Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Декабрь » 12 » Şok hadisə
21:38
Şok hadisə

Eldəniz QULİYEV 

Yalan deyib imanımı yandıra bilmərəm, yəni oxuyacağınız bu hadisəni şəxsən özüm görməmişəm,- görənlərin dilindən eşitmişəm. Deyirlər ki, “Yeni Müsavat” qəzetinin kollektivi fasilə vaxtı redaksiyanın dəyirmi iclas stolunun üstünə cörək, pendir, göy-göyərti, bişmiş toyuq, kartof soyutması və sair Allah verən təamlardan düzüb, nahar etməyə hazırlaşırmışlar... Xanım yazarlardan biri dodaqaltı: “çəngəl-bıçaq, kəs-küs” deyə-deyə, çəngəl-bıçaqları yerbə yer eləyir, arada da müqavilə ilə yenicə işə götürdükləri digər həmkarına replika atır: 

- Əlli-ayaqlı ol, qıza!..- deyir. Müstəqil, ictimai-siyasi qəzetdə işləmək şərəfi hər kəsə qismət olmur ha!.. Stol düzəltmək məqalə yazmaqdan qat-qat çətin məsələdir. Bu qədər sadə! 

- Əlbəttə! - Bunu, dadlı-duzlu yeməklərə baxdıqca ağzı sulanan stajlı köşə yazarlarından biri deyir: - Obyektiv, vicdanlı, ən əsası, qərəzsiz bir qəzetdə külüng döymək jurnalistin avtobioqrafiyasına qızıl hərflərlə həkk olacaq əbədi bir nəsnədi... 

Əlqərəz, stolun ətrafında əyləşənlər elə “bisimillah” eləmək istəyirlər ki, bu vaxt BRMM- yəni Baş redaktorun Müavininin Müavini olduqca emosional bir şəkildə dillənir: 

- Allah baş redaktorumuzun başını sağ eləsin! Belə ləyaqətli, belə şərəfli bir qəzeti belə L-sız və belə Ş-siz bir dövrdə saxlayıb - hifz etmək, zatən, hər kişinin işi deyil! Öz millətinə, öz xalqına təmənnasız qulluq göstərmək əsl fədakarlıqdır! 

Amma BRMM, nədənsə bu sözləri deyərkən gözü önündə baş redaktorun mübarək sifəti əvəzinə, sabah alacağı 480 manat məvacibi-özü də 20 manatlıq əskinaslar şəkilində, - gəlib durdu... 

Eynəkli, sarışın və ikidilli - o mənada kı, həm rus, həm də öz dilimizdə yazan, davakar yazar: 

- Allax onu bizə, qazetamızı və saytımızı da xalqımıza çox görmesin! - dedi.
- Amin! - Redaksiyaya sınaq müddətinə qəbul olunmuş yaraşıqlı qız köks ötürdü. 

Və nə oldusa elə bundan sonra oldu... Stolun üstündəki bişmiş toyuq lappadan, yəni qəflətən sıçrayıb plastmas boşqabda dim-dik “dayandı” və elə bir qəh-qəhə çəkdi, elə bir qəh-qəhə çəkdi ki, pəncərələrin bədənnüma şüşələri cingildədi!.. Deyilənə görə, hətta on iki şamlıq lüsrtanın üç-dörd xurustal şüşəsi də qopub yerə düşüb... ancaq bunun mətləbə dəxli yoxdur. 

Həə, bu qeyri-adı mənzərəni görən hörmətli qələm əhli əvvəl duruxub, sonra isə qorxudan, eləcə, heykəl kimi donub qalıblar, yəni heç “mıqq”da eləyə bilməyiblər. (Sonra deyirlər ki, qara qüvvələr, mistika-filan cəfəng söhbətlərdir(!?).
 

İddia edirlər ki, bişmiş toyuğun özünü bu sayaq “naqlı” aparması tək bircə nəfəri – redaksiyanın göz muncuğu sayılan yeganə ağıllı və müdrik qələm əhlini - qətiyyən təəccübləndirməyib. Və o, öz həmişəki, daha doğrusu ənənəvi ironiyasına bir-iki çimdik intellektual skepsis qataraq: 

- Bəylər, xanımlar, mən burada təəccüblənməli - xoflanmalı bir zad görmürəm, - deyib, - Bir ölkədə ki, yatmış millət gözü bağlı-bağlı ağlaşa bilirsə, bir ölkənin ki, efir məkanına kanalizasiya turbaları çəkilir və bu turbalar bir başa TV-lərlə calaq edilirsə, üstəlik bunu görən millət haray-həşir salıb çığır-bağır qoparmırsa, bir millətin ki, yapistləiylə müxalifətistiəri bir qərinədir ki, kəllələşir və xalq da buna azarkeşlik eləyirsə, ta onda bişmiş toyuğun gülməyində nə qəribəlik ola bilər ki? 

Eynəkli, ikidilli, sarışın və davakar yazar özünə gələn kimi, qarala-qarala etiraz etdi: 

- Xeyr! Mən razı deyiləm! Bu ritorik sualdır! Kim nə deyirsə, desin: bu Əli Kərimlinin dəsti-xəttidir! Siyasi mübarizəyə nanotexnologiyalar transfer etmək, bununla da bişmiş toyuğu gülməyə məcbur etmək... Bu, ancaq və ancaq Əli Kərimlinin məxfi direktivləri əsasında fəaliyyət göstərən zombiləşmiş AXCP-çilərin işi ola bilər, vsyo! Klyanus, qulağımı gəmirərəm,əgər belə deyilsə!.. 

Bəli, bu qəribə və sözün əsl mənasında şok hadisə baş verən vaxt, həvəslə yeməyə hazırlaşanların iştahasının “optovoy” küsməsini, eləcə də kiçik, ancaq xoşagəlməz bir insidenti nəzərə almasaq, demək olar ki, elə də ciddi bir fəsad, ya xəsarət alan olmayıb. Qeyd edilən xoşagəlməz “insident” isə bundan ibarətdir ki, bişmiş toyuq sıçrayıb qəh-qəhə çəkən mament Samir ləqəbli dəymədüşər bir köşə yazarı elə diksinib,elə səksənib ki, oturduğu stuldan mayallaq aşıb və... biçarəni qəfl sarılıq tutub. Amma... 

Amma, rusun sözü olmasın,: “net xudo bez dobro!”, yəni o gündən Samir ibn Xalid, olub – Samir Sarı və həftə səkkiz, mən doqquz, öz duzsuz yazılarını bu ləqəblə döşəyir!.. Daha doğrusu, çatana çatır, çatmayana bir daş ( bəzənsə daşdan da pis şeylər) atır. Neynəsin, bişmiş toyuğun acığını kimdənsə çıxmalıdı, ya yox?..

Vəssəlam! 

Категория: Azərbaycan | Просмотров: 1627 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus