Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 19 » Rüstəm İbrahimbəyov: “Mən fikirlərimi söyləməyə cəsarət etdiyim üçün hakimiyyətin gözündən düşmüşəm”
20:25
Rüstəm İbrahimbəyov: “Mən fikirlərimi söyləməyə cəsarət etdiyim üçün hakimiyyətin gözündən düşmüşəm”
(Tanınmış kinodramaturqun Turan agentliyinə eksklüziv müsahibəsi)

Sual: Azərbaycandakı hazırki rejimi necə xarakterizə edərdiniz?

Cavab: Zənnimcə, bu, çox qarışıq avtoritarizmdir. Biz özümüzü demokratik ictimai quruluşa malik ölkə hesab edirik, ancaq bu, belə deyil. Praktiki olaraq, müstəqil məhkəmə icraatı yoxdur, tamamilə cib parlamentidir, ölkəni faktiki olaraq bir qrup nazir-oliqarx idarə edir, vətəndaşların hüquqları kobud şəkildə pozulur.

Məsələn, Dövlət Neft Şirkəti dövlət maraqları adı altında vətəndaşların qanuni yolla dövlətdən aldıqları evləri və torpaqları əllərindən alır. İstisna deyil ki, tez və ya gec Dövlət Neft Şirkəti özəlləşdiriləcək və bu torpaqlar bu gün faktiki olaraq ölkə iqtisadiyyatının bütün sahələrinə nəzarət edən adamlara qalacaq. Beləliklə də, ölkənin müstəqilliyinin bərpası zamanı bəyan etdiyimiz prioritetlər kobud şəkildə pozulur. Həmin prioritetlərdən biri özəl mülkiyyətin qorunması idi. Ancaq indi elə biabırçı qanunlar qəbul olunur ki, ARDNŞ, Nəqliyyat Nazirliyi kimi qurumlara imkan verir ki, bu və ya digər ərazilərdə nə dərəcədə maraqlı olduğunu özü müəyyən etsin, heç kimlə razılaşmadan onları vətəndaşlardan alsın.

Söz azadlığının vəziyyəti ağır olaraq qalır. Heç sovet dövründə olduğu səviyyədə söz azadlığına malik deyilik. Bir neçə qəzet var ki, orada öz sözünü sərbəst deyə bilərsən, qalanları və telekanalların hamısı hakimiyyətin nəzarətindədir. Hakimiyyəti tənqid etmək qərarına gələnləri isə ən iyrənc yolla təqib edirlər. "Azadlıq” radiosunun reportyoru Xədicə İsmayılovanın işi buna parlaq nümunədir.

Ölkədəki vəziyyətlə bağlı fikirlərimi açıq söylədiyimə, rəsmi fikirlərlə üst-üstə düşməyən şəxsi fikirlərimi dediyimə görə mən də hakimiyyətin gözündən düşmüşəm. Qəzet səhifələrində, televiziya ekranlarında mənim barəmdə nə qədər yalan, iftira yayıldı.

Ölkənin zəruri problemlərinə dair ictimai fikrin formalaşmasına yardım cəhdlərinə görə mənim iştirakımla  yaradılmış Ziyalılar Forumu da təqib olunur.

Bu problemlərdən biri milli kinematoqrafiyanın durumudur. Kinematoqrafiya İttifaqı illərdir ki, bu barədə danışır. Lakin heç kimi maraqlandırmır. Yalnız nazirlərə - oliqarxlara şəxsi mənfəət gətirən sahələrə diqqət ayrılır. Məsələn, yolların çəkilməsi xaricdə olduğundan 10 dəfə baha başa gəlir, lakin 2 ildən sonra nədənsə yenidən təmir olunur.

Respublikada 150 kitab mağazasından bir neçəsi qalıb və onlar da Bakıdadır. Əyalətdə bir dənə belə kitab mağazası yoxdur.

Bizim Ziyalılar Forumu da bu məsələləri qaldırmaq, ictimaiyyətin  diqqətini onlara cəlb etmək istəyir. Buna cavab olaraq hakimiyyət bütün təşəbbüslərimizi sabotaj edir. Məsələn, beynəlxalq kino məktəbinin yaradılması barədə dövlət başçısının müvafiq fərmanının olmasına baxmayaraq, Kinematoqrafiya İttifaqına bir manat belə ayrılmayıb. Bütün hallarda öz vəsaitimiz hesabına 15 rejissor, ssenarist və prodüserdən ibarət ilk buraxılışımızı həyata  keçirdik.

Bayılda beynəlxalq kinofestival mərkəzinin yaradılması üzrə böyük layihə də baş tutmayıb. Orada kino məktəbi, Kino Evi və digər obyektlər yerləşməli idi. Lakin Dövlət Neft Şirkəti heç bir sənədə malik  olmadan bildirir ki, bu torpaqlar dövlətə, daha dəqiqi ARDNŞ-ə məxsusdur. Bizim əlimizdə bütün lazımi sənədlər var, onların əlində isə "bunların qədim neft torpaqları” olması barədə şifahi bəyanatlardan başqa heç nə yoxdur.

Məhkəmələr itaətkarcasına ARDNŞ-nin xeyrinə qərar çıxarır və bizim ümidimiz  Avropa İnsan Hüquqları Məhkəməsinədir.

Üstəlik, ARDNŞ ictimaiyyəti çaşdırmaq üçün açıq yalanlar yaymaqdan çəkinmir. Tikintiyə başladığımız torpaqlar bizim tərəfimizdən (layihəyə cəlb olunmuş adamlar qrupu) vətəndaşlardan alınıb ki, onlara da öz növbəsində həmin sahələr Səbayel bələdiyyəsi tərəfindən satılıb. Tikinti üçün torpaq almağın başqa yolu yoxdur. Bütün sahələr müqaviləyə əsasən Kinematoqrafiya İttifaqının sahiblərinə verilib. Kinematoqrafiya İttifaqı Festival mərkəzinin layihəsini təsdiqləyib və onun inşasına başlayıb. Lakin birdən Neft Şirkəti tərəfindən reyder zəbti baş verdi, buna görə istənilən sivil ölkədə şirkət rəhbərliyi həbsə alınardı.

Sual: Sizinlə razılığa gəlmək, öz yanına dəvət etmək, məsələni müzakirə etmək cəhdləri olubmu?

Cavab: Yox, Heydər Əliyevin idarə etdiyi vaxtlardan fərqli olaraq yox. O, yaradıcı ziyalılar ilə münasibətlərinə önəm verirdi. Son illər hakimiyyətin ədəbiyyat və incəsənət xadimlərinin rolunu kiçiltmək, onların ictimai rəyə təsirini azaltmaq cəhdləri göz qabağındadır.

Mənim fikirlərimin çoxu hakimiyyəti qıcıqlandırır. Məsələn, mən hesab edirəm ki, ermənilərin Azərbaycandan getməsi bizim üçün itkidir, eləcə də azərbaycanlıların Ermənistandan çıxması ermənilər üçün itkidir.  Mən erməni xalqını bizim düşmənimiz hesab etmirəm, Ermənistanın mürtəce rəhbərliyini düşmən hesab edirəm və əminəm ki, Azərbaycanda yaşayan və bizim kimi təcavüz qurbanları olan ermənilərə qarşı normal, qeyri-düşmən münasibət Qarabağ probleminin həllinə yardım göstərə bilər. Əgər biz istəyiriksə, Qarabağ əhalisi özünü Azərbaycan vətəndaşı hesab etsin, o zaman onların da azərbaycanlılar kimi hüquq və azadlıqlarına zəmanət verməliyik.

Mənə mahiyyətcə etiraz edə bilməyən dövlət maşını eyni yalanı söyləyir. Məsələn, məni ittiham edirlər ki, Qarabağ ermənisi, daşnak Roman Balayanı və bakılı Rudik Avanesovu Bakıya gətirmişəm. Kiyevdə yaşayan tanınmış rejissor Balayanın Daşnaksütyun Partiyası ilə heç bir əlaqəsi yoxdur və sonuncu dəfə Bakıda 1985-ci ildə olub.

Azərbaycanın böyük vətənpərvəri, bakılı Rudik Avanesov vaxtilə "İzvestisiya” qəzetində dərc olunan və Qarabağda erməni siyasətini pisləyən bəyanatı imzalamışdı. O, Bakıya öz vəsaiti hesabına gəlmişdi və onun gəlişindən Milli Təhlükəsizlik Nazirliyinin xəbəri var idi. Dörd gün Bakıda qaldı, onu mühafizə xidməti müşayiət edirdi. Uzun illərdir ki, mən bu adamlarla dostluq edirəm, onların bizim xalqa yaxşı münasibət bəslədiyinə inanıram.

Sual: Şərq mentaliteti şəraitində korrupsiyaya qalib gəlmək, insan hüquqlarına və digər azadlıqlara nail olmaq olarmı?

Cavab: Sual sadə deyil. Mənə belə gəlir ki, şərq ölkələrinə maarifləndirilmiş avtoritarizm yaxındır və aydındır. Lakin bu zaman güclü ictimai mexanizmlər də olmalıdır ki, hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı münasibətləri tənzimləsin.

Qərb nümunəli demokratiyaya gəlincə, Şərqdə belə model qurmaq asan deyil. Qərb demokratiyası uzun inkişafın məhsuludur. Odur ki, Azərbaycanda cəmiyyətin indiki vəziyyətində seçkilərin effektivliyinə inanmıram. Gələn il seçkilərin saxtakarlıqdan qorunmaq üçün ümumqəbulolunmuş bütün tədbirləri tətbiq etməklə keçirilməsinə nail olmaq üçün bütün səylər göstərilməlidir.

Sual: Azərbaycanda ərəb baharı kimi proseslər, yəni inqilab olması ehtimalı varmı?

Cavab: Bu ölkələrin diktatorları bir qədər daha ağıllı, ictimaiyyət isə daha mütəşəkkil və daha fəal olsaydı, bu ölkələr inqilaba yuvarlanmazdı. Azərbaycanda da eyni səhvlər təkrar olunur. Hakimiyyət "nə qədər sərt olsa o qədər yaxşıdır” taktikasına riayət edir. Onlar eyni şəkildə davam etsələr, artıq dediyim kimi, rejim diktaturaya çevriləcək, bunun arxasınca isə gec-tez inqilab gələcək.

Bir dəfə demişdim ki, Azərbaycanda milli elita formalaşdırılması mexanizmi pozulub və onun keyfiyyətsiz işi nəticəsində hakimiyyətə buna hazır olmayan insanlar gəldilər. Səmərəli dövlət siyasəti formalaşdırmağa qadir olanlar isə kənara atılıblar. Bu səbəbdən Rusiya alimlərinin maraqlı bir araşdırmasını xatırlatmaq istəyirəm ki, bu araşdırma nəticəsində eyni millətin nümayəndələrii səviyyəsində ciddi səpələnmə olduğunu üzə çıxarıb; intellektual cırtdanlarla yanaşı, xalq intellektual nəhənglər də yarada bilər. Azərbaycanda cırtdanlar nəhənglər üzərində üstünlük təşkil edir.

Sual: Və nəticədə Siz – Rüstəm İbrahimbəyov, xalq siması – təqiblərə məruz qalırsınız. Azərbaycanda kitablarınıza, filmlərinizə və bütünlükdə yaradıcılığınıza ehtiyac yoxdur?

Cavab: Sizinlə razılaşmaq məcburiyyətindəyəm. Və yaranmış vəziyyətdə yalnız hakimiyyətdə olanları az oğurluq etməyə çağırmaq qalır. Ölkəmizdə yollar boyunca mərmər çəpərlərə xərclənən vəsaitə dünyanın ən güclü kinostudiyasını qurmaq olardı.

Sual: "Şərq-Qərb” kinofestivalınıza nə oldu?

Cavab: Biz bu festivalı 12 il keçirdik. 1998-ci ildən etibarən Heydər Əliyevin fərmanı ilə festival illik elan olundu. Bizə bir neçə il dövlət dəstəyi oldu. Lakin 2010-cu ildə festivalı bağladılar, baxmayaraq ki, o, ölkəmizi bütün dünyada məşhurlaşdırdı, həm də Azərbaycanın informasiya blokadasında olduğu zamandan etibarən.

Sual: Azərbaycanda müxalifəti necə qiymətləndirirsiniz?

Cavab: Bizdə müxalifət kifayət qədər qarışıqdır: müxtəlif siyasi partiyalardan dini qruplara və cərəyanlara qədər. Demokratik platformaya məxsus ən güclü partiyalar Xalq Cəbhəsi və Müsavat-dır. Onlar uzun illərdir hakimiyyətlə mübarizə aparır. Təəssüf ki, bir müddət hakimiyyətdə olduqları zaman onlar öz proqramlarını həyata keçirə bilmədilər. Lakin onların mübahisəolunmaz tarixi xidməti var – məhz bu insanlar ilk dəfə etirazçı kütləni Bakı küçələrinə çıxardılar. Mən ölkənin gələcəyini yeni nəsil siyasətçilərlə bağlayıram.

Sual: Heydər Əliyevin yanına gedib, onunla danışa bilirdiniz. İndi necə, İlham Əliyevin qəbuluna düşə bilrisiniz?

Cavab: O, demək olar ki, əlçatmazdır. Mən onunla beş il əvvəl görüşmüşdüm və o zaman görüşün baş tutması üçün 2 ay lazım oldu.

Sual: Siz kimin yanındasınız: hakimiyyətin, yoxsa müxalifətin?

Cavab: Mən öz-özümləyəm, amma, Ziyalılar Forumuna daxil olan dostlarım kimi, ölkədə demokratiya və qanunçuluq prinsiplərinin yerini almasının tərəfdarı olan hər kəslə əməkdaşlığa hazıram.

Sual: Qorxursunuzmu, Sizdə qorxu hissi varmı?

Cavab: Hər normal insanda qorxu hissi var. Lakin mən Bakının ucqar yerində, kişinin ənənəvi davranış normaları olan bir yerdə yetişmişəm. Bu normalardan biri – kişi cavab verməyi bacarmalıdır. Özünü müdafiə etməyi bacarmırsansa, hörmətə layiq deyilsən. Mənim hakimiyyətlə münaqişəm bundan irəli gəlir. Təəssüf ki, rəqiblərim mənim toxunduğum məsələlərə cavab vermək yerinə, kütləvi informasiya vasitələrindən istifadə edərək, açıq-aşkar yalan və böhtanla cavab verir. Amma dahilərdən biri deyib ki, bir nəfəri uzun müddət aldatmaq olar, çoxlarını qısa müddət aldatmaq olar, amma hamını uzun müddət aldatmaq olmaz. O ki qaldı bizim kimi dözümlü xalqı.

 
contact.az

Категория: Azərbaycan | Просмотров: 1506 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus