Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Январь » 24 » Simasızlıq
02:44
Simasızlıq
Tarix elmləri doktoru Hacıbaba Əzimovun 20 yanvar 2014-cü il tarixdə "Yeni Musavat” qəzetinə, eləcə də ölkəmizin digər KİV-lərində gen-bol, sağa-sola verdiyi müsahibələrdə, yazdığı məqalələrdə heç bir epizod, sübut, fakt və arqument göstərmədən, qərəzli şəkildə barəmdə "separatçı” ifadəsi işlədərək, məni xarici kəşfiyyata işləməkdə suçlayır.

Halbuki, həmişə demişəm və yenə də deyirəm; ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğunda, eləcə də bu hüquqların tərkib hissəsi olan vətəndaşların milli özünüifadə hüquqlarının qorunmasında, inkişafında Azərbaycan Respublikasının Konstitusiyasının maddələrini mənim üçün əsasdır! Azərbaycanın dövlətçiliyi, onun ərazi bütövlüyü müqəddəs və toxunulmazdır! 

H.Əzimov isə, son zamanlar KİV-də dərc etdiyi məqalə və müsahibələrində mənə qarşı  konkret cinayət əməli törətməklə yanaşı, ölkəmizdə yaşayan qardaş xalqların milli birliyinə, bərabərhüquqluluq ideyalarına, vətəndaşlıq azadlıqlarına, dövlətçiliyimizin təməl prinsiplərinə, eləcə də gənclərin vətənpərvərlik hisslərinə sarsılmaz zərbələr vurmuşdur! Eyni zamanda o, azsaylı xalqların tarixini, dilini, mədəniyyətini, eləcə də bu dəyərlərin hifz olunmasında xidmət göstərən ziyalıları təhqir və təhdid edir. Beləliklə, H. Əzimovun törətdiyi əməllər vətəndaşların çox incə və kövrək milli özünüifadə tellərini zədələyərək, bu sahədə ciddi çatların əmələ gəlməsinə yönəlik addımlardır. Bu sayaq hərəkətlər, birbaşa Erməni dəyirmanına su tökmək kimi dəyərləndirilməlidir! 

Niyəsinə isə, tarix elmləri doktoru Hacıbaba Əzimovun elə öz yazdığı əsərlərindəki seçmələrdən bəzi nümunələr gətirməklə, cavab verəcəyəm! Zənnimcə, bu yazını oxuyandan sonra hörmətli oxucular H. Əzimovun "kimə, haraya və hansı məssəbə xidmət edir?” - sualına cavab tapacaqlar!..   
   
Hacıbaba Əzimov 6 kitab və 2 kitabçanın müəllifidir.

Mən onun "Bakı Kommunası” (Bakı, Gənclik nəşriyyatı, 1982-ci il) və  "Böyük Oktyabr Azərbaycanda” əsərlərində ifadə etdiyi fikirlərindən nümunələr göstərəsəyəm.

"Bakı Kommunası” əsərindən:   

... Bu əsəri o, başdan-ayağa Bakı kommunarlarının, xüsusən Stepan Şaumyanın inqilabi fəaliyyətinə həsr etmiş və onu "milli qəhrəman” səviyyəsinə qaldırılmışdır. Diqqət yetirin:

... Əsərdə Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Musavat partiyasının mürtəceliyini, satqınlığını və xalqın qanuni hökumətini – Kommunanı devirmək üçün etdiyi "murdar cəhdlər” ifşa edilir (səh. 88).

... "Bakı Kommunası süqut etdikdən sonra Azərbaycan xarici interventlər və Musavat əksinqlabçılarının əsarəti altına düşdü” (səh. 135). "Bu 1920-ci ilin yazına qədər davam etdi, aprelin 27-dən 28-nə keçən gecə Kommunist Partiyasının rəhbərliyi ilə üsyan edən Azərbaycan zəhmətkeşləri burjua-mülkədar Musavat hökumətini devirdilər və sovetlərin hakimiyyətini qurdular” (səh. 135). 

H. Əzimov " Böyük Oktyabr Azərbaycanda” əsərindən: 

... "Musavat partiyasının liderləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadə yuxarıda göstərilən "əsərlərində” Musavat partiyasının fəalıiyyətini həddən artıq bəzəyir, rolunu şişirdir, başqa partiya təşkilatlarının, xüsusən bolşeviklərin hörmət və nüfuzunu aşağı salırlar” (səh. 16). "Azərbaycanın burjua-mülkədar təbəqələri və onların Musavat partiyası sosialist hərəkatının və zəhmətkeşlərin internasional birliyinin ç o x  t ə h l ü k ə l i  düşməni idi. Musavatçılar milli bayraq altında gizlənərək, Azərbaycan zəhmətkeşləri arasında milli-azadlıq illüziyaları toxumunu səpir, onları əsil inqilabi mübarizədən çəkindirməyə cəhd edirdilər (səh. 132).

... "Musavatçı burjua millətçiləri zəhmətkeşləri aldadaraq, "ümummilli marağın” müdafiəsi, "milli bərabərlik”, "milli istisnaların ləğvi” haqqında demaqoqcasına boşboğazlıq edirdilər. "Ümummilli maraq” haqqında danışarkən, burjua millətçiləri azərbaycanlıları təbəqə və sinifləri olmayan bir xalq kimi qələmə verir, kəskin sinfi ziddiyyətləri, sinfi mübarizənin mövcudluğunu pərdələməyə çalışırdılar (səh. 132). 


Onlar itaətkar ziyalıların köməkliyi ilə ümummilli hərəkatı "sinfi olmayan” bir hərəkat kimi göstərməyə çalışır, özlərini bu hərəkatın rəhbərləri kimi qələmə verir, özlərinin sinfi burjua-mülkədar təşkilatlarını isə, guya milli azadlıq hərəkatına başçılıq edən təşkilatlar kimi mənalandırmağa çalışırdılar” (səh. 132 – 133). "Musavatçılar inadla, Rusiyada yaşayan bütün müsəlmanların "birliyi və ittifaqı” kimi saxta şüarlar irəli sürür, kütlələrin beynini dumanlandırmaq aləti kimi isə, pantürkizm  və panislamizm  kmi mürtəce ideologiyadan geniş istifadə edirdilər” (səh. 133).  " Onlar göstərirdilər ki, guya "müsəlman dünyasında” müxtəlif siniflər yoxdur ki, onların marağı bir-birinə düz gəlməsin”, bütün müsəlmanlar "bir sinfin üzvləridir” (səh. 190).  "Əhalinin geniş təbəqələrinin əhvalını "obyektiv” əks etdirən şüarlar irəli sürərək, səxavətli vədlər verməklə və xalq kütlələrinin milli hissləri ilə oynamaqla, burjua millətçiləri inqilabın ilk günlərində nəinki şəhər və kənd burjuaziyası və liberal mülkədar dairələrindən, hətta fəhlə və kəndlilərin müəyyən hissəsi və aşağı təbəqədən çıxan ziyalılar arasından da öz tərəfinə çoxlu mülkədarlar çəkə bildilər. Həqiqətdə isə, Musavat partiyası və onun başçılıq etdiyi müsəlman milli komitələri xalq kütlələrinin ümdə mənafeini xaincəsinə satır, Rus burjuaziyası və Müvəqqəti hökumətlə öz gizli ittifaqlarını daha da möhkəmləndirir və onun imperialist müharibəsini davam etdirmək siyasətini fəal müdafiə edirdilər” (səh. 133).

... "Bolşeviklərə qarşı mübarizədə musavatçılar çox vaxt menşeviklər, daşnaklar və eserlərlə birləşirdilər (səh. 199).

Əsərdə  tarixçi-alim H. Əzimovun 1918-ci ilin mart döyüşlərinə verdiyi qiymət də çox "maraqlı və düşündürücüdür”: 

... "Azərbaycanda Sovet Hakimiyyətinə qarşı musavatçıların öz ordularını təşkil etməsini və TÜRK  işğalçıları ilə birləşib Gürcü menşevikləri və daşnakların köməyilə 30 mart 1918-ci ildə Bakıda qiyam qaldırmasını və bununla da vətəndaş müharibəsinin başlandığını yazan müəllif göstərir:

... "Əksinqilabın darmadağın edilməsi və Sovet hakimiyyətinin tam qələbəsinin təmin edilməsi üçün Stepan Şaumyanın başçılığı ilə elə həmin gün Bakıda İnqilabın Müdafiəsi Komitəsi yaradıldı və Sovet hərbi hissələri və fəhlə dəstələrinin qəhrəmanlığı nəticəsində əksinqilabın başı əzildi. Beləliklə, mart döyüşləri Bakı proletariatının parlaq qələbəsi ilə başa çatdı” (səh. 244 – 245).

Ancaq, tarixdən bizlərə məlumdur ki, H. Əzimovun bəhs etdiyi həmin Mart döyüşləri Bakıda daşnaklar tərəfindən çox vaxt milli qırğına çevrilirdi. 

H.Əzimov isə, bunu riyakarcasına inkar edir və göstərir:

... "Əksinqilabi partiyalar musavatçıların silahlı dəstələrinə qarşı əməliyyatlarda iştirak edən daşnakların dinc azərbaycanlılara qarşı talançılıq və yırtıcılığından istifadə edərək, vətəndaş müharibəsinə büsbütün "milli” müharibə donu geyindirir və bolşeviklərə, Sovet hakimiyyətinə qarşı böhtan kompaniyasını genişləndirirdilər” (səh. 245 – 246).

Ancaq, hətta S. Şaumyan da, özünün Mərkəzə göndərdiyi hesabatında Bakıda Mart hadisələrində milli qırğını məhz  erməni  qüvvələrinin əli ilə təşkil olunduğunu açıq-aşkar yazırdı. Tarix elmləri doktoru H. Əzimovun riyakarcasına tarixi faktların təhrif etməsinə burda nə ad vermək olar?! Erməni daşnaklarının Bakıda milli qırğın törətməsini malalamaqda və gizlətməkdə, görəsən H. Əzimov nə məqsəd güdür?.. Bax, bunu heç cür başa düşmək olmur. Görəsən, "hörmətli professor” indi Azərbaycan vətəndaşlarının gözünə necə və hansı üzlə baxır?..

Deməli, H. Əzimovun sözlərindən belə çıxır ki, Bakıda və Azərbaycanın bir sıra bölgələrində daşnaklar tərəfindən azərbaycanlılara qarşı törədilən milli qırğınlar,  adicə vətəndaş müharibəsi imiş və bunu  genosid siyasət adlandıranlar da böhtançılar imiş!..

Hətta, sovetoloq R. Syünini də tənqid edərək, H. Əzimov yazır:

... "1918-ci ildə Bakıda və Azərbaycanda baş vermiş sinfi mübarizəni və faktiki vətəndaş müharibəsini inkar edərək, R. Syünun bütün ziddiyyətləri ağılsız millətlərarası düşmənçiliyə aparıb çıxarır (səh. 17). 

Eləcə də, Amerika azərbaycanşünası, professor T. Svitoxovskinin də Azərbaycanda 1918-ci ilin Mart qırğınlarına ermənilərin "ermənilərin törətdiyi milli qırğın” adı verdiyi halda, görəsən tarixçi-alim H. Əzimovu nə vadar edir ki, o bu milli qırğını  var-gücü ilə ört-basdır etməyə çalışır və erməni daşnaklarını təmizə çıxarır. İndiki zaman şəraitində isə, "ağ mələk” donuna bürünüb, hər şeyi tərsinə deyən və "cahanşümül əsərlərində” ermənilərin xeyrinə heç nə demədiyini və yazmadığını sübut etməyə əlləşən bu ikiüzlü tarix doktoruna nə ad vermək olar?!

H.Əzimov Yelizavetpolda elan olunmuş Azərbaycan Demokratik Respublikasına, Nuru paşanın komandanlığı altında köməyə gələn Türk ordusunu "işğalçı ordu” adlandırır və göstərir:

... "Almaniyanın və Türkiyənin məğlubiyyəti nəticəsində "Mudross barışığı”nın şərtlərinə görə Türk işğalçıları Azərbaycanı tərk etdikdən sonra, onları ingilislər əvəz etdi və Musavat hökuməti İngilis işğalçılarının oyuncağı rolunda qaldı” (səh. 310).

Kitabın axırında isə, o, Musavat hökumətinin devrilməsi və Sovet hakimiyyətinin qurulmasını, Kirovun və Orconikidzenin başçılığı ilə "11-ci Qızıl Ordunun” Azərbaycana gəlişini məftunluqla təsvir edir (səh. 315). Müəllif qeyd edir ki, Sovet hakimiyyətinin qələbəsi Azərbaycan üçün "azadlığa və xoşbəxtliyə, sosial tərəqqiyə doğru yol açdı” (səh. 316) və "Azərbaycan xalqı tarixən qısa bir müddətdə görünməmiş nailiyyətlər qazandı” (səh. 316).

Tarix elmləri doktoru H. Əzimovun " Böyük Oktyabr Azərbycanda” əsərini Şaumyanın, Əzizbəyovun, Caparidzenin və Fioletovun fotoşəkilləri bəzəyir. S. Şaumyan Azərbaycan bolşeviklərinin rəhbəri, Mravyan, Osepyan, Ter-Qabrielyan, Bekzadyan, Karinyan.., daha nə bilim nə "yan”lar isə, Azərbaycan xalqının inqilabi mübarizə qəhrəmanları kimi təqdim edilir. 

Azərbaycan xalqının düşmənlərinin milli qəhrəmanlarımız səviyyəsinə qaldırılması, işğalçı imperiyanın "qardaş xalqların sovetlər ailəsi” şəklində mədh edilməsi ilə yanaşı "Vahid Azərbaycanın milli birliyi”ndən danışmaq,  görəsən nə dərəcədə uyğun gəlir? Bu, "adımı sənə qoyum, səni də yana-yana qoyum!” – deyilmi?

H.Əzimovun elmi yaradıcılığının və "gərgin” elmi axtarışlarının məhsulları olan əsərlərində şərqin ilk demokratik dövlətin – ADR-nın banisi M. Ə. Rəsulzadə, eləcə də Musavat partiyası ilə bağlı iftira xarakterli fikirlərini, bu gün "qeyrətdən, vicdandan və kişilikdən dəm vura-vura”,  ifadə etdiyi fikirləri ilə müqayisə edərkən hey.., bu sualı vermək istəyirsən: "Bu yaşa çatasan, bu qədər simasızlıq edəsən, heç xəcalət çəkməyəsən? Əlhəzər!..”  

Bax, bu sualın cavabını qoy, Azərbaycan Tarix İnstitutu versin. Çünki, ən nəhayət xalq hər kəsi necə varsa, elə də tanımalıdır. 

Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri,
Milli Şuranın üzvü,
Yeni Musavat qəzeti, 23.01.2014
     
 

Категория: Azərbaycan | Просмотров: 1745 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus