiş (VİDEO)

"Azadlıq” radiosunun əməkdaşları Xədicə İsmayılova və Nüşabə Fətullayeva yeni səs-küylü araşdırma yazısı ilə çıxış ediblər. Radionun saytında yerləşdirilən araşdırma Azərbaycanın qızıl mədənlərində hakim Əliyevlər ailəsinin paya malik olması haqdadır. Araşdırmanı olduğu kimi təqdim edirik.

***
QURUCA ADI OLAN ŞİRKƏTƏ 2,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ

Bu ilin sonu Azərbaycanın qərbindəki Çovdar yatağından qızıl çıxarılmasına başlanmalıdır. Bu mədənin işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib, hökumət bu şirkəti – Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib.

Həmin konsorsium 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihədən ötrü yaradılıb. Yeni ortaya çıxarılan sənədlərsə göstərir ki, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident İlham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.


AIMROC bir "shell”-şirkətdir (yəni quruca adı olan).

Bu jurnalist araşdırmasını "Organized Crime and Corruption Reporting Project” (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) "Azadlıq" radiosu ilə əməkdaşlıqda hazırlayıb.

SON ÜMİD YERİ – PREZİDENT...

40 yaşlı Novruz Allahverdiyev Azərbaycanın qərbində - Ermənistanla həmsərhəd olan Daşkəsən rayonunun Çovdar kəndində kasıb bir daxmada yaşayır. O Azərbaycanla Ermənistan arasında 1990-cı illərdə baş vermiş müharibə nəticəsində öz yurdundan didərgin düşmüş 800 min məcburi köçkündən biridir. Allahverdiyev və daha 60 məcburi köçkün ailəsi Çovdar kəndində sığınacaq tapıblar.

Allahverdiyev daxmasının divarlarına hazırkı prezident İlham Əliyev və onun vəfat etmiş atası Heydər Əliyevin köhnə təqvimlərdən kəsilmə şəkillərini yapışdırıb.

Güzəranından gileyli olsa da, prezidentdən gileyli deyil. Deyir, ümidi onadır. İlham Əliyevin bir gün bu kəndin sakinlərinin güzəranından xəbər tutacağını, onlara gün ağlayacağını gözləyir.

Novruz kişinin problemlərindən biri də, özü dediyi kimi, ingilis şirkətinin kəndin yaxınlığında mədən salması ilə bağlıdır. Deyir ki, mədən şirkəti onun torpaqlarının bir hissəsini ələ keçirib, üstəlik də kəndə gələn iki su mənbəyindən birinin qabağını kəsib, əsəs kənd yolunu dağıdıb. Allahverdiyev inanır ki, prezident Əliyev ona və kəndinə kömək edəcək.

BAİSKAR - İNGİLİSLƏR DEYİL...


Amma Allahverdiyevin bilmədikləri var. Bilmədiyi isə odur ki, problemlərinin səbəbkarı saydığı mədən şirkətində ingilislərin payı yoxdur, amma prezidentin ailəsinin payı var.

2006-2007-ci illərdə prezident sərəncam verib Çovdar qızıl mədəni və beş başqa yatağının işlənməsi hüququ ilə bağlı danışıqların aparılmasını, sonra isə AIMROC adlanan şirkətlə ("Azerbaijan International Mineral Resources Operating Company, Ltd.”, azərbaycanca "Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların İdarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət) müqavilə bağlanmasını Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə tapşırıb.

2007-ci il iyunun 5-də İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının nəzarətində olan parlament növbədənkənar iclas keçirib, bu müqaviləni təsdiqləyib.

Azərbaycan büdcəsinin bu Hasilatın Pay Bölgüsü Sazişində cəmi 30 faiz payı var. 70 faiz AIMROC-a məxsusdur. Bu sazişlə hökumət mədənlərin istismarı üçün torpaq, lazımi lisenziya və vergi güzəştlərini də AIMROC-a verib. Sənəd parlamentdə müzakirə olunanda bir neçə deputat bu şirkətə niyə bu qədər imtiyaz verildiyini soruşub, amma tək-tük etirazlar çoxluğun sükutunda batıb. Deputatlar bu şirkətlərin sahibləri haqqında məlumat ala bilməyiblər.

AIMROC-un strukturundan baş çıxarmaq doğrudan da müşkül işdir. Çovdar camaatı problemlərinə bais kimi "ingilisləri” görür. Amma ingilislərin də, yaponların da ortada ancaq adı var. AIMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex International LLP. Yaponiya şirkəti Mindeco isə layihəyə ümumi nəzarətçidir. Əslində konsorsiumda heç bir payı yoxdur.

AIMROC-un sahibi olan şirkətlərdən yalnız biri Britaniyada mənzillənir. Bu, müqavilədə 11 faiz payı olan "Globex International” şirkətidir.

Amma əslində "Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur: Hising Management SA, Lynden Management Group, Inc., və Arblos Management Corporation.

Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen Oliver Mestelan-ın adı var.

MESTELAN KIMDIR?


Mestelan-ın Əliyev ailəsi ilə uzun müddətdir davam edən əlaqələri var. O, Əliyevlərlə birlikdə incəsənət tədbirləri təşkil edib.

Bundan başqa onun adı Azərbaycanda bir sıra biznes layihələri, o cümlədən"Azərfon” mobil rabitə provayderinin təsisçisi rolunda çıxış edən Panama şirkətlərinin qeydiyyat sənədlərində keçir.

Mestelan müsahibə verməkdən imtina edir. Prezident Aparatına göndərilən sorğular da, zənglər də cavabsız qalır.

Ekologiya Nazirliyində isə nə yataqların qızıl ehtiyatı, nə də şirkətlərin sahibləri haqda danışmaq istədilər. İndiyədək ancaq Çovdar yatağının potensialı haqda məlumat verilib.

"ÇOVDAR ÇÖRƏYİ”


Çovdar özü də gəlirli yataqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə bu yataqda 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvət deməkdir.

Parlamentdə qısa müzakirə zamanı Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov 30 il müddətinə bağlanan sazişi müdafiə edib. Elə ofşor şirkətlər məsələsinə də izah verib:

"Bu şirkətlər xüsusi təyinatla yaradılmışdır. Dünya təcrübəsi belədir, hər layihə üçün xüsusi təyinatlı şirkət yaradılır. Bu şirkətlər ya Kayman adalarında, ya da Panamada qeydiyyatdan keçirlər. Elə ofşor zonaları var ki, tanınmış banklar, maliyyə qurumları orada bir əməliyyat da keçirmir. Qanunvericiliyin dürüstlüyünə görə ofşor zonalarını hamı tanıyır. Bu şirkətlər də belə ofşor zonalarda qeydiyyatdan keçmişlər. Biri də Britaniya Krallığında qeydiyyatdan keçib. Bunlar xüsusi təyinatlı şirkətlərdir və bu işlər üçün yaradılıbdır”.

Ələsgərovun sözlərinə görə, tenderin keçirilməməsi isə həmin yataqda nə qədər ehtiyatın olması barədə dəqiq məlumatın olmamasına görədir. O əlavə edib ki, tenderin əvəzinə hökumət potensial sərmayəçilərin özləri ilə birbaşa danışıqlar aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Baş geoloqu Ağamahmud SəmədovAzadlıqRadiosuna deyib ki, yataqlardakı ehtiyatlar barədə məlumat var, amma bunu açıqlaya bilməz.

"AYIB OLSUN SİZƏ!”


AIMROC-un sahibinin kim olması barədə suala Valeh Ələsgərov isə belə cavab verir: "Siz fikirləşirsiz ki, Azərbaycan hökuməti kimliyi bəlli olmayan, küçədən keçən biri ilə müqavilə bağlaya bilər?” Əliyev ailəsinin bu layihədə hər hansı marağının olması barədə suala cavabında isə Valeh Ələsgərov yalnız bunu deyərək telefon danışığını kəsib: "Ayıb olsun sizə”.

AIMROC-un strukturunun digər hissələri daha mürəkkəb sxem üzrə qeydiyyatdan keçib. Panamanın Şirkətlərin Qeydiyyatı idarəsinin sənədlərinə görə adı çəkilən şirkətlər də rəhbərləri səviyyəsində mürəkkəb formada bir-birinə bağlıdır. Onların hamısı da kiçik Karib adası Nevisdə eyni ünvanda qeydiyyatda olan Casal Management və Tagiva Management şirkətlərinin qurumlarıdır.

Casal və Tagiva isə Böyük Britaniya, ABŞ və Panamada azı 20 şirkətə sahib olub. Böyük ehtimalla bunlar yalnız şirkətlərin real sahiblərinin gizlədilməsi üçün yaradılan qurumlardır.

Azərbaycanın Vergilər Nazirliyinin qeydiyyatına görə Willy and Meyris S.A.-nı çex geoloq, Praqada çap olunan "The Journal Of Geosciences" jurnalının Baş redaktoru Mirko Vanecek təmsil edir.

"ÇOVDARLIQDA UÇURUMDAN QORUYAN”


Çovdarda isə yerli sakinlər prezident İlham Əliyevin həmin müəssisənin açılışına gələcəyi barədə xəbəri eşidib, seviniblər. Sakinlərdən biri - Pənah Hüseynov deyir ki, onlar dərdlərini dövlət başçısına çatdırmağa çalışacaqlar.

"Biz eşitdiyimizə görə prezident Bu zavodun açılışına gələsidir. Çox xahiş edirik bizim prezidentimizə çatdırın ki. Burada 100 ailənin yaşadığı bu iki kəndə də baş çəksin. Biz onun bütün siyasətlərini bəyənirik. Bizi onun yanına buraxmayacaqlar.  Artıq dərəcədə xahiş edirik gəlib bizim vəziyyətimizlə maraqlansın. Bu kənddəki vəziyyəti, nələr çəkdiyimizi görsün.”

Oradakı qızıl yatağının işlənməsində prezident ailəsinin də payının olmasından kənd sakinlərinin xəbəri yoxdur. Bu barədə ehtimala belə inanmırlar.

"Prezidentə nə xeyri var ki? Mən inanmıram ki, xarici şirkətlər burada qızılı çıxara və aparıb prezidentə verə. İnanmıram. Bilirik ki, buranı işlədənlər xaricilərdir –ingilis işlədir,” -  kənd sakinlərindən biri  belə deyir .
Kənddə müəllim işləyən Nurəddin Ramazanov da AIMROC-ya görə torpağının bir hissəsini itirib. Deyir 110 manat maaşla ailəsini güclə dolandırır:

"11 saat məktəbdə dərs deyirəm. Bununla nə dolanacaq olur. Yeganə gəlir yerimiz o otlaq sahəsi, torpağımız idi Onu da məcburi şəkildə əlimizdən aldılar. Hektarına da cəmi 2 min manat ödədilər. Dövlət hesabınadır. 5-6 malımız var idi. O da örüşümüzü əlimizdən aldılar. Qalmışıq belə. Qızıl zavoduna görə yolumuzu dağıtdılar. Kəndə gələn bulağımız var idi onun da dağıtdılar. Daha burada yaşamağa şərait yoxdur. Mümkün qalmayıb.”

Kənddə yaşayan Qarabağlı məcburi köçkün Allahverdiyev ümid edir ki, o da həmin qızıl emalı zavodunda iş tapa biləcək. Yerli sakinlərin dediklərinə görə, orada günü 10 manata iş var. Amma hələlik müəssisədə kənd sakinlərindən çox az adama iş verilib.

Kasıblığa və bu mədənlə bağlı problemlərə baxmayaraq, yerli sakinlərin çoxu talelərini Əliyevə bağlayırlar. Çovdar kəndində evlərin bir çoxunda və məktəblərdə divarlarda prezidentin portretləri var.

Kənd müəllimi Nurəddin Ramazanov deyir ki, bunların heç birindən prezidentin xəbəri yoxdur: "Prezidentin də bunlardan xəbəri yoxdur. Prezident  Somaliyə yardım edən adamdı. Amma bizim öz məmurlarımız bizi Somalidən pis vəziyyətə salıblar.”

 

Категория: Azərbaycan | Просмотров: 1719 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus