Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Август » 5 » Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq?
12:31
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq?

Keçən yazılarımızda deyildiyi kimi, Talış da bir millətdir və onun da öz haqqlarını qorumağa, sağlam və inamlı yaşamağa haqqı var. Talış dili Hind-Avropa dil ailəsinin, sivilizasiyasının ən qədim dillərindən biridir. Son əsrlər bu dil enmə və tənəzzül tendensiyasını yaşayır və demək olar ki, ikinci bir dilin olduğu rayonda əsla dominantlıq edə bilmir. Biz şanlı, mərd  keçmişdən ağızdolusu çox danışdıq. Lakin gəlin real olaq? Millətin öz haqqını qorumağa marağı varmı? Bu artıq hər bir fərdin şəxsi vicdan, təəssübkeşliyinə qalıb. Kimisi talış olduğunu şərəflə deyir və ailəsi ilə bu dildə danışır, kimisi öz kökünü inkar etməsə də, dilinə tamam biganə yanaşır  və ən qorxulusu bəzi inslər özünü “türklüyə” vurur və artıq bu millətə qarşı əks cəbhədə durur.


Nəsillər və fəsadlar 


Yaxın keçmiş haqqında maraqlanan insanlar öz nənə və babalarının danışıqlarını dinləyib nəticə çıxarda bilər. Ölkəmizin cənub-şərq regionunda yaşayan xalqın övladları talışcadan ünsiyyət vasitəsi kimi az istifadə edir. Bu yolda onlara “yardım” edən bilavasitə dilini övladına öyrətməyə çəkinən valideyinlərdir. Bəzən elə ailələr olur ki, övlada bu dili danışmağa qadağa qoyur ki, ailənin “reputasiyasına” xələl gəlməsin. Çox təəssüf ki, bu əsasən “savadlı” insanları əhatə edir. Bəs onlar ana dillərini necə bildilər? Demək ki, talış cəmiyyəti əvvəl daha qapalı və möhkəm olmuşdur.

Talış dilinin sıradan çıxmasının əsas faktoru ölkələşmə və qloballaşmadır. Bu xüsusən informasiyanın massiv artması, şəhərləşmə hesabına baş verir. Şəhərləşmə gənc əhalini bir vahid əvvəlki nəslə nisbətən xeyli zəiflədir və öz ənənələrinə dönük çıxardır. Xüsusən də son əsrdə doğulan cavanlarda kəskin milli özünüdərketmə problemi vardır. Məhz bu səbəbdən talış dilində danışan insanların “qocalması”, etnik deqradasiya, geriləmə baş verir. Linqvistik faciəni bizim dil və qan qohumlarımız olan Gilək millətinin üzərində izah edək.

Gilək dili bizim Ana dilimizə (talışların çoxu bunu dərk etməyib) çox yaxındır. İranın Gilan və Mazandaran vilayətinin əsasən düzən ərazilərində yaşayırlar. Yaşlı insanlar öz ana dilini bilir, lakin artıq cavan nəsil (xüsusən də 30 yaşdan kiçik) bu dili danışmağa “utanır” və özünə qəbahət bilir və demək olar bütün ünsiyyəti fars dilində edirlər(nəzərə alsaq ki, bu əhalinin yarısından çoxudur). Bu tendensiya gilək xalqının uçurumun kənarında olmasını göstərir. Gənclərin və elitanın sürətlə farslaşması gilək etnosunun ölümünə nişan edir. Bizimçün yaxşı tərəf odur ki, bu vəziyyət mülayimdir. Lakin tez qərar verməyək. Çünki “mülayim” sözü də bizi yuxuya verəcək və yuxudan artıq talış kimi ayılan deyilik. Bilmək lazımdır ki, talış dili indi ölkənin 4 rayonunu əhatə edir(Lerik, Astara, Lənkəran və Masallı rayonunun təqribən yarısı) və qalan rayonlarda talış dili çox nadir və az və yaxud da heç danışılmır. Halbuki Araz çayından şimala, Kürə qədər əhalinin böyük bir kütləsi nə vaxtsa talış dilini “su kimi” danışardı. Günümüzdə Talışın “ürəyində” belə azərbaycan dili əsas rol oynayır. Lənkəran və Astara şəhər əhalisinin çoxu talışca bilmir və danışmır. Vəziyyət İran Astarasında, Həştpər(Taleş) şəhərində də ürəkaçan deyil. İranda Talış asimilyasiyasının ikinci qorxulu tərəfi cənubdan güclü farslaşmadır. Bu iki dilin(türk, fars) təsiri ilə cənubda Talış dilinin bütövlüyü yoxa çıxmış və anklavlara çevilmiş dialektlərə pərən olmuşdur(məs. Qəzvin, Xalxal, Alamut və s.)

Azərbaycan xalqına münasibət

Bu başlığı müəllif özü də bəyənmir. Məsələ burasındadır ki, azərbaycanlı ölkənin hər bir insanının vətəndaşlığıdır. Daha ayrıntılı olsun deyə Azəbaycanın türkdili camaatına münasibətdən danışılmalıdır. Yaxşı olar ki, bu məsələdə talışlar bəzi şeyləri anlasınlar. Azərbaycanlıların tərkibində talışın “ərimiş” olduğu iri toplumu mövcuddur. Bu cür topluma misal kimi, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Şirvan şəhərinin, Salyanın türkləşmiş talışlarıdır. Onlarçün artıq Talış adı o qədər də əhəmiyyətli deyilmiş. Bunun səbəbi yenə də dildir. Talış dilini bilməmək onları öz əsas kökündən tamamilə uzaqlaşdırmışdır. Məsələn, Biləsuvarın Səmədabad və İsmətli kəndinin böyük əksəriyyəti məhz talışlardır. Onlar nəinki talış olduğunu hətta nə vaxt necə və haradan gəldiyini belə bilir və türkdilli olmasına rəğmən hələ də qürurla özünü “talış” adlandırırlar. Bu bizi həm sevindirir, bununla bərabər həm də bizimçün gələcək nida rolunu oynayır. Bunun əksini biz Masallının köhnə talış kəndlərində( Gəyəçöl(Qəqəçol), Xıl, Boradigah qəs., Sərçuvar, Sərəbil, Musakucə, Şıxlar, Alvadı, Xocavar və s.) görə bilərik. Onlar artıq nəinki talış olduğunu unudub, hətta “türk” modelinə keçilib.

Demoqrafiya

Müxtəlif xalqlar içərisində demoqrafik proseslər fərqli gedir. Burda əsas göstərici qadın fertilliyi (hər qadına görə uşaq sayı) və əhalinin təbii artımıdır. Avropanın bir çox xalqlarında, həyat səviyyəsinin yüksəkliyinə rəğmən demoqrafik proses azalma istiqamətindədir. Avropa ailəsində uşaq anlayışı və ailə səadəti kimi anlayışlar arxa planlardadır. Çünki insanlar burada yalnız öz zövqləri, istəklərini həyata keçirmək üçün yaşayır. Bəzi ölkələrdə isə emiqasiyanın yüksək, fertilliyin isə çox aşağı olmasının nəticəsində əhali azalır (Bolqarıstan, Serbiya, Xorvatiya, Litva, Estoniya, Belarus bu qəbildən olan ölkələrdir). Ən dəhşətli hal isə Ukrayna dövlətindədir. Yalnız son onilliklərdə ölkə əhalisi 10 milyona qədər azalmışdır.

Talış bölgəsinin ailə ənənələri ölkənin digər camaatı tərəfində həmişə rəğbətlə qarşılanıb. Yuxarıda qeyd etdiyimiz ölkələrdə ailə sistemini qoruyan dinin (islamın) faktiki yoxluğu, xalqın milli dəyərlərini qorumaması, insanların ailə və qarşılıqlı münasibətlərə deyil, fərdi zövq və rahatlıqları üçün yaşamasıdır. Ailə quruluşu, qarşılıqlı hörmət, talış kişisinin və qadınının zəhmətkeşliyi, çoxlu, sağlam və cəmiyyətə yararlı övladları böyütməyi hamıya məlumdur. Azərbaycan SSR vaxtı Talışlar güclü assimilyasiyaya rəğmən sürətlə artan etnos idi. Talış anaları qəhrəman analar idi. Lakin bu gün bu proses əksinə gedir. Bölgənin bəzi yerləri istisna olmaqla əhali sayının artım tempi çox səngimişdir. Buraya yenə də şəhərləşmə, kəndlərin boşalması, insanların daha fərdiyyətçi həyat tərzinə keçməsi, böyük ailə sistemindən imtina, kütləvi infomasiya vasitələrinin gənc nəslin ailə, əxlaq və sağlamlıq baxışlarına güclü degenerə edici təsiri, gənclərin ailə mənəviyyatı və dindən uzaq getməsi, həyat tərzinin və sağlamlıq qabiliyyətinin düşməsi durur. Talış cavanları övladlarının sayına və “doğuma” nəzarət etməyə başlayıb. Nəzərə çatdıraq ki, əhalinin artımı üçün qadınların fertillik əmsalı 2,2-dən (azı 2-3 uşaq prinsipi) yüksək olmalıdır. Əfsus ki, biz bunun əksini görürük. Əhalinin reproduktiv sağlamlığı aşağı səviyyəyə düşmüşdür. Kəndlərin (xüsusən dağ kəndlərinin) boşalması bu qorxunc proqnozu deməyə əsas verir. Bizi yuxarıda sadaladığımız xalqların aqibətimi gözləyir? Talışların yaşadığı ikinci ölkə olan İranda da təbii artım digər millətlərə (məs: azərbaycan türkləri, kürdlər ) nisbətən aşağıdır.

Talışın bu günündə ailə

Bu günümüzdə talış ailəsi barmaqla sayıla bilər. Əziz şair Əli Nasirovun dediyi kimi: “Ata, ana talış, bala türk”. Yeni yaranan nəsl artıq xalqa aid olmur və özünü bu işə də borclu bilmir. Beləliklə, milli qocalmanın şahidi oluruq. Bu qocalma prosesi bir neçə onillik sonra talış babalarının məzarı üstə onların övladları arasında danışılan yad dili ilə bizə qənim olacaq. Əgər onlar sənə əzizdirsə? Yatma. Yuxudan oyan…

 

https://sehetvarsaman.wordpress.com

Категория: Талыш xəbərləri | Просмотров: 2908 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus