Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Январь » 31 » "Sıə Tolış" qəzeti 80 yaşında
00:49
"Sıə Tolış" qəzeti 80 yaşında
Bu gün "Kızıl-Talış” ("Sıə Tolış”) qəzetinin ilk nömrəsinin çap olunmasından 80 il keçir. Amma çox təəssüf ki, bu qəzet haqqında, bir-iki cümlə xaric, Azərbaycan mətbuatında, tarixi kitablarında, ensiklopediyalarda yetərli məlumat tapmaq mümkün deyildir. Bu boşluğu doldurmaq üçün, tədqiqat mövzusu olaraq seçdiyim bu qəzet haqqında aşağıda qısa məlumat verəcəyəm.

80 il əvvəl, 21 Yanvar 1931-ci ildə (çərşənbə günü) Talış bölgəsinin Lənkəran (Lankon) şəhərində Böyükağa Mirsalayevin baş redaktorluğu ilə 1500 tirajla "Kızıl-Talış” adında bir qəzet nəşrə başladı. Az.K(b)F Lənkəran Dairə Komitəsinin Orqanı olan və 5 qündən bir çıxan, Talış və Turk dillərində nəşr olunan "Kızıl-Talış” qəzeti, indiyə qədər Talış adını daşıyan və səhifələrində Talış dilində yazılara yer verən ilk qəzet olaraq tarixə düşmüşdür.

Səhifələrində həm Azərbaycan və həm də Talış dillərində yazılar çap edən "Kızıl-Talış”ın, birinci nömrəsində qəzetin Şuralar Hökümətinin Talış xalqına bir töhfəsi olduğu vurğulanmaqla bərabər, Talış xalqının da bunu haqq elədiyi ifadə edilmişdir: "Talış əlifbası, Talış dili və Talış ədəbiyyatının inkişafı danılmaz müvəffəqiyyətlərimizdən və parlaq nailiyyətlərimizdəndir. Şuralar hökuməti Talış əməkçilərini Talışinski, Talışxanov, Mehmandarov və qeyri müftəxorların qanlı caynaqlarından azad edib, yer, su, meşə və yaşamaq üçün geniş imkan verdi. Qaranlıqda qalmış mövhumat uçurumlarından maarifə və mədəni inqilaba doğru çəkdi… İcbari təhsil sayəsində bütün Talış kütləsinin 100 faiz savadlanması, kollektivləşmə nəticəsində qolçomaqların bir sinif olaraq ləğvi okruqların, tövsiyə edilib dairələşməklə, güclü işçilərin kəndlərə axını, 25 minçilərin kəndlərə göndərilməsi, yüzlərcə traktor və maşınların kəndlərə dolması. Xüsusən Talış əməkçiləri arasında mətbəə və qəzetə quruluşu 5 illik planın hədiyyəsi və 16-cı firqə qurultayının, dəyərli töhfələrindən biridir”.

Qəzet, 21 yanvar 1931-ci il-20 noyabr 1931-ci il tarixləri arasında (1-63-cü nömrələr) "Kızıl Talış” adıyla çap olunmuşdur. 5 dekabr 1931-ci ildə çıxan 64-cü nömrəsindən etibarən qəzet adını "Sıə Tolış” olaraq dəyişdirmişdir ki, bunun səbəbi qəzetin həmən nömrəsində belə izah edilmişdir: "Qəzetimizin başlıca olaraq talış xalqı əməkçilərinə xidmət etdiyini nəzərə alaraq rəhbərlik edici təşkilatlar; qəzetimizi Kızıl-Talış əvəzinə Sıə Tolış adlandırmaq haqqında müxbir müşavirələri tərəfindən irəli sürülmüş təklifi təsvib etmişlərdir. Ona görə də qəzetimiz bu nömrədən etibarən "Sıə Tolış” adı ilə buraxılır” ("Sıə Tolış” qəzeti nöm.64; 5 dekabr 1931-ci il)

"Sıə Tolış” adıyla qəzet son nömrəsini (nöm. 11 (518)) 18 fevral 1939-cu ildə çap eləyir. Bu tarixdən sonra "Sosialist Subtropiqi” adını daşıyır. Bunun səbəbini də yenə qəzetin 12-ci (519) nömrəsinin son səhifəsində "Oxuyucuların Diqqətinə” başlıqlı kiçik bir xəbərlə belə çatdırılır: "Qəzetimizin keçmiş Sıə Tolış adı indiki şəraitimizə uygun olmadığından həmin ad indi Sosialist Subtropiqi ilə əvəz edilmişdir” ("Sosialist Subtropiqi” nöm;12(519)23 fevral 1939-cu il)

"Sosialist Subtropiqi” qəzeti 16 iyun 1957-ci ildən "Leninçi” və 22 sentyabr 1990-cı ildən isə "Lənkəran” adıyla çıxmağa başlamışdır.

1938-ci ildən etibarən qəzet səhifələrində Talış dilindəki yazılar azaldılmış və 22 sentyabr 1938-ci ildən etibarən qəzet yalnız Azərbaycan dilində çıxmağa başlamışdır.

"Kızıl-Talış (Sıə Tolış)” qəzetinə Böyükağa Mirsalayev, Əli Razi Şəmsizadə, Rəzzaq Kazımov, Əmrəli Mirzəyev, Qüdrət Kazımov, Bayram Süleymanov kimi dövrlərinin ziyalı insanları müxtəlif illərdə redaktorluq və ya məsul katiblik etmişlər.

4 səhifədən ibarət olan qəzetdə daxili və xarici xəbərlər, yerli həyatı əks etdirən materiallar verilmişdir. Mədəni inqilabın məqsəd və vəzifələri, kollektivləşmə, qadın azadlığı, təsərrüfat vəzifələri haqqında yazılar qəzet səhifələrində özlərinə yer tapmışdır. Talış bölgəsinin siyasi, iqtisadi, sosial, mədəni həyatı haqqındaki yazılarla qəzetin hər nömrəsində rastlaşmaq mümkündür.

Talış dilində şeirlər, felyetonlar, Talış dilinə tərcümələr, ilk Talış teatrı, talış dilində çap olunan kitablar haqqında məlumatlar, Talışlar haqqında həm Rusiya, həm də Bakı mətbuatında çıxan yazılar qəzetdə yer alan yazılardandır. Qəzetin fəaliyyətində yaxından iştirak edən Müzəffər Nəsirlinin "Tolışə folklori həxədə çan qləyı sıxan” ("Sıə Tolış” qəzeti; nöm:67(325) 18dekabr 1935-ci il; nöm:69(327) 31dekabr 1935-ci il) məqaləsi Talış foklorşünasları üçün vacib bir mənbədir. Talış dilində şeirlərin, felyetonların, tərcümələrin, əsasən də 1935-ci il nömrələrində çox çap olunduğunı görmək mümkündür.

"Yerli çap qəzetəsi Lənkəran, Astara, Lerik, Astraxanbazar və Masallı dairələrində olan namuslu əməkçi müxbirlərinə söykənib, projektor gibi öz işığını Talış dağlarına yaymalıdır” ("Kızıl-Talış” qəzeti nöm.1., 21 yanvar 1931-ci il) deyən qəzet, bu vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

Bu gün, "Kızıl-Talış” (Sıə Tolış) qəzetinin nömrələri Moskva arxivlərində və Lənkəranda "Lənkəran” qəzetinin redaksiyasında qorunmaqdadır. Fəqət zaman keçdikcə qəzetin nömrələri fiziki olaraq keyfiyətlərini itirirlər. Bunun üçün də qəzetlərin qısa vaxtda mikrofilmləri hazırlanmalı və qorunmalıdır.

"Kızıl-Talış”, "Sıə Tolış”, "Sosialist Subtropiqi” və daha sonra da "Leninçi”, "Lənkəran” adıyla çıxan qəzet Talış bölgəsinin, Talış dilinin, Talış ədəbiyyatının, Talış tarixinin araşdırılmasında vacib mənbələrdən biridir. Bu qəzetin səhifələrində bölgənin siyasi, iqtisadi, sosial, mədəni sahələrinin vəziyyəti haqqında məlumatlar, xəbərlər, geniş yazılar tapmaq mümkündür. Amma çox təəssüf ki, bu gün Azərbaycan tarixi üzrə araşdırma aparanlar, bu mənbələrdən yetərincə az bəhrələnir və ya heç istifadə etmirlər. Bunun üçün də bu qəzetlər günümüzdəki araşdırma mövzuları içində yer almır. Amma unutmaq olmaz ki tarixçinin istifadə edə biləcəyi mənbələr arasında qəzetlərində vacib bir yeri vardır.

"Kızıl-Talış” (Sıə Tolış) qəzetinin kolleksiyasından (tikməsindən) istifadə etməyimdə köməkliyini əsirgəməyən "Lənkəran” qəzetinin baş redaktoru İltifat Əhmədova təşəkkür edirəm.

Elnur Ağayev,
Tarix elmləri doktoru,
Tolışi Sədo, №2, 2011

Категория: Talış tarixi | Просмотров: 2859 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Kadusya  
-1
Vey nohax cha Lankonoji noma qate!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus