Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Декабрь » 1 » Paşazadədən “Talış Birliyi“nə irttihamlar
15:04
Paşazadədən “Talış Birliyi“nə irttihamlar
"Talışlar indinin özünə kimi ulu öndər Heydər Əliyevə minnətdardırlar"

"Indinin özündə də vaxtilə Əlikram Hümbətova qoşulan insanlar utandıqlarından insanların arasına çıxa bilmirlər”


"Son günlər Azərbaycan mətbuatında talış birliklərinin yardılması ilə bağlı müxtəlif məlumatlar dərc olunur. Mən bu informasiyaları oxuyarkən onların hansı məqsədlərlə dövriyyəyə buraxıldığını anlaya bilmirəm. Bilmirəm niyə görə belə xəbərləri yazanlar mütəxəssis olmadan, regionu tanımadan, talışların hansı düşüncədə, mövqedə olduğunu bilmədən fikir yaya bilirlər. Axı mən Azərbaycanın cənub bölgəsində doğulub, orada böyüyüb boya-başa çatan və uzun müddət həmin bölgədə rəhbər vəzifələrdə işləyən bir insan kimi bu cür informasiyaları oxuyanda təəccüblənirəm. Talış xalqını Azərbaycandan ayırmaq olmaz. Talışlar indinin özünə kimi ulu öndər Heydər Əliyevə minnətdardırlar ki, onları etnik münaqişənin əlindən qurtarıb. Talışlar parçalanma nə deməkdir çox yaxşı bilirlər. Onlar heç bir zaman ikinci dəfə belə bir provakasiyaya getməzlər” .

Bu fikirləri "Qafqazinfo”ya müsahibəsində Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Onun sözlərinə görə, Ermənistanda da talışlar haqında kitab buraxılıb və məqsəd Azərbaycanda etnik münaqişə yaratmaqla insanları bir-birinə qarşı qoymaqdır. Deputat deyib ki, Azərbaycan tarixinin yaxın keçmişində belə cəhdlər olub və talışlar da bu cür cəhdlər zamanı gördüklərini görüblər.

Onun sözlərinə görə, hətta indinin özündə də vaxtilə Əlikram Hümbətova qoşulan insanlar utandıqlarından insanların arasına çıxa bilmirlər. C. Paşazadə hesab edir ki, belə bir situasiyada kimlərinsə talış birlikləri və hansısa məqsədlərlə qurumların yaradılması və talış xalqının guya onlara dəstək verməsi haqqında xəbərlər yayması cəfəngiyyatdır.

Deputat həmçinin, son vaxtlar Rusiyada yaradılan Ümumrusiya Azərbaycanlıları İttifatı Təşkilatına münasibət bildirib. Millət vəkili qeyd edib ki, bu məsələnin də qabardılması və böyüdülməsi mətbuatın xidməti nəticəsində baş verib: "Düşnürəm ki, bu olmayan şeyi yazmaqla böyütməkdir. İnsanın pulu da ola bilər, lakin bu o anlama gəlməməlidir ki, pulu olan hər kəs prezident olmaq istəyəcək. Hər kəs bilir ki, Əbülfəz Elçibəyin dövründə Azərbaycanda nə qədər prezident olmaq istəyən vardı. Lakin bu gün, məsələ o şəkildə deyil. Düşünmürəm ki, kimsə özündə belə bir güc tapıb iddiasını ortaya qoya bilər. Hər halda prezident olmaq istəyən adam özünü İlham Əliyevlə müqayisə etməlidir və əminəm ki, belə bir müqayisəni aparmaq istəyən istənilən şəxs öz fikrindən daşınar. Məhz buna görə də, mətbuat kimlərdənsə lider düzəldib həmin adamları xalqla qarşı-qarşıya qoymamalıdır”.

Deputat bildirib ki, Gürcüstanda baş verən hakimiyyət dəyişikliyinin Azərbaycanda da ola biləcəyini fikirləşmək absurddur: "İlham Əliyevin Saakaşvili olmadığını Gürcüstanda da, Azərbaycanda da yaxşı bilirlər. Gəlin səmimi olaraq bir şeyi fikirləşək ki, Rusiya Gürcüstana girdiyi kimi Azərbaycana girə bilərdimi? Əlbəttə, girə bilməzdi. Ona görə də, Azərbaycanın təcrübə meydançası olmadığnı həm regionda, həm də dünyada yaxşı bilirlər. Təkcə bir faktı misal gətirmək istəyirəm. İlham Əliyev neçə ildir ki, ortaya mövqe qoyub ki, Azərbaycanın nə hava, nə də quru sərhədləri heç bir dövlətə qarşı istifadə olunmayacaq. Görün neçə illərdir dünya mətbuatı yazır ki, İran Azərbaycandan vurulacaq. Lakin bizim dövlət başçımız buna qarşı öz fikrini qəti şəkildə bildirib və hər kəs bundan əmin olub. Belə bir fikri ondan başqa hansı lider əminliklə deyə bilər? Bilirsinizmi bu əminlik haradan qaynaqlanır? Cənab prezident dövlət başçısı seçiləndən indiyə kimi dünya dövlətləri ilə ardıcıl, balanslı siyasət həyata keçirir. Ölkə artıq dünyada stabil mövqeyi ilə təmsil olunur. Dünyanın siyasi liderləri ilə keçirilən hər görüşdən sonra İlham Əliyevin dostlarının sayı artır. Bu gün İlham Əliyevin gücü onun hegemonluğunda deyil, diplomatiyasında, siyasətindədir. Cəmiyyətimiz bunun fərqindədir” .

C. Paşazadə gələn il keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. O deyib ki, Azərbaycanda bəzi məmurların yaratdıqları problemlər olmasa, ölkə böyük inkişafla irəli doğru gedir: "Bizim başımız cəmi 10 ildir ki, problemdən açılıb. Müstəqilliyimizin tarixi daha əvvələ getsə də, biz güclü dövlətə son 10 ildə çevrilməyə başlamışıq və bütün bunları şübhəsiz ki, İlham Əliyevin siyasəti nəticəsində qazanmışıq. Ona görə də gələn ilki prezident seçkilərində Yeni Azərbaycan Partiyası üzvlərinin və onun mövqeyini dəstəkləyənlərin prezidentliyə namizədi İlham Əliyev olacaq. Düşünürəm ki, İlham Əliyevin prezidentliyə namizəd olmaması üçün heç bir səbəb yoxdur” .

Millət vəkili reproduktiv sağlamlıq haqqında qanun layihəsinin müzakirəsinə də münasibət bildirib. Onun sözlərinə görə, belə bir qanun qəbul olunacağı təqdirdə ölkədə böyük söz-söhbətə səbəb olacaq: "Heç hənanın yeri deyil. Reproduktiv sağlamlıq Azərbaycanda ciddi problem kimi mövcud deyil. Əlbəttə gənclər ailə quranda yoxlanılmalıdır. Son vaxtlar iddia edirlər ki, İran da islam ölkəsidir və belə bir qanunu qəbul edib. Lakin unutmaq olmaz ki, İranda bu məsələ ilə bağlı lazım olan prosedurlar fərqli və şəffafdır. Qanunun bu şəkildə qəbulu 20 ildən sonra bacı-qardaşların evlənməsinə gətirib çıxara bilər. Bizim millətimiz əldən gedə bilər. Azərbaycanda heç bir ciddi ailə buna getməz” .


http://teleqraf.com

Категория: Azərbaycan | Просмотров: 2551 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus