Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Сентябрь » 30 » Məydonların bir qolu – Cəlilovlar
16:24
Məydonların bir qolu – Cəlilovlar
Azərbaycanımızın qədim diyarlarından biri olan Talış mahalı öz füsünkar təbiəti ilə yanaşı öz qədim tarixi ilə də seçilir. Bu tarixin qədimliyini göstərən amillərdən biri də onun tayfa birlikləri və ziyalı nəsilləridir. Heç təsadüfi deyil ki, Talış diyarında tanınmış zadəgan nəsillər, eləcə də böyük tayfalar vardır. Talış diyarından çıxan bu nəsillərdən bir qismi: Talışxanovlar, Mehmandarovlar, Nurullabəyovlar, Kələntərovlar təkcə bu diyarın yox, həm də Azərbaycanımızın ictimai-siyasi mühitində öz sözünü demişdir. Bunlarla yanaşı diyarın özündə də birləşmiş böyük tayfalar və nəsillər vardır: Qədim Değ Əmirlər (xan, bəy) nəsli, Seyid Piran nəsli, Orand Tayfa birliyi, Alar Tayfa birliyi və Məydonlar nəsli. 

Sözü gedən Məydonlar nəsli öz mənşəyini Talış dağlarının qoynunda yerləşən Anzoli (qədim adı Ənzoli) kəndində yaşamış Şahnəzərin ləqəbi olan Məydondan almışdır. Məydonlar patranomiyasının yaranması XIX əsrin əvvəllərinə aiddir. Yerli sakinlərin rəvayətlərinə əsasən sözü gedən Şahnəzər çox qüvvətli bir gənc olmuşdur. Və "Məydon” ayamasını da o çox güclü bir pəhləvanı güləş meydanından çıxartdığına görə qazanmışdır. O zamanlar talış adətlərinə görə güləş yarışları keçirilərdi və talış kəndlərinin bir çoxunda güləş meydanları – "cənqə məydonon” (cəng meydanları) var idi. Sözü gedən hadisə Çayrud kəndi yaxınlığında "Siyovna” adlanan cəng meydanda baş verir. Həmən cəng meydana gələn İranın Sərab şəhərindən olan bir pəhləvan meydanda gəzərək özünə rəqib axtarırmış. Rəqibini yıxacağı təqdirdə bir illik bac tələb edirmiş. Çayrud kəndinin kəttası istəmirdi ki, İrandan gəlmiş pəhləvan burda "at oynatsın”. Buna görə də yaxinliğda yaşayan gənc Şahnəzəri yanına çağırıb, ona meydana çıxmağı tapşırır. Şahnəzər, güləş fəndlərini bilməməsinə baxmayaraq öz duasını edib, meydana çıxır. O, Sərablı pəhləvana yaxınlaşıb, əl verib görüşür və "gəl ilk olaraq bir-birimizin əlini sıxaq” deyir. Pəhləvan Şahnəzər ilə razılaşır və ilk olaraq o Şahnəzərin əlini sıxır. Şahnəzər öz növbəsində Sərablı pəhləvanın əlini sıxanda pəhləvanın barmaqlarının ucu partlayır, dırnaqlarından qan axmağa başlayır. Bunu görən Sərablı pəhləvan gənc Şahnəzərdən qorxaraq güləşmədən "cənqə məydon”ı tərk edir. Həmin meydanda toplaşanların hammısı Şahnəzəri "məydon bo Şahnəzəri mande” (meydan Şahnəzərə qaldı) kəlməsi ilə alqışlayırlar. Şahnzər, bu qələbəsindən sonra öz adıyla  deyil, "Məydon” olaraq çağırılmağa başladı və ondan sonra gələn övladlarına Məydonlar ləqəbi verildi. Rəvayətdən bizə bəlli olur ki, Məydonlar tayfasının adının yaranması məhs onların ulu babaları olan Şahnəzərin güləş meydanında döyüşdüyü ləqəbə görədir. Maraqlı bir fakt da bundadır ki, indiki Məydonilərin kökü Anzolu kəndi ilə bağlıdır. Anzolu sözünün toponimikasına fikir verəndə çox maraqlı bir izah ortaya çıxır. Bir çoxlarının dediyinə görə Anzolu sözü İranda yerləşən liman şəhəri olan Ənzəli ilə bağlıdır. Digər tədqiqatçılara görə Nəmin şəhərinin yaxınlığında yerləşən Anzo kəndi ilə bağlıdır. Həm də kəndin əsasının XVIII əsrin ortalarında salınması tədqiqatçı alim Nəzir Nəzərovun verdiyi məlumatlar və etnoqraf Qəmərşah Cavadovun "Talışlar” adlı etnoqrafik monoqrafiyasında bildirilmişdir. Mənim fikrimcə isə kəndin adı çox maraqlı görsənsə də, elə sözü gedən Məydonla bağlıdır. İlk öncə onu deyim ki, kəndin yaranması heç də XVIII əsrin ortaları yox, XVIII əsrin sonu XIX əsrin əvvələri olmuşdur. Bunun sübutu olaraq arxiv sənədlərinə baxaq: Anzolu kəndinin evlərinin siyahısının statistikası. 

1873-cü il 20 ev
1863-cü il 17 ev
1849-cu il 12 ev
1842-ci il 9 ev
1829-cu il 6 ev
1814-cü il 3 ev
1809-cu il 2 ev

Arxiv sənədindən gördüyümüz kimi 1809-cu ildə Anzolidə 2 ev olmuşdur. Kəndin yaranması da məhs bu iki evdən başlamışdır. Şübhəsiz bu evlərin birində Şahnəzər yaşayıb, çünki arxivə istinad etsək Şahnəzərin böyük oğlu olan Əlinəzər 1799-cü ildə Anzolidə doğulmuşdur. Nəzərə alsaq ki, Əlinəzər Şahnəzərin böyük oğlu olmuşdur və bu minvalla biz ortaq məxrəc olaraq Şahnəzərin təvəllüdünün təqribən 1770-ci il qeyd edə bilərik. Şahnəzərin harada doğulması və ya haradan Anzoluya gəlməsi barədə dəqiq bir fakt yoxdur. Amma bəzi məlumatlarda Şahnəzərin, qardaşı ilə bərabər Nəmindən buralara gəldiyi söylənilir. Həmən rəvayətlərdə həmçinin Anzolu kəndinin əsasının məhs Maydonlar tərəfindən qoyulduğu bildirilir. Arxivdən də görürük ki, 1809-cu ildə Anzoludə iki ev olmuşdur. Çox guman ki, bu evlərin birində Şahnəzər, digərində isə qardaşı yaşamışdır. Şahnəzərin oğlu Əlinəzərin 1799-cu ildə Anzoludə doğulması da Anzolunun təməlinin məhz Məydonlar tərəfindən qoyulduğunu isbatlayır.. 

Məydonlar nəslinin seyid olması haqqında bəzi mülahizələr vardır. Ehtimal olunur ki, Şahnəzərin ulu babası Seyid Suleyman olub. Seyid Piran nəslinin şəcərələrinin birində Şahnəzərin adı qeyd olunsa da, bu hələ öz sübutunu tapmayıb. Hər halda Seyid Piran nəslinin davamçıları özlərində Mir titulunu qoruyublar. Amma ki, Məydonlar nəslinin çox az qismində Mir tituluna rast gəlmək mümkündür. Biz inkar eləmirik ki, Məydonlaar seyid nəslidir. 

Anzolu kəndinin əsasını qoymuş və kəndin adı belə onlara məxsus olan Məydonlar nəsli,  yuxarıda qeyd etdiyimiz kimi ehtimallara görə 1770-ci ildə doğulan, tayfa başçısı olan Şahnəzərdən başlayır. Şahnəzərin, bundan sonra Məydon kimi adlandırılan şəxsin dörd oğlu olmuşdur: Əlinəzər, Haqqnəzər, Bəcan, Gülnəzər. Məydonun böyük oğlu Əlinəzər (1799- 1873) kəndçilik, maldarlıqla məşğul olmuşdur. XIX əsrin ortalarında Məydonlar nəslinin böyük ağsaqqalı olmuşdur. Əlinəzərin yeddi oğlu olmuşdur: İmamnəzər (1829- ?), Lələ (1834 - ?), Cəlil (1839  - ?), Şərbət (1843- ?), Ağarəşid (1848- ?), Ağanəzər (1850- ?), Şahmar (1863- ?).

Əlinəzərin ortancıl oğullarından biri olan Cəlil 1839-cu ildə Anzolu kəndində anadan olmuşdur. 1873-cü ilin Arxiv sənədinə istinad olaraq bildirilir ki, Cəlil öz qardaşı İmamnəzərin evində yaşamışdır. Kəndçilik və maldarlıqla məşğul olan Cəlil çoxlu mal-qaranın sahibi idi. 1880-ci ildə Caynəvud kəndinə köçmuşdür. Və elə həmin ildə, həmin kənddə özü üçün ev tikdirmiş və orada yaşamışdır. XIX əsrin sonlarında vəfat etmişdir. Caynəvud kəndinin ilk sakinlərindən olan Cəlilin yaşadığı əraziyə Cəlilə kujə deyirlər.
 
Cəlilin altı oğlu, iki qızı olmuşdur: Saleh (1866- ?), Bəşir, Qəribxan, Şivəxan, Məmməd, Talıb, Vəsmə, Xanım.  Cəlilin böyük oğlu Salehin oğlu olmamışdır. Onun Kifayət adında bir qızı olub. Cəlilin ikinci oğlu Bəşirin iki övladı olmuşdur: Qafar və Xədicə. Cəlilin üçüncü oğlu olan Qəribxanın yeddi oğlu və bir qızı olmuşdur: Musa, Murtəza, Ağaxan, Nəzir, Nəzər, Ataxan və Salman.  Cəlilin dördüncü oğlu olan Şivəxanın iki oğlu olmuşdur: Rəhmət və Oğlan. Cəlilin beşiinci oğlu Məmmədin Zahid adında bir oğlu olmuşdur. Cəlilin altıncı oğlu olan Talıbın dörd oğlu və bir qızı olmuşdur: Əbiəli, Naib, Şahrıza, Şahab və Ruxsarə.  

Cəlilin nəslindən olanlar Cəlilov və Şivəxanov soyadı daşıyırlar. Cəlilovlar nəslindən alimlər, jurnalistlər və bir çox ziyalılar çıxmışdır. Respublika Talış Mədəniyyət Mərkəzinin sədri və "Tolışon Sədo” qazetinin təsisçisi Rafiq Cəlilov, həmçinin "Futbol Press” qəzetinin və saytının təsisçisi Elçin Cəlilov, talış dilində şerləri göz oxşayan Tofiq Nicat və Ruslan Şahlar da bu nəslin davamçılarıdır.

Ümumi Məydonlar nəsli Talış diyarının bir çox kəndlərində yayılmışlar, doğma yurdları olan Anzolu kəndindən başqa Massalıda, Lənkəranda, Sumqayıtda, Bakıda və bir sıra xarici ölkələrdə yaşayirlar.

Mənbələr: 

1. "Şahaba mamu qəp jə əhvoloton” "Tolışi Sədo” qəzeti N: 8 (116) 18 fevral 2011-ci il
2. Azərbaycan Mərkəzi Arxivi 
Fond 10 op 1 dok 23.
Fond 10 op 1 dok 114.
Fond 43 op 2 dok 7202 
Fond 84 op 1 dok 1-9
3. Gürcüstan Tarixi arxivi : Fond 84 dok 10.
4. Qəmərşah Cavadov  "Talışlar”
5. Rusiya Xarici Siyasət arxivi 1808-1810 ci illər.

Rəzzaq Xansuvar Talışxanov
Tədqiqatçı-jurnalist 

Категория: Talış tarixi | Просмотров: 2343 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 2
2 FedyaNazarov  
0
Salam  mən çox şad oldum ki, Ulu babam Şahnəzər haqqında məlumat verdiyiniz üçün  cox sag olun
Masallı kubin  Fadail Fətdah nəvəsi

1 FedyaNazarov  
0
Salam  mən çox şad oldum ki, Ulu baba Şahnəzər haqqında məlumat veriniz  cox sag olun
Masallı kubin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus