Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 10 » Seçilmiş İnsan
14:35
Seçilmiş İnsan
Gənc yaşlarım idi. Sumqayıt bələdiyyə üzvünün köməkçisi idim. Bir dəfə bir neçə nəfər bələdiyyə üzvü və şəhərin bəzi partiya simaları ilə əyləşib, bir loxma çörək yedik. Təbii ki, süfrədə şər suyu da var idi, bir neçə standart sağlıq deyiləndən sonra, sözü mənə verdilər, mən, bir yaşlı Talışdan eşitdiyim "Talış Xanı və gənc oğru” adlı bir rəvayət danışıb, (elə də böyük olmayan "ziyafətdə” hamı mənə qulaq kəsilmişdi) tostu "arzum budur ki, sabah biri-birinizə qarşı "kəsdiyim duz-çörəkdən keçə bilmirəm” deməyəsiz” sözü ilə bitirdim. Tostu deyib qurtarandan sonra badələr biri-birinə dəysə də, bu şər suyunu içənlər çox az oldular...

Talış Xanı və gənc oğru

Deyirlər bir gün Xanın vəziri Xanın hüzuruna gəlib, xəzinənin qapısının açıq olması, amma xəzinədən heç nəyin itməməsi barədə məlumat verir. Bir qədər fikrə gedən Xan, "Xan sarayında xəzinənin qapısını açan şəxs Xanın hüzuruna gəlsin” məzmunlu bir fərman verir və fərman bütün xanlıqda elan edilir. Bir neçə gündən sonra Xanın hüzurunda bir gənc dayanır və bildirir ki, Xanın xəzinəsinin qapısını o açıb. Xanın "məqsədin nə idi?” sualına gənc konkret olaraq "oğruluq” cavabını verir. Bir qədər fikrə gedən Xan "bəs niyə heç nə aparmadın?” sualını verir. Gənc "Xan sağ olsun, gözətçilər xəzinədə işıq görməsinlər deyə qaranlıqda hərəkət edirdim, xəzinənin içində pulu, qızılı əlim ilə axtarırdım, əlim bərk bir külçəyə toxundu, qızıl olub-olmamasını yoxlamaq üçün dişimə vurdum, DUZ olduğunu başa düşdüm və DUZU yerinə qoyub, qayıtdım”. Heç kəsin gözləmədiyi bir halda Xan "məni istəyən, bu gəncə xələt!” deyir. Bir xeyli qızıl yığılır və Xan mehtərinə bir yaxşı atda gətizdirir. Özü, yığılmış qızılları ata yüklətdirib, gəncə verir və gənci buraxır. Hadisədən təsirlənən vəzir "Xan sağ olsun, neçə illərdir mən sənə qulluq edirəm, bir dəfə də olsun "məni istəyən, vəzirə xələt!” deməmisən, necə oldu ki, bu oğruya bu boyda lütfkarlıq göstərdin?” Xan vəzirini diqqətlə nəzərdən keçirib, deyir:

-Vəzir, uzun illərdir ki, sən mənim çörəyimi yeyirsən, helə də məndən nə isə oğurlamaq fikri ilə yaşayırsan, amma bu gənc xəzinəmə xainliyə, oğruluğa gəlmişdi, DUZUMU daddı, DUZUMA qiymət verdi, xainliyindən əl çəkdi, məndən oğurluq etmədi...

Ustadın çörəyi...

Bilmirəm nədəndir, mən "Novruzəli Məmmədov” yaza bilmirəm, USTAD yazıram, baxmayaraq ki, mən onu ömrümdə görməmişdim, haqqında ancaq qiyabi məlumatım olub, şəxsən ONDAN heç nə də öyrənməmişəm, məqalələrinə baxanda da görürəm ki, yazı stillərimiz də fərqlidir, amma bütün bunlara rəğmən O mənimçün həmişə USTAD olaraq qalacaq! Mən deyərdim ki, O bir çox Talışlar üçün USTADDIR, amma bunu etiraf etmək üçün bir balaca səmimi olmaq lazımdır. Sözüm bunda yox, bildiyimiz kimi bu gün USTADIN 70 yaşı tamam olur, amma O bu günü bizimlə deyil, Onu bizimlə olmağa qoymadılar və bu işdə USTADIN çörəyini yeyən(lər)in də əli oldu! USTADIN çörək verdiyi adam Onun üzünə durdu, çörəyi yerə vurdu, DUZU tapdaladı. Bu tapdalanmış DUZ gec-tez onun gözünü tutacaq, bunda işim yox, amma bu tapdalanmış DUZ bir ailənin faciəsinin başlanğıcı oldu, bu tapdalanmış DUZ bizə Babəki də, səhl sumbatı da tanıtdı! Bu tapdalanmış DUZ Talış ziyalılarının bir-birilərinə hürkü ilə, xof ilə baxmalarına səbəb oldu. Bu tapdalanmış DUZ çox Talış ailəsinin içinə nifaq saldı, bu tapdalanmış DUZ bu gün də canımıza, qanımıza hopmuş qorxunun çıxmasına imkan vermir. Bu tapdalanmış DUZDAN uzun-uzadı yazmaq istəmirəm, anlayan anladı, anlamayana isə bir kitab da bəs etməz...

İş elə gətirdi ki, mən də USTADIN evində, düzdür onda artıq biz USTADI İTİRMİŞDİK, duz-çörək kəsəsi oldum və kəsdiyim o duz-çörək mənə bir öhdəlik verdi, o öhdəliyin adını yazmayacam, amma bir şeyi yəqin bilirəm: o duz-çörəyə ömrümün sonuna qədər sadiq qalacağam.

Məryəm xanım...


O gün Məryəm xanım ilə skaypda danışdım, bu şəraiti mənə yaratdığına görə Ataxan müəllimə çox minnətdaram, çoxdan idi ki, Məryəm xanımı görmürdüm, onun həlim səsini eşitmirdim. Məryəm xanım həmişəki kimi səmimi idi, artıq hiss olunurdu ki, o zalım rüzigar üzərində qələbə çalıb, bir xeyli söhbətləşdik, "dard-dıl” elədik, ordan-burdan çox söhbət elədik, söhbət əsnasında mən ona suallar da verirdim, lakin qəlbimdə bir sual var idi, onu heç cür verməyə imkan tapmırdım, nəhayət şərait yarandı və mən Məryəm xanımdan zamanın geri qayıtması mümkün olsaydı, təzədən Novruzəli müəllimin qəzetin baş redaktoru olmasına razı olub-olmayacağını soruşdum, Məryəm xanım tam səmimi cavab verdi, bu insan bu cavabda gözünü bir dəfə də olsa qırpmadı, gözünü yana çəkmədi. Tam səmimi bir cavab...

Məni Məryəm xanım ilə Hilal müəllim tanış etmişdi, zatən mən bir az lağ-lağı adamam, nə boyda problemim olsa da, deyib-gülməyi xoşlayıram, (buna görə də çoxu məni ciddi qəbul etmir) amma özümdən asılı olmayaraq USTADIN evində, Məryəm xanımın hüzurunda ciddiləşdim, özümü bir az yığdım, Məryəm xanım ilk baxışdan məndə çox xoş təsir yaratdı. Başına bu boyda faciə gələn, həyat yoldaşını, oğlunu (onda hələ kiçik oğlu Emil sağ idi) itirən bu qadının gözündə bir balaca da olsa xof, qorxu yox idi, (o vaxt çox Talışın gözündə bu xofu görürdüm) gözlər tam səmimi idilər. sonra mən USTADIN evində çox oldum, zatən Emil həmişə maraqlı söhbətlər edərdi, Məryəm xanım bizi həmişə doğmaları kimi qəbul edərdi, qapısı üzümüzə həmişə açıq idi, doğmalarını itirən Məryəm xanım səmimiyyətini saxlaya bilmişdi. Sonra Məryəm xanım daha bir faciə yaşadı: oğlu Emili də itirdi. Mən yenə də aradabir Məryəm xanımın halını soruşmaq üçün onlara gedirdim, artıq Məryəm xanım əldən düşmüş görsənirdi, talenin onunla oynadığı bu amansız oyunun qarşısında azca büdrəmişdi, amma təslim olmaq istəmirdi, təslim olmayacaqdı da! Son görüşümüzdə Məryəm xanım məndən bir xahiş etdi: Oğul, Novruzəlinin bir yadigarı qalıb, o da bu qəzetdir, onu dayandırma, heç olmasa ruhu bu qəzet ilə yaşasın. Mən Məryəm xanıma söz verdim, söz verdim ki, qəzet çıxacaq, nə qədər nəfəsim gedib-gəlir, bu qəzet çıxacaq! Sonra qəzetin dərci dayandı, mən məcbur oldum ki, yeni ad ilə qəzet təsis edim, çoxlu ad təklif olundu, amma heç birində USTADIN adı yaşamayacaqdı! Mən USTADIN qəzetinin adını "oğurladım”, qəzeti çox rahat qeydiyyatdan keçirtdim, köşklərə çıxartdım... Bu gün bu qəzeti əlinə alan əksər Talışlar "bu Novruzəlinin qəzetidir!” deyirlərsə, Onun ruhuna dualar oxuyurlarsa, demək mən hələlik Məryəm xanıma verdiyim sözü tuta bilirəm. Bəli, bu qəzet USTADIN qəzetidir, USTADIN qəzeti olaraq qalacaq da! Çox təəsüf ki, mən qəzetin "baş redaktoru” yerinə USTADIN adını yaza bilmirəm, amma həmən yeri həmişə boş saxlayıram, çünki bu yer USTADINDIR və Onun da olaraq qalacaq! Çünki qəzetin möcüzəvi şəkildə qeydiyyatdan keçməsində, problemsiz köşklərə çıxmasında bir İlahi qüvvənin təsiri var idi və mən əminəm ki, böyük yaradan – Xuda özü USTADIN adının bu qəzetdə yaşamasına şərait yaratdı! USTAD, SƏN yenə də bu qəzetin baş redaktorusan, mən isə sadəcə bu qəzetdə məsul katibəm, amma sələfimdən fərqli olaraq mən SƏNƏ xəyanət etməyəcəm, Sənin DUZUNU ayaq altına atmayacam...

Yaşatmaq üçün ölmək...

Bu gün bu nömrədə Akif Dənziyevin də yazısı olmalı idi, mən Məryəm xanımın "Novruzəli Akifi çox istəyirdi, mənim adımdan Akifə de Novruzəli müəllim haqqında bir yazı yazsın” xahişini dərhal Akifə çatdırdım, "baş üstə, yazaram” deyən Akif sözünü tutmadı, nə bilmək olar, bəlkə vacib işi çıxdı, məndən demək idi, özü bilər. Amma hər necə olsa da Akif bu yazını yazmalıydı, çünki Akifin bu gün Akif olmasında USTADIN zəhməti az olmayıb. Nə isə, ...

Amma həqiqətəndə USTAD gözünün nurunu bu millətə yedizdirib, bu milləti ölməyə, itib batmağa qoymayıb. Öz həmmillətləri tərəfindən ona edilmiş külli haqsızlıqlara rəğmən, O bu millətə olan sevgisini zərrə qədər də azaltmadı, əksinə, millətin ağır günündə sinəsini QALXAN edərək, qabağa düşdü, bəzi psevdotalışlar kimi millətinin adı ilə alver etmədi, hamıya qucaq açdı, simasız insanların səmimiyyətinə inandı, hətta məhkəmədə də üzünə duran "talışa” güldən ağır söz demədi, Əyyub peyğəmbər kimi "əgər bu qurd mənim qanımı sormaqnan yaşayırsa, qoy yaşasın” fikirləşdi, amma həmən "qurd” bu gün, diri olsa da, ölüb, USTAD isə ŞƏHİD olmağına baxmayaraq YAŞAYIR! Nə qədər TALIŞ adı olarsa, YAŞAYACAQDA!

Ruhun şad olsun milləti üçün YAŞAMAĞI, millətinin yaşaması üçün ÖLMƏYİ bacaran ŞƏXSİYYƏT!


İ.S. Bilirəm, bu yazını bəzi "novruzəlisevərlər” süngü ilə qarşılayacaqlar, amma bütün bunlara rəğmən mən bu yazını yazmalıydım, bu mənim vətəndaşlıq borcum idi, bu mənim USTADIN ruhu qarşısında olan borcum idi ki, bu yazı ilə həmən borcun kiçik bir hissəsini qaytara bildim.

İ.S.S. Hərdən USTADIN bu millət üçün gördüyü işləri gözümün qabağına gətirərdim, fikirləşərdim ki, normal insan bu boyda iş görə bilməz, buna nə onun vaxtı, nə də imkanı çatmamalıdır. Sonra özüm-özümə verdiyim bu suala cavab tapdım: USTAD adi insan deyildi, O Xıdonın seçdiyi İNSAN idi. Bəli, məhz Xıdonın seçdiyi İNSAN!!!

Rafiq Cəlilov,
Tolışon Sədo, № 08 (20), 10 mart 2012,
celilovrafiq@mail.ru


Категория: Талыш xəbərləri | Просмотров: 1626 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus