Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 3 » Mir Mustafa xan Talışi
21:28
Mir Mustafa xan Talışi
  Mən bu məqaləni nənəm Fizzə Xansuvarovanın əziz xatirəsinə həsr edirəm!
                     
Azərbaycan və Talış tarixində diplomat, sərkərdə və dövlət xadimi kimi bir iz qoymuş Talış xanı Mir Mustafa xan Talışidir. O, məhşur Talış xanı, Talış xanlığının banisi olan Siyoəlinin (Qaraxanın) oğludur. Atasi Siyoəli xanın ölümündən sonra hakimiyyətə cıxmışdı.

Təvəllüd tarixi haqqında bizdə dəqiq olan məlumat, yaxud da mənbə yoxdur. Hüseyn Əhmadinin "Talışlar" kitabında Mir Mustafa xanın 14 yaşında hakimiyyətə gəldiyi göstərilir ki, bu da onun doğum tarixinin 1773 cü il olduğu qənaətini yaradır. Mənim fikrimcə bu səhv fikirdir, "Əxbərnamə”ni tam oxuduqdan sonra ehtimal etmək olar ki, Mir Mustafa xan 1747 ci ildə Lənkəranda anadan olmuşdur.

Mir Mustafa xanın hakimiyyəti dövründə (1787-1814) Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan atasının siyasətini davam etdirirdi. Atasi Siyoəli Talış xanlığının paytaxtını Astaradan Lənkərana köçürtmüşdü. Lənkəranın inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Böyük və Kiçik bazar Siyoəli xanın dövründə yaranmışdı, Mayak və Lənkəran qalasi məhz onun dövründə tikilmişdi. Siyoəli xan öz vəsaiti hesabına təhsil üçün pul ayırmışdı. Talış balaları Siyoəlinin vəsaiti hesabına İranda, İraqda və Bombeydə təhsil alırdılar. Mirmustafa xan da atasının yolunu davam etdirirdi. Atasının dövründə olan daimi qoşunun sayını artırmışdı. Xan sarayını dəniz kənarına köçürtmüşdü.

Bunlarla yanaşı Mir Mustafa xan Talış xanlığının ərazi bütövlüyünü, mədəniyyətini və iqtisadiyyatını möhkəmləndirir və nəticədə Talış xanlığı digər xanlıqlardan qat-qat inkişaf etmiş xanlığa cevrilir.
Mühüm strateji və ticarət əhəmiyyətli Talış xanlığını tutmağa calışan İran şahlığı əleyhinə mübarizə aparırdı. Ümumiyyətlə Talış xanları Qacarların hakimiyyətini tanımırdılar!!!

Dövrün bir cox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığının idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir siyasətçi, cəsur sərkərdə kimi xarakterizə etmişlər. Ömrünün 40 ilini səyahətdə keçirmiş, dünyanı gəzib-dolaşmış məhşur Azərbaycan alimi, etnoqrafi, səyyahı və şairi, 1796-cı ildə Lənkəranda olmuş, şəxsən özü Mir Mustafa xanı görmüş Hacı Zeynalabdin Şirvani (1780-1834) "Bustanus seyahe" adlı əsərinin 524-cü səhifəsində yazir: "1796-cı ildə Talış xanlığının hakimi Mir Mustafa Xan Seyid Calalul Qadir idi, ölkəni ədalətlə idarə edirdi"

Böyük fransız yazıçısı Jan Kever şah Qacara həsr etdiyi "Xacə Şah" əsərində Mir Mustafa xan haqqında yazırdı: "Mir Mustafa xan Talışi talış xalqının atasi idi"

Lənkəran hərbi komendantı kapitan Veselaqo Qafqaz Ordusunun baş komandanı general Rtişevə 1814-cü ildə belə yazırdı: "Talış xanı Mir Mustafa xan Talışinskiyə gəlincə o, ən yaxşı hakimdir".

Mir Mustafa xanın hakimiyyəti illərində üc dəfə Ağa Məhəmməd Şah Qacar (1779-1797), üc dəfə Fətəli şah (Baba şah) Qacarın (1797-1834) orduları Talış xanlığına hücum çəkmişlər. Lakin hər iki şahın hücumu Mir Mustafa xanın sərkərdə bacarığı nəticəsində məğlubiyyətlə nəticələnmişdi.

Mir Mustafa xanın tarix səhnəsində ilk parlaq qələbəsi Qəzvində başlayır.

Gilan torpaqları Siyoəlinin dövründən tutmuş düz Mir Mustafa xana qədər Talışa tabe idi. Lakin Gilanı işğal edən Qacarlar onu İranın tərkibinə daxil etdilər. Buna qəzəblənən Mir Mustafa xan Gilanı Qacarlardan qaytarmaq üçün talışlardan ibarət 3 minlik qoşunu ilə İrana yürüş edir və Qəzvində Qacar qoşunu ilə toqquşur. Bu döyüşdə Talışların göstərdiyi şücaət, həmçinin Mir Mustafa xanın ağıllı taktikası Qacar ordusunu pərən-pərən edir və Mir Mustafa xan həmən döyüşdə Şah Qacarın ordusuna qalib gəlir. Qələbədən ruhlanan Mir Mustafa xan Qacarların paytaxtı olan Tehranı tutmaq istəyir və qoşunu Tehrana tərəf aparır. Bu xəbəri alan Ağa Məhəmməd şah Talış ordusunun qabağını almaq üçün 7 minlik qoşunu Mir Mustafa xanın qoşununun üstünə göndərir, Qoşunların say nisbəti İranlıların xeyrinə olsa da, onlar Mir Mustafa xanı məğlub edə bilmirlər. Aparılan danışıqlardan sonra Mir Mustafa xan öz qoşununu İrandan çıxardır, bunun müqabilində isə Ağa Məhəmməd şah Qacar Gilanın Talış ərazisi olduğunu tanıyır. Mir Mustafa xanın İrana bu yürüşü Talış xanlığının ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, hər il Gilandan Talış xanlığına xərac verilməsi ilə nəticələnir . Mir Mustafa xanın bu parlaq gələbəsi Talışda bir bayram kimi qeyd olunur. Mir Mustafa xanın qızı Qəmərağa xanım öz gündəliyində yazir: "Atamın yaxın qohumları, ailəsi və Talış əhalisi Xanı Butəsər (indiki Pensər) kəndində bir bağda gözləyirdilər. Yağış yağdığı üçün bağdakı ağacların üstü xalçalarla örtülür və böyük bir zal hazırladılır. Atam Mir Mustafa xan Bağdan düzəldilmiş Zala – Boğəzala daxil olan kimi, əslən Şamaxıdan olan musiqiçilər heç yerdə səslənməyən, Talış Xanına həsr etdikləri, marşa oxşar bir musiqini çalırlar, bu anda mənim bibim oynaya-oynaya atamın qabağına gəlib, onu qarşıladı" Qeyd üçün bildirim ki, bu mahnı Talışda Bogəzalı kimi məhşurlaşır, sonradan bütün Azərbaycana yayılır və adı dəyişikliklərə məruz qalaraq "Vagzalı" kimi tanınır.

Bəli, Mir Mustafa xanın bu qələbəsi Talışların hərb tarixinə düşmüş ən parlaq qələbələrdən biridir.

Bu məğlubiyyətdən sonra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xana məktub yazaraq, Mir Mustafa xana onunla birləşib, digər xanlıqları işğal edib, İranın tərkibinə qatmaq təklifini edir ki, Mir Mustafa xan bu təklifi rədd edir. Ağa Məhəmməd şah Mir Nustafa xanın etirazını həzm edə bilmir və Talışa hücum edir. Lakin bu dəfə də Mir Mustafa xana uduzur. Lakin Qacar bu məğlubiyyətdən sarsılmır və öz ordusunu gündən-günə artırır ki, bunu bilən Mir Mustafa xan Qacardan qorunmaq məqsədi ilə Rusiyaya meyl göstərir və 1795-ci ildə öz qardaşı Kərbəlayi Əsadullanı Rusiya imperatriçası Yekaterinanın yanına gönderir. Kərbəlayi Əsadulla 1795-ci ilin mart ayının 12-də Yekaterinanın qəbulunda olur. İmperatrisa ilə danışıqlar uğurla nəticələnir, hətta İmperatrisa Mir Mustafa xana Rusiyanın hərbi rütbəsi olan general-mayor rütbəsini, habelə hərbi rütbəyə aid geyim paltarları və digər əşyalar da təqdim edir.

Talış xanlığının İrandan qorunması üçün Rusiya öz hərbi qüvvələrini Talışa göndərdi.

1796-cı ilin 17 noyabrında Yekaterina vəfat etdi. Yerinə oğlu 2-ci Pavel keçdi. O, Fransanın doğurduğu təhlükəni hiss edib, Talışda olan qoşununu geri çağırdı. 1797-ci ildə Ağa Məhəmməd şah növbəti dəfə öz qoşunu ilə Talışa soxuldu və növbəti dəfə məğlubiyyətə uğradı. Talışların necə döyüşçü olduqlarını anlamaq üçün haşiyə çıxaraq, fransız yazıçısı Jan Keverin yazdığı "Xacə Şah” əsərindən bir parçanı vermək kifayətdir: "Ağa Məhəmməd şah Qacarın hərbiçilərinin Talişa yürüşü başladı. Xanlığın müdafiəsində kişilərlə yanaşı qadınlar da əli silahlı vuruşurdular. O qadınlar elə cürətli və məharətli idilər ki, vəhşi heyvanlardan qorxmur, onları ya öldürür, ya da ram edirdilər. Talış kişiləri belə güclü və cürətli qadınlardan doğulub, ərsəyə gəlmişdilər. Onları məğlub etmək asan iş deyil!”…

Mir Mustafa xan daha çox müstəgil siyasət yürütməyə çalışırdı. O, istəmirdi ki, Talış xanlığı nə Qacarların, nə də Rusiyanın tərkibində olsun. 19-cu əsr tarixçisi Mirzə Əhməd "Əxbərnamə" əsərində yazir: "Mir Mustafa xan Rusiyanın Talış xanlığını işğal etmək niyyətində olduğunu bildikdə, qəzəblə demişdi: "...əgər Rusiya dövləti belə bir iddiada olarsa, Qacar kimi onu da qovaram!"

Ağa Məhəmməd şah Qacar 1797-ci il 4 iyulda sui-qəsd nəticəsində öldürülür və İranda hakimiyyətə Ağa Məhəmməd şahın qardaşı oğlu Baba xan kimi tanınan Fətali şah gəlir və 1809-cu il sentyabrın 16-nda 11 minlik İran qoşunları Fətəli şah Qacarın əmri ilə Talış xanlığına soxulurlar. Bu hücumdan qabaqcadan xəbərdar olan Mir Mustafa xan hər ehtimala qarşı 3 min ailəni, o cümlədən öz ailəsini sentyabrın 1-də Lənkərandan Sarı adasına köçürdür, boş bir ərazidə iki böyük qoşun, Talış-Qacar qoşunları bir-biri ilə toqquşdular, yenədə Mir Mustafa xanın ordusu qalib gəldi.

Artiq Mir Mustafa xanla bacara bilməyən İran şahı Fətəli şah Qacar Mir Mustafa xanla qohum olmaq təklifini bildirdi. O, Mir Mustafa xanın qızı Bəyimağanı öz oğlu Məhəmməd Əli Mirzə üçün almaq istəyirdi. Bu bir siyasət idi ki, İran şahı bu nigah siyasəti ilə Talış xanını özünə tabe edə biləcəyini düşünürdü. Lakin Mir Mustafa xan bu təklifi qəbul etmədi, üstəlik Fətəli şaha məktub yazaraq özünün ondan üstün bir şəxs olduğunu bu cümlə ilə bildirdi: "Hərçənd Sizin adınız padşahdır, lakin həqiqətdə mən də özümü sizdən əskik hesab etmirəm. Siz Padşahsız, Mən də Talış XANI!”

Bu sözlərə qəzəblənən Fətəli şah öz oğlu şahzadə Abbas Mirzəni 20 minlik qoşunla Talışa göndərdi.

1812-ci il avqustun 9-da gərgin doyüş nəticəsində Qacar qoşunu Lənkəran və Ərkivan qalalarını tuta bildi. Lənkəran qalasında Qacarların 4 minlik qoşunu yerləşdirilmişdi. Qalanın rəisi Sadiq xan Qacar və Məhəmməd bəy Qacar təyin olunmuşdular.

Vəziyyəti nəzərə alan Mir Mustafa xan Rusiyadan yardım almağa məcbur olur. Rusiya tərəfi isə Talışı İran qoşunlarından azad etmək məqsədi ilə general P. S. Kotlyarevskini (talış əhalisi onu general-zardamu – sarısaç general  kimi çağırırdılar) 2 minlik ordu ilə Talışa göndərir.

Generalın ilk hücumunda Ərkivan qalasi azad olunur və Lənkəran qalasını mühasirəyə alır.

Nəhayət əsas qanlı döyüş hicri-qəməri təqvimi ilə 1228-ci il Məhərrəm ayında Aşura gecəsində, miladi təqvimi ilə 1813-cü il yanvar ayının 1-də baş tutur və Lənkəran qalası ruslar tərəfindən alınır. Qacar qoşununun sərkərdələri Sadiq xan Qacar və Məhəmməd bəy Qacar öldürülürlər. Bu döyüşdə İran qoşunundan 3 min nəfər döyüşdə məhv edilmiş, qalanları isə Lənkəran (Vazaru) çayında boğulmuşdular.

Bu münasibətlə Rusiya İmperatoru Aleksandr (1801-1825) Talış xanı Mir Mustafa xanı general-leytenant rütbəsi ilə təltif edir.

Helə həmin ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlanır. Bu müqaviləyə əsasən Azərbaycanın digər xanlıqları olduğu kimi, Talış xanlığı da Rusiyanın tərkibinə daxil oldu...

Mir Mustafa xan gözəl ailə sahibi olmuşdur. Mir Mustafa xanın həyat yoldaşı Fəxrül-Nisə xanim Drıq xanlarının nəslindən idi. Mir Mustafa xanın bu qadından 8 oğlu: Mir Həsən xan, Mir Hüseyn xan, Mir Məmməd xan (Məhəmməd xan), Mir Hidayət bəy, Mir İsmayıl bəy, Mir Əkbər bəy, Mir Abbas bəy, Mir Həmid bəy və 3 qızı olmuşdur: Qəmərağa xanım, Səkinə xanım, Bəyim xanım.

Mir Mustafa xanın nəslindən gələnlər Lənkəranda və Yuxarı Nüvədi kəndində yaşayırlar.

General-leytenant, tanınmış sərkərdə, mahir diplomat, Talış xalqının atasi, Xəlifə İmam Əlinin nəslindən olan Mir Mustafa xan Talışi 1814-cü il iyul ayının 26-da Lənkəranda vəfat edir. Düz 105 ildən sonra, 1919-cu ildə qəbri sökülmüş, sümükləri Kərbəlaya aparılıb, orada dəfn olunmuşdu. Xanın qızıl suyu ilə yazdırdığı müqəddəs Qurani-Kərim bu nəsildən olan prezident təqaüdçüsü Mir Həşim Talışlıda qiymətli yadigar kimi qorunub, saxlanılıb, hal-hazırda isə Mir Həşim Talışlı bu kitabı Mir Mustafa xanın nəslindən olan professor Əzizağa Talışinskiyə vermişdir. Əzizağa Talışinski bu kitabı qoruyub saxlayır. Qeyd üçün bildirim ki, Qurani-Kərimin sonuncu səhifəsində Xanın adı bu formada qeyd olunub: "bu kitab Mir Mustafa xan Talışi Seyid Əli Hüseyniyə məxsusdur".

Mir Mustafa xanın babalarından qalan, təqribən 400 yaşı olan digər müqəddəs Qurani-Kərim bu nəslin nümayəndəsi olan Yadulla Rəcəbovda (Xansuvarovda) qiymətli yadigar kimi qorunub, saxlanılır.

Hazırda Lənkəran şəhərinin mərkəzi küçələrindən biri Mir Mustafa xanın adını daşıyır.

Yazıda bu mənbələrdən:
1.Seyidəli Kazım bəy oğlu: "Cavahirnameyi-Lənkəran",
2.Mirzə Əhmad Mirze Xudaverdi oğlu: "Əxbərnamə"
3.Teymur bəy Bayraməlibəyov: "Talış xanlığının tarixi"
4.Abbasqulu ağa Bakıxanov: "Gülüstani-İrəm",
5.G.Məmmədzadə: "Lənkəran mahalının sərkərdələri",
6.E.Q.Vaydenbaum: "Putevoditel po Kavkazu",
7.H.Axmadi: "Talışi",
8.J.Kever: "Xacə Şah"
9.H.Zeynalabdin Şirvani: "Bustanus-Seyahe"
10.F.Əsədov: "Talış xanlığı"
11.Raport N.F.Rtişeva "o vzyatii Lenkorani"
12.Mirmustafa xanın qızı Qəmərağa xanımın gündəliyindən, həmçinin. Azərbaycan Mərkəzi Arxivinin, Rusiyanın Xarici Siyasət Arxivinin, Rusiyanın MərkəziHərbi  Arxivinin materiallarından istifadə olunub


Razzaq Xansuvarov Talışinski,
Tolışon Sədo qəzeti, №05, 04.11.2011






Категория: Şəxsiyyətlər | Просмотров: 7215 | Добавил: admin | Рейтинг: 3.4/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus