Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Январь » 4 » “Şpigel” rejimin diktator imicini dəyişmək üçün xərclədiyi pullardan yazdı
14:28
“Şpigel” rejimin diktator imicini dəyişmək üçün xərclədiyi pullardan yazdı
Əliyevlər yeni ilin ilk zərbəsini Almaniyadan aldı

Azərbaycanın Almaniyada belə fəaliyyətləri artıq ədəbsizliyin lap son həddindədir


Almaniyanın ən nüfuzlu nəşrlərindən biri, "Spiegel” ("Şpigel”) Azərbaycandakı siyasi rejimi və ona lobbi xidməti göstərənləri tənqid edən məqalə dərc edib. Məqalədə Əliyevlər rejiminin avtoritar imicini Qərbdə yaxşılaşdırmaq üçün çoxlu pullar xərclədiyi və lobbiçilərin bu korrupsiya pulları müqabilində bəzi Qərb siyasətçilərini bu işə necə cəlb etdiyi konkret Almaniya nümunəsində ifşa olunur. Məqalənin tərcüməsini təqdim edirik.

Lobbiçilik: diktatorun arzusu

Azərbaycandakı avtoritar rejim bu il keçiriləcək "Eurovision” Mahnı Müsabiqəsinə qədər öz imicini yaxşılaşdırmaq arzusundadır. Alman siyasətçiləri isə bu işdə ona köməklik etməlidirlər.

Almaniya prezidentinin həyat yoldaşının avtoritar Qafqaz rejiminin tədbirində nə işi ola bilər? Bettina Vulf sərgini bir-bir gəzir, giriş sözü deyir. Tədbirdən çəkilən şəkillərdə onun Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva ilə bir yerdə gülümsədiyini görmək olar.

Əliyeva bu payızda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyi münasibətilə Berlindəki Alman Tarix muzeyinə dəvət olunmuşdu. Azərbaycan insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etməyən ölkələrdəndir. "Mən həmin tədbirə getməzdim” - deyə Almaniya hökumətinin insan hüquqları üzrə müvəkkili Markus Löninq deyir.
Almaniya Prezident İdarəsindən isə bildirirlər ki, tədbir mədəni xarakterli olub, buna görə də xanım Vulf ora getməyə razılıq verib. Doğrudan da tədbir xalçalar sərgisi olub. Ancaq məsələ xalçalarda deyildi axı. Bakıdakı rejim Qərbdə öz imicini yaxşılaşdırmaq istəyir. Bunun üçün də çoxlu pullar yatırır.

Öz imicini yaxşılaşdırmağa Bakının həqiqətən də ehtiyacı var. "Amnesty İnternational” ölkədə daim tənqidi fikrin boğulduğu barədə xəbərdarlıq edir. "Sərhədsiz Reportyorlar” təşkilatının mətbuat azadlığı üzrə siyahısında Azərbaycan 178 ölkə içərisində 152-ci yeri tutur. Almaniya Xarici İşlər Nazirliyinin daxili istifadə üçün nəzərdə tutulmuş məlumatında Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin problemli olduğu vurğulanır.

"İmic düzəltmə” kampaniyası Almaniyadakı və digər Avropa ölkələrindəki "piar” peşəkarları ilə birgə aparılır. Bakıdakı hakimiyyət, eləcə də nüfuzlu oliqarxlar bu işdə maliyyəçi xidmətlərini əsirgəmirlər. Azərbaycandakı rejimin taktikası pula və alman siyasətçilərinin anlayışsız davranışına söykənir. "Azərbaycanın Almaniyada belə fəaliyyətləri artıq ədəbsizliyin lap son həddindədir” - Almaniya Azad Demokratik Partiyasının deputatı Marina Şuster belə deyir. Onun fikrincə, "Bu cür lobbiçilik işinə yol verilə bilməz”.

Hans Erix Bilges öz bürosunda oturub, ayağını ayağının üstünə aşırıb və qalstukunu bir azca boşaldıb. Bilges yaxşı baba kimi mehriban və xoşagəlməz adam kimi sərt ola bilər. Mehriban o zaman olur ki, prezident İlham Əliyev haqqında danışır. Onun tənqidçilərindən söhbət düşəndə isə çox kəskin və amansız olur.

Bilges Azərbaycanın Almaniyada reklam edilməsi işində rol oynayan əsas fiqurlardan biridir. O əvvəllər "Bild” qəzeti redaksiyasının üzvü idi. İndi "Consultum Communications” agentliyinə rəhbərlik edir. Bilges indiyə kimi mətbuat azadlığı üzrə Bakını arxada qoyan Belarus və Qazaxıstana da məsləhət yardımı göstərib. Dediyinə görə, onun işi Azərbaycanın Qərbə doğru transformasiya prosesinə kömək etməkdən ibarətdir. Buna məsələn, Berlində keçirilən tədbirlər kimi işlər daxildir ki, onun da köməyi sadəcə prosedura, belə demək olarsa, işin necə aparılmasını təmin etməkdən ibarətdir.

Əslində isə onun işi bundan da artıqdır. Berlindəki qala tədbirdə keçmiş xarici işlər naziri Hans Ditrix Genşer, keçmiş iqtisadiyyat naziri Mixael Qlos da iştirak etmişdilər ki, bu da belə tədbirlər üçün heç də gündəlik rastlanacaq hal deyil. Ancaq məsələnin gizlin tərəflərini öyrəndikcə bunun nədən belə olduğu aydınlaşır.
Genşer "Consultum Communications”ın Məsləhətçilər Şurasında fəxri sədrdir, Qlos isə həmin şuranın üzvü. Bilges də məhz müştərilərinin təşkil etdiyi tədbirlərə gələ biləcək belə siyasətçilərlə əməkdaşlıq edir. Əlbəttə, burada qanunsuz heç nə yoxdur, ancaq yenə də xoşagəlməz təsir bağışlayır. Niyə bu qədər məşhur siyasətçilər elə də ciddi ehtiyac olmadan avtoritar rejimin nüfuzunun artmasına bu qədər yardım göstərsinlər?

Bilgesin fəaliyyəti Azərbaycanın lobbiçilik işinin yalnız bir hissəsini təşkil edir. Ölkə həmçinin, "Yaşıllar” partiyasının deputatı Viola fon Kramon-Taubadelin sözləri ilə desək, Bakıdakı psevdo-elmi konfranslara da dəvətlər paylayır. Kramon bir dəfə belə tədbirlərdə olub, indi isə rejimi tənqid edən bir kəs kimi belə dəvətlər almır.

Qlos, Xristian Demokratlar Partiyasının deputatı Karl Qeorq Velman və Linke fraksiyasının üzvü Stefan Libix isə sentyabrda Bakıya müstəqillik günü bayramına getmişdilər. Belə dəvətlərə biznes klas uçuşlar, bahalı otellərdə qalma, bahalı şam yeməkləri və prezident İlham Əliyevin nitqini dinləmək daxildir. Libix və Qlos özləri etiraf etdilər ki, bu səyahətin pulunu Azərbaycan tərəfi verib.

"Wikileaks”in açıqladığı Bakıdakı ABŞ səfirliyinə aid məxfi sənədlərdə Əliyev rejiminin mafioz tendensiyalarından söhbət açılır. Tarixçi Simon Sebag Montefior yazır: "Əliyev artıq hər bir diktatorun arzusu olacaq məqsədə çatıb - uğurlu bir sülalə hakimiyyəti qurub. Adamın gərək incə heysiyyatı olsun ki, bu şəxsin adamları vasitəsilə səyahətlərin və bahalı otellərin haqqının ödənilməsinə yox desin”.

Avropa Şurasının Parlament Asambleyasında da Azərbaycan özünə dostlar tapa bilib. Belələrinə məsələn, keçmiş Xristian Demokratlar Partiyasından olan deputat Eduard Lintneri aid etmək olar. Lintner 2002-ci ildən 2005-ci ilə kimi Avropa Şurası Parlament Assambleyasının hüquq komitəsinin və oradakı monitorinq komissiyasının sədri olub. O vaxtlar o, həm də Azərbaycandakı insan hüquqları vəziyyəti ilə bağlı hesabatlara da cavabdeh idi.

Bakı əlbəttə Lintnerin öz işini yerinə yetirməsindən xeyli razı qalmışdı. Heç mandatı bitməmiş o yeni vəzifəyə "Alman-Azərbaycan əlaqələrinin inkişafı cəmiyyətinin” icraçı direktoru vəzifəsinə keçirildi. Bunun arxasında Azərbaycanın maliyyələşdirdiyi lobbi qrupunun dayandığı şübhəsizdir. İnsan hüquqları vəzifəsindən lobbiçi xidmətinə keçidini Lintner belə izah edir ki, Avropa Şurasında Azərbaycandakı insan hüquqları pozuntularını sərt mühakimə edən qrup var idi. O, özü isə Azərbaycana daha çox yardım etmək istəyirmiş. Görünür, belə xidmət əvəzsiz qalmayıb.

Amma heç də hamını bu cür tez təsir altına düşənlər sırasına aid etmək olmaz. Almaniya Sosial Demokratlar Partiyasından olan deputat Kristof Ştrasser Avropa Şurası üçün Azərbaycandakı siyasi məhbusların durumu haqqında hesabat hazırlayacaqdı. Azərbaycan rejimi aylarla ona viza verilməsindən imtina etmişdi. Bunun üçün də noyabrın əvvəlində Bundestaqın insan haqları komitəsi Azərbaycan hakimiyyətindən Ştrasserə həbsxanalara baş çəkmək üçün icazə verilməsini tələb etmək qərarına gəlmişdi. Maraqlısı odur ki, həmin qərar layihəsi hələ heç qəbul olunmamış Azərbaycan səfirliyinə çatmışdı. Parlamentdən kimsə bu sənədi gizlincə Azərbaycan səfirliyinə ötürmüşdü - çox güman ki, ya pul, ya da bu ölkəyə xüsusi sevgisi müqabilində. Bundan sonra belə bir qərarın qəbul edilməsinə mane olmaq üçün Azərbaycanın Berlindəki səfiri tez bütün fraksiya rəhbərlərinə məktubla müraciət etmiş, lakin bu da kömək etməmişdi. Bilges isə məktubun tərtibatına yardım göstərmişdi.

Bilges belə qərarın qəbul edilməsinə hiddətlənir, amma özünü ruhdan da salmır. İndi onun stolunun üstündə parlamentdə "Yaşıllar” fraksiyasının rəhbəri Yürgen Trittinin Azərbaycan səfirinə ünvanladığı cavab məktubu durur. "Trittin indi cavabını alacaq” – deyir Bilges.
Bəli, belədir, avtoritar bir dövlətin imicini düzəltmək istəyən biri kobudluq etməyi də özünə rəva görə bilər…


Tərcümə  Azadlıq Qəzetinindir

Категория: Dünyada | Просмотров: 1671 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus