Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Апрель » 28 » SABAH
21:43
SABAH
"Ziyalı insan işıqdan daha çox, işığın fəaliyyəti deməkdir”

Bu yazını görkəmli alim, əziz dostum Rafiq müəllimə - Rafiq Əliyevə həsr edirəm. O Rafiq müəllimə ki, uzun illər ərzində onun sözləri, fikirləriylə qızınıb saflaşdıq; əqidəsi, İşığıyla durulub təmizləndik.

Allahım, sən öz mərhəmətini Rafiq müəllimdən əskik eləmə! O böyük İNSANı xalqımızın sabahı, varlığımızın bu günü üçün hifz elə! Amin!


***

Bütün insanlar qatildilər. Vaxt qatili!

Hamımız VAXTı öldürə-öldürə, istər-istəməz böyük günah etmiş oluruq. Amma bu günahdan qurtulub bağışlanmaq haqda, demək olar ki, heç düşünmürük də.

Əgər, «Sabahımız dünənimizi inkar etməyəndə yaranır» fikrilə razılaşsaq, onda yəqin ki, bizlər, ara-sıra da olsa, dönüb öz keçmişimizə baxmalıyıq. Baxmalıyıq ki, buraxdığımız səhvlərdən nəticə çıxaraq, ibrət götürək; bir daha yanılıb-peşman olmayaq, ən əsası, tövbə qapıları üzümüzə bağlanmasın. Balıq suda yaşadığını bilmədiyi kimi, biz də BU GÜNü bütünlüklə dərk edə bilmirik. SABAH isə, əlbəttə ki, nə baş verəcəyindən xəbərsizik. Deməli, nə qədər təzadlı səslənsə də, dünyanın zaman adlı axarında ən real və maddi olan elə DÜNƏNdir.

Doğurdan da, tarix nə vaxtsa yazılacaq bir romana, roman isə haçansa vaqe olacaq bir tarixə bənzəyir. Beləliklə...

DÜNƏN

Bəzilərimiz ürək ağrısıyla, "... bu müstəqillik nəmənədirsə, bizlərə düşmədi. Əslində, buna əvvəlcədən heç əsaslı hazırlığımız-filanımız da yox idi”, dedik – və bəlkə elə bu səbəbdən də, "biz hələ təzə başlayırıq,” "öyrənirik”, "zamana ehtiyacı var”, "tələsən təndirə düşər” və s. bu kimi bəhanələr gətirib də durduq.

Bacarıqsız və boşboğaz siyasətçilər isə fürsəti fotə verməyib, meydanı zəbt etdilər.

Qanunvericilik, sosial-iqtisadi inkişaf planları, ölkənin prioritet tərəfdaşlıq istiqamətləri, milli-mənəvi və əxlaqi dəyərlər sisteminin yaradılması və neçə-neçə əhəmiyyətli problemlərin həlli səriştəsiz dil pəhləvanlarına tapşırıldı. Yüksək hazırlıqlı professional ordu qurmaq əvəzinə, ölkənin ərazi təhlükəsizliyi təcrübəsiz silahlı dəstələrə (bəzənsə müharibədən öz şəxsi maraqları üçün istifadə edən "kosmopolit” fırıldaqçılara) etibar edildi. Dünya standartlarına cavab verən milli təhsil və səhiyyə sistemi yaratmaq səlahəyyəti maarif, tibb haqqında nağıllar danışan və elə həmin nağılların mənfi personajlarına bənzəyən bivec adamlara həvalə olundu.

Göydən "üç alma” təki qəfil düşən müstəqillik havasından çaşıb-qalmış cəmiyyətimiz isə, hadisələrin iştirakçısı olmaq əvəzinə, onun tamaşaçısına çevrildi. Bəli, ildırım sürətiylə baş verən proseslərin nəticəsi olaraq, mütərəqqi dünya birliyinə qovuşacaq demokratik bir dövlət yaranacağını, ərazisini göz bəbəyi kimi qoruyacaq ordu, nəhayət, əhalinin qarnını doydura biləcək hökümət qurulacağını gözləyən XALQ mat-mətdəl, gözünü döyə-döyə qaldı.

Bu çox vacib və vacib olduğu qədər də əcaib bir məqam idi. O mənada ki, belə tarixi zaman kəsiyində, yəni siyasi formasiyaların dəyişdiyi bir vaxtda, ziyalı zümrə xalqın önünə düşüb, ölkənin düzgün inkişafını, iqtisadi, siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏNi göstərməliydi. Gücü, cəsarəti çatmadı. Təəssüf, çox təəssüf!

Dünən Ziyalı bəndə xalqın zəkasının, iradəsinin və ruhunun güc mərkəzi olduğunu sübut edə bilməyib... uduzdu. Məmləkətdə baş verən neqativ proseslərdən, cəmiyyəti total satqınlıq və dəllallıq virusundan azad etmək əvəzinə... Ziyalı qorxdu, qorxuduldu və nəticədə, müqavimət göstərmədən, səssiz-səmirsiz siyasət səhnəsindən uzaqlaşdı. Yaxud, uzaqlaşdırıldı.

Dünən Ziyalı konyüktura və qorxudan yaxa qurtarıb, ictimai rəy və ictimai məhəbbət yaratmağa, ona nüfuz etməyə qadir olmadı, xalqın sevincini, kədərini, ağrı-acısını, göz yaşını özünə hopdura bilmədiyindən duruxub başını itirdi.

Dünən Ziyalı, ədəbazların, cahillərin və dələduzların xalqın üzərində apardığı siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığın müşahidəçisi olmaqla işini bitmiş saydı. Yalan və korrupsiya adlı dəhşətli xərçəng xəstəliyi Azərbaycan kimi sağlam ölkədə metastaz verib yayıldı, millətin mütərəqqi düşüncəli kəsimini maqurtlaşdırıb sındırdı, məhv elədi – Ziyalı susdu. Yumruğa dönməli olan milləti göz qabağındaca əzib yumağa döndərdilər – Ziyalı yenə də dillənmədi.

Dünən Ziyalı, insanların qəlbində inamın ümidsizliyə, ümidin xofa, hörmətin mütiliyə, səmimiyyətin yaltaqlığa, məhəbbətin nifrətə çevrildiyini gördü, eşitdi, duydu, amma buna mane ola bilmədi. Mane olmağa özündə hünər, təpər tapa bilmədi.

Dünən Ziyalı vahid bir təşkilatda toparlanıb mübarizə aparmaq əvəzinə, : "biz siyasətə qarışmırıq”, "biz bitərəf insanlarıq”, "biz hesab edirik ki, siyasiləşmiş ziyalı meşədə yetişmiş armud kimidir” və s. və i. a. bəhanələr arxasında gizlənib, qınına çəkildi. Beləliklə, onlardan bəziləri tədricən mətbəx guşənişinə və bayağı tele-serial azarkeşinə, bəziləri isə mənasız çayxana xosunlaşması və qeybət səviyyəsinə endi.

Dünən Azərbaycan ziyalısı öz mövcudluğu ilə partiyaların "dayaq sütunu” funksiyasını daşımasına baxmayaraq, siyasi qüvvələrin fövqündə durmağı və siyasiləri ziyalılaşdırmağı bacarmadı ki, onunla hesablaşsınlar, onu eşitsinlər, ondan ibrət götürüb çəkinsinlər, nəhayət ona hörmət etsinlər.

Dünən ziyalıların bir çoxu, vicdan əzabı çəkmədən, öz aralarından "görkəmli”, "misilsiz”, "əzəvolunmaz” xadimlər seçib, millət vəkili, akademik, xalq yazıçısı və s. təyin etdilər, onları pullu və hörmətli kreslolara oturtdular – bununla, "xadimlərin xədimliyi” məsələsinə rəvac verildi, bununla, "ziyalının ziyanlı” olmasına "yaşıl işıq” yandırıldı.

Dünən ziyalı missiyalı insan təəssüflər ki, rəhbəri – avtoritetdən, demaqogiyanı – vətənpərvərlikdən, şüarı – proqramdan, komformizmi – mövqedən, azadlığı – özbaşınalıqdan, populizmi – ideologiyadan seçib ayıra bilmədi; "siyasi proses” adlı aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmadı. Və elə bu səbəbdən də, sözün əsil mənasında, İŞIQLI İNSAN kimi qəbul olunmadı.

BÜ GÜN

Neçə illərdir ki, öz gücünü müxtəlif partiya hücrələrində "xərcləyib” puç edən Azərbaycan ziyalısı günü bu gün də anlaya bilmir ki, bütün bu illər ərzində siyasi rəhbərlər (az istisnalarla), onlardan, yəni alicənab, ləyaqətli, nəcib, vicdanlı və satılmaz ziyalılardan, müvafiq olaraq, onların yüksək elmi, dini dərəcələrindən, şan-şöhrətləri, hörmət-izzətləri və istedadlarından öz merkantil ehtiyaclarını və atamor intellektlərindən doğan, yekə, çox yekə iddialarını gerçəkləşdirmək üçün istifadə ediblər. "Mənəmlik” və "nərgiz” mərəzinə mübtəla olmuş (iqtidarlı-müxalifətli), bir çox siyasi liderlərin bəlağətli monoloqları və yağlı dillərinə hələ də inanan sadəlövh Azərbaycan ziyalısı, milləti qəflət yuxusundan oyatmaq, yalanı faş edib həqiqəti üzə çıxartmaq naminə, bircə dəfə də olsun həmin o liderlərin yaxasından yapışıb ciddi və sərt şəkildə törətdikləri əməllərin səbəbini sormadı, haqq-hesab tələb etmədi. Səd heyif ki, heç etmək fikrində də deyil...

Bu gün, həmişə olduğu kimi, çoxpartiyalı cəmiyyətin çoxsaylı liderləri "demokratik məmləkət” və "vətəndaş cəmiyyəti” qurmaq uğrunda sönük cəhdlər göstərib, siyasi manipulyasiyalar edir və Ziyalı hələ də boynuna almaq istəmir ki, əslində, bu sayaq qurama piar-texnologiyaların və perspektivsiz siyasi şouların meydan sulamağında, dolayısıyla günahkar məhz O-dur.

Bu gün 20-25 illik ekzeltal siyasiləşmədən sonra Ziyalı bəndə yenə də anlayıb dərk edə bilmir ki, çox nadir halda (yəni, yüz ildə bir, ya iki dəfə) yaranan formasiyalararası transformasiya mərhələsində tarixin, ələlxüsus ölkənin və xalqın taleyinə mənəvi cavabdeh məhz O-dur.

Bu gün müqavimət hissini itirmiş, zəif iradəli, hürkək Ziyalı bəndə özündə hünər tapıb heç vəclə etiraf edə bilmir ki, vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, habelə siyasi nihilizm və simasızlığın əsas baiskarlarından biri, bəlkə də, birincisi, məhz O-dur.

Bu gün Ziyalı öz ənənəvi cəsarətsizliyinin, susqunluq və izolyasyasının girovuna çevrilərək, hələ də başa düşmür ki, onun işi heç də siyasi proseslərin quyruğunda sürünməkdən, siyasi rəhbərlərin sifarişli musiqisi altında oynayıb ləbbeyk deməkdən ibarət deyil. Onun alın yazısı və ali missiyası taleyüklü hadisə və proseslərin arbitri, istiqamətləndiricisi, nizamlayıcısı olub, pozitiv inkişafın generatoruna çevrilməsində, qaranlığa işıq, bulanlığa duruluq gətirməsindədir.

Bu gün Azərbaycan Ziyalısı qəti şəkildə bilməli, anlamalı, eyni zamanda bunu digərlərinə təlqin etməlidir ki, ALLAH sevgisi, QANUN və ƏDALƏT hər hansı siyasətdən üstündür. Əks təqdirdə, ölkənin faciə və xaos burulğanına düşməsi labüddür. Ziyalı bilməli, anlamalı və anlatmalıdır ki, bizlər cəzasızlıq sindromundan harınlayıb "qanadlı dəvə”yə dönmüş kriminal mahiyyətli repressiv bir rejimlə üzbəüzük və öz mübarizə immunitetimizi beş qat, on qat artırıb dirəniş göstərməsək, məmləkətin demokratik inkişafının "kəlmeyi-şəhadət”i oxunacaq.

Bu gün Ziyalı zümrə bütün səmimiyyətilə, elmlə imanın vəhdətinə, eləcə də dünyəvi dövlətlə dinin harmonik mövcudluğuna nail olmağa çalışmalı və bunun üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün Ziyalı ortaya konseptual mübarizə fəlsəfəsi, praqmatik mücadilə modeli qoymalı, xəstə ambisiyalarla üfürülmüş müstəbeh və yuxulu siyasiləri "fil qulağından” düşürüb, onları effektli, mübarizəyə, ən başlıcası, ədalətsiz rejimi ədalətlə yıxmağa səsləməlidir.

Bu gün-sabah növbəti prezident seçkiləri keçirilməlidir. Yenə də proseslər başalanır. Və Ziyalı tək sözünə, tək vədinə görə heç kimə inanmamalı, xalqa da məhz bunu tövsiyə etməlidir. O, partiyalararası mübahisə və didişmələr səviyyəsinə düşmədən, Azərbaycan dövlətçiliyinə, demokratik islahatlara, millətin mental şüuru və mənəviyyat sisteminə əngəl törədən səbəbləri arayıb-axtarmalı, çıxış yolları göstərməlidir. Əhalinin, "mənlik deyil”, "nə işimə”, "onsuz da heç nə dəyişən deyil” və s. deyən bədbin kəsiminə, yanıldığını, səhv düşündüyünü və belə biganə münasibətlə öz oturduğu budağı baltaladığını izah etməlidir.

Bu gün Ziyalı ölkənin cənnətə dönməsindən daha artıq, cəhənnəmə çevrilməsinin qarşısını alamağa cəhd göstərməli, öz həmvətənlərinin düşüncə və qəlbinə hakim kəsilməli, itmiş, yaxud itməkdə olan inamı, etiqadı, ümidi qaytarmağa, onları siyasi kataklizmlərdən, idarə olunan xaosdan, panika və qorxudan, cəhalət və mənəvi aşınmadan uzaqlaşdırmağa və əlbəttə ki, milli mənafeyi və milli dəyərləri öz ürəyi, öz gözü, öz balası kimi qoruyan ləyaqət və vicadan simvoluna çevrilməyə can atmalıdır.

Bu gün Ziyalı bəndə, heç şübhəsiz ki, katarsis, etiraf, tövbə və xəcalət süzgəcindən keçib durulmağa məhkumdur.

Bu gün Ziyalı insan amorf halından qurtulub, ölkənin şərəf və ləyaqətinin məsuliyyətini daşımaq üçün yenidən doğulmalıdır. Əks halda, nə demokratiya, nə inkişaf, nə də ki, əminamanlıq nəsib olacaq bizlərə.


Bu gün Azərbaycan ziyalısı, sözün əsil mənasında, fədakarlıq göstərib-yanıb xalqın Məbədə və İşığa doğru hərəkətinə yardımcı olmalıdır...

Şam kimi!

Ki, bizlər bir daha "bu müstəqillik bizə düşmədi” kimi kəlimələri dilimizə gətirməyək. Ki, bizlər nəhayət, VAXT öldürmək kimi çox zərərli milli vərdişimizdən əl çəkək.

Və Ziyalı bütün bu deyilənləri BU GÜN etməsə, onda əmin olun, bir də heç vaxt üzümüzə... SABAH açılmayacaq!..

Eldəniz Quliyev,
Azərbaycan Ziyalılar Birliyinin sədri
 

Категория: Azərbaycan | Просмотров: 2172 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus