Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Сентябрь » 27 » Əsrin üzəduranları
16:13
Əsrin üzəduranları

"Qürurunuzu qoruyun. Onu kimsənin sındırmasına yol verməyin. Qüruru sındırılan insan əyilir. Sonda onu alçaldacaqlar" - Adil İsgəndərov

Talış bölgəsinin Masallı rayon əhalisinə tanış olan "əsrimizin üzəduranları” ifadəsi ilə yazılan başlıq heç də təəccüb doğurmur. Ona görə təəcüblü deyil ki, hələ "Stalinizm” dövründən bu günə kimi əhali arasında "hakimiyyətə yararlanan”, yaltaq, ikiüzlü, insanlıq simasından çıxaraq, vəzifəli məmurun yanında nüfuz qazanmaq naminə nahaqdan ən doğma adamının üzünə duranlardan hər kəs halidir.

Çox da qədim tarixdən söhbət açmaq istəmirəm. Ötən əsrin ortalarından, bu əsrin əvvəlinə qədərki dövrə kimi sözügedən "qəhrəman zatlar”dan söz açmasam, "demokratiya, insan haqları, söz azadlığı, vicdan azadlığı” kimi dünyəvi dəyərləri qəbul edən azərbaycanın hakim dairələri inciyər. Demokratik dəyərlərə istinad edərək, bəzi həqiqətləri virtual aləmdəki dostlarıma çatdırmağı özümə borc bildim.

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə, Talış bölgəsi üzrə Müsavat partiyasının özəl katibi, Masallı rayonunun Kolatan kəndində anadan olmuş Axund Cəlal Gülməmmədoğlu rayon əhalisinə tanışdır. Uzun-uzadı bu ziyalı haqqında danışmaq istəmirəm. Çünki bu nəcib insan haqqında mətbuatda kifayət qədər yazılıb. Mən yalnız mövzu ətrafından kənara çıxmamaq şərti ilə eşidib, bildiklərimdən yazıram. Vaxıilə Cəlal Axund məhərrəmlik ərəfəsində, Bakı məscidlərinin birində məmbərdə oturub dini söhbət edirmiş. Bu an bir nəfərin qovularaq məscidin içinə daxil olduğunu görür. Axund dərk edir ki, bu adam kimdənsə canını qurtarmaq üçün qaçıb, Allahın evinə pənah gətirir. Tez mənbərdən düşüb, mənbəri divardan aralayaraq həmin adamı yanına çağırıb salır mənbərin içinə. Özü isə təzədən mənbərə qalxıb, söhbətini davam edir. "Qorodovoy"lar məsciddəki adamları bir-bir yoxlayıb gedəndən sonra, Mənbərin içində gizlətdiyi adam çölə çıxıb, onunla tanış olur. Axunda məlum olur ki, bu şəxs "Bayıl” həbsxanasından qaçan İosif Vstaranoviçdir (Stalin).

….İllər ötür, həmin Stalin Sovet Hakimiyyətinin başçısı (Ali Baş Komandan) vəzifəsinə təyin edilir. Məlum 37-də, repressiyalar başlayır.

Qonşusu Rəsulov Sabir Cəlal Axund barədə böhtanlarla dolu NKVD-yə məktub ünvanlayır. Məktub ünvana çatan kimi, Cəlal Axundu gecə vaxtı oğurlayıb, birbaşa Qazaxıstana aparırlar. NKVD-də onun ağzındakı sağlam dişlərini bir-bir çəkib çıxardırlar, əl və ayaqlarını dırnaqları kəlbətinlə çıxardılandan sonra duzlu suya qoyurlur… Bütün işgəncələrdən sonar güllə altına
gətirilir və bu barədə birbaşa Stalinə məruzə edilir. Stalin onu xatırlayaraq, əmr verir ki, o adam hardan gətirilibsə, lazımi şərait təşkil edib, onu aparıb ailəsinə təhvil versinlər...

Cəlal Axund ömrünün sonuna kimi doğulduğu Kolatan kəndində yaşadı. Yas məclislərində o, onun üzünə duran adamı görəndə, həmin məclis "Müsavat məclisi” olarmış. Onun vaxtıilə üzünə duran Sabirin yas mərasimində də siyasi söhbət etməsindən indi də danışılır.

Sovet KQB-nin günahsız insanlara qarşı işlətdiyi işgəncə maşınından hələ danışmıram. Ötən əsrin acı həqiqətlərindən danışıb, gənc nəslimizə diktatura elemetlərinin amansızlıqlarını açıqlamağı istəmirəm.

Əziz həmvətənlər!  Gəlin elliklə, yaşadığımız əsrin əvvəlinə və ötən yaxın illərimizə qısa ekskurs edək. Rayon əhalisinin tanıdığı "əsrin üzəduranları”nı virtual alləm də tanısa, bəlkə bu üzəduranların övladları atalarının hakimiyyət tərəfindən patentləşdirilmiş vəzifəsinə göz dikməsinlər. İnsani dəyərlərə önəm verib, kişi kimi yaşasınlar.

2001-ci ildə Ərkivan kənd orta məktəbinin müəllimi Mirzəkişi Mirzəyev haqqını tələb etdiyinə görə, rəhbərliyinin qəzəbinə tuş gəlmişdi. Masallı rayon rəhbərliyi bütün vasitələrdən istifadə edərək, sözü gedən müəllimi hətta həbs etdirmək qərarına gəlmişdi. Həmən il, təhsil şöbəsinin "konfrans”ında M. Mirzəyev tənqidi çıxışına görə şərlənərək işdən çıxarılmışdı. Guya konfransda "təxribat” törətmiş, polisin paqonlarını "sökmüş”dür. Bu iftiraları sübut etmək üçün "əsrin üzəduranlar”ı ifadə verməyə çağırılır….

Bu üzəduranlarla (yalniş bu iş üzrə) siz də tanış olun:

1. Ədalət Nemətov – Təhsil şöbəsinin müdiri;
2. Ayıq Səmədov - İHB-nın təlimatçısı;
3. Rasif Cabbarov – Ərkivan məktəbin direktoru;
4. Məmmədağa Sadıqov – Həsənəkücə mək. direktoru;
5. Camal Məmmədov - Ərkivan gənclər və idman idarəsinin mühasibi;
6. Zakir Dadaşov – Ərkivan ərazi nümayəndəsi;
7. Vəli Məmmədov –T. Alvadı. RİHB-nın təlimatçısı;
8. Soltanağa Cəfərov – RTS-nin inspektoru;
9. Bağır Bağırov - RTŞ-nin inspektoru;
10. Asudə Məmmədova – Çaxırlı müəllimlərin həmkarı;
11. Göyçək Ələsgərova – T. Alvadı –Baxça müdirəsi;
12. Tuti Rəcəbli – Xırmandalı məktəbin direktoru;
13. Ərbab Mirəliyev – Oncakələ məktəbin direktoru;
14. Fəxrəddin Kərimov – Hacıtəpə mək. direktoru;
15. Hüseyn Hüseynov –Yeddioymaq mək. direktoru;
16. Elxan Əliyev – Çayqıraq mək. direktoru;
17. Adil Rəcəbov – Alışanlı mək. director;
18. M. Əliyev;
19. F. Nullayev;
20. Etibar Sadıqov- Kolatan çay fabr. direktoru;
21. İ. Kərimov;
22. A. Əliyev;
23. Dünyasını dəyişdiyindən adını yazmadım. (Allah rəhmət eləsin. Ölənə rəhmətlik deyirik. Cəzasını Allah versin!)

Bilmək istəyirsiniz sonrası nə oldu? O oldu ki, M. Mirzəyev Kütləvi İormasiya Vasitələrinə müraciət etdi. Həmin üzəduranlar çox gülünc vəziyyətə düşdülər, çünki onların çoxu Mirzəkişi müəllimi üzdən tanımırdı. Foedə söhbət əsnasında biri digərini təlimatlandıranda, Mirzəkişi müəllim özü onlara demişdi ki, mən də o "demoqoqun” üzünə duraram, qoy tutulsun, canımız qurtarsın.

Bu olaylar ictimailəşdikdən sonra, işlər qaydasına düşdü, M.Mirzəyev işinə bərpa oldu. Elə bilirsiniz ki, Masallının üzəduranları həya edib, bu naqis əməllərindən əl çəkdilər, xeyir!

Hələ sonrakı illərdə, onların sıraları bir qədər də genişməklə artıb. 2006-cı ildə Masallı rayonunun Dəmirçi kənd bələdiyyəsinin sədiri Miriş Ağayev yuxarılara rüşvət verə bilmədiyindən digər üzəduranların hədəfinə tuş gəlib, bir il müddətinə azadlıqdan məhrum edildi.

2008-ci ilin aprel ayında, Dəmirçi kənd əsas təhsil məktəbin ibtidai sinif müəllimi Asif Abbasov rayon və kənd rəhbərliyinin qanunsuz hərəkətlərini qəzet səhifələrinə çıxatdığına, Bədəlan kənd ərazi nümayəndəsi Nağıyev Mərdan, 71-saylı Masallı rayonunun Bədəlan kənd seçki Dairəsinin sədri Nağıyev Hacırza İbrahim oğlunun saxta diplomla dövlət strukturunda işləmələri barədə Respublikanın aidiyyatı orqanlarına mütəmadi olaraq şikayət məktubu ünvanladığı üçün aşağıda adları çəkilən üzəduranların qəzəbinə tuş gəldi:

1. Barat Alışov – Bədəlan ərazi nümayəndəsinin müavini;
2. Mövsüm İsrafilov – Bədəlan ƏN-in mühasibi;
3. Rəşad Cəfərov – Bədəlan ƏN-də texniki işçi;
4. Oqtay Əhədov – Sahə müvəkkili, polis baş l-tı;
5. Zəkəriyyə Əzizov – polis serjantı (seyiddir);

Bəli, dostlar! Bu beş nəfər üzəduranlar
qırx beş kiloqram çəkisi olan Asif müəllimi yazılarına görə deyil, guya onları elə "döydüyünə” və hətta onlara ağır bədən xəsarəti yetirdiyinə görə tutdurdular.

Beləcə Asif müəllim də bir il altı ay müddətinə həbs edildi. Onun məhkəmə prosesində rayonun bəzi müxalifət partiyalarının nümayəndələri də iştirak edib. Amma həmin "müxalifət” mənsubları bu kimi olaylara münasibət bildirməkdə tərəddüd edir (?).

Asif müəllimin müdafiə olunmamasının səbəbi o idi ki, bu adam, "donqulilardan, yerazlardan, kamazlardan, krazlardan” deyildi. Sadə, kimsəsiz, heç kimə əyilməyən, TALIŞ balası idi. Fikirləşməyin ki, millət vəkili Elmira Axundovanın xəbəri olmayıb. Yox, xəbəri var idi, hətta Asif müəllimin həbs olunmasında "drijorluq” da edib. Ədalətsizliyi qəbul etməyən ləyaqətli kənd müəllimi bir il məhbəsdə oturduqdan sonra, nümunəvi əxlaqına görə, müsbət xasiyyətnamə alaraq, müddətdən qabaq həbsdən azad edildi.

Asif müəllim hələ də mübarizəsini davam edir. Biz də ona ədalətli mübarizəsində uğurlar diləyək.


DADAŞİ Mətləb,
metleb.dadasov.@mail.ru
Xüsusi olaraq TALİSH.ORG üçün


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

 

Категория: Талыш xəbərləri | Просмотров: 3032 | Добавил: admin | Рейтинг: 5.0/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus