Главная » 2011 » Август » 17 » Professor Novruzəli Məmmədovun Bakı həbsxanasında şəhid olmasından iki il ötür
17:48
Professor Novruzəli Məmmədovun Bakı həbsxanasında şəhid olmasından iki il ötür
Bu gün, 17 avqust 2011-ci ildə Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri, "Tolışi Sədo” qəzetinin baş rekadtoru professor Novruzəli Məmmədovun Bakı həbsxanasında şəhid olmasının iki ili tamam olur.
Novruzəli Məmmədovun şəhid olması Talış Milli Hərəkatı tarixində yeni səhifə açdı. Talış xalqı özünün bütün həyatını bu qədim xalqın dilinin, mədəniyyətinin və tarixinin öyrənməsinə həsr edən və bu yolda canından keçən bir şəhid kimi Novruzəli Məmmədovla vidalaşdı.
Talış xalqı tək özünün böyük alimini deyil, eyni zamanda Azərbaycan hakimiyyəti və hüquqmühafizə orqanlarının davamlı təziq və təqibləri altında dünyalarını dəyişən Kamran və Emil Məmmədovların simasında Novruzəli Məmmədovun ailəsini itirdi.
Novruzəli Məmmədov özünün şəhid olması ilə minlərlə insanı oyatdı. Biz inanırıq ki, çox keçməz tərəqqipərvər bəşəriyyət Talış xalqının tarixinin bu kədərli səhifəsinə nəzər yetirməklə ona öz qiymətini verəcəkdir. Professor Novruzəli Məmmədov və onun ailəsinin yaşadıqları keçən əsrin 30-cu illərində tüğyan edən və bütün saglam düşüncəli ziyalıları məhf edən repressiyanın davamıdır. Müasir dövrün totalitar rejimli ölkələrində belə qeyri-insani hallara təsadüf edilsə də, professor Novruzəli Məmmədovun işi özünün qatı zalımlığı və con dərəcə qeyri-insaniliyi ilə fərqlənir. Azərbaycanın hazırkı rejimi öz həyatını bütünlüklə xalqının və ölkəsinin inkişafına həsr edən yaşlı bir alimə qarşı nəinki onun, hətta bütün ailəsinin fiziki məhfinə yönələn insanlığa yaraşmayan fəaliyyət yürütmüşdür. Tarix bunu heç bir vaxt unutmayacaq və yaddan çıxartmayacaq!!! Xıdo rəhmət bıkə!
Professor Novruzəli Məmmədovun hüquqlarının reablitasiya Komitəsi TALISH.ORG saytın kollektivi